Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Ə-nin dərdi var, daşı ağırdı

Qoca kaftarların Ə hərfindən nə istədikləri müasir elmə məlum deyil. Düzü onlar elə elmin adından çıxış etsələr də, bu elmin nə elm olmasından əqli-bəşər bixəbərdir. İndiyə kimi isti kabinetlərdə oturub paslananlar birdən-birə web-dizaynerlərin qayğısına qalmağa qərar veriblər. Sən demə İnternet seqmetimizdə bütün problemlərin mənbəyi Ə hərfidir ki, onun da Ä hərfi ilə əvəzlənməsi labüddür, mütləqdir və həyata keçiriləsidir.
Dostlarım, şübhəsiz ki, Ə Ä ilə əvəzlənərsə, bu gözəl hadisənin sabahı Azərbaycanda parlaq Günəş tək mütləq Google, Facebook, Twitter səviyyəli saytlar peyda olacaq, xüb, buna istənilən potensialımız da var — divarlara yazılan wap saytların adını bir bazada cəmləsək, Google-un axtarış bazasından daha zırpı bir şey alınacaq ki, bu da Azərbaycanı nəinki dünyada, hətta Günəş sistemində də analoqsuz edəcək, bayrağımızı bir daha yüksək zirvələrdə dalğalandıracaq. Odur ki, mütləq qociklərin bu möhtəşəm və uzaq görən təklifini dəstəkləyib, Ə-yə rədd ol deyirik və xdfrs sdgfhlkq asklsd dldfgkd xlkxclkslklüeüpööx!

Yaşasın Azärbaycan!
PS. Bu qociklər skandinaviya ölkələrdə yaşasaydılar, o zaman bu hərfə “Æ æ” nə deyərdilər?! =)
Yazı həmçinin yayımlanır:
FOXnews.az — Ə-nin dərdi var, daşı ağırdı…

  • 9 September, 2012

Rəy əlavə edin

Ə-nin dərdi var, daşı ağırdı : Meqale.net

[…] Pərvin Şükürzadənin bloqu […]

9 September, 2012

Ramin Kərimli

“Ə”-lərin bir maraqlı xüsusiyyəti var “Özlərini düzəltmədən başqalarına eyib tutmaq”.
Qardaşım istər elmi,istər tərəqqi inkişafın arxasında mənəviyyat yoxdursa,o elm,o tərəqqi cəmiyyəti əvvəl-axır uçuruma aparacaq.Yaxşı olardı ki,”Ə”-lər özünütənqid antivurusunu daim aktiv saxlasınlar.

9 September, 2012

Anonim

Ə rədd olsa, bəs “Ə bir-bir” deyənlər nə edəcək? :))

9 September, 2012

Ramin Kərimli

“Əə(y)əə, bir-bir!!.. Booy, borcum yoxdu saa(n)aa , sən bırdan vızıldıyırsan, bı bırdan!”
Bu epizodlar yada düşəndə 32 dişin 21-i görsənməsin neynəsin.
Yerigəlmişkən bilmirsən Əmtəə nişanı nə mənədi??Mənası qeydiyyatdan keçən nişandır..Əmtəə və qeydiyyat nişanı.Görəsən hansı Ə bu Əmtəə sözünü salıb lüğətə.”Ə” tapammıram ki, soruşam..
P.s Bizim bir “Ə” dostumuz var.Deyir, hər şey yaxşı öljjjəyy..İndi Pərvin hər şey yaxşı öləjjjjəəəyy..

12 September, 2012

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom