Bu kadrları Euronews-da ilk kərə gördükdə dəhşətə gəldim. Sözsüz…
Euronews-un son xəbərinə görə bu avtomobil ABŞ səfirliyinə məxsusdur. Ortaya maraqlı suallar çıxır…
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!
Dünyanın, proqressiv insanlığın başı Misirə qatışdığı bir vaxtda, Qazaxıstanda traqikomik hadisələr baş verir. Görünür, köhnə qurd Nursultan Nazarbayev xalqıyla manipulyasiya üçün gözəl vaxt seçib. Əsl tamaşa qurub. Guya qocanı Qazax xalqı 20-ci ilə kimi prezident görmək istəyir, bu da var gücü ilə buna “qarşı” çıxır. Əhsən. “Əsl” demokrat. Görəsən bu komediyaya Nazarbayevin özündən başqa Qazaxıstanda inanan var?! Çətin.
Xatırladım ki, 14 Yanvar tarixində Qazaxıstan parlamenti Nursultan Nazarbayevin 2020-ci ilə kimi heç bir seçkisiz prezident olmasını təmin etmək üçün Konstitusiyada dəyişiklik edib. “Əsl demokrat” Nursultan bəy isə guya buna etiraz olaraq bu qərara veto qoyub. Parlament isə Nursultanın vetosunu ləvğ etmə hüququndan istifadə edib (!). Qazaxıstan kimi avtoritar bir dövlətdə parlamentin prezidentə qarşı çıxması olayı absurd olması kimi traqikomikdir. Day bu qədər də yox də… Xalqla məzələnmə prosesi bununla bitməyib. Nursultan eləmə tənbəllik Konstitusiya məhkəməsinə müraciət edir və “müstəqil” məhkəmə parlamentin qərarını ləvğ edir. Burada adamın lap ağlamağı gəlir. Ay yazıq… Hüsnü Mübarəkin həyat yolu sənə dərs olmadı? Yəqin ki, olmayıb. Belə olmasaydı, “demokrat” qoca yeni prezident seçkilərinin keçirilməsini (mütləq öz iştirakı ilə) istəyib, buna nail olmazdı…
Nəsə. Allah sənə o kreslonu çox görsün, ay Nursultan…
Mövzuya dair forumda müzakirələr ↓
Qazaxıstan. Qoca aktyorun teatrı…
Bu gün Azərbaycanın böyük oğlu, müstəqil Azərbaycanın yaradıcısı, bütöv Azərbaycanın baş ideoloqu, ulu öndər Məmmədəmin Rəsulzadənin ad günüdür. Hər bir Azərbaycan vətəndaşını, özünü türk sayan hər bir insanı bu böyük gün münasibətilə təbrik edirəm! O gün olsun onun böyük ideyaları gerçək olsun!
Cənab Rəsulzadənin “Amerikanın səsi” radiosuna vermidiyi tarixi müsahibədən bir fraqmentə qulaq asın. Möhtəşəm!
Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət Günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz. Vətəndaşlar! Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər dürlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişiylə dilə gətirirəm:
Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Mövzuya dair forumda müzakirələr ↓
Böyük türk-Məmməd Əmin Rəsulzadə!
Misirdə möhtəşəm xalq inqilabının, Mübarəkin insanlığa yaraşmayan qəddarlığının və şərəfsizliyinin görüntüləri fonunda ümumiyyətlə son 3-4 ay ərzində baş verən olaylara fikrimi bildirmək istəyirəm. Axı nə oldu ki, dünya birdən-birə qarışdı?! 30-40 il qəddarlıq və özbaşnalığa dözmüş xalq necə oldu ki, birdən-birə küçələrə çıxdı?! Bəli, sosial ayrıseçkilik, rüşvətxorluq və diktaturanın hökm sürməsindən xalq artıq cana doymuşdu — bununla tam razıyam. Amma xalqın, kütlənin küçələrə axışması və özünü düşünülmüş şəkildə aparıb, ağıllı kütlə kimi göstərməsi (məsələn, dünən Misir inqilabçıları küçələri təmizləyirdilər ki, özlərini idarə olunan kütlə kimi göstərsinlər — bu isə amerika sayağı klassik bir PR addımdır) onu deməyə əsas verir ki, kütləni idarə edənlər heç də Misirdə yerləşmirlər.
4-5 ay bundan öncə Wikileaks-ı ortaya atan ABŞ administrasiyası əslində yeni dəyişikliklər barədə hər kəsə işarə verdi, bunun haqda yazmışdım. Daha sonra Sudanı 2 yerə böldülər (buna hələ qayıdacam). Sonra Tunis, indi isə Misir. Tunis hadisələrində də bir başa qərbin əli var idi, onlar bir tərəfdən xalqı, digər tərəfdən isə Ben Alini dəstəkləyirdilər, hətta Fransız nazir ölkədə ixtişaşların baş verdiyi vaxt ona tərif yağdırmaqdan belə çəkinmirdi. Buna deyirlər — tutar qatıq, tutmaz ayran. Hər iki tərəfə dəstək verib, hansısa güzəştlər əldə etmək — biri qalib olduqda ondan bu güzəştləri tələb etmək. Qərb siyasəti çox mürəkkəbdir. Eyni olayları indi biz Misirdə də müşahidə edirik — Mübərək yüzlərlə cavanı qanına qəltan edib, hər zaman digər dövlətin işlərinə qarışmamaq prinsipini əlində bayraq edən Obama isə işə qarışaraq ikili söhbət aparır — həm Hüsnünü dəstəkləyir, həm də islahatlar (oxu ABŞ üçün güzəştlər) istəyir. Çox güman ki, inadkar eşşəyi xatırladan Mübarək tezliklə rədd olacaq, amma bu olayların heç də sonu deyil. Tezliklə bu tip ixtişaşlar digər dövlətlərə və regionlara keçəcək. Fikrimcə ABŞ administrasiyasının bu hər tərəfli düşünülmüş qlobal planı hələlik ərəb dövlətlərini əhatə edəcək. Sudan, Tunis, Misir. Növbədə Livan və ya İordaniya ola bilər.
Söz verdiyim kimi Sudan məsələsinə qayıdıram. Bu ən böyük (Afrikadakı ərazisinə görə) ərəb dövlətini qərb süni şəkildə dağıtdı. Bir kadr post edirəm — baxın, görün insanları bir-birlərinə lənət olmuş qərb missionerləri necə düşmən edirlər.
PS. Nursultan hələ indi 20-ci ilə kimi özünü prezident kimi təstiqlətdirir. Bədbəxt insan. :s:
PS2. Bu gün həmvətənimiz Mübarəkin gülləsinə tuş gəlib. Allah rəhmət eləsin!
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!
Çoxdan idi bloqda bir şey yazmırdım. Səbəbi havadır. İsti və eyni tipli dəyişməz hava bütün əsəblərimə işləyirdi. Amma bu gün gecikmiş də olsa, qış özünü göstərməyə başladı. Düzdür, qar yağmaq istədi — alınmadı, amma yenə də nəsə havada dəyişiklik hiss etdik. Sizi bilmirəm, amma hava mənim əhval-ruhiyyəmə əməlli başlı təsir edirmiş. Soyuqların gəlişi ilə pozitiv enerji yığıb, yenidən bloqu aktivləşdirəcəm. İnşallah 1-2 günə qar da yağsa, olacaq “fullun fullu”. Ayağımızın altındaki qarın xışıltısı üçün yaman darıxmışam.
Hava bu gün yaxşı olsa da, Euronews telekanalının xəbəri məni birazca məyus etdi. Əfsanəvi Steve Jobs Apple-dan müddətsiz xəstəlik məzuniyyəti götürərək gedib. Səbəb — Stivin kəskin xərçəng xəstəliyindən əziyyət çəkməsidir. Hətta bir neçə il öncəki Stivlə indiki Stiv arasında fərqi də göstərdilər — canlı əfsanə gözlə seziləcək dərəcədə əldən düşüb. Bununla da hesab edirəm ki, Apple tədricən zəifləyəcək. Əlbət ki, Apple korporasiyası bunu inkar edəcək, hətta əsaslar da gətirəcək ki, gəlirləri artıb və daha nələr… amma Microsoft-un timsalında baş verən hadisələr göstərir ki, şirkətin banisi, ona can yandıran lider getdikdən sonra şirkətin işləri elə də yaxşı getmir. Bill Gates Microsoft-dan getdikdən sonra şirkət bütün sferalarda öz pozisiyasın itirməkdədir. Eyni hadisə bir dəfə Apple-ın başına gəlib, Steve-in bu sayca ikinci gedişidir. Birinci gedişdən də sonra özünə arxalanan Apple çökməyə başladı və məhv Steve-in qayıdışından sonra şirkətə yeni nəfəs gəldi və yeni zirvələri fəth etdi. İndi Steve yenə gedir. Görünür bu dəfə o həmişəlik gedir. Əlvida Steve. Sən bizi tanımasan da, biz sənin işgüzarlığına, zəhmətə olan sevginə hər zaman yaxşı mənada həsəd aparmışıq. Allah köməyin olsun.
Deyirəm, bu Tunis hadisələrindən yazmayan adam qalmayıb. Artıq bütün sözlər deyilib, yazmağa bir şey yoxdur. Bəli, razıyam, diktator layiqli şəkildə ölkədən qovuldu. Bəli, razıyam, bunu xalq etdi. Amma kütlənin hərəkətə keçməsi üçün düşünülmüş şəkildə ssenari lazımdır. Çünki 20 ilin diktatorunun 3 gün ərzində ölkəni tərk etməyə məcbur edilməsi çox asan baş verdi. Maraqlıdır, ABŞ-ın bu hadisələrdə nə kimi aidiyyatı var? Yoxsa ABŞ narıncı inqilab idxalçıları “stavkanı” ediblər ərəb mənşəlli Afrika dövlətlərinə? Mütləq burada qərb dövlətlərinin əli olmalıdır. Niyə belə fikirləşirəm?! Bunun üçün elə eyni materikdə yerləşən digər ərəb dövləti Sudanın başına gətirilən hadisələrdir. Bu barədə növbəti yazılarımın birində yazacam, indi isə söz verdiyim pozitiv — şəhərin mərkəzində, Space telekanalının düz yanında (səhv etmirəmsə tədris müəssisəsinin adı “İncəsənət kolleci”-dir) “analoqu olmayan” lövhəcik. Şəkildə abırlı düşüb, amma realda 2-ci sinif şagirdinin əl işindən başqa bir şey deyil.
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
Gələn ildən Bakı məktəblərində şagirdlərin hamısı vahid məktəbli forması geyinmək məcburiyyətində olacaqlar. Əslində burada etiraz ediləsi bir şey yoxdur. Etiraz ediləsi 7-11-ci siniflərdə oxuyan xanım qızlar üçün tərtib olunmuş yubkaların həddən artıq qısa olmasıdır. Mini yubkalar artıq məktəb səviyyəsində təbliğ edilir. Bu zəhrimar mentalitetimizi qoyduq kənara, bəs kimi təbliğatlar bütöv bir cəmiyyətdə iyrənciliklərə, onun mənən məhv edilməsinə, tənəzzülünə yol açmazmı?!
Mövzuya dair forumda müzakirələr ↓
İndən belə 7-11-ci sinifdə oxuyan qızlar rəsmi olaraq mini yubka geyinməlidirlər?!
ABŞ Ermənistana təpkilər etməkdə davam edir. Bir tərəfdən erməni mafiozi Pzo-nun saxlanılması, bir tərəfdən Wikileaks vasitəsi ilə Ermənistana dair məxfi sənədlərin üzə çıxması, bir tərəfdən erməni lobbisinin alçaldılması… İndi də Amerikanın böyüklər üçün nəzərdə tutulan məşhur cizgi serialının qəhramanları erməniləri insan caniləri qismində göstərərək məzə tuturlar. Söhbət “American Dad” (Amerika sayağı ata) serialından gedir.
Xatırladım ki, “American Dad” serialının baş qəhramanı CIA-da (ЦРУ) çalışır və bütün serial onun həyatında baş verən traqi-komik hadisələrə həsr olunur.
Onu da qeyd edim ki, bu çarxı ilk əvvəl Youtube-a yerləşdirdim, amma oradan saytın administrasiyası tərəfindən pozuldu. Çarx eyni aqibətlə Vimeo.com-da da rastlaşdı. Məcbur olub Rutube-a yerləşdirmişəm.
Ermənilərlə Amerika sayağı mırtlaşma:
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
Heç kimə sirr deyil ki, imperiya eşqi ilə yaşayan Rusiyanın hal-hazırki siyasi durumu heç də ürək açan deyil. Rus siyasəti demək olar ki, bütün sferalarda uduzmaqdadır. Hətta iş o yerə çatıb ki, yeganə ümüd yerləri olan silahları da əllərindən çıxır — onları da çinlilər nüsxələməyə başlayıblar. Belə ki, bu yaxınlarda məlum olub ki, 5-ci nəsil qırıcıları ruslar özləri testdən keçirməyə macal tapmamış, onun prototipini artıq çinlilər oğurlayıb, hazırlayıblar. Hətta bir neçə aya istehsala da verəcəklər. Əhsən.
Allah Putinin canın sağ eləsin, deyəsən Rusiyanı yıxa bilsə, elə o yıxacaq. Məhz onun “gözəl” siyasəti nəticəsində ölkə kriminal avtoritetlərin dayanacağına, nasizm, şovinizm, hətta faşizm belə adi kütlənin gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Bütün post-sovet ölkələrinin bəlaları — özbaşnalıq, anarxiya, oliqarxlar, korrupsiya isə dövlət səviyyəsində dəstəklənir, çiçəklənir. Artıq Putinin gözə girmək üçün “qəhramanlıq” tryukları da kömək olmur — xalq mənasız ov görüntülərindən, əvvəlcədən səhnələşdirilmiş “xalqla görüşlərdən” cana gəlib. İndi Putin hakimiyyəti xalq üçün yeni əyləncə tapıb — əcnəbi ölkələrdə yaşayan rus fahişərini casus kimi qələmə verib, jurnallarda soyundurub, təbliğ edirlər. Məsələn, artıq Rusiyanın yeni seks simvoluna çevrilmiş “casus” Anna Çapmanı qeyd etmək istəyirəm. KİV reallıq kimi qələmə vermək istədikləri əfsanəyə görə bu insan həyatı boyu onun bunun postelinə girib Rusiya üçün informasiya yığırmış. Xüsusi orqanların fahişələrin xidmətindən istifadə etməsi (onlardan informasiya yığımında istifadə nəzərdə tutulur) yeni xəbər deyil. Amma ifşa edilən fahişənin milli qəhraman kimi qarşılanması, onun şöhrət ordeni ilə təltif edilməsi yalnız siyasi ideologiyanın tükənməsindən xəbər verir.
Yəqin növbəti Rusiya qəhramanı “Mama Rozalar” olacaq. 😆
Mövzuya dair forumda müzakirələr ↓
Anna Çapman və ya Rusiya siyasətinin iflası
Bu gün bildiyiniz kimi Belorusda Prezident seçkiləri keçirilirdi. Nəticələr əvvəlcədən məlum olsa da, belorus xalqı ayağa qalxmağa cəhd etdi. Nəticə… Nəticəyə gəlin video-da baxaq. Prezidentliyə namizədi vəhşicəsinə döyüb, atəş açırlar. Dəhşət…
Fikirlərinizlə bölüşün, maraqlıdır.
Mövzuya dair forumda müzakirələr ↓
Belorus dəhşətləri
Bu günlərdə tanınmış politoloq və filosof Heydər Camalın Rusiyanın “Svobodnaya Pressa” dərgisinə maraqlı bir müsahibəsini oxudum. Hörmətli Camal bəy iddia edir ki, Moskvada qafqazlılara qarşı baş verən son olaylar Rusiya Xüsusi Xidmət orqanlarının səhnələşdirilmiş tamaşasından başqa bir şey deyil. Camal bəy həmçinin qeyd edir ki, bu tamaşada provokator kimi ermənilərdən də istifadə edilir. Maraqlı iddiadır. Amma bu günlərdə bu iddia öz təsdiqini tapdı.
Heydər Camal ksenofobiyanın müasir Rusiya siyasətinin bir hissəsi olması barədə
Belə ki, bu olaylarda iştirakda suçlanan Kremlə yaxın “NASHİ” gənclər hərəkatının Tambov şəhər dairəsinin sədri Nikolay Makarov sən demə hadisələrdən bixəbərdir. Özünü Makarov kimi təqdim edən şəxsin isə erməni əsilli Soçi sakini Levon Arzumanyanın olması məlum olub. “Naşi” hərəkatının rəsmi açıqlamasına görə, Arzumanyanı ifşa edən onun burunu olub. Hərəkat xəbərdarlıq edir — Bizim Nikolayın bu boyda burunu yoxdur! =)
Camal bəyin bu qeydin indi bir çox informasiya agentlikləri də təsdiqləyir. Məsələn, Arzumanyanın hoqqalarından Rusiyanın daha bir mötəbər dərgisi UTRO.ru da xəbər verir. Bu problemə Azərbaycan bloqerləri də toxunur, ən yaxşı yazı kimi Gulustan.ws bloqunda yer alan məqaləni qeyd edə bilərəm. Amma rus bloqerlər nədənsə susur…
Maraqlısı isə odur ki, “məzlum” ermənilər bir tərəfdən rusların onlara qarşı ksenofobik hislərindən şikayyət etdiyi halda, digər tərəfdən özləri bu vəhşiliklərdə iştirak edirlər.
Erməninin faşist “çesti” verməsini təəcüblə qarşılamadım. Amma sonda bu erməni provokatorun özünü “qurban” kimi göstərməsi… atalar doğru deyib — quyuya su tökməklə dolan deyil, harada yaşamasından asılı olmayaraq — 2 üzlük erməninin qanındadır.
Dostlar, Sizdən xahiş edirəm — son şəkilləri rus saytlarında yayın. Qoy hər kəs əsl provokatorların kim olduğunu bilsin!
Şəkli böyük həcmdə əldə etmək üçün üstündə tıklayın.
Mövzuya dair forumda müzakirələr ↓
Faşist Rusiyası qafqazlılara qarşı!
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual