Bu günlərdə Microsoft şirkəti üzərində işlədiyi yeni qadjetləri təqdim etdi. Kifayət qədər maraqlı ixtiralardır. Ola bilsin Microsoft məhsul kimi bu yeniliklərdən yararlana bilməsin, amma patent kimi nəyi var yararlanacaq. Özü də, Microsoft-un patentləri sırımaqla arası yaxşıdır – məsələn, Google öz ixtirası olan Android Əməliyyat Sistemindən 1 sent belə qazanmadığı halda, Microsoft patentləri hesabına bu əməliyyat sistemini istifadə edən smartfon istehsalçılarından hər telefondan 10-20$ pul tutur! Nəyi-nəyi, amma pul qazanmağı Microsoft yaxşı bacarır. İxtira 1 — OmniTouch