Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Sitat – Bakcell 3G və İnterneti bağlayın ki, pulunuz uçmasın…

Bir analoqu olmayan hadisə danışacam. 3 həftə bundan qabaq Bakcell nömrəmi aktiv etmək qərarına gəldim. Balansa 30 manat qoyub, bu nömrədə olan telefonu 2-ci telefon kimi test etməyə başladım. Klass abonenti olduğum üçün mənə bonus kimi 250MB İnternet də verdilər + 35MB İnterneti də özüm sifariş etdim. Telefonun ayarlarından trafikə nəzarət funksiyasını aktiv etdim. Bundan əlavə — demək olar ki, bütün günü ofis və evdə Wi-Fi-dan istifadə edirdim. Amma bütün bunlara və telefonun ayarlarının hələ cəmi 229 MB mobil trafikin sərf olunduğunu göstərməsinə baxmayaraq, fevral ayının 12-si Bakcell balansımdakı 30 AZN pulu silib + hələ 18 AZN-də borc yazdı.
Bakcell İnternet
Bir gün sonra yolum Yasamalda yerləşən bir Bakcell diler mağazasından düşdü. Fürsətdən istifadə edib, dedim bunlardan soruşum, bəlkə məsələnin nə yerdə olduğunu bilələr. 20 dəqiqə Bakcell təmsilçisini gözləmişəm, nəsə edirdi. Nəhayət Bakcell təmsilçisi gəlib mənə deyir ki, sizin telefonda 3G funksiyası açıqdır, onu və İnterneti bağlayın, pulunuz uçmasın. Deyirəm, mənə elə lazım olan 3G, İnternet funksiyalarıdır, siz mənə deyin görüm 48 AZN nəyə sərf olunub. Yenə 3G-ni, İnterneti söndürmək məsləhətindən başqa tutarlı cavab almadım. Daha sonra Bakcell-də faktura kəsilmə vaxtının ayın neçəsi aparıldığını soruşdum, ümumiyyətlə fakturanın nə olduğunu bilmədilər. =)
Zəng etdim Bakcell-in 555 Müştəri Xidmətinə. Telefonu cavan oğlan götürdü. Deyir, bəs siz 480 MB İnternet sərf etmisiniz, o da edir 42 AZN. Daha sonra bir də 555-ə zəng etdim. Bu dəfə xanım qız götürdü və nisbətən dolğun informasiya verdi. Sən demə mən 10 fevrala kimi mənə bonus verilən 250 MB + 35 MB-ni istifadə etmişəm. Ayın 11-i isə 42 (!) manatlıq mobil İnternet istifadə etmişəm. Bu başı bəlalı 42 AZN-lik mobil trafikin nəyə və necə istifadə olunduğu haqda isə Bakcell təmsilçisi məlumat verməkdən boyun qaçırdı…
1 günə 42 manatlıq İnternet trafik… Özü də 2-ci telefonda… Nə videoya baxmışam, nə də albomlar açmışam… Allah insafınızı kəssin!

  • 15 February, 2013

Rəy əlavə edin

biotin_az

Chox gumanki Androide goredir. Android chox zaradka, hem de interneti ‘yeyir’. Bakcell ondanda beter 🙂

15 February, 2013

Elvin

Android-dəndir deyəndə ki, bir qədər mücərrəd çıxdı. Android-də konkret app-lar var ki, səbəb o ola bilər, sistemin özünün nə işinə internet.:)
Backgroundda internet yeyən əsas app-lar: mail exchange or gmail, weather, social accounts. Synch bölməsindən hamısını söndürmək olar ki ancaq manual yenilənsin.
Amma bunların heç biri operatorlarımızın bu balansa gizli hücumuna haqq qazandırmır, əvvəllər məndə də belə formada 9, 12, 15 azn gedib bir dəfəyə. Bu birmənalı olaraq operatorun günahıdır.

15 February, 2013

Kamran

Sen resmen sikayet et ve trafikin neye istifade olundugunu teleb et. nomre senin adina olduundan sikayetden boyun qacirmaq imkanlari yoxdur. boyun qacirsalar ver mehkemeye.

15 February, 2013

Elvin

Təəssüf ki, digər operatorlarda da vəziyyət eynidir. Amma yuxarı tariflərdə yaxşı day bunu yığışdırıblar. Yəni trafik bitəndə vəhşicəsinə balansa hücum çəkmir, əvəzində internetin sürəti düşür. Ta ki faktura dövrünün sonunadək. Amma 2, 3, 5 azn-lik trafiklərdə təəssüf ki, belə deyil və trafik bitən kimi balansa hücum. Trafiksiz, adi balans ilə də ki internet bizdə qara kürü qiymətinədir. Ona görə də ancaq trafik lazım. Və bir də, bizim operatorların sayğacları nədənsə trafik sayğacları ilə düz gəlmir, əvvəllər mənim də başıma gəlib. 

15 February, 2013

biotin_az

Düzdür Elvin, ele onu demek isteyirdim 🙂

15 February, 2013

Ramiq (mr.Sm!th)

Sen hele telefondaki Bakcell menyuya gir.SOnra ordaki bolmelerin birine daxil ol.5-6 deqiqe sonra balansindan cixan meblegleri gor ))) Duzdu Android Platformali cihazlarda yenileme cox olur.Her saniye yenileme ola biler Play Market-den.Yalniz 480MB internet trafikine 42Azn heqiqeten coxdu)

1 July, 2014

xaker

Bakcell loxlayoram pulsuz internet bilenler var ox be paketden canim qurtardi

6 February, 2015

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom