Düz iki həftədir ki, üzərində çalışdığımız və demək olar ki, mövcud bütün tarixi xəritələri araşdırmamızın məntiqi nəticəsinə gəlib çıxdıq. www.maps-azerbaijan.com və www.maps-armenia.com saytları artıq istifadə üçün hazırdır.
Qısaca olaraq layihə haqda — hazırladığımız bu iki sayt bu iki erməni saytlarına — www.map-azerbaijan.com və www.map-armenia.com, ermənilərin dövlət sərhədlərimizi, ərazimizi təhrif etməsinə cavab olaraq yaradılıb. Dövlət ərazimiz bir yana, bədnam qonşularımız dövlət gerbimizin də rənglərini səhv tərtib ediblər. Həmçinin bayrağımız da təcavüzə məruz qalıb — ay və ulduzun görünüşünə, mavi rəngin təhrif edilərək təsvir edilməsinə fikir verin. Nəsə. Buna cavab olaraq bizim yaratdığımız Azərbaycan xəritəsi 1920-ci ildə L. Qurniçin Azərbaycan Cumhuriyyətinin sifarişi ilə çəkdiyi xəritəni təkrarlayır. Həmçinin saytda müasir Azərbaycanın itirilmiş torpaqları, düzgün rənglər və proporsiya ilə təsvir edilmiş gerb və bayrağımız da yer alır.
Saytın Ermənistan üçün hazırlandığı versiyada Ermənistan 1920-ci il sərhədlərində göstərilib. Müasir Ermənistan xəritəsi isə işğal olunmuş Azərbaycan torpaqları qeyd olunmaqla təsvir edilib. Həmçinin erməniləri daha da qıcıqlandırmaq üçün (və xarici istifadəçilərdə sayta inam hissi oyatmaq üçün) 20-ci il erməni ərazisinin üzərində erməni bayrağı da təsvir olub. =) Bayraq və gerblərində bəzi elementlər (məsələn xaç — ay ulduzla) dəyişdirilib, rənglər daha solğun təsvir edilib.
İndi ağzı gül kosmopolitlər deyəcək ki, axı niyə?! Bunun nə mənası?! Cavabı — gün ərzində sayta N qədər bu konflikdən və ümumiyyətlə regiondan xəbəri olmayan insanlar daxil olub bu xəritələri öz sayt və nəşrlərində istifadə edə bilərlər. Məhz ermənilərin bu kimi layihələrinin köməkliyi ilə bir çox İnternet resurslar bizim ölkəni təhrif edilmiş formada təsvir edirlər. Ermənilər edirsə, biz niyə etməyək?! Axı tarixi torpaqlarımızdan niyə imtina etməliyik? Kimə görə?!
Məsələnin texniki tərəfi həqiqətən çox çətin oldu. Demək olar ki, dostlarımız və kömək çağırışına qatılan qardaş və bacılar tərəfindən yalnız şəkil formasında xəritələr təqdim edilirdi. Vektor formatında (kompüterdə işləmək üçün yararlı və keyfiyyətli) xəritələrimiz yox dərəcəsindədir. Dəhşət. O səbəbdən xəritələr bir-bir Adobe Illustrator proqramında yenidən yaradılıb. İnşallah, ümüd edirəm bu saytlar vasitəsiylə bu problemi qismən də olsa aradan qaldırmış olacağıq. Bütün xəritə, gerb və bayraq növlərin müxtəlif ən populyar və işlək formatlarda təqdim olunur — Adobe Illustrator (AI), EPS, Corel Draw (CDR), Adobe Acrobat (PDF), Adobe Flash (SWF), JPG, PNG.
Saytlarla bağlı fikir və iradlarınızı bilmək istərdim. Nəsə çatışmayan cəhət varsa, buyurun, birlikdə aradan qaldıraq.
Sonda — bu işin ərsəyə gəlməsində əməyi keçmiş bütün insanlara — Kərim Həsənov, İlqar Kəsəmənli, Pərviz Poluxzadə, Ramil Həsənov, Samir Quliyev, Rzalı Əkbərov, Orxan, Azad Bagirov, Malik Rəşidov, Sahil Novruz, Fariz Efendiyev, Ayaz Quliyev, Saleh Mirməmmədov, Atropat, Milashka, Karandash, Samsam, Regy adlı istifadəçilərə dərin minnətdarlığımı bildirirəm. Kimin adın unutdumsa, bağışlayın. Allah bizdən razı olsun!
Sizi bu saytları (www.maps-azerbaijan.com və www.maps-armenia.com) İnternetdə yaymağa dəvət edirəm — nə qədər çox yaysanız, o qədər Google axtarış nəticəsi olaraq bu saytları birinci göstərəcək (erməni saytlarına nisbətdə). Şəxsi qərəzlik və ambisiyalarınızı qoyun kənara, vətən daha vacibdir, kömək edin!
[…] This post was mentioned on Twitter by Elshan Hasanov, Bürhan Ağazadə and Sam!r aka kiber, Parwin Shukurzade. Parwin Shukurzade said: Ermənilərə cavab. Hər iki tərəf üçün tarixi xəritələrimiz http://t.co/2Z1CFNV #biraz #azerbaijan #armenia #maps […]
17 February, 2011Xoş gördük.
Əllərinizə sağlıq. Əla alınıb. Çoxlu formatda olmağı lap əladır. Ancaq bununla bahəm, bəzi kiçik məsələlər var. Məsələn elə bu: Territory of AR occupied by Armenia (1920). Məsələ burasındadır ki, elə 20-ci illərdə (ADR hökumətində) bu torpaqlar bizdə olub. Zəngəzurun itirilməsi (onunla bahəm Borçalı kimi mübahisəli regionunda da güzəştə gedilməsi) birbaşa Sovet hökumətinin işi olub. Yəni bu “torpaq islahatları” Sovet rejimi qurulduqdan sonra olub. Ona görə də təklfi edirəm ki, cümləni bu cür formada dəyişəsiniz: “SSRİ tərəfindən Ermənistana bağışlanılan (verilən) Azərbaycan torpaqları). Ümumilikdə isə elə belə də qala bilər..
İkincisi məsələ bayraq və gerblə bağlıdır. Böyük və keşməkeşli tarixi olan bu şanlı bayrağın eninin-uzunluğuna 1:2-dir. Saytda 2:3-ə dir. Bundan əlavə rənglər də tam düz deyil. Bayrağımızda rənglər daha tünddür. Həmçinin ulduz aypara çox kipdir. Ayırmaq lazımdır. Nümunə üçün buna və buna baxın. Rənd kodlarının dəqiq qeydi isə burada qeyd olunub.
Əlavə yardım olsa, elə burada yazın.
Uğurlar!
Qardaş, bizim bayraq səhvdir. Onu mütləq və tezliklə düzəlt. Bizim bayrağın ölçüləri 1:2 nisbətidir. Sən isə 2:3 nisbət etmisən. Hətta rəng çalarları da səhvdir.
http://upload.wikimedia.org/wikipedia/commons/d/dd/Flag_of_Azerbaijan.svg
Bu commonsda olan variantdır. Xahiş edirəm bundan istifadə edəsən. Çünki hər şey rəsmidə olduğu kimi düzəlib.
P.S. Bir də zəhmət olmasa sayta svg fayl da əlavə edin. Çünki bu vector fayla təlabat çoxdur.
Oxuduğunuz üçün təşəkkürlər.
BU NADI? ERAMANI SAYTII DUZALDIRSIZ? YIB OLSUN/ BIDANA BU GALMISDI………… AYIB OLSUN!
18 February, 2011Gözəl. Erməni versiya lap xoşuma gəldi. Əllərinizə sağlıq. Bir xahişim var, bu saytların ömrünün uzun müddətli olmasına çalışın, yoxsa bizdə adətdi açırıq, bir aydan sonra bağlayırıq.
18 February, 2011qardash bayragda qeyd olunan kimi proporsiyalarda sehv var. onu duzeltmeyin lazimdi. belede goturende ise ela alinib. bir vetenperver kimi sene minnetdaram!
18 February, 2011Cox ela ideyadir. Bunu etdiyinize gore shexsen size minnetdaram. Bəzi düzəlişlər olunmalıdır. 1.Azərbaycan xəritəsində Naxçıvanın qərbindəki rayonun adı düz getməyib. Rayonun adı Sədərək-dir. İndiki rayon mərkəzi isə Heydərabad. Amma rayon adı qəsəbə adı ilə eyi deyil. Zəhmət olmasa bunu düzəldin. 2. Vedi rayonu nəyəsə görə Ermənistanın tarixi ərazisi kimi verilib. Dəvəli, Vedi, Azardəyən, Xalisə və s. kənd və qəsəbələr respublika dövründə Artashat ərazisində olmayıb.
18 February, 2011Xoş sözlər üçün təşəkkürlər. Dostlar bayrağın dəqiq rənglərini mənə RGB və ya PANTONE ilə təqdim edə bilərsiniz? Mən netdə gəzdim, tapa bilmədim. Xahiş edirəm kömək edin. Proporsiyaları bu gün dəyişəcəm, iradınıza görə minnətdaram, heç fikir verməmişəm.
SVG formatını da bu gün-səhər əlavə edəcik.
Orxan, qardaş haqlısan, amma 1920-ci il ona görə yazılıb ki, bu tarixi hadisələr ümumi götürülüb və çox saylı informasi ilə istifadəçiləri yormaq istəmədik.
Əla. Bayrağın rənglərini mən president.az saytında görmüşdüm. Dəqiq yadımda deyil, orada axtarın.
PS. @Bayıl indi sən guya ağıllısan də………… )))
Озинизи биябыр этмегин. Армениянын хариталарини ред един. Ахмаклар.
18 February, 2011BAYIL sen ne “agilli” insansan halal olsun sene senin “aglina” heyranam
18 February, 2011азербараны в своем амплуа………………….
18 February, 2011Pərvin mən sizə hər şey haqda ətraflı keçidlər yollamışdım. Görünür baxmamısınız. Əyani yollayıram.
PANTONE üzrə:
Mavi: 313 C
Qırmızı: 185 C
Yaşıl: 3405 C
RGB üzrə:
Mavi: 0-151-195 (#0097c3)
Qırmızı: 224-0-52 (#e00034)
Yaşıl: 0-174-101 (#00ae65)
Nümunə üçün buna və bura baxın.
Gözel. Sevindim. Maps Qafqaz diyede bir sayt acsaniz yaxshi olmaz ??? Mence bunada ehtiyac var… Ne qeder gec deyil alinmalidi ve acilmalidi. Tebiiki bu menim fikrimdi…
18 February, 2011Pervin ermeniye sayt duzeltmekdense get daha faydali ishle meshgul ol!
18 February, 2011Dostlar, Allah sizdən razı olsun. Sizin sayənizdə müvafiq dəyişiklikləri etdim. Amma burada göstərilən ulduz və aypara — http://en.wikipedia.org/wiki/File:Flag_of_Azerbaijan_(construction_sheet).JPG və buradakı arasında — http://en.wikipedia.org/wiki/File:Flag_of_Azerbaijan.svg böyük fərq var. 1-ci versiya daha professional olduğundan əsas kimi birincini götürüb bayraq və gerbdə müvafiq dəyişikliklər edildi. Həmçinin xəritədəki yaşıl rəng çalarları da yenidən bayrağa uyğun seçildi.
SVG formatı da əlavə edildi. Hər birinizə dərin təşəkkürüm var.
Super! Dəyməz, dəyməz! Sizin sayənizdə biz də Vikipediyada bayrağı yenilədim. Dərin təşəkkürümü bildirirəm! Çox böyük yardımçı oldunuz. Bu mənim üçün xüsusilə önəmlidir. Həqiqətən! Mən Vikipediya bayrağımızın düzgün formada əks edilməsi ilə bağlı bəlkə də ən çox mübarizə aparanlar biriyəm. O üzdən bayrağın dəqiq, rəsmi formada yenidən (özüdə uyğun (.SVG) formatda) yaradılması bizə çox yardımçı oldu! Təşəkkür edirəm!
18 February, 2011Dostlar hal-hazırda domenlərin NS dəyişikliyi aparılır, gələcəkdə gözlənilən DDOS atakların qarşısını almaq üçün. Ola bilsin bəzi provayderlərdə sayt müvəqqəti açılmasın.
Dəstəyə görə hər birinizə təşəkkür edirəm.
Əllərinizə sağlıq.
19 February, 2011Baxiram burda qarsi cixanlara var. Hecneden xebardar olmamish baslayiblar ermeni sayti duzeltmisen. Movzunu basa dushmemish baslayiblar. Halal olsun cox dusuncelisiz 🙂
Bu ishde emeyi kecen herkese teshkkurler.
ermənistanın xəritəsi,sanki, bir az böyük görünür.
19 February, 2011Men xeritede bu gün seherlere ve rayonlara göz gezdirdim. Göycay rayonunu tapa bilmedim. yeni lazim olan yerde Göycay rayonu yoxdu… Nese sehvlik yoxdu sizce???
20 February, 2011Opss. Göyçayı qeyd etmək yaddan çıxıb. Səhvi görüb bildirdiyiniz üçün təşəkkürlər. Xəritə fiks olundu.
20 February, 2011Allah razı olsun…….
9 April, 2011Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual