Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

WikiLeaks əfsanəsi. ABŞ-ın yeni şantaj aləti?

WikiLeaks. Son vaxtlar xəbərlərdə adı ən çox çəkilən sayt. Bəs bu WikiLeaks nədir və ümumiyyətlə nəyə xidmət edir? Gəlin birlikdə bunu aydınlaşdıraq.
WikiLeaks-ın yaradıcısı Julian Paul Assange adlı bir Avstraliya vətəndaşıdır. Uşaqlığı çox ağır keçən Julian cavanlıq dövründə bir çox kiber-cinayətlərdə şübhəli bilinib. Hətta vaxtıyla CityBank-dan 500.000 ABŞ dolları oğurladığına görə onun barəsində cinayət işi də açılıb. Texnologiya aləmiylə yaxından tanış olan hər bir şəxs gözəl bilir ki, bu tip savadlı xakerlər bir müddətdən sonra xüsusi xidmət orqanlarına işləməyə məcbur edilir. Yəni başqa bir variant ola bilməz — əsas prinsip — “istedadlı xakerlərlə mübarizə aparmaqdansa, onları mənən məhv edib özünə tabe etmək daha sərfəlidir” burada öz rolunu oynayır. Görünür elə bu səbəbdən də tezliklə Julian-ın üzərindən bütün ittihamlar götürülür və o fəaliyyətini davam etdirir.

Beləliklə, 2006-cı ildə Julian-ın növbəti layihəsi WikiLeaks işıq üzü görür. Bu layihə vasitəsi ilə guya anonim istifadəçilər gizli və məxfi sənədləri sayta yükləyib, İnternetdə bölüşürlər.
Gizli və məxfi sənədlərin yayımını başqa bir saytda da təmin etmək olardı, bəs niyə məhz WikiLeaks?! Axı yüzlərlə bu kimi saytlar var… Niyə? Çünki bu sayt birbaşa ABŞ Administrasiyası tərəfindən idarə olunur. Bunun təsdiqi kimi:

  1. WikiLeaks-ın əsas ideologiyası (saytlarında da qeyd olunur) — siyasi azadlıqların təbliği, əsas hədəfi isə Çin və Rusiyadır. ABŞ Administrasiyasının Rusiya və Çinlə münasibətlərini birbaşa korlamamaq üçün gözəl vasitə — kompromatı burax İnternetə, sonra da bu kimi “məxfi” sənədlərə istinad edib bu ölkələrə təzyiq et.
  2. Tamaşaya biraz da təbiilik qatmaq üçün ABŞ Administrasiyası səviyyəsində sayta reaksiya olunur. Guya “pis” WikiLeaks bunların “sirlərini” açıb-tökür. Bu isə əslində onun bütün dünyada tanınmasına, təbliğinə xidmət edir.
  3. Guya İnterpol Julian-ı axtarışa verib, amma o görünməz olub. Bu da absurd bir şeydir. Hər-halda sayta girib, yeniləyirsə, onun IP-ləri həmən ICANN-da və ya provayderdə (hosterdə) qeydiyyata düşür. IP ilə isə insanı asanlıqla tapmaq olar. Deyə bilərsiz bəs birdən proxy-dən istifadə edirsə?! Bu da boş şeydir. Hələ bizdə proxy-ləri yararsız edən proqram və skriptlər var, təsəvvür edin bunun üçün xüsusi kəşfiyyat orqanlarının nə kimi alətləri var…
  4. Əgər həqiqətən də WikiLeaks ABŞ-ın nüfuzuna zərbə vurursa, onda elə adı çəkilən ICANN (dünyanın bütün domen adlarına nəzarət edir) heç bir səs-səmir olmadan WikiLeaks.org saytını bağlaya bilər.
  5. Guya WikiLeaks anti-ABŞ təbliğatı aparır. Növbəti sayıqlama. Əslində saytda yayımlanan bütün sənədlər ABŞ-ın mənafeyinə xidmət edir. Məsələn, “məxfi” sənədlərdə qeyd olunur ki, İraqlı əsgərlər (məhz iraqlı (!)) əsirlərə işgəncə verib, onların barmaqlarını kəsib, gözlərini çıxarırlarmış. ABŞ hakimiyyətinin günahı isə — buna göz yummaqla bitir. Deməli İraq oldu vəhşi-barmaq kəsən… İraqa təzyiq üçün növbəti bəhanə. Budur ABŞ-a ziyan?
  6. Bu klassik ovçuluq strategiyasıdır. Bir misal çəkim. Ovçular ilk olaraq 3-4 ördəyi tuturlar, qanadlarını şikəst edirlər ki, uçmasınlar. Onları bir müddət qaranlıq yerdə saxladıqdan sonra, ümumiyyətlə uçmağa can atmırlar, insanlardan qorxmurlar. İşləri yalnız başlarını aşağa salıb sakitcə üzmək olur. Ovçular ova gedərkən onları mütləq özləriylə götürürlər, buraxırlar suya. Göydə uçan azad quşlar onların rahatça üzdüyünü görüb, onlara qoşulmağa can atırlar, qonurlar onlarla üzməyə — elə bu vaxt ördək soyqırımı başlayır. Azad və uçan quşları bir-bir vurub güllələyirlər. Zəlilləri isə yenidən qəfəsə qoyub, gələn dəfə üçün saxlayırlar. İndi WikiLeaks də o zəlil ördəklərdən biridir. Birisi məxfi sənədi ötürdü — onu həmən ayırd etmək üçün əla vasitə.

WikiLeaks sadəcə ABŞ kəşfiyyatının bir alətidir. Demokratiya carçısının saman-altı oyunu üçün yeni bir layihə.
Yuxarıdakılar mənim subyektiv fikrim idi. Əgər etirazınız varsa, faktlarla təsdiq edin.
Mövzuya dair forumda müzakirələr ↓
WikiLeaks əfsanəsi. ABŞ-ın yeni şantaj aləti?

  • 26 November, 2010

Rəy əlavə edin

Kürçaylı Əliağa

Əgər əziyəti yoxdursa mənə o faktların nə olduğları çox maraqlıdır.
Deyə bilərsən ki məqalədə hələ bir neçəsinin adlarını çekdim. Amma onların içərisində elədə 100% diq bir fikir yox iydi sadecə təxminlər i fso.

27 November, 2010

Valeh Hajiyev

Maraqlı araşdırmadır. Yazı üçün təşəkkürlər !

27 November, 2010

R@M

Nəsə qəliz məsələdir, başım bir şey qaynadmadı. ))

27 November, 2010

Parwin Shukurzade

Kürçaylı, Wikileaks-ə istinadlar alınmayacaq. Çünki saytda olan sənədlər bir müddət sonra pozulur. Məsələn, Əfqanıstan dosyesi tam olaraq silinib. http://www.wikileaks.org/wiki/Afghan_War_Diary,_2004-2010
Saytda İraq dosyesindən olan bir sıra sənədlərdə pozulub. Amma xəbər portallarının istinadları qalmaqdadır. Məsələn:
Факты избиения, нанесения ожогов и ударов кинжалами, случаи насилия и убийств содержатся в сотнях отчетов, свидетельствующих, что пытки проводились систематически. Только в ноябре 2005 года американские солдаты обнаружили в одном из иракских полицейских центров для интернированных граждан 95 ослепленных заключенных с многочисленными ранами и переломами.
O ki qaldı təxminlərə — mən faktları sadalamışam, əks arqument varsa, buyurun.
Ram, məsələ qəliz olsa da, aydın məsələdir. 😉

27 November, 2010

Samir Lee

Bele weylere hec inamim yoxdu Mexfi sanadlari cap edan bela saytlar eslinde wablondu /. esl merd ogullari uze cixarmaq ucun Yazinin sonuncu punktiyla raziyam

27 November, 2010

Barça

hamisi amerikanin zibilleridi……. yaxshi qeyd olunub——— bu sayt vastesile teziq edirler…..
al kaida…. 11 sentyabr…. efqanistan….. iraq……. indide de iran. birazdan irana aid dosyeler cixsa teecublenmerem.

27 November, 2010

Илашка

Зачем мозги пудрить политикой, если можно жить просто и красиво. Ребята, политика не стоит ваших обсуждений.

27 November, 2010

анарёк

@ ilashka politika opredelayet uroven, temp i stil jizni vsego chelovechestva. s takim uspexom mojno govorit zachem est edu, vse ravno umrem. 😉

27 November, 2010

Xeyyam Mesiyev

Men razi…

29 November, 2010

Zaur Bayramov

Maraqlı mülahizələrdir,mən bu mülahizələrə +-1(yə`ni 1 artıq,1əskik) deyərdim.Yə`ni həm həqiqətlər var,həm şişirmələr,həm də çatışmazlıqlar.Amma əsas fikirlə razıyam ki, ABŞ hökümətinin bu saytda buraxılaN məlumatlarda birbaşa rolu var.

29 November, 2010

Hacili kenan

Mence bunlarin hamisi bos seydi n oldu ki bir ne ferin 1yazisiynan butun dunya qaynadi bele yazilar milyon defe olub bunun arxasinda nese var belkede kimse taninmaq ucun bunu edib ve:menim fikirm saytdaki melumatlar sisirdilib!!:)

29 November, 2010

Hacili kenan

bir de ki saytinizi beyendim maragli melumatlar var bunu saymasaq:)

29 November, 2010

Parwin Shukurzade

WikiLeaks növbəti “gizli” dosyeləri açıq elan etdi. Gəlin bir nəzər yetirək yeni dosyelərdə nə kimi “yeniliklər” var:
1. Rusiya prezidenti Dmitriy Medvedev — quru və cəsarətsiz adlandırılır. Niyə?! Çünki ABŞ onu Putin siyasətinə qarşı cəsarətli olmağa çağırır.
2. Rusiya baş naziri Vladimir Putin — mafiya ilə əl və quduz it adlandırılır. Niyə? Çünki ABŞ maraqlarına uyğun siyasət aparmır, Amerikanın bir başa deyə bilmədiyini isə asanlıqla WikiLeaks deyir.
3. Daha sonra İtaliya baş Silvio Berluskoni “siyasi meyit və seksual manyak” adlandırılır. Əslində ABŞ bununla İtaliya siyasətinə işarə edir ki, Berluskoninin vaxtı çatıb… Əsasən də Berluskoni Putin tandemi ABŞ-ı yaman qıcıqlandırır.
4. Angele Merkel — cəsarətsiz və riski sevməyən adlandırılır. Əlbətki, ABŞ belə onu belə adlandıracaq, axı almanlar OPEL-ə görə GM-ə milliarlarla dollar təmənnasız köməkdən boyun qaçırdılar.
5. Əhmədi Nicat — Hitler adlandırılır. No comments.
6. Bunlar bizə də ilişiblər. Guya bizimkilər deyib ki, biz imkan vermərik ki, Türkiyə enerji idxalı mərkəzinə çevrilsin. Azərbaycana növbəti təzyiq — bu dəfə Türkiyə ilə bizim aramızda nifaq salmaq istəyirlər. Axı Azərbaycan ABŞ-ın yaxın şərq doktorinasının gerçəkləşməsinə maneə olur.
Maraqlıdır ki, əgər bu müstəqil sızma idisə onda niyə öz prezidentləri və onun ekranlarda bezdirici aktyorluq edən arvadı barəsində bir şey üzə çıxmır, amma Medvedevin arvadı barədə gizli sənədlər çıxır?! Bu bir daha təstiq edir ki, WikiLeaks ABŞ-ın digər ölkələrə təzyiq etmək üçün vasitələrdən biridir, deyərdim ən yenisi.
Bir də ki, xahiş olunur bu tip məsələlərdən anlayışı olmayanlar yazmaq xatirinə nəsə yazıb flud etməsinlər.

29 November, 2010

Murad Seyidov

Gozel yazidi. Bir fikir de men demek isteyirem: “Dunyada hec bir xaker ola bilmez ki dunyani bele qarishdiran meseleleri tapib uze cixartsin. Cunki MUMKUN DEYIL. Interpolun tapa bilmeyeceyi insan yoxdu. Adice Azerbaycanin MNT-i istediyi adami cox rahatliqla tapir. Harda qaldi interpol”
Wikileaksin bu yazilarina inanan olke olmayacaq onsuzda. Sadece olaraq Amerika oz sozunu dedi hemisheki kimi. 1 kelmeynenki Agilli Olun!

3 December, 2010

Kənan Fərzəliyev

Sözün düzü mən də bu qənaətə gəlmişdim. Ağıllı yazıya görə təşəkkürlər. Fikrim qətiləşdi desəm yalan olmaz.

9 December, 2010

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom