Deyilənə görə 2 gündən sonra, Avqust ayının 21-i dünyanın resursları artıq yer kürəsi əhalisinə yetməməyəcək.
İndiyə kimi nə istifadə edilirdisə, ana təbiət onu bərpa edib, yenisini yaradırdı, amma indi insan sayının fantastik dərəcədə artmasına görə artıq bu mümkün olmayacaq. Ana təbiət sadəcə resursları bərpa etməyə macal tapmayacaq… insan yenə və yenə daha çox resurs istifadə edəcək.
Bu qorxunc statistikanı gətirən mötəbər Global Footprint Network onuda qeyd edir ki, artıq keçən ildən ana təbiət okeanlarda balıq sərfiyatını insanların sərfiyyatı ilə uzlaşdıra bilmir, balıq (dəniz məhsulları) sayı sürətlə azalmağa, insanların isə iştahı böyüməkdə davam edir. Həmçinin meşələrdə eyni aqibəti yaşayır (bariz nümunə elə Bakı”mız”). AFP isə çox maraqlı bir statistikanı gətirir — deməli insanlıq əgər indiki həcmdə təbiətin nemətlərin istifadə etməyə davam etsə, onda bizə Yer kürəsindən 2 dəfə böyük planet lazımdı. Hələ bu harasıdı… Əgər bütün dünya amerikallar kimi keyflə yaşamaq istəsə — bu alınmaz, çünki Yer kürəsindəki resurslar buna imkan vermir. Bunun mümkün olması üçün Yer kürəsi indikindən düz 4(!) dəfə böyük olmalıdı. Tak çto, inkişafda olan ölkələrin nə vaxtsa inkişaf etmiş ölkələr siyahısına qatılması qərb (və 2-3 şərq) dövlətlərinin yaratdığı mifdən başqa bir şey deyil.
Ən qorxunc statistika isə budur — yer kürəsinin 20% əhalisi planetin 80% resurslarını istifadə edir, qalan 80% əhali isə (əsasən 3-cü ölkələr, hansı ki, onların arasında bizdə varıq) 20% resursla kifayyətlənir. Yagin buna görə bizim çörəklər mal-qara üçün nəzərdə tutulan taxıldan hazırlanır. Əhsən. =)
Bütün bu statistikaya baxanda kiminsə məhsullara olan qiymətlərin ucuzlaşması haqda nəsə deməsi çox gülünc gəlir. Nə ucuzlaşma? Birazdan içməyə təmiz su tapılmayacaq, siz ucuzlaşmadan danışırsız.
İnsanlar… qlobal baxdıqda, insanlar virus kimi bir şeydi, düşüblər yazıq Yer kürəsinin canına, lap tarakanlar kimi. Sayı durmadan artır, iştahları, ambisiyaları isə yerə görə sığmır. Əslində insaları xərcəng xəstəliyinədə bənzədirlər, orqanizmə düşən kimi hər şeyi özünə tabe etməyə çalışır… Görünür xərçəng xəstəliyinə bir çarə tapımadığı kimi, insanların vəhşi iştahınada bir çarə tapılmaz. Üzü qiyamətə doğru gedirik. Ya yeni planetləri fəth edib, yeni koloniyalar qurub tarakan kimi bəşəriyyətə yayılmalıyıq, yada ki, bitməkdə olan resurslar uğrunda bizi dəhşətli müharibələr gözləyir…
İnsanların sayı artıqca da, dəlisovluq artır. Bir bu video-ya tamaşa edin:
Moskva metrosudur. Artıq insanlar həyatdan o qədər harınlayıblar ki, belə risklər edirlər, digərlərinidə riskə atırlar. Sizcə davam etməyə dəyər? Hm. Məncə Allah həqiqətəndə çox səbrlidir. O imkan yaradır ki, insan özü-özünü məhv etsin, day birdə qiyaməti yer üzünə aşırıb ölüləri narahat etməsin… Onsuzda insan özü-özünə qəbir qazır. Yaxın gələcəkdə biz olmasaqda, nəticələrimiz bunun şahidi olacaq. Statistika da bunu təstiqləyir.
Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Yer. İnsanlar. Deyəsən son yaxınlaşır… Düşüncələrim
Qəbələnin kimin patronajı altında olduğunu hər kəs bilir, bunu nə etiraf etməyə, nədə ki, isbat etməyə ehtiyyac yoxdur. Söbət elə bunda da deyil, söhbət Qəbələnin gün-gündən inkişaf etməsindədir…
Digər məmur-oliqarxlar “bezrazmer” pul kisələrini doldurub, villalar sərgiləməkdə olduğu halda hörmətli “Fövqaladə Nazir” yeni əsər yaradır — Qəbələ.
Təcrübəmə əsaslanaraq “Fövqaladə Nazirin” fanatı olmasamda (gömrükdə yaşanan problemlərlə bağlı — sırf onun adı ilə bağlayırdılar), haqqı deməkdə israrlıyam — Qəbələnin ildən-ilə necədə möhtəşəmləşdiyinin şəxsən şahidi oluram. Bu ildə belədir. Keçən ilə nisbətdə çox böyük irəlləyişlər var, şəhər çox gözəlləşib, abadlaşıb və ən əsası — böyük turist axını hesabına yerli qara camaatın yaşayışı, güzaranı çox yaxşılaşıb (eşe bı yaxşılaşmasın — evlərininin bir otağını bir gecəlik 50-120 manata kirayə verirlər). Əlbət, digər bölgələrdə də rayon “sahibləri” iş aparıb, qurub-tikirlər… amma heç bir yerdə Qəbələdə olduğu kimi xırda detallara belə diqqət, total yenidən qurma, təmizlik, kontrol və məsuliyyət yoxdur. 3-4 il ərzində Qəbələ kiçik və baxımsız provinsial rayon mərkəzindən gözəl bir şəhərə çevrilib. Bu 3-4 il ərzində şəhər demək olar ki, tam yenidən qurulub.
Adicə Qəbələnin küçələri ilə gəzərkən təmizlikdən zövq alırsan — çox gözəl və zövqlə tərtib olunmuş bağlar, fontanlar, ümumi abu-hava… Hər addım başı müasir zibil qutuları (day Bakıdakı kimi biədəb yekə “CASCO” dəmir qutular kimi yox), yolların kənarındakı yağış axını üçün xüsusi kiçik su kanallarını (su bərəcələri) hələ demirəm. Qəbələdə hətta hasarlar belə (parkların taxtadan hazırlanan hasarcıqları ümumiyyətlə superdi) özünəməxsus və gözəldir. Dediyim kimi, bu şəhərdə xırdalıqlara belə fikir verilir.
Və ən əsası — hər kəs bilir ki, şəhərin yiyəsi var, day bəzi rayonlarda olduğu kimi “bespridel” deyil, kontrol var. Bu kontrol hər yerdə hiss olunur. Misal — yeni açılmış və Qafqazda “analoqu olmayan” (Bütün hüquqlar AZTV-yə məxsusdur) Lunapark-da el arasında “Metkarting maşınları” kimi tanınan kartinq-dən istifadə edərkən kaska taxmaq istəmədikdə, işçi qeyd etdi ki, bəs xahiş edirəm tax, Nazir buradadı — görüb bizə irad bildirər. Bir sözlə, adi parkda belə Bakıda adət etdiyimiz sosial-xidmət işçilərinin biganəliyinə (daha çox pofiqizm deyərdim) yer yoxdur. Hər kəs öz yerini bilib, işinə məhsuliyyətlə yanaşır.
Yeni istifadəyə verilmiş otellərdən isə aylarla yazmaq olar, amma çox yazmaqla mənim aram yoxdu. =) İnşallah, özünüz olub, dəyər verərsiniz.
PS. Sizlərə sırf “Lunapark”dan kiçik görüntülər təqdim edirəm.
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycanın Qəbələ nağılı!
Biraz “popsovıy” mövzuya toxunacam. Əvvəlcə qeyd edim ki, 28 yaşım var. Bu yaşımda kifayyət qədər insan görüb-tanımışam. Və…
Və bu dəfə Sizlərə Bakıda kimin nə üçün uzun saç saxladığı haqda fikirlərimlə bölüşəcəm. Söhbət oğlan və kişilərdən gedir.
Uzun saç şəxsləri 5 tipə bölərdim:
Yekun olaraq sonda onu qeyd etmək istəyirəm ki, xarici görkəm əsasdı, amma daxili görkəm daha vacibdi. Siz nə qədər saç uzadıb, saqqal saxlasazda, bəyənmədiyiniz Gədəbəydən, Lənkarandan (vətənin hər bir yeri gözəldi, nakamlar) olmaqda davam edəcəksiniz, elə cəmiyyətdə qaydalar kimi olduğunda qalacaq. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Bakıda uzun saç saxlamaq sindromu. Səbəblər
Lider telekanalı reytinq pozisiyasından geri çəkilməkdə davam edir. Demək olar ki, bütün göstəricilərə görə rəqiblərinə uduzan telekanalın tamaşaçıları artıq əllə sayılasıdır. Elə bu səbəbdəndə, o artıq “rupor” rolunu oynamır.
Bir tərəfdəndə bu ANS… ANS-in Lider-də Etibar Hüseynovun apardığı “Sitatın sonu” verlişinin formatında yeni bir verlişi efirə buraxması şəxsən mənim üçün gözlənilən oldu. “Rupor” artıq Lider yox, ANS-dir.
Söhbət “Bədbaxt adam — Eynulla Fətullayev”-dən gedir. Hörmətli Mirşahinin Etibar Hüseynovun ayaqqabılarını geyinib onun yerişini yeriməsi çox gülünc görünürdü.
Məqsəd Eynullanı qaralamaq olsada, hörmətli Mirşahin açıq-aydın xalqın gözü qarşısında özünü alçaltdı. Axı nəyə görə? Məncə istənilən halda buna dəyməzdi.
Çünki elə filmdə adı çəkilən Anar müəllimində qeyd etdiyi kimi, jurnalist fəaliyyətinə görə onsuzda azadlıqdan məhrum olan bir kimsəni ayaqlamazlar. Qoy çıxsın azadlığa, onda bu meydan, buda şeytan.
Bəli, Eynullanın səhvləri var, özüdə böyük səhvləri… Amma bu verlişlə Mirşahin millətin təfəkkürünə, xüsusəndə gənclərə əks təsir etdi. İndi Eynulla onlar üçün azadlıq rəmzi, haqq sözüdü…
Yoxsa hörmətli Mirşahin Etibar Hüseynovun çörəyinə bais olmaq fikrindədi?!
Filmi izləməyənlər Youtube vasitəsilə izləyə bilərlər:
Mövzuya dair forumda müzakirələr ↓
ANS vs. Eynulla Fətullayev
Sony Ericsson ASPEN-i gözləməkdən (keçən il dekabrda anons olub, amma hələdə satışa çıxarılmayıb) gözlərimin nuru saraldı… Vaxtda keçdikcən baxıram ki, ASPEN artıq xarici görünüş cəhətdəndə köhnəlib…
Həm Windows Mobile 6.5 məni qorxudur, başımı çox ağrıdıb. Düzdü Sony Ericsson deyir ki, bəs bu moderldə (ASPEN) 6.5 tam yeni görkəmdə və modifikasiyada olacaq, HTC-dəki tormozlardan uzaq… amma yenədə nəsə ehtiyat edirəm.
Bir sözlə favoritim dəyişdi. İndi favoritim kifayət qədər balaca və funksional, Android sistemində çalışan “fullun-fullu” Sony Ericsson XPERIA X10 mini pro-dur.
Gəlin göstəricilərinə baxaq:
Əməliyyat sistemi — Android 1.6 (yenilənmə imkanı ilə)
CPU — Qualcomm MSM7227 600MHz
Ölçüləri — 240 x 320 pixels, 2.55 inches
Yazı — QWERTY keyboard
Yaddaş kartı — microSD, up to 16GB, 2GB included
Kamera — 5 MP, 2560х1920 pixels, autofocus, LED flash
GPS — Geo-tagging
Radio — Stereo FM radio with RDS
Digər — – Digital compass, Google Search, Maps, Gmail, YouTube, Calendar, Google Talk, Document viewer
Bircə SAR reytinqi biraz çoxdu — 1.61 W/kg (head)
Bir sözlə balaca olsada, texniki göstəriciləri normaldı, deyərdim Nokia (Symbianlı) analoqlarından qat-qat üstündü.
Çox funksional bu smartfon May ayından Avropada satışda olsada, hələdə ölkəmizdə satışda yoxdur. Sony Ericsson-un rəsmi distyubutoru Akundoff Networks isə susur…
Bu günlərdə Milli Elmlər Akademiyasının saytın axtarırdım. Həmişəki kimi Google-da sorğunu yığdım və nəticə məni şoka saldı.
Nəticə isə onu göstərir ki, bəs http://kamran-petux.da.ru domen adı altında Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının rəsmi veb səhifəsi yerləşir.
Sözü gedən saytın kodun biraz analiz etdikdən sonra məlum oldu ki, bu sadəcə freymdi, faktiki olaraq sayt science.gov.az veb ünvanına yönlənir. Məsələ ilə bağlı müraciət etdim Google-a, “Milli Elmlər Akademiyası” sorğusunda kamran-petux.da.ru saytının ləğv edilməsi ilə bağlı. Səbəb — Azərbaycanı alçaltmaq cəhdi və faktiki saytın olmamağı (yalnız qeyd etdiyim kimi yönləndirici freym var). Sağolsunlar, bir həftə ərzində biabırçı domen adı sorğu nəticəsindən yığışdırıldı.
Amma… Amma bilmirəm bu kiminsə şəxsi qərəzliyi idi, ya ironiyası… domen adı elə Azərbaycan elminin hal-hazırda hansı səviyyədə olduğunun göstərici idi — universitet və məktəblərdə açıq-aşkar rüşvətxoluğun tüğyan elədiyi, heç bir elmi nailiyyətlərin olmadığı bir vaxtda, Azərbaycan elminə elə bu tip domen yaraşır.
Mövzuya dair forumda müzakirələr ↓
Elmlər Akademiyası «kamran-petux» domeni altında?!
Axır vaxtlar hər kəsin əcnəbi ölkələrə can atması yaman dəbə düşüb. Can atmaları bir yana, gedib “layiqli” təmsil etmələri adamı lap qıcıqlandırır.
Elə bu günlərlə elektron yayım vasitələrində belə bir xəbər çıxdı ki, bəs Azərbaycan “şou-biznesi”ni Türkiyədə təmsil edən, rkada-çkada musiqisini ifa edən, guya xalqın artisti olan Brilliant xanım Dadaşova növbəti dəfə “quşlayıb”.
Belə ki, o bir TV verlişdə qonaq olarkən aparıcıya təklif edib ki, bəs ayaqlarını yuduzdurmaq istəyirsənsə, bir Azərbaycan qızı al… Buda “xalq artistinin” bizi təmsil etməsi və ölkəyə, Azərbaycan qadınına qoyduğu hörmət… Əhsən.
Xatırladım ki, o bundan qabaqda Türkiyə kanallarının birində “rastamojkasız” afadə işlədib. Türkiyə gələrkən niyə ərinizlə gəlməmisiniz sualına, o qonaq ölkəyə öz samovarınla gəlməzlər cavab verib. =)
Ölkəmizi “xalq artistinin” bu cür təmsil etməsindən sora, göbələklərin hoqqalarından day danışmağa dəyməz. Kölə millətin kölə təfəkkürü…
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycanı «əcnəbi ölkələrdə» təmsil edirik…
Corat qutabı… Novxanı çimərliyinin əsas atributlarından biri. Amma qutab nə qədər dadlı olsada, Novxanı çimərliyi bir o qədər çirkin və qorxuludu.
Yoxlamalar necə Novxanı çimərliyini qiqiyenik və mikrobioloji vəziyyətini çimərlik üçün yararlı olduğunu təstiqləməsi mənim üçün müəmmalı qalır. Görünür burada da «anloqu» olmayan hörmət öz işin görüb.
Fakt – çimərlik pis gündədi, su isə çirkab su iyi verir. Gözümüz görə-görə növbəti dəfə yalan danışırlar…
Amma yalanın doğrunun bu qara millətə nə faydası – plajda adam əlindən tərpənmək olmur, hətta suda axan «kakaşkalar» belə insanları çəkindirmir.
Onuda qeyd edim ki, Novxanı çimərliyinə əsasən Sumqayıtın çirkab suları axıdılır, hələ mən yaxındakı bağ evlərin demirəm.
Bir sözlə, sağlamlığınızın qeydinə qalırsınızsa, Novxanı çimərliyiə getməyin. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Novxanı çimərliyi və ya çirkab sularda plaj…
Azərbaycan telekanallarının səviyyəsi gün-gündən yaxşılaşmaq əvəzinə düşməkdə davam edir. Yenə şükürlər olsun ki, Rəqsanəni ekranlarda az-az görməyə başlamışıq, amma…
Amma TV-lərdə yağışdan sonra göbələk kimi yayılan gündəm xarakterli tematik verlişlər Rəqsanənin vaxtında qədrini bilmədiyimizi təstiqləyir.
