Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Son olaylar. Nələr baş verir?! Fikirlərim

Ölkədə və dünyada baş verən olaylarla bağlı fikirlərimlə bölüşürəm. Hara baxırsan — Usoyanı güllələdilər xəbəri. Erməni soyadlı, əslən kürd, amma Gürcüstanda doğulan Usoyanı güllələmə xəbəri bir yana, mənə maraqlı gələn onun dövlət səviyyəsində qorunmasıdır. Deyilənə görə FSB (Rusiyanın Federal Təhlükəsizlik Şurası) agentləri ilə mafiozi qaquliklər birləşib elə bir yerdəcə onu qoruyurlar. Yəqin Usoyan Rusiya siyasətinə də xidmət etməyi unutmur. Yəqin…
Amerikalı alimlər maraqlı kəşfə imza atıblar. Daha doğrusu qoca Enşteynin vaxtilə dediklərini təstiqləyiblər. Belə ki, onlar super müasir və dəqiq saatların vasitəsilə təyin ediblər ki, insan yerdən nə qədər uzaq düşərsə, o qədər tez qocalır. Məsələn 50-ci mərtəbədə yaşan insan 1-ci mərtəbədə yaşan insana nisbətdə daha tez qocalır. Bununla Enşteynin teoriyası təstiqlənir. Qoca hələ o vaxtlar öz teoriyasında deyirdi ki, yerin qravitasiyasından (cazibə qüvvəsindən) uzaqlaşdıqca, zaman daha tez keçir.
Deyilənə görə ABU-da vəziyyət hələdə gərgin olaraq qalır. Millətin sənədlərini vermirlər ki, gedib başqa Universitetlərdə təhsillərini davam etdirsinlər. Belə çıxır ki, ABU olub suveren bir ərazi, artıq orada Təhsil Nazirliyinin qərarları keçərli deyil…
Pamella da day soyunmağın daşını atdı. Rumıniyada olan məşhur Playboy “gözəlçəsi” (onda gözəllik varsa, onda əsl gözəllər nədi bəs?) bir də jurnallar üçün çılpaq şəkil çəkdirməyəcəyini bildirib. Səbib kimi isə digər uşaqların onun balalarına lağ etməsini göstərib. Deyirəm biqeyrətin qeyrətə gəlməsi qorxulu şeydi, Allah özü axrını xeyir eləsin.
Qız qalasını da bağladılar. Səbəb — qalanın millətin intihar yerinə çevrilməsidir. Yəqin ifrat romantizmdən əziyyət çəkənlər ora üz tuturlar. Şahidlərin sözlərinə görə özlərinə qəsd edənlərin sayı dəhşətli dərəcədə artıb. Özüdə qaladan yerə düşən insan qarpız kimi parça-parça olur.  Yeri gəlmişkən, özünə qəsd etmək İslamda yasaqlanır və ən böyük günahlardan hesab edilir.

Hava da bu arada yaman soyuyacaq. Təki qəlblərimiz isti olsun. İnşallah.

  • 24 September, 2010

Rəy əlavə edin


Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom