Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Fast food və ya McDonalds camaatın evini necə yıxır?

Amerikada maraqlı bir eksperiment keçirilib. McDonalds-dan alınan və uşaq yeməyi kimi qələmə verilən “Happy Meal!” yarım il saxlandıqdan sonra belə xarab olmayıb!
Britaniyanın mötəbər The Daily Mail dərgisinin verdiyi xəbərə görə, xanım Sally Davies (sənətcə foto-rəssamdır) tərəfindən keçirilən eksperiment maraqlı və eyni zamanda dəhşətli nəticələr əldə edib. Eksperimentin hər günü “Happy Meal”-ın şəkili çəkilib. McDonalds möcüzəsi bu müddət ərzində nəinki xarab olmayıb, hətta yüngülcə belə kiflənməyib. Yeganə dəyişiklik — 6 ay ərzində “Xoşbəxt qida” bərkiyib olub daş parçası.




Bu da bir daha McDonalds məhsullarının insan orqanizmi üçün katastrofik dərəcədə qorxulu olmasının növbəti sübutudur.
Bundan əvvəl bu tipdə bir neçə testlər keçirilib. Məsələn, Nyu-Yorklu bir araşdırıcı öz üzərində eksperiment aparıb — o 30 gün ərzində yalnız McDonalds məhsulları ilə qidalanıb. Nəticədə 33 yaşlı tam sağlam insan 30 gün ərzində 11 kilo kökəlib, onda ürək sancıları, qaraciyərin bərkiməsi, həmçinin mədə-bağırsaq problemləri müşahidə olunub. Eksperiment yarımçıq bitib, eksperimentator isə düz 2 il müalicə almalı olub.
Bax belə. Görəsən bütün bu faktlar bizimkiləri McDonalds məhsullarından imtina etməyə bəs edəcək? Fikrimcə yox.

  • Birincisi, bizim millət McDonalds-a ya qız (oğlan) “tutmağa” gedir (adətən Bluetooth-la), ya da “risovkalığa”.
  • İkincisi, camaat rayondan gəlib McDonalds-da oturmağı, nəsə yeməyi “sverx-prestij” hesab edir.
  • Üçüncüsü isə, sağlamlığımıza “biganə” yanaşma adətimizi nəzərə alıb, indi hər kəs deyəcək — guya yediyimiz digər qidalar fərlidir? Əşi, bas getsin…

Bu arada McDonalds məhsulları həqiqətən dadlı olur. 🙂
Mövzuya dair forumda müzakirələr ↓
Fast food və ya millət qırılır

  • 14 October, 2010

Rəy əlavə edin

Maga

Çox doğrudur, nə qədər istəsəmdə özümü saxlaya bilmirəm, ən azı həftədə bir dəfə getmək məcburiyyətində oluram, ancaq ona görə yox ki risofqalıq edim və ya kiminləsə tanış olum (fikrinizi dəstəkləyirəm, sadəcə öz mövqeyimi bildirirəm) sadəcə mcdonaldsın yeməkləri çox dadlı olur və məncə həftədə bir dəfə yeməklə zərəri çoxda böyük olmaz, təşəkkürlər çox bəyənirəm bloqlarınızı, dizaynda möhtəşəmdi.

14 October, 2010

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom