Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Elantranı yaradan Mercedesin baş dizayneri kimi!

Çoxlarının bəyənmədiyi Hyundai son dövrlər öz fenomenal inkişafı ilə bir çox avtomobil sənayesinin qrandlarını çoxdan geridə qoyub. Elə mənim fikrimcə də, Hyundai (Hyundai-Kia Motor Company) kimi dinamik inkişaf edən ikinci avtomobil şirkəti yoxdur.
Mercedes-benz
Volkswagen belə öz böyük ambisiyaları ilə (2015-ci ildə nömrə 1 avtoqiqant olmağı planlaşdırır, Toyota-ya rəğmən) artıq Hyunday-a inkişaf tempinə görə uduzduğunu, onun qarşısında acizliyini etiraf edib. Yeni baxımlı və etibarlı modellər, qlobal olaraq qurulmuş yüksək keyfiyyətli servis xidmətləri və ən əsası rəqiblərindən 20-30% ucuz! Bax budur Hyundai-ın əsas inkişaf faktorları! Bütün bunlar isə Hyundai-ın tezliklə lider olacağına zəmin yaradır.
Bəs rəqiblər? Əlbətki, rəqiblər bundan çox narahatdır. Əsasəndə avtomobil sənayesinin şahı sayılan Daimler (Mercedes-Bens ticarət markası). Belə olmasaydı Daimler Hyundai-ın baş dizaynerini özünə çəkməzdi.
Belə ki, bir müddət öncə Joel Piaskowksi Daimler tərəfindən Hyundai-dan alınıb, Mercedess-Benz-in yeni baş dizayneri təyin edildi. Bəli, bəli, düz eşitdiniz, indi bəyənmədiyiniz(miz) Hyundai-ın dizayneri yeni Mercedes-lərin dizaynını tərtib edəcək.
Elə çox keçmədi ki, dəyişikliyin nəticələri artıq məlum oldu. Joel Piaskowksi-nin Mercedes-də ilk işi olan A-Class öz görkəmində Hyundai-ın müxtəlif modellərini xatırladır. Daha çox Hyundai Elantrada (elə onuda Joel Piaskowksi yaradıb) istifadə olunan yan dalğalar, ümumi görünüş və avtomobilin kaskadı, duruşu… Bir sözlə, yaşasın Hyundai-ın ekstraordinar dizaynı! 😉
Mercedes-benz

Mövzuya dair forumda müzakirələr ↓
Elantranı yaradan Mercedesin baş dizayneri kimi!

  • 11 August, 2010

Rəy əlavə edin

FAN

Bir avtomobil kimi gozeldi, soz yox, amma nedense mercedese yarashdirmadim bunu.

11 August, 2010

Efem

dizaynerin kecidi dogru ola biler ama shekil photoshop mocusesidi.
budur yeni A klass
http://blog.mercedes-benz-passion.com/2010/08/die-nachste-generation-der-a-klasse-w176-unsere-fakten-ab-2012-am-markt/

20 August, 2010

GEnext

Göstərdiyiniz şəkildədə Mers Hyundai-dan uzaq getməyib, yan dalğalar i30-un plaqiatıdı. =)

21 August, 2010

EL&SA

Hec mersedese yarasmadi.Qabaq onu hundaya ornek gosterirdik<indi tersine oldu

24 August, 2010

jurnalist_qiz

mən də hyundai seçirəm. hyundai hələ çox inkişaf edəcək!

14 September, 2010

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom