Havalar soyumaq bilmir ki, bilmir. Bir gün yağış yağdı, yığılan mənfi enerjimizdən azad olmağa çalışırdıq ki, yenə də bu vaxt üçün anormal Günəş çıxdı. Özü də fikir vermişəm, fəsil dəyişikliyinin baş verməməsi insanlara çox böyük mənfi təsir göstərir — hər kəs birə-beş aqressivləşib, pessimistləşib. Hələ dili qurumuş sinoptiklərimiz Yanvar ayının “analoqu olmayan” tərzdə isti keçəcəyini proqnozlaşdırırlar.
Nəsə. Hava cəhənnəm, amma məhsulların qiymətləri deyəsən qaynamağa başlayıb — qiymətlər “sakitcə” 20% qaldırılıb. Fakt — digər məhsulları deyə bilmərəm (evə bazarlığı mən etmədiyimdən), amma ev üçün gündəlik aldığım yeganə məhsul — Yessentuki-17-nin qiyməti növbəti dəfə qaldırıldı. Özü də bütün marketlərə baxmışam. Lider AS-dan tutmuş Neptuna kimi. Neptunda Yessentuki-17 (Vim-bil-dam istehsalı olan) 1 manat 10 qəpik, Lider AS-də isə 1 manat 20 qəpiyədir. Keçən il bu vaxtı sözü gedən məhsul cəmi 70-80 qəpik idi. 70 qəpik hara, 1 manat 20 qəpik hara. Bu 70% bahalaşma deməkdir. Dünya birliyi isə hələ də susur. 😆
Digər tərəfdən bu ola bilər sırf Yessentuki-nin Azərbaycandakı rəsmi distributorunun görməmişliyinin nəticəsidir. Hər şey ola bilər. Gündəlik təlabat mallarını alıb, bazarlıq edən şəxslər bunu daha yaşı bilər — digər məhsullarda da artım müşahidə olunur?!
“Dünya birliyi” susmayıb, neynəyəcək axı. Xəzər Xəbər kimi “səviyyəli” bir verlişi olan ölkə üçün 70% inflyasiya hələ azdır. Bu gün təsadüf nəticəsində bu “xəbərlər” verlişinə baxdım. Çox aktual bir xəbəri verirdilər — marşrut avtobusunun siqnalı xarab olmuşdu, dayanmadan duuuuuuldayırdı. Buna görə milləti sorğu sual edirdilər, qara millət də “televizora düşmək” üçün əldən ayaqdan gedirdi. İndən belə maşının təkəri buraxanda, mütləq gərək Xəzər Xəbər əməkdaşlarını çağıram, bundan da aktual xəbər?!
Yazımın əvvəlin də hava ilə başladım, sonunu da onunla bitirirəm. Biz istidən qrilə döndüyümüz bir vaxtda Rusiyada şiddətli qar yağmaqda davam edir. Yolları isə Rusiya (deyərdim bütün post-sovet ölkələri) sayağı təmizləyirlər. Aşağıdakı bir video-çarxa baxın. Deməli iki traktoru birləşdiriblər ki, yanacaq sərf edilsin, gedib desinlər ki, guya yolu təmizlədilər. Əhsən. Belə şeyləri görəndə bir daha əmin olursan ki, bütün bu korrupsiya və özbaşnalığın mənbəyi zəhrimar kommunist təfəkkürüdür, virus kimi yeriyib hər birimizin canına.
Ay dost qiymetlerin qalxmasi qacilmazdi. Rastamojka yeni ilden dolani qaldirib, ona gorede qiymetlerde artim ozunu bildirecek. Yaziq Esentukinin distrubutoru tut ni pri cem.
5 January, 2011
Anonim
Yeni ilden makaronlarin caylarin sularin salfetkalarin pesokun qendin qiymetinde artim var. Yaxshi ele yazilib —— Dünya birliyi isə hələ də susur. :LOL:
5 January, 2011
R@M
Dilxorçuluq. Siqaretlərin də qiymətlərin qaldırıblar.
5 January, 2011
Sergio
standart shablondan istifaed edirler. birinci az istifade olunan mallarin qiymetinde artim edilir. ikinci gundelik alinan mallarin qiymetinde artim edilir. ucuncu benzinin salyarkanin qiymetin qaldirlar. dorduncu komunal xidmetlerin tariflerin 2 defe artirirlar en yaxsi halda. beshinci coreyin qiymeti qalxir. ve sonuncu etap total bahalashmadir. biz indi ikinci etabi yashayiriq.