Nəyə görə Azərbaycan İnternet məkanında hələdə tutarlı biznes layihə yoxdu?! Niyə? Gəlin səbəbləri bir-bir araşdıraq.
Faktor 1 — Diqqətsizlik
Azərbaycanda “İnternet” ümumiyyətlə uşaq işi sayılır — neft pullarının sağa-sola xərcləndiyi bir vaxtda heç kim “uşaq” işi ilə ciddi məşğul olmaq istəmir.
Faktor 2 — Maliyə çatışmamazlığı
Yuxarıda göstərilən faktor nəzərə alındıqda, İnternet məkanımızda layihələrin dəyəri yüz minlər-milyonlarla deyil, ən yaxşı halda on minlərlə USD ilə ölçülür. Belə olan halda həm layihələrin həcmi tutarlı dərəcədə kiçilir, həm büdcəsi milyonlar olan əcnəbi saytlara keyfiyyətdə və xidmətin göstərilməsində, istifadəçiyə çatdırılma səviyyəsində uduzur.
Faktor 3 — Uğurlarımıza qarşı kütləvi eqoistlik
Azərbaycan xalqının yüz illərlə müxtəlif imperiyaların əsarəti altında qalması, xalqımızın özünə dəyər verməməsinə, “kölə” təfəkkürünün yaranmasına gətirib çıxarıb. Gurultulu bir layihə yaratsan belə, bizim xalq həmən bunu özgəsi ilə müqaisə edib, özümüzünkini alçaldacaq, xoş sözlər əvəzinə acılayacaq. Özüdə bu kütləvi halda baş verir… Bundan sonra layihə yaradıcıları məyus olmasın?!
Faktor 4 — Bizim xalq üçün “özgə malı daha şirindi”
Ümumiyyətlə, xalqımızın özgə malına meyli olmasıda burada əsas yer tutur. Eyni səviyyəli xidmətlər həm bizdə, həm əcnəbilərdə olduğu zaman, hər kəs nədənsə əcnəbi xidmətlərdən istifadəyə üstünlük verir. Yagin özgə malı dadlı olur, yada burada primitiv biganəlik, eqoistlik, qonşunun qabağa getməsini istəməmək prinsipi üstünlük təşkil edir… Hələ böyük şirkətlərimizin “böyük” layihələrin əcnəbilərə tapşırılmasını demirəm…
Faktor 5 — Kiçik dövlət, kiçik bazar
Azərbaycanın kiçik, hətta deyərdim miniatür bir dövlət olmasınında burada öz rolu var. Belə ki, Rusiya İnternetində adi bir sayta gün ərzində 50 min istifadəçinin daxil olması normal sayılırsa, Azərbaycanda bu yalnız top saytlara qismət olur, oda nəsə qeyri adi bir hadisə baş verdikdə.
Faktor 6 — Kölə təfəkkürünün yaratdığı növbəti problem — öz dilimizi bəyənmirik
Azərbaycan İnternet məkanında tutarlı bir sayt açmaq üçün, ilk öncə saytı Azərbaycanca deyil, rus (!) dilində açmaq mütləqdir. Çünki, hər kəs hesab edir ki, sayt rus dili olduqda, o daha “prestijnı” olur, “elitar təbəqə”, “ziyalılar” istifadə edir”…
Faktor 7 — Tənbəllik faktoru
Ümumilikdə biz çox tənbəl, çox yeyən və istirahəti sevən bir xalqıq. Nəzərə alsaq ki, səviyyəli sayt yaradılmasına titanik səylər tələb olunur, onda bu saytların yaradılması qenetik cəhətdən bizlik deyil. =) Amma bizim milləti qınamalı deyil, neft pulları bizi ərköyünləşdirib — veb texnologiyalara sərf etdiyi vaxtın 10%-ı digər aktual sahələrə sərf etsə (məsələn tikinti sektoru), həm 100 qat daha çox pul qazanar, həm istirahətindən qalmaz.
Faktor 8 — İnternet qoşulmanın fantastik qiyməti
Nə qədər rəsmilər and aman etsələrdə, Azərbaycanda İnternet qonşulara nisbətdə hələdə fantastik qiymətə satılır. Məsələn, biz 20 manata (24 USD) cəmi 1024 kbsp sürətdə ADSL-ə qoşula bilərik, amma qonşu Gürcüstanda həmən sürət bizim pulla maksimum 6,8 manatdır (8 USD)!
Faktor 9 — Hər birimiz bir dahiyik?!
Azərbaycanlıların daha bir xüsusiyyəti — fərdilikdir. Hər kəs özünü dahi, hər kəsdən üstün hesab etməsi ona gətirib çıxarıb ki, nəticədə heç kəs sağlam tənqidi qəbul etmir, öz üzərində işləmir və ortaya aşağı səviyyəli bir məhsul qoyub onu premium hesab edir… Biz sözlə yerimizdə çobalayırıq.
Faktor 10 — Birliyin olmaması
Burada da fərdlik faktoru öz rolunu oynayır. Biz bir kollektivdə işləməyi, bir yerdə nəsə yaradıb irəli getməyi deyil, hər zaman fərdi olaraq öz şirkətimizi qurmağa, hər şeyin özümüzə aid olmasına çalışırıq. Amma unuduruq ki, güc əslində birlikdədi, “fərdi” olub sıradan biri olmaqdansa, “bir olub” lider olmaq daha yaxşıdı.
Nəticə — Əgər bütün bu sadaladığım faktorların 1/3-i adlaya bilsək, fikrimcə bizi dəyərli layihələr gözləyir… Deməli, ya gərək gecələr belə yatmayıb öz üzərimizdə işləməliyik, yada neft pullarının hesabına sürünməkdə davam etməliyik, hər şey özümüzdən asılıdır.
Nə deyim, Allah köməyimiz olsun!
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan İnternet məkanı (Anti-inkişaf faktorları)
İnternetdə yayılan forum sistemləri içərisində ən təhlükəsiz və stabili sayılan vBulletin4, illərlə qazanılan hörmət və etibarı bir anda darmadağın etdi.
vBulletin4 kimi çiy bir sistemin özüdə Gold (Release candidate yox, Beta yox, Alpha yox, məhz GOLD!) əlavəsi ilə satışa çıxarılması ən azından cinayətdir. Niyə? Niyələri gəlin sadalayaq:
Hələ sadalanacaq çatışmamazlıqlar çoxdur, sadəcə yadımda qalanı yazdım.
Yazdıqlarımda hər biri real faktlara əsaslanır — düz 5 gündir ki, əziyyət çəkirik. Belə ki, Fox.AZ portalının forumun yenilədik 3.8 versiyadan 4.05 versiyaya. Elə problemlərdə bundan başladı. Birinci baza ümumiyyətlə köhnəni tanımadı, sonra proqramistlərimizin düzəlişlərindən sonra vBulletin4 sayta oturdu, amma… Amma yenidən Error… Bütün köhnə plaqinləri pozmalı olduq… Bala-bala dizayndan portalın yeni strategiyasına uyğun dəyişikliklər etməyə başlamışdıq ki, şablonlarla bağlı problem lap əsəbimizi məhv etdi. Hələ bu azmış kimi foruma eyni zamanda hər 50 müraciət edildikdə — baza darmadağın oldu. Bir sözlə 5 gün bizə bu sistem olmazın əzabın verdi…
Çiy məhsul üçün 6 ildir ki, abunə olub lisenziya almağımız (burdada soyğunçuluqla məşğuldular, məsələn, yeni vBulletin üçün mütamadi ödədiyimiz abunə haqqından başqa yeni ödəmə tələb edilir — 280 USD) üçün lap peşman oldum.
Heyf səndən ay vBulletin… Deyəsən bizdə keçəsi olacıq IPB-yə.
Nokia batmaqda davam edir… Bir tərəfdən Google Android platformalı telefonlar, bir tərəfdən əfsanəvi iPhone demək olar ki, N seriyalı smartfonların satışını minimuma endirib.
Nə yeni çıxmış X6 vəziyyəti dəyişə bildi, nədə N900.
Fikrimcə, günah Nokia-nın Microsoft-un yerişini yeriməkdədi — Nokia-nı əsas rəqibləri olan Siemens və Motorolanı sıradan çıxardıqdan sonra arxayınlıq hiss bürüdü, necə Microsoft arxayınlaşıb 6-7 ilə bir Windows buraxırdı, Nokia-da gedirə qalmış Symbian-dan əl çəkmək istəmirdi və nəticə olaraq tam passivləşdi. Elə bundanda istifadə edən rəqiblər yeni platformalar yaratdılar. Microsoft da bir vaxtlar eləbilirdi Apple-ı məhv edib, amma zaman göstərdi ki, heçdə belə deyil. Hal-hazırda Apple-ın gəlirləri Microsoft-dan daha çoxdur, ümumi kapitalizasiyaya da görə isə Apple dəfələrlə irəlidədir.
Nokia-nın vəziyyəti Microsoft-a baxanda daha ağırdı, belə ki, rəqibləri tərəfindən həmlələrlə qarşılaşan Nokia indi eyni zamanda bir neçə şirkətlərlə rəqabətə girişib, amma əfsuslar olsun ki, uduzur. Onun istehsal etdiyi telefonlar nə Android platformalı telefonlara rəqibdi, nədə ki Apple iPhone-a. Nokia artıq özüdə etiraf edir — N Series tam olaraq smartfonlar bazarını uduzdu. İndi 10 alınmış smartfona yalnız 2 Nokia düşür — qalanı ya RİM (Blackberry), ya Android platformalı, yada iPhone-du.
Növbədə orta səviyyəli 100-300 manat arası olan telefonlar arasında liderlik müharibəsidi — burada isə Nokia-nı gündə bir yeni telefon çıxaran və dinamik inkişaf edən Samsung gözləyir.
Maraqlı qrafik — şirkətlərin gəlirləri (göy rənglə ümumi olaraq Nokia, HTC, RİM (Blackberry), Motorola, SE, açıq göy rənglə isə Apple göstərilib). Vəziyyətin Nokia üçün necə acınacaqlı olduğunun tam sübutu.
Nokia isə çıxış yolunu yenədə Microsoft-un yolu ilə getməkdə görür — Windows 7 kimi, oda ictimai şəkildə smartfonlar yaratmağı planlaşdırır. Belə ki, şirkətin rəsmi bloqunda artıq istifadəçilər gələcəyin smartfonunun görünüşünü özləri seçə bilərlər.
Şəkillərlə sizdə tanış olun:
Konseptlərə baxdıqda gələcəkdə bizi Nokia-dan gözəl telefonlar gözlədiyini görərik. Amma Nokia-da unudurlar ki, əsas olan tək xarici gözəllik yox, proqram təminatıdır. Geridə qalmış və tormozlu Symbian-la heç bir gələcəkdən danışmaq olmaz. Faktda onu göstərir ki, inkişaf tempinə görə Symbian Android və iOS-lə müqəisədə ən azından 20 (!) dəfə geri qalır. Deməli tam yeni OS yaratmaq lazımdı, anons edilmiş Symbian^3 və Symbian^4 vəziyyəti dəyişən deyil.
Nokia-nı tam iflasdan qurtaran onun brendinə kütlə arasında olan rəğbətdir. Amma unutmaq olmaz ki, kütlə tez sevdiyi qədər, tezdə unudur… 😉
Mövzuya dair forumda müzakirələr ↓
Nokia batmaqda davam edir…
WordPress dünyanın ən geniş yayılmış pulsuz CMS-i olmaqla yanaşı, eyni zamanda ən çox pullu funksiyaların təklif edildiyi CMS olaraq qalır.
Bundan narahat olan CMS yaradıcısı Matt Mullenweg bir-bir pullu servislər göstərən şirkətləri məhkəməyə çəkir. Belə ki, Matt Mullenweg-in növbəti qurbanı Theis şablonunun yaradıcısı və onu pulla satışa buraxan Chris Pearson-dur. Matt Mullenweg-in fikrincə WordPress üçün yazılan bütün şablon və əlavələr sırf CMS üçün nəzərdə tutulur və onun ayrılmaz tərkib hissəsi olduğundan pullu ola bilməz! Amma Chris Pearson onunla razı deyil, çünki hesab edir ki, o öz zəhmətini satışa buraxıb.
İnsanlıq və zəhmət söhbətin kənara qoyub, məsələyə proqram təminatı tərəfdən baxdıqda, məhz Matt Mullenweg-in haqlı olduğunu görərik. Niyə? Çünki heç bir şablon CMS-siz fəaliyyət göstərə bilməz. Ümumiyyətlə şablon şablon olaraq qalır, o yalnız CMS-in ümumi kodlarının özündə cəmləşdirir və bütün funksiyaları yenədə CMS təşkil edir. Və nəzərə alsaq ki WordPress GPL lisenziyası əsasında yayılır (bu lisenziya proqramların azad yayılmasını nəzərdə tutmaqla yanaşı koda dəyişikliyi əngəlləyir), onda yazıq Matt-ın haqlı olduğunu görərik.
Bu əslində çox sevindirici bir xəbərdir — özgənin zəhmətinə bir quş qoyub özününki kimi təqdim etmək və ən əsası pulsuz olanı pulla satmaq artıq adət halını alıb.
Mövzuya dair forumda müzakirələr ↓
WordPress-in başı dərddə?
Apple`in artıq canlı əfsanəyə çevrilmiş sub-brendi iPhone4 çıxar-çıxmaz qara PR-la üzləşdi. Deyilənə görə yeni telefonlarda antenanın şəbəkəni yaxşı görmə problemi var. Amma məncə bu Apple tərəfində yaxşı düşünülmüş gedişdir. Niyə?! Gəlin birlikdə niyələri sadalayaq.
Bəs nəticədə Apple nə əldə etdi? Nəticədə Apple guya super “customer-care” mövcudluğunu göstərdi və növbəti dəfə rəqiblərini qaralamaq üçün şans əldə etdi. Necə Stiv hər yeni Apple laptoplarının təqdimatında Sony Vaio`nu alçaldır, bu dəfə Apple əlinin altına Samsung, Blackberry, HTC və Nokia düşdü.
Aşağıdakı videolara tamaşa edin:
Apple iPhone4
Samsug Omnia II
Nokia N97
HTC Droid Eris
Blackberry Bold 9700
Onuda qeyd edim ki, sırağagün iPhone4-ü şəxsən test etmişəm. Azərbaycan mobil şəbəkəsində (Azercell şəbəkəsində test edilib) antena ilə heç bir problem yoxdur.
Problem — microsimcard söhbətindədi, onuda məcbur olub adi simkartı qayçı ilə kəsib doğramaq lazımdı (ölkəmizdə heç bir operator hələlik microsimcard`ların dəstəkləmir), birdə qiyməti — 1600 manat (hardasa 1920 USD).
Mövzuya dair forumda müzakirələr ↓
iPhone4-də antena və ya süni yaradımış qara PR
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual