ABŞ-ın kiçik detallara kimi düşünülmüş Wikileaks adlı teatral səhnəciyi davam edir. Əslində Wikileaks-ın əhəmiyyətinin ABŞ dövlət departamenti səviyyəsində şişirdilməsinin bir çıxacağı olmalı idi — bu qlobal siyasətdə yeni iyrənc oyunun başlanmasına işarə idi. Ötən yazılarımda qeyd etdiyim kimi, ABŞ ən alçaq üsula əl atıb, indi də dövlət başçılarının xanımlarına daş atırlar. Bu özü də əsasən post-sovet ölkələrinə qarşı baş verir — çünki bu ölkələrin özünəməxsus mentaliteti, qadının öz xüsusi yeri var.
İndi bu şərləmə prosesinə Wikileaks-lə bərabər digər əlaltı qəzetlər də qoşulub — heç bir etik çərçivəyə sığmayan şərləmə xarakterli məqalələr tirajlanır. Bəs bunun arxasında nə dayanır? Əlbət ki, ABŞ-ın bu ölkələrə təzyiq imkanlarının tükənməsi. Məhz bu səbəbdən Ağ evin siyasi başbilənləri görünür yeni strategiyaya işləyib, hazırlayıblar — gucləri çatmayan liderlərə təyziq üçün onları şərləyib, xalqın gözündən salma kampaniyalarına daha üstünlük verirlər.
Siyasət onsuz da çirkin idi, amma qlobal siyasətdə bu kimi fahişəliyin baş alıb getməsi — demokratiyanın süqutunun başlanğıcıdır. Bu demokratiya deyil, bu anarxiyadır.
Allah köməyimiz olsun!
PS. Söhbətin gedişatından xəbəri olmayanlar boş-boşuna rəy yazıb, əziyyət çəkməsinlər. Mənasız rəylər pozulacaq.
Mövzuya dair forumda müzakirələr ↓
WikiLeaks əfsanəsi. ABŞ-ın yeni şantaj aləti?