Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Oktyabrın ən maraqlı Youtube videoları

Çoxdandır yalnız siyasi mövzularda yazıram. Özüm də bezdim. “Donquli” ənənəyə sadiq olaraq, Youtube videolarını mütamadiləşdirəcəm. Başlayaq. =)
Deyəsən Siyasi kloun Sarkozini yerində oturmayan adam qalmadı, amma zalım yenə də səviyyəsiz adətindən əl çəkmir. Quyuya su tökməklə dolmaz deyiblər, bu da onun kimi bir şeydir. Növbəti dəfə məşhur klounu Türkiyə Cümhuriyyətinin baş Naziri, əsl natiq cənab Racep Tayyip Erdoğan yerində oturtdu. Növbəti və növbəti dəfə…

Daha bir möhtəşəm müraciət. Bu dəfə Mr.Freemandan Rusiya prezidenti Medvedevə. Əvvəlki yazılarda qeyd etdiyim, Medvedevin kini üzə çıxmaqdadır. Dedim guya siyasət olmayacaq, ha. =)

Bu videonu gördükdə, videoda bəhs edən şəkli çəkən qaqaşın (deyəsən yapondur) əl qabiliyyətinə valeh oldum. Çox harika.

Etiraf etmək lazımdır ki, xarici ölkələrdə qarşılaşdığımız aeroportlarla müqayisədə müasir Bakı Aeroportu kiçik bir əyalət aeroportunu xatırladır. Amma tezliklə bu stereotipə son qoyulacaq — yeni aeroport gəlir! Bir bəzi mədəniyyətsiz personalı da dəyişsələr, dərdimiz olmaz.

Gizli kamera. İnsanlar işə düzəlmək üçün müsahibəyə gəliblər. “SekretUtka” girir müdirin otağına. Elə bu vaxt onun əri gəlir, özü də tapança ilə. Müsahibəyə gəlmiş insanların bu olaya reaksiyası çox maraqlıdır. =)

Və sonda… Həm gülməlidir, həm də ağlamalı…

Mövzuya dair forumda müzakirələr ↓
İstirahət edək. Ən möhtəşəm çarxlar

  • 14 October, 2011

Rəy əlavə edin

Elməddin

1)
Salam əziz dostlarım,tanışlarım və oxucularım.
Son zamanlar bir fikir mənim beynimdə o yan bu yana var-gəl eləyir.
Ha fikirləşdim,ha müqayisə etdim və sonda nəticəyə gəldim ki,bir çox iyrənclikləri bizə qəbul etdirən şəyatin(Allah ona Lənət etsin) indi də keçib flaşmob-a.Yox yox flaşmob deyəndə başqa zad ağlınıza gəlməsin.
Qardaşım deyirəm bundan çox çox əvvəllər ata babalarımız cavan və qoca yaşlarında Allaha itaət edər və məscidlərdə Cümə namazına gedərdilər ,sonra SOVET hakimiyyəti illərində camaat məscidi unudub toplu halda başladılar kolxozun sahələrinə getməyə.Buda pis deyildi ən azından işləməyə gedirdilər.Camaat indiki gənclərə baxırsan toplu halda Bakı bulvarına və onun həndəvərinə gedirlər,yox yox düşünməyin onlar ora Cümə namazına və ya kolxozun işinə gedirlər,onlar flaşmob-a gedirlər,yəni bir növ özlərini uydurub başlayırlar dingildəməyə,ta bilmirəm sonra gedib evdə nağarerlar).
Onların dingildəməyin görəndə yadıma “QAYNANA” filmi düşür,daha doğrusu Cənnət xalanın(Nəsibə Zeynalova) gəlinin acığına oynamağı))
Bax orda Məşədi Kazım Cənnətə portretdən necə baxırsa məndə bu flaşmob əhlinə eləcə baxıram.
Adə oğlanları qoyuram bir qırağa bu dingilə-durup əhli olan qızlara lap adam baxanda mədəsi jok verir,adam fikirləşir yəqin bunun maması atasıyla flaşmob edib gecələr.Amma tez yadıma düşür ki axı onun ata və anası əhli-Kolxoz idi,yəni SOVET dövründə kolxozda çalışırdı və şəyatinə bir lənət deyib keçirəm yenə fikirləşməyə.Deyirəm iş yox güc yox,cəmi-müəllim də ki ta keçib biznesə.Zəmanə belə gətirib axı kapitalizm əsridir.Kapitalist övladı gərəkdir ki falşmob eyləsin yoxsa yediyini sindirə bilməzki.
(Məndən inciyən oldusa flaşmob eyləməsin)
2)
Salam əzizlərim necəsiniz?
Ha dünən yazdım yenə yazıram.Bu flaşmob məni çox qıcıqlandırır.Hələ bu flaşmoba mədəniyyət deyənlərə,yağlı söz axtarıram deməyə.
Qardaşım özümüzün gül kimi mentalitet və mədəniyyətimiz ola ola bu,gədə-güdə tərəfindən yaradılan,şeytanın şəxsən sponsorluq etdiyi bir dingiltiyə mədəniyyət deyirlər.
Belə getsə,flaşmoba mədəniyyət deyənlər,teatrımızı əxlaqsız səhnələrə çevirəcək,və adını “mədənüyyətü-səhneyi porn” qoyacaqlr.Allah bizi hifz eləsin.
A kişi bunlara deyən gərək,niyə dünyanın zayıl əməllərin gənclərimizə təbliğ edirsiniz?Bu işsiz gücüz gənlərə bəlkə iş öyrədək,iş verək?Təsəvvür edin kəndli balası əli ayağı zığa,palçığa,heyvan tullantısına bata-bata ölkəmizin iqtisadi həyatında önəmli rol oynayır,xalqı ətlə,südlə,pendirlə,çörəklə təmin edir!-Amma bir qrup kəslər o nemətləri yeyib flaşmob edirlər,iş yox,güc yox.Yediklərin hopbanıb düşməklə,dingildəməklə sindirirlər.Zəhmət görmürlər.8-12 saat işləmirlər.Ata gətirir bala da lumbuldadır gödənə,yəni həzmi-rabedən keçirir.
Televiziyalarda da (məsələn ANS-də.Buna diqqət edin ..http://www.youtube.com/watch?feature=endscreen&NR=1&v=Kdx7rdyIKP8) deyirlər”İşsiz gənclər gedib pis işlərlə məşğul olmaqdansa,qoy flaşmob-la məşğul olsunlar”.Qardaşım olmazmı gəncliyimizi məhv etməyək.Gənclərə Allahı,zəhməti,saf sevgini öyrədək.Axı bu gün flaşmob edən gənc,sabah necə ana olacaq,necə ata olacaq,övladlaı onlardan nə öyrənəcək,FLAŞMOB-u?
Bir qrup adamda o günlərdə kimsəsiz uşaqları müdafiə məqsədiylə gediblər FLAŞMOB etməyə))).
Adamın gülməyi gəlir.Amma gülməyin onlara kimsəsizlərin dərdi lazım deyil,onlara əylənceyi-flaşmob lazımdır.

11 December, 2011

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom