Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Azərbaycan. Son olaylar. Fikirlərim

Son bir həftə ərzində baş verən olaylara dair qisa fikirlərimlə bölüşürəm. Azərbaycan Beynəlxalq Universitetinin sorağı pik həddə çatdı — univeri bağladılar. Amma niyə bağlandı və indiyə kimi necə fəaliyyət göstərirdi sualını cavablayan olmadı. Minlərlə tələbə çölə atılır. Əsasəndə rüşvətlə ora düzələnlər. Əslində günah hər iki tərəfdədi — rüşvəti verəndə və alanda. Amma nədənsə univerin bağlanması ilə yalnız “verənlər” ziyan çəkir. Bəs alanlar? Eşitdiyimə görə bu işlə artıq hüquq mühavizə orqanları məşğul olurlar. Nəticəsini gözləyək. Allah cavanlara kömək olsun.
Prestij
Bağlanma demişkən, dedilər Delta telekom (Azərbaycanda İnternet qoşulmaları provayderlərə paylayan monopolist) İnternetə bağlanma (qoşulma) qiymətlərini endirdi. Sevindik. Amma sevincimiz çox çəkmədi. Elə o gündən İnternet bağlantılar çox bərdab günə düşüb. Provayderlərə zəng isə faydasızdır — hər biri günahın Delta telekomda olduğunu bildirir. Nəticədə qiymətlərin enməsini nəsə heç hiss etmədik, amma keyfiyyətin enməsinin lazımınca şahidi olduq.

Tikinti materiallarının qiymətləri
isə əksinə qalxıb. Niyə? Niyəsin heç kim bilmir. Amma bu onsuzda od qiymətinə olan evlərin dahada bahalaşmasına yol açacaq. Gənclərimiz deyəsən evsiz qaldı.

Medvedev Bakıya gəldi
. Özüdə milliardlarla dollarlıq silah satmaq (APA) təklifi ilə… Deyəsən ruslar lap yaxşı biznes qurublar, ermənini özləri silahlandırıb, bizidə silahlanmağa məcbur edirlər. Amma ermənilərdən fərqli olaraq, bizə hər şey pulla başa gəlir. Əhsən. Əsl yeni nəsil biznes budu elə.
2 gün bundan öncə möhtəşəm bayrağımızın möhtəşəm açılışı oldu. Bu gün küləkli hava olduğundan getdim şəkilin çəkməyə (küləkli havada bayraq gözəl görünür), amma bayrağı görmədim. Bayraq qeyb olub. Ola bilsin küləklə əlaqəlidi. ANS-dən elə bu saat öyrəndim — Lənkəranda camaata silahlı basqın olub. Deyəsən vəziyyət gərginləşir — keçən səfər Tərtər, bu gün Lənkaran. Bir arada Bakının tozlu küləyi zəhləmizi tökməkdə davam edir. Seyrə davam. (c) Bakcell.

  • 3 October, 2010

Rəy əlavə edin


Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom