Qurban bayramı. Bu gün özünü vətən üçün qurban edən şəhidlərimizi yada salmamaq günah olardı. Allah hər birinə rəhmət etsin. Sözüm sonuncu qəhraman şəhidlərimiz Mübariz və Fərid haqqındadır.
Televiziyadan yalan eşitməyə adət etmişik. Elə ona görə də, gəzən söz-söhbətlərə aydınlıq gətirmək üçün Mübariz və Fəridlə bir yerdə döyüş yolu keçmiş qardaşlarla şəhidlərimiz barəsində ətraflı söhbətimiz oldu. Çox şeyi açıb yaza bilmirəm, amma onların qəhramanlığına heç kimin zərrə qədər də şübhəsi olmamalıdır. Bu iki oğul həqiqətən böyük şücayət göstərən əsgərlərimizdi.
Amma… Əfsuslar olsun ki, nadanlarımız barmaqla sayılası deyil — bir çox forum və bloqlarda kompüter qarşısında oturan soxulcanlar, özünü şir təsəvvür edib (realda heç tualet əskisi də deyillər) onların etdiyi qəhrəmanlığa kölgə salıb, başları çıxdı-çıxmadı ağızlarına gələni yazırlar… amma bir şeyi unudurlar — erməninin pisi-yaxşısı olmur. Müharibə bitdikdən sonra, bəlkə də barışıq mümkündür, amma nə qədər ki, Şuşada zövqsüz erməni bayrağı dalğalanır, bizlərə insan-sevərlik, kosmopolitlik yaraşmaz. Bəsdi bambılılıq etdiniz. Nəsə. Əşi, onsuz da bu millət satqınlığa ta Babəkin dövründən meyllidir. Nə etmək olar?!
Proqressiv gənclik Mübariz və Fərid kimi oğullarla fəxr edir! Allah rəhmət eləsin!
ANS-in Mübarizə həsr etdiyi veriliş — Ölümdən 24 saat əvvəl.
salam pervin.
bu yaziya bir manshet deyecem. oxudum. fikirlerinle qismen raziyam. bilirsen niye? cunki siyasi hakimiyyet bu shehidleri secki gunu torpaga qovushdurmaqla onlari bir sira insan arasinda ucuz tutdu. yazanlari qinamaq lazim deyil.