Kütləvi olmaları ilə yanaşı, əsasən qurma səhnəciklərdən ibarət olan bu verlişlər artıq evdar tamaşaçıları belə bezdirib. Guya ailə problemlərini ictimayələşdirib, problemlərin həlli yollarını axtarırlar, əslində isə boşanmanı, abortu, ailədə zorakılığı təbliğ edirlər. Bu yanğını benzinlə söndürməyə bənzəyir. Atalar yaxşı deyiblər — dəlinin yadına daş saldılar. =)
Belə verlişlərdən biridə ATV-də yayımlanmağa başlayıb. Öz süniliyilə seçilən bu verlişin aparıcısı Andrey Malaxovun yerişini, onun duruşunu, onun danışığını copy-paste etməyə çalışan “3 nöqtə” qəzetinin baş redaktoru və yaradıcısı Xoşqədəm xanım Baxşəliyevadır. Süni ifadələr, duruşlar nəyə gərək?! Məgər təbii duruş, nitq, kimisə copy etməmək qəbahət sayılır? Məgər ATV kanalı normal bir aparıcı tapmadı?
Ola bilsin Xoşqədəm xanım yaxşı qəzet jurnalistidir, buna şübhəm yoxdur, amma bir TV aparıcı kimi bəyənmədim… Ondansa hindistan seriallarına baxmaq daha savab iş olar. =)
Mövzuya dair forumda müzakirələr ↓
Sən tək deyilsən və ya ətimiz töküldü!
Start veriləcək yeni layihəmizlə bağlı şirkətimiz gənclər arasında kiçik araşdırma apardı. Sorğunun nəticələri çox maraqlı olduğundan sizinlə bölüşürəm.
Belə ki, “Bu yay nə etməyi planlaşdırırsınız?” sualına aşağıdakı kimi cavablar oldu:
48% — Dəniz sahilində istirahət etmək;
14% — iPhone almaq;
12% — Röya və Zamiqin konsertlərinin heç olmaya birində iştirak etmək;
08% — Yeni işə düzəlmək;
08% — Türkiyəyə getmək;
06% — Azercell-də işə düzəlmək (!) (Qeyd, deyəsən Azercelldə vakansiya bolluğudu);
04% — Fikirləşməmişəm.
Onuda qeyd edim ki, sorğuda 16-30 yaşadək 160 respondent iştirak edib.
“Sizi həyatda hal-hazırda daha çox nə maraqlandırır?” sualına isə aşağıdakı cavalar oldu:
32% — İstirahət;
24% — Odnoklassniki.ru;
13% — Yeni işə düzəlmək;
12% — Sevgilim;
08% — iPhone;
05% — Avtomobillər;
03% — Playstation;
03% — Fikirləşməmişəm.
Bu sorğuda 14-30 yaşadək 140 respondent iştirak edib.
“Ən böyük arzunuz nədir?” sualına isə aşağıdakı cavalar oldu:
26% — Avtomobil sahibi olmaq;
21% — iPhone4;
19% — Ailə qurmaq;
17% — Ev sahibi olmaq;
07% — Dünyanı gəzib-dolaşmaq;
05% — Vəzifə sahibi olmaq;
02% — Velosiped sahibi olmaq;
01% — Ölkəmizin Qarabağa sahib çıxması;
01% — Müğənni olmaq;
01% — Fikirləşməmişəm.
Bu sorğuda 14-30 yaşadək 220 respondent iştirak edib.
Bir başa layihəyə aid olan sualımıza “Siz mobil əyləncə xidmətlərindən istifadə edirsiniz?” isə aşağıdakı kimi cavablar oldu:
56% — Hərdən, artıq kontur olanda;
31% — Mütamadi olaraq;
08% — Puluma qıymıram;
05% — Mobil əyləncə nədir?!
Bu sorğuda 12-30 yaşadək 400 respondent iştirak edib.
Sorğudanda göründüyü kimi, hal-hazırda Azərbaycan gəncliyini maraqlandıran Top3-lüyə — Röya və Zamiq, iPhone və Odnoklassniki.ru saytı daxildi.
Ən kədərləndirici fakt isə Qarabağ problemi ilə gənclərin cəmi 1%-i maraqlanmasıdır.
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan gəncini bu yay nə maraqlandırır?!
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual