Bu gün Azərbaycanın böyük oğlu, müstəqil Azərbaycanın yaradıcısı, bütöv Azərbaycanın baş ideoloqu, ulu öndər Məmmədəmin Rəsulzadənin ad günüdür. Hər bir Azərbaycan vətəndaşını, özünü türk sayan hər bir insanı bu böyük gün münasibətilə təbrik edirəm! O gün olsun onun böyük ideyaları gerçək olsun!
Cənab Rəsulzadənin “Amerikanın səsi” radiosuna vermidiyi tarixi müsahibədən bir fraqmentə qulaq asın. Möhtəşəm!
Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət Günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz. Vətəndaşlar! Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər dürlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişiylə dilə gətirirəm:
Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan! Mövzuya dair forumda müzakirələr ↓ Böyük türk-Məmməd Əmin Rəsulzadə!
[…] This post was mentioned on Twitter by AzeriFire, Parwin Shukurzade. Parwin Shukurzade said: #biraz Bu gün Azərbaycanın banisi, böyük M. Rəsulzadənin ad günüdür! http://t.co/TLcxG9a […]