Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Azercell, Bakcell və Nar Mobile…

Azercell, Bakcell, Nar Mobile… Bu 3 mobil operatorları hər cür müqaisə ediblər… Bir abonent kimi mən də şəxsi fikirlərimlə bölüşəcəm.
Onuda qeyd edim ki, yazım sırf mənim abonentlik təcrübəmə əsaslanır və şəxsi fikirlərimdir.
Azercell Bakcell Nar Mobile
Başlayaq ilk “cell” Bakcell-dən. Son illər kifayət qədər dinamik inkişafdadı.
Müsbət cəhətləri aşağıdakı kimidir:
— Ucuz danışıq qiyməti (digər operatorlarla müqaisədə);
— Ucuz GPRS;
— Dinamik olaraq inkişaf edir. Yeni real xidmət və yeniliklərlə abonentləri sevindirir;
— Yeni qurulmuş Müştəri xidmətləri əla çalışır.
Mənfi cəhətləri:
— Hələdə MMS dəstəyinin olmaması;
— GPRS qoşulma surətinin zəif olması;
— Postpaid (Klass) və Prepaid-lə (Cin) heç bir fərqin olmaması. Hər ikisidə əslində Prepaid kimi fəaliyyət göstərir, çünki Klass-da limit və sonradan danışıq haqqını ödəmə nəzərdə tutulmur. Maksimum -1 manat borclu ola bilərsən, ondan sonra şəbəkə üzünə bağlanır;
— Şəbəkədəki kiçik problemlər. Məsələn, Bakı-Şamaxı yolunun dağlıq ərazilərində Bakcell ümumiyyətlə tutmur, və ya götürək Qaxın İlısu kəndini;
— Klass tarif planında rouminqi açdırmaq üçün burokratik maşınla üzləşmə.
Azercell. Ölkənin ən böyük və sabit mobil operatoru.
Müsbət cəhətləri aşağıdakı kimidir:
— Fikrimcə Azercell-in ən böyük müsbət cəhəti onun sabit  olaraq daim inkişafda olmasıdır;
— Əla şəbəkəsi var. Müqaisə etdiyim Bakı-Şamaxı yolunda yaxşı tutur. Düzdü idealdan uzaqdı, bəzən xırda xırıltılar olur, amma digər operatorların ümumiyyətlə o ərazini dəstəkləməməsi fonunda bunada şükür;
— Mükəmməl xidmətlər və servislər;
— İdeal müştəri xidmətləri.
Mənfi cəhətləri:
— Danışıq haqqının kifayət qədər baha olması;
— Mənasız bonus və digər kampaniyaların keçirilməsi, hansı ki, operator realda heçdə bonus və ya abonentlər üçün mənfəət təklif etmir. Bu Azercell-in abonentlər arasında güvənliyini itirməyə gətirib çıxarır;
— Endirimlərin kampaniya xarakteri daşıması;
— SMS-in dəyərinin (qiymətinin) şişirdilməsi;
— Rouminqin digər operatorlara nisbətdə baha olması.
Nar Mobile. Ölkənin ən cavan, amma perspektivliyində ciddi problemlər olan operatoru.
Müsbət cəhətləri aşağıdakı kimidir:
— Ucuz qiymətlər. Demək olar ki, bütün operatorlarda ən ucuz danışıq qiymətlərini Nar Mobile təklif edir;
— Əla virtual (!) müştəri xidmətləri. Sayt vasitəsilə nömrənə dair istənilən operasiyanı aparmaq imkanı. Azercell-dədə bu funksiya var, amma fikrimcə Nar Mobile-da daha yaxşı realizə olunub;
— Ucuz rouminq tarifləri;
— 3G dəstəyi.
Mənfi cəhətləri:
— Stabil olmayan şəbəkə. Bu gün şəbəkə ideal tutduqda, səhər o ideallıqdan əsər-əlamət qalmır;
— Bu operatorda da bəzi endirimlərin kampaniya xarakteri daşıması əslində operatora baş ucalığı gətirmir;
— Azercell-də olduğu kimi SMS-in dəyərinin (qiymətinin) şişirdilməsi;
— Müştəri xidmətlərinə zəng edib, operatorla bağlanmaq özü bir qəhramanlıq tələb edir.
Azerfon-Vodafon-u ümumiyyətlə nəzərdən keçirmədim. Çünki fikrimcə ən aşağı abunə haqqı 27 manat olan bu operator kütlə üçün nəzərdə tutulmayıb. Yagin “öz kruqu” var.
Catel-i isə — bu mobil (CDMA) operator mənə məxsus nömrəni mənim xəbərim olmadan digərinə satdıqdan sonra… Nəsə, davam edək.
Nəticə:
Bakcell belə dinamik inkişaf etməkdə davam etsə, tezliklə böyük kütləni özünə cəlb edə biləcək. Çünki artıq stabil şəbəkəyə malik bu operator ucuz qiymətlərlə danışıq təklif edir. Elə kütləyədə bu lazımdı.
Azercell —  lider pozisiyasın qorumaqda davam edir. Son rebrendinqi ilə təstiq etdi ki, oda dinamik inkişafdadı, sadəcə hər bir addımını atmamışdan öncə 1-2 il ölçüb biçir. 😉 Bu isə rəqiblərinə inkişaf üçün vaxt yaratması deməkdir. Məncə Azercell daha çevik tərpənsə, liderliyini ən azından 10 ildə təmin etmiş olar.
Nar Mobile — kifayət qədər cavan olan bu operatorda inkişaf etməkdədi, amma uğursuz kampaniyalar və şəbəkənin stabil olmamasına görə abonentlərin inamını itirir. Çıxış yolunu ilk olaraq şəbəkənin mükəmməl qurulması və sonda abonentləri cəlb edəcək kampaniyaların buraxılışında görürürəm. Yoxsa, şəbəkə işlək vəziyyətdə olmadıqda sərfəli kampaniyaların buraxılması, əksinə əks təsir verir, abonentlər Nar şəbəkəsini ciddiyə almır.
Bəs sadə abonentlər nəyi etməli?
Ucuz və kifayət qədər stabil operator lazımdısa — o zaman Bakcell-i seçin.
Yox, sizə daha güvənli bir şey lazımdırsa, onda seçiminiz Azercell olmalıdı.
Yox,  əgər sizin üçün əsas kontur sayıdırsa (danışıq vaxtı), onda heç fikirləşmədən Nar Mobile-ı seçin.
Hər operatorun öz bazarı var, bizə isə hər birinə uğurlu inkifaş, biz abonentləri yeni-yeni endirimlərlə sevindirmək  arzusu qalır.
Mövzuya dair forumda müzakirələr ↓
Azercell, Bakcell və Nar Mobile…

  • 20 August, 2010

Rəy əlavə edin

adam

klasda 1 qepik borc oldusa baglanir, ne 1manat… eh sende…

26 August, 2010

jurnalist_qiz

məndən olsa heç birini seçməzdim. həyatımda baş verən son hadisələrə nəzər salıb deyə bilərəm ki, hər üç operator balansdan konturları havayı yerə silir. telefonun ekranında sadəcə müəyyən miqdarda kontur silindiyini yazır. ən pisi də odur ki, şikayətlərə məhəl qoyulmur. deyir ki, öz probleminizdir.

15 September, 2010

Hər kimsə

Monopoliya şəraitində inkişafdan danışmaq olmaz. Narın şəbəkəsinin olduğunu bilmirdim, burdan öyrəndim.Bakı Şamaxı yolundan danışırsan, day demirsən ki 20 yanvardan biraz yuxarıda, Alatavada tutmur :D.
Azərcell deyile, dədəcelldi, dədlərinin qiymətini qoyublar hər şeyə.
Bakcelldəki eləbil nəşəlidir. Kimsə zəng vurur, zəngi qəbul etməyib özüm zəng vururam deyir ki zəng çatmır. 🙂 Müştəri xidmətləridəki -səviyyə… Apteklərlə kontrakt bağlayıblar. Validol satırlar.

8 November, 2011

rusulmat ismayilov

6 ildir baksel ishletdim bir xeyr gormerim Baksel ancaq pullari ve konturlari yemekle meshquldur. 2 manatliq konturumi hec danishmadan mashennikler yeyib qurtarirdilar bir gune . men bilmirem siz hansi terife layiq ishlerinden danishirsiniz?bakselin

18 October, 2012

Eli

Mence en yaxsisi Bakcelldi ucuz ve sade. Azercellde danisiq bahadi. Nar ise operator kimi yox nomre satisi ile mesguldu nomreni alirsan sorada pulun batir 6 ay bagli qaldi yeniden hemin meblegi ode nomreni versinler sene yoxsa basqasina satacaq.

15 July, 2015

Ramal Haciyev

Mencede danisiq ucun bakcell yaxsidi. Nar nomreni ancaq vizv atanlar isledir.Catel kimi buda baglansaydi canimiz qurtaratdi vizvlardan

15 July, 2015

Yusif

Ismayilov duz deyir menimde konturmu baksel cox yiyib,ellerinnen kontur vura bilmirem gozum gore gore 90 qepiymi kecen defe yediler nomrenen bir az ishin var sora cixaitib tulluyacam!

4 August, 2015

Yusif

En mashennik operatordu

4 August, 2015

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom