Çoxlarının bəyənmədiyi Hyundai son dövrlər öz fenomenal inkişafı ilə bir çox avtomobil sənayesinin qrandlarını çoxdan geridə qoyub. Elə mənim fikrimcə də, Hyundai (Hyundai-Kia Motor Company) kimi dinamik inkişaf edən ikinci avtomobil şirkəti yoxdur.
Volkswagen belə öz böyük ambisiyaları ilə (2015-ci ildə nömrə 1 avtoqiqant olmağı planlaşdırır, Toyota-ya rəğmən) artıq Hyunday-a inkişaf tempinə görə uduzduğunu, onun qarşısında acizliyini etiraf edib. Yeni baxımlı və etibarlı modellər, qlobal olaraq qurulmuş yüksək keyfiyyətli servis xidmətləri və ən əsası rəqiblərindən 20-30% ucuz! Bax budur Hyundai-ın əsas inkişaf faktorları! Bütün bunlar isə Hyundai-ın tezliklə lider olacağına zəmin yaradır.
Bəs rəqiblər? Əlbətki, rəqiblər bundan çox narahatdır. Əsasəndə avtomobil sənayesinin şahı sayılan Daimler (Mercedes-Bens ticarət markası). Belə olmasaydı Daimler Hyundai-ın baş dizaynerini özünə çəkməzdi.
Belə ki, bir müddət öncə Joel Piaskowksi Daimler tərəfindən Hyundai-dan alınıb, Mercedess-Benz-in yeni baş dizayneri təyin edildi. Bəli, bəli, düz eşitdiniz, indi bəyənmədiyiniz(miz) Hyundai-ın dizayneri yeni Mercedes-lərin dizaynını tərtib edəcək.
Elə çox keçmədi ki, dəyişikliyin nəticələri artıq məlum oldu. Joel Piaskowksi-nin Mercedes-də ilk işi olan A-Class öz görkəmində Hyundai-ın müxtəlif modellərini xatırladır. Daha çox Hyundai Elantrada (elə onuda Joel Piaskowksi yaradıb) istifadə olunan yan dalğalar, ümumi görünüş və avtomobilin kaskadı, duruşu… Bir sözlə, yaşasın Hyundai-ın ekstraordinar dizaynı! 😉
Mövzuya dair forumda müzakirələr ↓
Elantranı yaradan Mercedesin baş dizayneri kimi!