Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

AZTV-nin rekordu Belorus Televiziyası tərəfindən vuruldu!

Bu kiçik bir müsahibəyə mütləq baxın və gedib AZTV-yə şükür edin. 😀 И смех, и грех. İnsanlar necə də qaraya inadkarlıqla ağ deyə bilirlər. Əhsən.

Mövzuya dair forumda müzakirələr ↓
Youtube

Mirşahin. Mələklər. Çexiya prezidenti. Sözsüz

Sözsüz. Yalnız video görüntülər.
Mirşahinin “Hesabatı”. Hakimiyyət üçün söz azadlığı istəyirik!

Mələklər prezident olsaydı, necə olardı? Maraqlı sualdır, gəlin cavabına baxaq.

Çexiya prezidentinin qələm sevdası. 😀

Mövzuya dair forumda müzakirələr ↓
Mirşahin yenidən daş atdı

Minskdə partlayış. Terroristlər yoxsa siyasi qambit?!

Dünən Minsk metrosunda partlayış baş verdi. Özü də Lukaşenkonun düz rezidensiyasının yanında. Adət üzrə hər şeyi yıxdılar terroristlərin, qərbin üstünə. Maraqlıdır, həqiqətən bu olayda terroristlər və “onları maliyyələşdirən” qərbin əli var?! Fikrimcə yox. Dünənki olay açıq-aydın iyrənc siyasi qambit nümunəsi idi — insanlar qurban verildi, nəticədə rejim daha da bərkidi və siyasi bonus qazandı. Bu hadisə lap 11 sentyabr olaylarını xatırlatdı. O vaxt 11 sentyabr hadisəsi Corc Buşa su və hava kimi lazım idisə, bu partlayış da Avropanın son diktatoru üçün həyati məna kəsb edir.
Məqsəd — “ərəb” ssenarisindən qorxuya düşən rejim cəmiyyətə çatdırmaq istəyir ki, bəs Lukaşenko getdi — Belorus qarışacaq. Bundan əlavə bonuslar da əldə edildi — indi müxalifətçiləri terrorda günahlandırıb daha asan zindanlara atmaq olacaq və yaxud polis rejiminin daha da ifratlaşmasına bahanə var. Nəsə. Günahsız insan həyatından öz çirkin siyasi oyunları üçün istifadə edənlərə ar olsun!



Video görüntülərə görə Aslana təşəkkürlər.
Mövzuya dair forumda müzakirələr ↓
Minskdə metro partladıldı

Şərəfsizlik və ya sosial qınaq qorxusu…

Son vaxtlar bloqa vaxt ayırmağa vaxtım olmur. İşlər, problemlər, qayğılar. Amma vaxt tapıb yenidən bloqu aktivləşdirəcəm. Söz. =)
Ölkəmizdəki son olaylar ölkənin dəyişikliklər astanasında olduğuna dəlalət edir. Rəsmi TV-nin son olayların miqyasını nə qədər azaltmasına baxmayaraq, əlahəzrət fakt fakt olaraq qalır — xalq arasında siyasi oyanış prosesi başlanıb. Özü də bu proses demək olar ki, əhalinin bütün təbəqələrini əhatə edir. Bu prosesdə maraqlı olan hər iki tərəfin bir-birinə qarşı kompromissiz mövqeyi yox, bəzi insanların çıxıb TV ekranlarında qarşı tərəfə iradlar bildirib, sonra gəlib İnternetdə bu sözlərdən imtina etməsidir. Adama deyərlər, a bala əgər gəlib sonradan poxunu geri yeyəcəkdinsə, axı niyə çıxırdın o TV-yə? Ümumiyyətlə bu tip şərəfsiz insanlar çıxıb TV-də böyük dəyərlərdən danışmaqla elə həmin dəyərlərə qarşı ən böyük hörmətsizlik edirlər. İnsanın əqidəsi bir olar. Dedin — sözünün arxasında dur, dura bilmirsən, onda kişilik etmə, sənə yaraşmaz. Yeni balıqlar nəsli…
Nəsə. Allah bizi belələrindən qorusun.
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

Liviya hadisələri. Siyasi analitiklərin fikirləri (Video)

Liviyada baş verən olaylara dair artıq kifayət qədər fikirlərimlə bölüşmüşəm. Bəs məşhur siyasi analitiklər bu olaylar barədə nə fikirləşirlər?!
Rusiyanın ТВ Центр telekanalının baş verən olaylarla bağlı maraqlı süjeti. Hadisələrin əsl mahiyyətinə varmamaqla obyektiv yanaşma nümunəsi.

**********************************************************
Vladimir Jirinovskinin NATO-nun Liviyadakı əməliyyatları öz üzərinə götürməsinə dair yayılan xəbərlərə münasibəti. Kişi düz deyir…

**********************************************************
Bu çarxda isə obyektivliyinə hər zaman hörmət etdiyim məşhur jurnalist-analitik Maksim Şevçenko hadisələrə dair fikirləri ilə bölüşür. Müsahibə bir müddət öncə götürüldüyündən (hələ koalisiya qüvvələri Liviyaya soxulmamışdılar) bəzi mülahizələr aktuallığını itirib, amma ümumi ideya və anlatım çox maraqlıdır. Neoquldarlıq ideyasına da toxunulur, mütləq baxın!

Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

İstirahət edək. Ən maraqlı video çarxlar

Çoxdandır ki, elə siyasi mülahizələrimlə bölüşürəm. Nə qədər olar axı. =) Biraz istirahət edib, pozitivlənək.
Texnoloji təkamül. Super 3D effektlər.

************************************************
Uşaqlığımızın pərəstiş obyekti “Mario” oyunu indi onun gözləri ilə. Maraqlı çarxdır.

************************************************
Paralel dünya. Qısa (elə bütöv də) 3D filmlər arasında şəksiz şah əsər! Mütləq baxın!

************************************************
Və sonda… Avropanın məşhur Euronews telekanalının Azərbaycanda keçirilən Novruz şənlikləri və bu bayramın mahiyyəti ilə bağlı hazırladığı maraqlı reportaj.

Mövzuya dair forumda müzakirələr ↓
İstirahət edək. Ən möhtəşəm çarxlar

Liviya… Suriya, Səudiyə Ərəbistanı, Türkiyə, İran… Çin

Artıq bir həftəyə yaxındır ki, qərb Liviyanı viran qoymaqdadır. Bir neçə ay bundan öncə ərəb “inqilablarını” canlı yayımla dünyaya çatdıran informasiya agentlikləri indi bu olayla bağlı cəmi 1-2 dəqiqəlik qısa süjetlər hazırlayırlar. Bir vaxtlar tərəfsizliyinə görə böyük rəğbətimi qazanan Euronews-un necə “tərəfsiz” olduğu bu olaylardan sonra sübut olundu. Əhsən. Bu günlərdə bir qardaş statusunda belə yazmışdı — “yəqin 20 il sonra ABŞ prezidentləri ekran önündə DEMOKRATİYA naminə uşaqları diri-diri yeyəcəklər”. Sitatın sonu (c). Haqlıdır. Ay Sem dayı, de bizə neft lazımdır, de neoquldarlıq planımız var, şansınız yoxdur, qul olmalıyıq, de bunları, biz də işimizi bilək. Yoxsa nə qədər axı yalandan demokratiya, demokratiya olar…
Ərdoğanın isə ABŞ-ın əl-altısı olduğunu söyləyənlərə inanmırdım. Demokratik Cümhuriyyəti dizi üstünə qoyub bütün ziyalıları türməyə basan bu despot yalandan xalq arasında natiqlik edib, rəğbətini qazanıb, amma əməldə ABŞ-ın göstərişlərini yerinə yetirir. Deyirdi guya qərbin Liviya macarasında iştirak etməyəcək. Nə oldu? Bu gün eşidirəm N qədər gəmi göndərib. Yoxsa xanım Klintonun sözündən çıxa bilmədi? Yoxsa siz inanırsınız ki, adi bir sözün üstündə durmağa cəsarəti olmayan birisi İsrailə təpkilər etmək iqtidarındadır?! İnandırım sizi o İsrailə qarşı təpkilər də yaxşı qurulmuş tamaşadan başqa bir şey deyil. Məhz elə Ərdoğanın əli ilə tezliklə ərəb “inqilabları” Türkiyədə də reallaşacaq — nəticədə ABŞ-ın çoxdan hazırladığı yeni qeopolitik situasiya formalaşacaq — Türkiyə bir neçə topluma (dövlətə) bölünəcək.
Bunu siyasi ekstrasens və kremlin klounu kimi tanınan Jirinovskiy də bu günlərdə söylədi — bütün şərq aləmi qarışdırılır və bunun məntiqi nəticəsi kimi 2030-cu ildə Çin dağıdılır. Bununla da Anqlo-saksların və onların bir yerlərini öpən fransızların qlobal neoquldarlıq planı növbəti fazaya keçir.

Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

Medvedev ağasının üzünə ağ çıxır?!

Popkornu hazırlayıb, dünya siyasi arenasında baş verəcək növbəti maraqlı bataliyalanı seyr etməyə hazırlaşın — Medvedev vs. Putin. Kim qalibdir? Zaman göstərəcək.
Amma bu günki olayda Medvedev daha cəsarətli və özünə inamlı görünürdü. Olay demişkən, tankda oturub heçnədən xəbəri olmayanlar üçün — bu gün Liviyadaki proseslərə qiymət verən Rusiyanın baş naziri özünə xas olmayan obyektivlik nümayiş etdirib, qərb dövlətlərini qınayıb, onları faktiki işğalçı adlandırdı. Bu azmış kimi, qərbin hərbi kampaniyasını müsəlman dövlətlərinə qarşı səlib yürüşünə bənzətdi. Bu da öz növbəsində BMT-də qərbin Liviyaya soxulmasına şərait yaradan qətnamənin qəbuluna dair Rusiya prezidentinin bağına daş atmaq idi…

Putinin çxışdan elə biraz keçmişdi ki, Medvedev canlı ekranlara çıxır və çox sərt şəkildə Putini dediklərinə görə qınayır. Sitat — bu konfliktdə dair heç bir halda məsuliyyətsiz ifadələrdən istifadə etmək olmaz, xüsusi ilə sivilizasiyaları bir-birinə qarşı çıxaracaq “səlib yürüşləri” kimi yersiz ifadələrlə… Sitatın sonu (c). Görünür cənab Medvedev ABŞ-a səfəri zamanı hədiyyə aldığı iPhone 4-dən sonra ağasının üzünə ağ olub. =) Belə olan halda Medvedev maksimum Qorbaçovun yerişini yeriyəcək.

Görəcəklərimiz hələ qabaqdadır. Nə olur olsun, təki bizim üçün xeyir olsun. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Rusiya vs. Qərb

Fucking Democracy?! Какая на хрень демократия?!…

Liviyanı hal-hazırda Qərb dövlətləri bombalayıb məhv edirlər. Xarici KİV-lər Liviya rejimini despotik şəkildə kütləyə çatdırsalarda, reallıqda özləri onlardan heç də geri qalmırlar. Dinc bir ölkəni süni şəkildə iki yerə bölüb vətəndaş müharibəsinə sürüklərlər. Liviya haqda həqiqət. Bu videoya mütləq baxın.

«… Американцы готовы напасть на Ливию и ждут лишь удобного момента. Они хотят наложить лапу на нефтяные богатства этой страны и попытаются использовать недовольство… ужасную ситуацию, сложившуюся в Ливии, и оправдывать оккупацию этой страны будут необходимостью придти на помощь народу в его несчастиях. Своё вторжение в Ирак, как мы помним, тоже мотивировали великими гуманитарными и демократическими ценностями. Что из этого получилось? Ирак разрушен, разграблены его нефтяные богатства и бесценные сокровища Вавилона. Ирак ныне – растерзанное, готовое распасться государство. »
Халед Мишааль, лидер движения ХАМАС
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

Klounlar müharibəsi başladı…

Tək qütblü dünya öz acı fəsadlarını göstərməkdədir. Dünya birliyi tərəfindən qəbul edilmiş müstəqil dövlətlərin əsas postulatların biri bu günlərdə havaya sovuruldu — müstəqil dövlətlərin öz suverenliklərini separatizmdən təmizləmə hüququ darmadağın edildi. Faktiki qərb dövlətləri hayasızcasına BMT-dən növbəti dəfə öz çirkin planları üçün istifadə etdilər — Liviyanı 2 yerə parçaladılar. Məqsəd — neftdir. Eyni ssenari Sudanda da tətbiq edilmişdi, neftlə dolu cənubu şimala qarşı qızışdırıb, ölkəni iki yerə böldülər. İndi də Liviya. Bundan sonra Liviya xalqına yalnız baş sağlığı vermək qalır.
Ən maraq doğuran fakt isə bu olaylarda öndə gedən Amerikanın əl-altısı Fransa prezidenti Nikolya Sarkozinin olmasıdır. Bu insan siyasi nailiyyətlərindən daha çox qeyri ciddi, şou-biznes sayağı hoqqaları ilə gündəmdə qalır. Ya arvadı lütlənib jurnal səhifələrinə çıxır, ya dəvət etdiyi prezidenti aşaqlayaraq saqqız çiynəyir. Bu günlərdə Qəddafinin oğlu Sarkozini gözəl xarakterizə etdi — kloun. Bu sözdən bir sutka keçməmiş Fransa və ABŞ (Böyük Britaniya ilə əlbətki) BMT-yə öz çirkin planlarını qəbul etdirib Liviyaya soxuldular. Bir tərəfdən kloun Qəddafi, digər tərəfdən kloun Sarkozi — lap klounlar savaşıdır.
Qəddafinin oğlunun eksklüziv müsahibəsinə aşağıda baxın:

Gözümüzün önündə dəhşətli proseslər baş verir. Bütün bunlar son yazılarımda qeyd etdiyim qlobal neoquldarlıq siyasətinin davamıdır. Heç kim də bu olaylara sevinməsin. Bu presedent ona əsas verir ki, səhər biz öz torpaqlarımızı düşməndən azad etdikdə, Fransa gəlib erməni xalqını xilas etmək adıyla Qarabağa soxulsun. Çünki artıq buna BMT tərəfindən qanuni müstəvidə qəbul edilmiş qətnamə var.
Hələ görəcəklərimiz qabağdadır. Allah bizi qorusun.
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom