Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Dində böhran?! Fikirlərim

Bir neçə müddətdir müşahidə edirəm — ən proqressiv gəncliyimiz sürətlə dindən uzaqlaşır, müqəddəs kitabları ələ salıb, dini primitivlik əlaməti hesab edirlər. Bu tendensiya adətən qərbdə daha çox yayılmışdı, indi də biz bunun şahidi oluruq. Axı niyə savadlı insanlar dindən uzaqlaşırlar?! Bəlkə dinin özü doğurdan da primitivləşib?! Yox, fikrimcə primitivləşən din deyil, dini təmsil edən fərdlərdir, şəxsi mənafeyə görə “imana” gələnlərdir.
Maraqlı misal — heç bir video çarxına baxmadığım, amma dostlar tərəfindən vaxtı ilə çox təriflənən Harun Yahya özünə məxsus “qatıqlamqları”  ilə YouTube-un ulduzuna çevrilib. Əslində bu İslama qarşı əvvəlcədən düşünülmüş bir plan da ola bilər — Harunu bir qatı və elmli dindar kimi PR edərək kütləyə istədirlər, daha sonra onun necə mənəviyyatsız olduğunu göstərirlər. Nəticədə İslam bir din kimi gözdən düşür. Ola bilər. Amma gəlin öz bostanımıza da baxaq.
Azərbaycanda İslam dininə mənsub dindarları dörd yerə bölərdim:
1. Səmimi qəlbdən ali varlıq olan Tanrıya inanan, ona hər gün ibədət edib, onu hər an anan insanlar. Belələri hardasa dindarların maksimum 15-20%  təşkil edir.
2. Kiminsə namaz və ibadət etdiyini görüb, onunla bəhsə girib dinə gələnlər. Bu tip insanlar adətən dinə “pokazuxa” üçün gəlirlər. Məsçidlərdə müşahidələrim onu göstərir ki, bu tip insanlar dində olanların hardasa tam yarısını təşkil edirlər. Buna iman yox, bambılizm (cahilliyin bir növü) deyərdim. Bunların flaşmoberlərdən heç bir fərqi yoxdur, onlar da “pokazuxa” üçün əyilib düzəlirlər, bunlar da. Sadəcə məkan başqadır. Belələrinə saxta “hacı”-lar da deyilir. Dini bilikləri isə 0. Özü də dini “kruqdan” ayrıldıqdan sonra, yenidən öz əsl simalarına qayıdırlar.
3. Öz istəklərinə rəğmən dində olmağa məcbur edilənlər. Bunlar adətən az yaşlılar və ya qadınlar olur və öz iradələrinə qarşı ibadət etməyə məcbur edilirlər. Belələri hardasa dindarların 20%-nı təşkil edir.
Və sonda — 4. Dindən sui istifadə edənlər, dinə bir biznes aləti kimi baxanlar. Belələri adət üzrə bizim mollalardır. Yas tutmaq, yas danışmaq bunların peşəsidir. İyrəncdir. Bu gün biabırçı bir mənzərənin şahidi olmuşam — yaxın insanla ibadət üçün “Göy məsçid”-ə getmişdik. Məsçid təmirdə olduğu ibadət üçün balaca bir yer düzəldiblər, o balaca yeri də pərdə ilə 2 yerə bölüblər — birində rüşvətxor mollalar oturub, birində isə camaat öz ibadətini edir. İnanırsız, içəridə oturmaq mümkün olmadı — kimsə mollaya Yasin “oxutmaq” üçün 10 manat pul verib, biri də (deyəsən məsçidin Administrasiyası idi) gəlib ki, “ay molla davay Yasinlərin pullarını düş bura”… Aralarında 5 manata (!) görə mübahisə düşdü… Təsəvvür edin, siz Allah yolunda pulu verirsiz, adını molla qoymuş mənəviyyatsızlar o pulları mənimsəyərək, elə Allah evindəcə dava edirlər. “Göy məsçid” kimi mötəbər bir məsçidi alverxanaya çevirən dünya-malı düşgünlərinə ar olsun! Oranın axundu hara baxır, məlum deyil… Ümumiyyətlə, Azərbaycanda bütün din sistemi çürük, təhsil sistemimiz kimi sovetlərin paslanmış və işləməyən rüşvətxor mexanizmindən başqa bir şey deyil…
Pulu dinə çevirənlər isə özləri də bilmədən başqalarına xidmət etmiş olurlar. Aşağıda post etdiyim maraqlı və düşündürücü bir filmə baxın.

Nəsə. Belə insanlar bütün İslam ölkələrində var, amma nə yazıqlar olsun ki, sadaladığım son 3 tip dindarlar bizdə çoxluq təşkil edir. Məhz onların iyrənc oyunları nəticəsində cavan və proqressiv gənclik dindən iyrənir, məhz onların sayəsində mənən boş insanlar radikallığa üz tutur, mənəviyyatsızlar isə daha da həyasızlaşırlar.
Proqressiv gənclərimizə isə üz tutaraq demək istəyirəm — dostlar, İslam sülh və ədalət dinidir. İslam gözəldir. Sadəcə hansısa fərdlərə görə bütün dindən, sizi yaradandan üz döndərməyin! Onlar buna layiq deyillər…
Allah köməyimiz olsun!
Mövzuya dair forumda müzakirələr ↓
Dində böhran?!

  • 25 January, 2011

Rəy əlavə edin

H

Harun Yəhya haqqında yazdığınız bu fikir düzgün deyil. Bütün hamını harunyahya.org saytına dəvət edirəm. 300-ə yaxın əsər yazıb. Əsərləri dünyanın 70 dilinə tərcümə edilib. Dünyanın hər yerində konfransaları davam edir.
Harun Yəhya bütün müsəlmanların birləşməsini istəyir… Dostluq və sülhün tərəfdarıdır…
Yaxında türk-islam birliyinin qurulacağını, hz Mehdinin zühur etdiyini və hz İsanın da artıq yer üzündə olduğunu bildirir…
Hər kəs saytına girib baxa bilər. Araşdırmadan rəy vermək düzügn iş deyil

7 March, 2011

Nizami

Müəllif, Əvvəldə yazırsan ki, gəncliyimiz sürətlə dindən uzaqlaşır, axırda da yazırsan ki, “Allah köməyimiz olsun!” Əksinə dünyanın 4 bir tərəfindən islamın yüksəlişi sədaları gəlmirmi? Bunu hansı statistikadan götürmüsən? Alma qəzetindən yoxsa yovşandan??
Bəs sən araşdırmısanmı bu dinimizə yerimiş cahilliyin və xurafatın yaranma səbəbləri nədir? Dinin elmdən uzaq tutlması deyilmi? Sənin burada hədəf seçdiyin Harun Yəhya müsəlmanların aydınlanmasındakı rolunu bir göz qırpımında heçə endirmək elə cahillik deyilmi?
Harun Yəhya haqqında iddianın doğru olub olmadığını araşdımısanmı? Yoxsa elə ağzıgöyçəklərdən, Türkiyənin dinə qarşı mövqe tutmuş Hürriyət kimi bəlli medialarından və onların Azərbaycandakı havadlarından eşitdiklərini özünə şahid tutrsan? Bu məqalədə etdiyin iddianı nə ilə izah edə bilərsən? Dəlilin varmı?
Qurani Kərimdən bilirik ki, peyğəmbərlərə və onların yolunu gedən insanlara da sənin atdığın böhtanlar atılmışdır. Bu iddianı əsaslandıra bilməsən özün də böhtan atmış və yalan danışmış olmursanmı?
“Yalana dadanmış, günaha düşkün hər kəsin vay halına!” Əl-Casiyə- 7.
Bəs Din yolundaki həbslər, çəkdiyi zülmlər, sui-qəsdlər haqqında nə qədər məlumatlısınız? – http://www.masonzulmu.com/
770 səhifəlik və dünyanın təxminən 60 dilinə tərcümə olunmuş «Yaradılış Atlası» kitabı ilə yaradılışı inkar edən və təsadüflərə əsaslanan Təkamül nəzəriyyəsinə ağır zərbə vuran bir şəxsə belə səthi qiymət verməzlər.
Bu yanaşmanla dinə zərər verdiyinin fərqindəsənmi? Allahdan qorx!
“Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar.” Əl –Hucurat-11.
“Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” Hucurat-6

7 March, 2011

Əfsanə Abışova

2 kitab oxuyub rəylərdə psevdo-radikal-islamçılıq nümunələrinə bildirmək istəyirəm —- sizlərin ücbatından mən İslama nifrət edirəm. Ağzı sulu, başı heçnədən çıxmayan zombiləşmiş bədbəxtlər. Allah sizə ləhnət etsin, İslamı insanların gözündə belə ucuz tutduğunuz üçün.

7 March, 2011

Rasim

Əla yazıdır. Harun Yahyanın bir-iki National Geographic telekanalından oğurlanmış videosuna baxıb özünü İslamın biliciləri hesab edənlrin varyoxlarını mən o məsələ edim. Belələri öz dayazlıqları ilə İslama ləkədir, onu ucuzlaşdırırlar. Ramazan bayramınız mübərək qardaşlar!

24 June, 2011

Sevil Xasiyeva

Harun bir terefden Islami elmle baglamag isteyir, bashga terefden de ograshligindan galmir. Onun canli yayimda giza ilishmeyini gorenden sora 2-3 hefte menevi sarsinti kecirdim. Men bu insana nece inanmisham axi…….

12 August, 2011

Vahid Ismailoglu

muellifle tam raziyam. dinde bohran o vaxt yaranir ki, her yerinden pirtdayib cixan ozunu alim hesab edir. indi dini merasimlere getmek olmur, her videya baxan ozunu axund hesab edir. cavanlar bu saat dini kitabla deyil, sektantlarin videolari ile oyrenir. din de buna gore tukenir, biraz ozunu derk eden, agilli insan belelerini gorub iyrenir. hansi ki belelerini arashdirsan neinki dine dexilleri yoxdur, hetta ana bacilari da colde qalanlardir.

28 August, 2011

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom