Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

ANS-in dəyərsiz "Dəyərlər"-i. Resenziya

ANS Liderin çörəyini aldıqdan sonra, indi də deyəsən ATV-nin bazarına göz dikib. Bu yaxınlara işıq üzü görən “Dəyərlər” adlı proqram bunu deməyə əsas verir.
Xalqın problemlərini işıqlandırmağa çalışan və bu sıradan yeganə obyektiv (digərlərinə nisbətdə) proqram olan “İç xəbər” və günün kriminal xronikasından sonra efirə çıxan yeni verlişlərinin adı — Dəyərlərdir. Proqram qərəzsiz və vicdanlı bir kanal üçün nə qədər banal olsada bütünlüklə “şadlıq evləri” və “quş qonduların” reklamına həsr olunur. Başa düşürəm, pul lazımdı, buda reklamın bir növüdür. Amma verlişi heç olmaya səviyyəli şəkildə hazırlamaq olardı.
ANS
Aparıcı xanım da verlişin formatına heç uyğun gəlmir — nə xarici görünüşü, nədə aparıcılıq qabiliyyəti. Şadlıq evlərini əsən səslə elə-bil hansısa robot təsvir edib tərifləyir. Bəzən də elə gəlir ki, xanım qız verliş aparmağa yox, “moda” göstərməyə çıxıb.
Bu günlərdə lap az qala ölmüşəm gülməkdən… Tural şadlıq evinin reklamı gedirdi. Sonda xanım qız belə deyir “Hələ bizim veb saytımızda var! 3 dablyu, nöqtə turalrestorankafe nöqtə kom!” =)) Belə alınır — www.turalrestorankafe.com. Əhsən. Deyirəm Azərbaycanın tanınmış domen alverçisi Rəşad Əliyev nə əcəb bu domeni göz altı etməyib?
Nəsə. “Qərəzsiz” axır vaxtlar nəsə yaman axsayır. Allah özü axrını xeyir eləsin.
Mövzuya dair forumda müzakirələr ↓
ANS-in dəyərsiz «Dəyərlər»-i. Resenziya

  • 18 September, 2010

Rəy əlavə edin

Tural Ağayev

Xalq domain açıbda nolsun ki, elə açıb ki elə oxunuşdan hamı anlasın birdə sayta girməyə ehtiyac olmasın.

19 September, 2010

Ramil Haciyev

ANSin hansi aparicisinin gorunushu ferlidi ki?
Neolitinde onda sayti olar neolitrestorankafeshadligsarayicayxana.com Allah sizi guldursun. 😀

19 September, 2010

Emin NOv

Hmm. Axi elə bir sayt yoxdur??? 🙂
Ümumiyyətcə onu deyim ki, ANS qətiyyən ekrana çıxardığı şəxslərin formatına uyğun gəlib gəlməməsinə baxmır. Kim gəldi birbaşa efirə.
Hmm. Bunu ANS inrekla logoları, temalarından da açıq aşkar etmək olur.
Ama nəticə etibarilə aktiv bir televiziya demək olar!

19 September, 2010

Gunay Ali

Nə qədər vətənpərvərlikdən kənar fikir olsa da və efirdəki bəzi xalalar bunu emosional şəkildə tez-tez vurğulasalar da, etiraf eləməliyəm ki mən də gəncliyin böyük hissəsi kimi bizim kanallara baxmıram. Əgər kimsə bu fikrimi tənqid eliyəcəksə, zəhmət olmasa, məsləhət gördüyü proqramları mütləq qeyd eləsin.
P.S. Adamın üstündə Allah var İTV-də bəzən səviyyəli verilişlər olur.

25 September, 2010

Tural Ağayev

Cammatın görünüşünə niyə fikir verirsiniz ki? Ona qalsa lider, space, atv kimi qanalarda 2+2=? neçə olduğunu bilməyən o qədər savadsız, səviyyəsiz aparıcılar var. Hələ ans-dən qovulan pozğun aparıcıların lider kimi kanllarda veriliş apardıqlarını demirəm

3 October, 2010

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom