Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Sən tək deyilsən və ya ətimiz töküldü! Resenziya

Azərbaycan telekanallarının səviyyəsi gün-gündən yaxşılaşmaq əvəzinə düşməkdə davam edir. Yenə şükürlər olsun ki, Rəqsanəni ekranlarda az-az görməyə başlamışıq, amma…
Amma TV-lərdə yağışdan sonra göbələk kimi yayılan gündəm xarakterli tematik verlişlər Rəqsanənin vaxtında qədrini bilmədiyimizi təstiqləyir.
Xoşqədəm Baxşəliyeva
Kütləvi olmaları ilə yanaşı, əsasən qurma səhnəciklərdən ibarət olan bu verlişlər artıq evdar tamaşaçıları belə bezdirib. Guya ailə problemlərini ictimayələşdirib, problemlərin həlli yollarını axtarırlar, əslində isə boşanmanı, abortu, ailədə zorakılığı təbliğ edirlər. Bu yanğını benzinlə söndürməyə bənzəyir. Atalar yaxşı deyiblər — dəlinin yadına daş saldılar. =)
Belə verlişlərdən biridə ATV-də yayımlanmağa başlayıb. Öz süniliyilə seçilən bu verlişin aparıcısı Andrey Malaxovun yerişini, onun duruşunu, onun danışığını copy-paste etməyə çalışan “3 nöqtə” qəzetinin baş redaktoru və yaradıcısı Xoşqədəm xanım Baxşəliyevadır. Süni ifadələr, duruşlar nəyə gərək?! Məgər təbii duruş, nitq, kimisə copy etməmək qəbahət sayılır? Məgər ATV kanalı normal bir aparıcı tapmadı?
Ola bilsin Xoşqədəm xanım yaxşı qəzet jurnalistidir, buna şübhəm yoxdur, amma bir TV aparıcı kimi bəyənmədim… Ondansa hindistan seriallarına baxmaq daha savab iş olar. =)
Mövzuya dair forumda müzakirələr ↓
Sən tək deyilsən və ya ətimiz töküldü!

  • 30 July, 2010

Rəy əlavə edin

Kənan Həmidov

Telekanallar bu gün sadəcə reklam xatirinə reytinqi süni şəkildə artırmağa çalışırlar. Elgiz cümə axşamlarını başlayan kimi ATV-də qurma və sırıma verilişlərini ortaya atdı. Az qala Dram teatrının aktrisası ola biləcək qədər peşəkar maskalılar tamaşaçını yalan informasiya ilə aldatmağa çalışır. Reytinq üçün dəridən-qabıqdan çıxan televiziya işçiləri bu gün teleməkanda at oynadır, zövqsüz tamaşaçılar da “Toy kralı və kraliçası”, “Yağ kimi”, “Sən tək deyilsən”, “Elgizin cümə axşamı”, “Qonaqlıq” və bu kimi şit, mənasız, zövqsüz, heç bir məhzəbə qulluq etməyən programlara baxmağa məcbur olur.

30 July, 2010

Lamiya Shanova

Cox suni verlis ve suni aparici.verlislerin hamisi kopyadi.ele bil oz fikirleri yoxdu.sou-biznes qurtardi kecdiler bele verlislere.guya millete canlari yanir.vekil ozunu reklam edir,gelen qonaqlar ozunu reklam edir.dehsetdi

10 August, 2010

Ayaz Quliyev

Əslində hər kəs öz işi ilə məşğul olsa, daha yaxşıdır. Görünür Xoşqədəm xanım yenilik etməyə çalışıb. Amma nədənsə, bu tip səviyyəsiz manıs verilişləri də, özünə kütlə yığır. Xoşqədəm xanım çox yerli-yersiz hərəkətlər və danışıqlar edərək məni çox vaxt güldürür. ATV rəhbərliyi niyə bu insanı efirə vermək üçün məcbur olub, düzü çox marağıma səbəb oldu.

30 August, 2010

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom