Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Mobil bloqer gelir, çekilin =))

Nehayyet ki, vaxt tapib telefon üçün WordPress App-ını yükledim. İnden bele qısa “bloqerski” yazılar yazacam, cünki komp qarşısında iş ucbatından yazmağa vaxt qalmır.
App-da bütün funksiyalar eladı, amma bir meyyus edici çatışmamazlıq var, o da Azerbaycan herflerinin tam desteklenmemesidir.
Kimi görürem suallayır – bloqun daşını niye atdın? Cavablayıram – biraz başım qarışıqdır, çatdırmıram. Gәrәk bağışlayasınız.

Pisdir! Yeri yoxdur! Bunu nədi ala…

Tanış sözlərdir?! İnternet paradokslarından da biri, bir çoxlarının real həyatdan fərqli olaraq monitor önündə şir-pələng olmasıdır. Özü də bu hər şeydə özünü bildirir — insanlarla münasibətdən tutmuş, adi rəylərdə meymunluq edib, özünü sübut naminə fikir bildirməyə kimi.
Görəsən niyə belədir?! Bəlkə monitor şüaları cəsarət verici qüvvəyə malikdir? Ya ola bilsin bu cəsarətin səbəbi oponentdən uzaqda olub, öz cəzasızlığına əminlikdir?! Bilinmir.  Bilinən odur ki, bu konkret hər hansı bir səbəbdən qaynaqlanan özünü ifadə-etmə kompleksinin ifrat simptomlarıdır. Sonrakı qanacaqsızlıq, meymunluq da elə bundan yararlanır.
Keyfiniz pozulmasın — bu bəla qlobal bəladır, tək bizim İnternet seqmentə aid deyil. =)
Mr. Freeman buna gözəl aydınlıq gətirir.

Mövzuya dair forumda müzakirələr ↓
Pisdir! Yeri yoxdur! Bunu nədi ala…

Azərbaycan sayağı "Qədr" gecəsi

Qədr gecələrinin birində yaxınlarla yatmayıb, məsciddə dua etmək qərarı verdik. Bir neçə məscidə baş çəkdik — bağlı oldu. Yolumuz düşdü Nizami metrosu yaxınlığındakı məscidə. Məsçid ətrafında kifayət qədər çox adam toplaşmışdı. Keçdik içəri. Məscidin içi də demək olar ki, insanla tam dolmuşdu. Amma bu “dolmanın” dinə-imana heç bir aidiyyatı yox idi. Allaha ibadət üçün yığışan bəndələrin 90%-i dua etmək əvəzinə öz aralarında deyib-gülüb, söhbətləşirdilər. Mənə elə gəldi millət çayxana ilə məscidi səhv salıb, nəticədə elə məsələnin belə olduğu ortaya çıxdı (buna qayıdacam). Dediyim kimi, hərə öz işində idi — kimisi burnunu qurdalayır, kimisi qaqqıltı ilə gülür, kimisi ölkədəki siyasi-iqtisadi durumu müzakirə edir, kimisi də dizi üstə oturub surikatlar fason ora-bura boylanırdı. Mənim qonşum isə ayaq barmaqlarının arasında nəsə tapmışdı, yaman eşələyirdi. Tək-tük insan tapılardı ki, kənara çəkilib duasını etsin.

Məyusluq bununla bitmədi — məscid boyu salınmış və üstündə namaz qılmaq üçün nəzərdə tutulan xalçalarda 3-4 ayın tozu-torpağı var idi. Təsəvvür edin, insan hər səcdəyə getdikdə yarım ton toz udmalıdır. Yəqin məscidin işçilərinə adi tozsoranla bir dəfə də olsun bu xalçaları təmizləmək “zapodlodur”. Natəmizliyin digər göstəricisi — insanların hərəkəti üçün xətlərin qoyulmaması idi — oturub dua edirsən, birdə gördün sən səcdə edən yerə (alın qoyulan yer) kimsə kirli ləpə ayağını basıb keçdi.
Nəsə, duamızı edib çıxdıq çölə — bax indi anladım ki, insanlar bura elə çay üçün gəlibmiş. Həyətdə çay ehsanı verilirdi. Fərdi eqoizmdə analoqu olmayan xalqımız bir stakan çay üstündə canını belə fəda etməyə hazır idi. Növbəyə durub, gözləyib, nəhayyət həsrətində olduğu o bir stakan çayı alıb böyük bir qənimət sayaraq vururdular bədənə…
Beləcə Qərd gecəsi də keçdi…
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycan sayağı “Qədr” gecəsi

MWC 2011. Yeniliklər. Çarxlar

Barselonada keçirilən texnologiya bayramı — MWC 2011 də belə getdi. Çox saylı yeniliklərin şahidi olduq — Nokia ilə Microsoft evləndi, PlayStation-ın telefonlara keçidinin şahidi olduq, Samsung Galaxy, HTC isə Desire layihərərinin təkamülü olan yeni telefon və planşetləri təqdim etdi və daha nələr. Bu xəbərlər barəsində o qədər fikirlər bildirilib ki, təkrarçılığa yol verməyib bu yenilikləri tanıtım çarxları ilə bölüşürəm.
Sony Ericsson XPERIA Play
Ən maraqlı yeniliklərdən olan XPERIA Play, Sony PlayStation-ın mobil telefonlara adaptasiya edilmiş formasıdır. Kiçik çarx vasitəsilə bu qadjetin gözəlliyi tam anlatılır. Əla çarxdır.

********************************************************
LG Optimus Pad
Apple iPad-ın uğuru heç kimə sakit oturmağa imkan vermir. Motorola və Samsung-la yanaşı bu yarışmaya LG də qoşuldu. LG-nin təqdim etdiyi Optimus Pad adlı planşet də Samsung və Motorola planşetləri kimi Android platformasında işləyir. Amma rəqiblərindən yeganə üstünlüyü onun 3D rejimində çəkiliş apara bilməsindədir. Çarx hardasa SONY-nin məhşur Bravia Monolith televizorlarını təbliğ edən çarxı təkrarlayır.

********************************************************
Samsung Galaxy Ace, Fit, Gio və Mini
Samsung isə dayanmadan Android platformalı smartfonları ştampovkalamaqda davam edir. Galaxy seriyasından olan yeniliklərə həsr olunmuş çarx.

********************************************************
HTC ChaCha
Facebook üçün ayrıca telefon?! HTC bunu etdi. ChaCha adlanan bu telefon həm xarici görünüşcə, həm də funksianıllığına görə unikaldır (daha doğrusu mırtdır).

********************************************************
HTC Incredible S
HTC-nin Flaqman telefonu. Açıqlanan üstünlükləri — 4 düymluq Super-Amoled tipli displey və idarə etmə düymələrinin telefonun səmtindən asılı olaraq dəyişməsidir. Digər üstünlüklər hələ açıqlanmır.

********************************************************
HTC Flyer
Və sonda… HTC-nin iPad arzusu — Flayer. Burada da texniki göstəricilər tam açıqlanmır. Sadəcə o məlumdur ki, qadjetin displeyi 7 düym, işlək pressesoru isə 1.5 GHZ (!)-dir.

Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Qazaxıstan. Qoca aktyorun teatrı…

Dünyanın, proqressiv insanlığın başı Misirə qatışdığı bir vaxtda, Qazaxıstanda traqikomik hadisələr baş verir. Görünür, köhnə qurd Nursultan Nazarbayev xalqıyla manipulyasiya üçün gözəl vaxt seçib. Əsl tamaşa qurub. Guya qocanı Qazax xalqı 20-ci ilə kimi prezident görmək istəyir, bu da var gücü ilə buna “qarşı” çıxır. Əhsən. “Əsl” demokrat. Görəsən bu komediyaya Nazarbayevin özündən başqa Qazaxıstanda inanan var?! Çətin.

Xatırladım ki, 14 Yanvar tarixində Qazaxıstan parlamenti Nursultan Nazarbayevin 2020-ci ilə kimi heç bir seçkisiz prezident olmasını təmin etmək üçün Konstitusiyada dəyişiklik edib. “Əsl demokrat” Nursultan bəy isə guya buna etiraz olaraq bu qərara veto qoyub. Parlament isə Nursultanın vetosunu ləvğ etmə hüququndan istifadə edib (!). Qazaxıstan kimi avtoritar bir dövlətdə parlamentin prezidentə qarşı çıxması olayı absurd olması kimi traqikomikdir. Day bu qədər də yox də… Xalqla məzələnmə prosesi bununla bitməyib. Nursultan eləmə tənbəllik Konstitusiya məhkəməsinə müraciət edir və “müstəqil” məhkəmə parlamentin qərarını ləvğ edir. Burada adamın lap ağlamağı gəlir. Ay yazıq… Hüsnü Mübarəkin həyat yolu sənə dərs olmadı? Yəqin ki, olmayıb. Belə olmasaydı, “demokrat” qoca yeni prezident seçkilərinin keçirilməsini (mütləq öz iştirakı ilə) istəyib, buna nail olmazdı…
Nəsə. Allah sənə o kreslonu çox görsün, ay Nursultan…
Mövzuya dair forumda müzakirələr ↓
Qazaxıstan. Qoca aktyorun teatrı…

Məktəblərimizdə "mini yubkalar" rəsmiləşdirildi?!

Gələn ildən Bakı məktəblərində şagirdlərin hamısı vahid məktəbli forması geyinmək məcburiyyətində olacaqlar. Əslində burada etiraz ediləsi bir şey yoxdur. Etiraz ediləsi 7-11-ci siniflərdə oxuyan xanım qızlar üçün tərtib olunmuş yubkaların həddən artıq qısa olmasıdır. Mini yubkalar artıq məktəb səviyyəsində təbliğ edilir. Bu zəhrimar mentalitetimizi qoyduq kənara, bəs kimi təbliğatlar bütöv bir cəmiyyətdə iyrənciliklərə, onun mənən məhv edilməsinə, tənəzzülünə yol açmazmı?!

Mövzuya dair forumda müzakirələr ↓
İndən belə 7-11-ci sinifdə oxuyan qızlar rəsmi olaraq mini yubka geyinməlidirlər?!

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom