Xristianlığın böhranda olduğu heç kimə sir deyil. Bu yaxınlarda bütün Latviyanın arxiyepiskopu bunu təstiqləyib, özündən yeni günah ixtira etdi.
Arxiyepiskopun icadına görə indən belə seçkilərdə iştirak etməmək günahdır. =)
Delfi informasiya saytının verdiyi xəbərə görə Latviya və Litvanın böyük arxiyepiskopu Rigi Zbignev Stankevic öz çıxışlarının birində qeyd edib ki, Latviya xalqı və bütün xristianlar (insanlar) ölkənin həyatında aktiv rol oynamalıdırlar, məhz onların fəallığı seçkilərin nəticəsini təsir edir. Deməli seçkilərdə iştirak etməmək, vətənə qarşı biganəlik, bu isə özü-özlüyündə ağır günahdır.
Bir sözlə hörmətli arxiyepiskopun fətvasına görə indən belə insanlıq seçkilərdə iştirak etməsə, günah işlədir. Əhsən.
PS. Deyirəm bizdədə seçkilər yaxınlaşır. Yagin hörmətli şeyxdəndə bir fətva gələcək.
Mövzuya dair forumda müzakirələr ↓
Latviyalı keşişin yeni günah ixtirası!
Lider telekanalı reytinq pozisiyasından geri çəkilməkdə davam edir. Demək olar ki, bütün göstəricilərə görə rəqiblərinə uduzan telekanalın tamaşaçıları artıq əllə sayılasıdır. Elə bu səbəbdəndə, o artıq “rupor” rolunu oynamır.
Bir tərəfdəndə bu ANS… ANS-in Lider-də Etibar Hüseynovun apardığı “Sitatın sonu” verlişinin formatında yeni bir verlişi efirə buraxması şəxsən mənim üçün gözlənilən oldu. “Rupor” artıq Lider yox, ANS-dir.
Söhbət “Bədbaxt adam — Eynulla Fətullayev”-dən gedir. Hörmətli Mirşahinin Etibar Hüseynovun ayaqqabılarını geyinib onun yerişini yeriməsi çox gülünc görünürdü.
Məqsəd Eynullanı qaralamaq olsada, hörmətli Mirşahin açıq-aydın xalqın gözü qarşısında özünü alçaltdı. Axı nəyə görə? Məncə istənilən halda buna dəyməzdi.
Çünki elə filmdə adı çəkilən Anar müəllimində qeyd etdiyi kimi, jurnalist fəaliyyətinə görə onsuzda azadlıqdan məhrum olan bir kimsəni ayaqlamazlar. Qoy çıxsın azadlığa, onda bu meydan, buda şeytan.
Bəli, Eynullanın səhvləri var, özüdə böyük səhvləri… Amma bu verlişlə Mirşahin millətin təfəkkürünə, xüsusəndə gənclərə əks təsir etdi. İndi Eynulla onlar üçün azadlıq rəmzi, haqq sözüdü…
Yoxsa hörmətli Mirşahin Etibar Hüseynovun çörəyinə bais olmaq fikrindədi?!
Filmi izləməyənlər Youtube vasitəsilə izləyə bilərlər:
Mövzuya dair forumda müzakirələr ↓
ANS vs. Eynulla Fətullayev
Bu günlərdə Milli Elmlər Akademiyasının saytın axtarırdım. Həmişəki kimi Google-da sorğunu yığdım və nəticə məni şoka saldı.
Nəticə isə onu göstərir ki, bəs http://kamran-petux.da.ru domen adı altında Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının rəsmi veb səhifəsi yerləşir.
Sözü gedən saytın kodun biraz analiz etdikdən sonra məlum oldu ki, bu sadəcə freymdi, faktiki olaraq sayt science.gov.az veb ünvanına yönlənir. Məsələ ilə bağlı müraciət etdim Google-a, “Milli Elmlər Akademiyası” sorğusunda kamran-petux.da.ru saytının ləğv edilməsi ilə bağlı. Səbəb — Azərbaycanı alçaltmaq cəhdi və faktiki saytın olmamağı (yalnız qeyd etdiyim kimi yönləndirici freym var). Sağolsunlar, bir həftə ərzində biabırçı domen adı sorğu nəticəsindən yığışdırıldı.
Amma… Amma bilmirəm bu kiminsə şəxsi qərəzliyi idi, ya ironiyası… domen adı elə Azərbaycan elminin hal-hazırda hansı səviyyədə olduğunun göstərici idi — universitet və məktəblərdə açıq-aşkar rüşvətxoluğun tüğyan elədiyi, heç bir elmi nailiyyətlərin olmadığı bir vaxtda, Azərbaycan elminə elə bu tip domen yaraşır.
Mövzuya dair forumda müzakirələr ↓
Elmlər Akademiyası «kamran-petux» domeni altında?!
Axır vaxtlar hər kəsin əcnəbi ölkələrə can atması yaman dəbə düşüb. Can atmaları bir yana, gedib “layiqli” təmsil etmələri adamı lap qıcıqlandırır.
Elə bu günlərlə elektron yayım vasitələrində belə bir xəbər çıxdı ki, bəs Azərbaycan “şou-biznesi”ni Türkiyədə təmsil edən, rkada-çkada musiqisini ifa edən, guya xalqın artisti olan Brilliant xanım Dadaşova növbəti dəfə “quşlayıb”.
Belə ki, o bir TV verlişdə qonaq olarkən aparıcıya təklif edib ki, bəs ayaqlarını yuduzdurmaq istəyirsənsə, bir Azərbaycan qızı al… Buda “xalq artistinin” bizi təmsil etməsi və ölkəyə, Azərbaycan qadınına qoyduğu hörmət… Əhsən.
Xatırladım ki, o bundan qabaqda Türkiyə kanallarının birində “rastamojkasız” afadə işlədib. Türkiyə gələrkən niyə ərinizlə gəlməmisiniz sualına, o qonaq ölkəyə öz samovarınla gəlməzlər cavab verib. =)
Ölkəmizi “xalq artistinin” bu cür təmsil etməsindən sora, göbələklərin hoqqalarından day danışmağa dəyməz. Kölə millətin kölə təfəkkürü…
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycanı «əcnəbi ölkələrdə» təmsil edirik…
İnternetdə yayılan forum sistemləri içərisində ən təhlükəsiz və stabili sayılan vBulletin4, illərlə qazanılan hörmət və etibarı bir anda darmadağın etdi.
vBulletin4 kimi çiy bir sistemin özüdə Gold (Release candidate yox, Beta yox, Alpha yox, məhz GOLD!) əlavəsi ilə satışa çıxarılması ən azından cinayətdir. Niyə? Niyələri gəlin sadalayaq:
Hələ sadalanacaq çatışmamazlıqlar çoxdur, sadəcə yadımda qalanı yazdım.
Yazdıqlarımda hər biri real faktlara əsaslanır — düz 5 gündir ki, əziyyət çəkirik. Belə ki, Fox.AZ portalının forumun yenilədik 3.8 versiyadan 4.05 versiyaya. Elə problemlərdə bundan başladı. Birinci baza ümumiyyətlə köhnəni tanımadı, sonra proqramistlərimizin düzəlişlərindən sonra vBulletin4 sayta oturdu, amma… Amma yenidən Error… Bütün köhnə plaqinləri pozmalı olduq… Bala-bala dizayndan portalın yeni strategiyasına uyğun dəyişikliklər etməyə başlamışdıq ki, şablonlarla bağlı problem lap əsəbimizi məhv etdi. Hələ bu azmış kimi foruma eyni zamanda hər 50 müraciət edildikdə — baza darmadağın oldu. Bir sözlə 5 gün bizə bu sistem olmazın əzabın verdi…
Çiy məhsul üçün 6 ildir ki, abunə olub lisenziya almağımız (burdada soyğunçuluqla məşğuldular, məsələn, yeni vBulletin üçün mütamadi ödədiyimiz abunə haqqından başqa yeni ödəmə tələb edilir — 280 USD) üçün lap peşman oldum.
Heyf səndən ay vBulletin… Deyəsən bizdə keçəsi olacıq IPB-yə.
Gürcüstan nə baş verdiyini hələdə anlamaq olmur. Ya esktraordinar prezidentləri qalstuk yeyir, ya Azərbaycana qardaşlıq andı verə-verə ermənilərə dostluq əli uzadır, ya “demokratiya” carçısı kimi çıxış edirlər. Bu dəfə Gürcüstan yenədə regionda “öndə” olduğunu sübut etdi. Belə ki, yerli Asaval-Dasavali (Yollar) qəzetində çıxan məqalə bütün ölkədə sensasiya doğurub.
Prezident Mişanın favoritkası olan 28 yaşlı (!) İqtisadi İnkişaf naziri xanım Veronika Kobaliyanın striptiz klubların birində biədəb pozalarda olarkən çəkdirdiyi şəkillər əhalini şoka salıb. Özüdə bu xanım nazirin birinci belə “keyfi” deyil.
Xatırladım ki, 28 (!) yaşlı nazir xanım ümumiyyətlə nə ixtisasca, nədə ki təcrübə baxımından bu vəzifəyə uyğun deyil. Elə buna etiraz olaraq Gürcüstan Mərkəzi Bankının rəhbəri bildirib ki, 28 yaşlı bir qızcığazı strateji əhəmiyyətli dövlət stukturuna nazir (bütün maliyə qurumları, iqtisadiyyat rıçaqları + bank sektoru bu nazirliyin tabeliyindədi) təyin etməyi yalnız Şaakaşvili edə bilər.
Görünür Mişa bu qızcığaza biganə deyil. =)
Mövzuya dair forumda müzakirələr ↓
28 yaşlı gürcüstanlı nazir striptiz-klubda!
Azərbaycanda hələdə alternativsiz olan Azərbaycan kinoteatrı iyul ayından etibarən qiymətləri yenidən qaldırdı. Belə ki, 8 manata olan seans artıq 10 manatdır. VİP salonda isə filmə tamaşa etmək artıq 15 manata başa gələcək (əvvəllər 10-12 manat idi).
Qiymətlər özü-özündən niyə belə artdı sualıma, kinoteatrı təmsil edən xanım qiz deməyə tutarlı bir söz tapmadı, dedi yuxarıdan qaldırıblar — bizdə satırıq, amma bizim özümüzədə maraqlıdır, qiymətlər niyə qalxdı.
Onuda qeyd edim ki, Azərbaycan kinoteatrı 3D filmləri dəstək etmək imkanından məhrumdu, bütün filmlər köhnə “dədə-baba” üslubu ilə göstərilir. 3D filmlər göstərilsə onun bizlərə neçəyə başa gəlməsini bir anda təsəvvür etsək…
Maraqlısı isə odur ki, yaxın qonşularımız olan Ukrayna və Rusiyada bir seans üçün orta qiymət 5 USD təşkil edir, buda bizim pulla hardasa 4 manat edir.
Deyəsən sadə insanlar yenədə “analoqu” olmayan kinoteatrın soyğunçuluq siyəsətinin qurbanı olurlar… Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Kinoteatr Azərbaycan qiymətləri növbəti dəfə qaldırdı
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual