Gəlin düşmənlərimizi tanıyaq. Bu silsilədən olan birinci yazım əslən yəhudi olan, amma özünün neonasizm şüarları ilə ad çıxaran, böyük siyasətçilər tərəfindən ciddi bir insan kimi qəbul edilməyən, amma kütləni öz populist çıxışları ilə əla ala bilən siyasi aktyor, Rusiyanın Liberal-Demokrat partiyasının sədri, Dövlət Dumasının (Parlamentin) sədr müavini Vladimir Jirinovskiyə həsr edilir.
Qalmaqallarla özünə reputasiya qazanan, məşhurlaşan Vladimir Volfoviç Eydelşteyn. Bəli, Jirinovskinin əsl soyadı Eydelşteyndir. Jirinovski soyadını 1964-ci ildə dəyişib. Atası əslən yəhudi, anası rusdur. Ən maraqlısı isə onun hər zaman yəhudilərə qarşı çıxmasıdır, onların bütün dünyanın problemlərinin səbəbi kimi göstərməsidir… “Mini” Hitler. =)
Eydelşteynin türk sevgisi isə bam-başqadır. Universiteti bitirdikdən sonra 1969-cu ildə Türkiyədə praktika keçib. Elə o vaxtlar türk arkadaşlar deyəsən Vladimirə nəsə edib — o vaxtdan bəri onun seksual oriyentasiyasında böyük suallar yaranıb. Dəfələrlə həmcinslərilə intim səhnələrdə tutulan Jirinovskiy siyasətdə də öz oriyentasiyasını tez-tez dəyişir. SSRİ vaxtı demokratları dəstəkləyən Jirinovski, nədənsə SSRİ dağılan zaman sovetlərin (QKÇP) tərəfinə keçir. Amma fahişə xasiyyəti ona bu dəfə də kömək edir — demokrat Yeltsinin qənədləri altında sığınacaq tapır. Elə o vaxtdan da Jirinovskiy Kremlin tulası rolunu oynayır. Ağalarının sifarişinə uyğun istənilən insanı sığışdırıb — qaralayır.
Ermənilərə xüsusi sevgisi ilə seçilir. Jirinovskiyin ermənilərə olan məhəbbətinin 2 səbəbi ola bilər:
Bu onun rus “şovinizmi” ideologiyasından irəli gəlir.
Sadəcə Kremldən belə tapşırıblar.
Jirinovskiy rus siyasətində ən uzun ömürlü şəxlərdəndir. O yeganə insandır ki, bütün prezident (1991, 1996, 2000, 2008) seçkilərində iştirak edir.
Jironovskiy özünə görə ağıllı insandır. O demaqoqizm ilə qazandığı populyarlığından kommersiya məqsədilə də istifadə edir. 1994-cü ildən onun adıyla spirtli içkilər, dondurmalar istehsal edilir.
Jirinovskiy düşmən hesab etdiyi türklərin dilində də gözəl danışır.
Onu da qeyd edim ki, Jirinovskiyin Azərbaycana girişi rəsmi surətdə yasaqlanır.
Şəxsən mən Jirinovskini əla PR mütəxəssis hesab edirəm. O mühit və kütlənin istəyin həmən dəyərləndirir, bu istəklərə adaptasiya olur, nəticədə heçnə verməsə də, onların istədiyini söyləyir. Bununla da siyasi dividend qazanır.
Jirikin son “layihəsi” — Kremlin tənbehinə dücar olan Lujkova harda və necə gəldi ilişməsidir. Deyirəm hər bir halda bu onun sonuncu “layihəsi” olsun. Mövzuya dair forumda müzakirələr ↓ Düşmənlərimiz. Siyasi aktyor — Jirinovskiy