Yeni 2011-ci il gəlməyə macal tapmamış, məşhur Las-Veqasda Consumer Electronics Show 2011 fəaliyyətə başladı. Texnologiya bayramı olan bu tədbirdə bütün texnoloji nəhənglər öz yeniliklərini təqdim edirlər. Xoşuma gələn ən maraqlı təqdimatlarla bölüşürəm.
Samsung Apple əfsanəsi MacBook Air üçün rəqib yaratdı. Samsung 9 adlandırılan bu noutbuk görkəminə görə heç də Apple əsərindən geri qalmır.
Parametrləri:
Prosessor — Core i5 2537M
Yaddaş 4 GB RAM
HDD (SDD) — 128 GB
USB, HDMI
Qiyməti isə 1600 USD-dən çox olmayacaq. Bizdə ən azı 1800 AZN olacaq, çox güman.
SonyEricsson gözəllikdə bəlkədə indiyə kimi buraxılan bütün telefonları kölgədə qoyacaq yeni XPERIA ARC modelini təqdim etdi. Android 2.3 platformasında işləyəcək bu smartfon SONY-nin məhşur BRAVIA televizorlarında istifadə olunan texnologiyaları özündə birləşdirir.
Və fikrimcə sərginin ən maraqlı təqdimatı Android 3 (!) platformasında çalışacaq Motorola-dan fantastik planşetdir. Motorola XOOM. Bu da Apple iPad-ın sonu. Cavab olaraq Apple-dan iPad-ın 2-ci versiyasını gözləyirik.
Parametrləri:
Prosessor — NVIDIA Tegra 2 1GHZ (!)
Yaddaş 1 GB RAM
HDD (SDD) — 32 GB
FullHD, microSD
5 meqa pikselli kamera.
Qiyməti hələ məlum deyil. Məlum olsa da, biz bu qadjeti yalnız eBay-dan sifariş edə biləciyik. Çünki Motorola-nın Azərbaycandakı rəsmi distrubutoru NLT hələ də eləbilir ki, Motorola yalnız Razr telefonlardan ibarətdir…
[…] This post was mentioned on Twitter by Sam!r aka kiber. Sam!r aka kiber said: RT @shukurzade: #biraz CES 2011. Yeni ilin möhtəşəm texnoloji yenilikləri http://t.co/FQvO3YL […]