Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Nokia Tune dəyişdi…

Nokia-nın başına daş — nəhəng şirkət gözümüzün önündə əriməyə davam edir, ümidi bir Microsoft-du, o da tutar qatıq, tutmaz Nokianın sonu. Axirət dünyasına qədəmini basmağa hazırlaşan şirkət öz rəsmi “himnini” dəyişmək qərarı verdi. Himn deyərkən Nokia telefonlarında alışdığımız Nokia Tune melodiyasını nəzərdə tuturam. Bunun üçün əməlli başlı sayt da açdılar, istənilən adam yaratdığı kompozisiyasını ora yükləyib, səsvermədə iştirak edə bilərdi.

Səs vermə bitdi. Yüzlərlə maraqlı kompozisiya içində bəlkə deyərdim ən zövqsüz birini seçib (kütləvi internet səsverməsinə rəğmən!) qalib elan etdilər. Qalib kompozisiya Nokia Tune Dubstep Edition adlanır. O cəmi 1394 səs toplayıb (708-ci yer). Halbuki, 39494 səs toplamış təkliflər də var idi.
Mənim favoritim isə Progressive Nokia adlanırdı. Çox gözəl, müasir ritmli və ən əsası səviyyəli bir kompozisiya idi. O 13233 səs toplayıb (12-cü yer), amma Nokia başbilənləri qalibiyyəti ona deyil, dediyim kimi 1394 səs toplayan mənasızlığa verdilər. Nokia-nın gələcəyini elə bu yenilik aydın göstərir…
Mahnıların siyahısı ilə bu saytdan tanış ola bilərsiniz — http://nokiatune.audiodraft.com
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

  • 16 October, 2011

Rəy əlavə edin

Tural Əlisoy

Progressive Nokia mənimdə xoşuma gəlmişdi. Birinci yerdə olanın heç yeri yoxdur. Hardasa Transformerlər filmini xatırladır

18 October, 2011

Hidayət Məmmədov

Mənim sevimlim: Nokiorchestra

18 October, 2011

Kamran Həsənov

Parvin daha deməye bu Nokianın heç zövqü qalmayıb. Məndə sənin kimi Progressive Nokia musiqisinin qalib olmağın isdəyərdim. Ancaq bu sən və mənim isdəyimdir Nokianın yox :((

18 October, 2011

Mikayil Aliyev

Nokia Tune Dubstep Edition – Nokia ucun yeni nefes olacaq musiqide ele superdi
Progressive Nokia – ise Kohnesinden hec ne ile demek olar ki ferqlenmirdi.
Onu beyenen 13233 adamin deyerdim ki musiqi fkusu yoxdi 🙂
No kak qavaritta na fkus i tvet tavarishey net. 🙂
Nokiaya hele Nokia Tune Dubstep Edition -kimi muasir ve super bir shey lazim iydi.

1 December, 2011

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom