Son dövrlər kütlə arasında 2 müxtəlif, amma eyni zamanda oxşar tendensiya müşahidə edirəm — psevdopatriotluq və psevdotollerantlıq. Özü də hər ikisinin ifrat və iyrənc forması. Psevdopatriotlar — yeri gəldi-gəlmədi özlərini gözə soxmaq naminə köpüklü ağızla analoqu olmayan vətənpərvərliklərini sözlə ifadə edib, əməldə tam əksini etdikləri halda, milli psevdotolerantlarımız artıq erməniləri qardaşlarımız elan edib, xalqımızı “geri kafalıqda” qınayıb, barışığa səslənirlər. Acınacaqlı situasiya yaranıb.
Millətimiz burada da sərhəd bilməyərək, ifrata varır. Bu günlərdə məşhur satirik Müntəzirin bir bloq yazısını oxudum. Söhbət Aybəniz Həşimovanın atası vətən uğrunda şəhid olmuş qızı Aynişanın son hərəkətlərindən bəhs edir. Qızcığazın bayrağımızı aşağılaması bəs deyilmiş kimi, erməni dostları (!) ilə şəkillər çəkdirib, Facebookda paylaşması lap məyus edicidir. Müntəzir bu olayı bloqunda təsbit də edir. Kim kim, amma Aynişan gərək bunu etməzdi.
Nigarin əlində tutduğu bayrağa fikir verin.
Digər qəhramanımız az qala milli qəhraman statusuna qədər ilahiləşdirdiyimiz Eurovision müsabiqəsində ölkəmizi təmsil edən Nigar Camaldır. Öz doğma Azərbaycan türkcəsində tutarlı bir söz deməyə çətinlik çəkən, Türkiyə səfəri zamanı bayrağımızı aşağılayan Nigar xanımın son günlər sosial şəbəkələrdə yayılan Facebook yazışması məni lap şoka saldı. Bu dəfə Nigar xanım bayrağımızı deyil, dövlətimizi, ölkəmizi aşağılayır. Əhsən belə “patriotlara”…
Deyəsən işimiz qalıb bir tək Allaha… Mövzuya dair forumda müzakirələr ↓ Ən böyük, ən uca, ən müqəddəs bayraq!
Nigara qarşı haqsız danışırsız.
1. Bayraq məsələsi ilk və son hal deyil.Təxminən bir ay əvvəl prezidentimiz tərsəmərsəb bayrağın qarşısında dayanıb nitq söyləyirdi (Aİ konfransında).Digərlərinə nə deyək ?
Təbii ki, burada orqanizatorlar günahkardır.
2.Facebookdan olan skrinşot isə milli finalın digər iştirakçıları üçün qurulmuşdu (Eldar,Aynişan,İlqarə).Bunun erməni əli olduğu sübuta da yetirilmişdi.
Maraqlıdı,digər iştirakçıların oxşar skrinlərini görməmisiniz ?
Bu cür provokativ məlumatları yerləşdirərkə
n onların dəqiqliyini yoxlayın mümkünsə.
4 August, 2011
Lala Narimanova
bu Nigar deyil…bu qurmadi… cunki Nigar Camal ozu mene demisdiki onun facebook u yoxdu!
10 August, 2011
Emin Novruzov
Yazıq aynişanı öldürmüşdüləreee, bu dəfə bayraqımız ümumiyyətcə əyri hazırlanıb diyəsən 🙂