WordPress dünyanın ən geniş yayılmış pulsuz CMS-i olmaqla yanaşı, eyni zamanda ən çox pullu funksiyaların təklif edildiyi CMS olaraq qalır.
Bundan narahat olan CMS yaradıcısı Matt Mullenweg bir-bir pullu servislər göstərən şirkətləri məhkəməyə çəkir. Belə ki, Matt Mullenweg-in növbəti qurbanı Theis şablonunun yaradıcısı və onu pulla satışa buraxan Chris Pearson-dur. Matt Mullenweg-in fikrincə WordPress üçün yazılan bütün şablon və əlavələr sırf CMS üçün nəzərdə tutulur və onun ayrılmaz tərkib hissəsi olduğundan pullu ola bilməz! Amma Chris Pearson onunla razı deyil, çünki hesab edir ki, o öz zəhmətini satışa buraxıb.
İnsanlıq və zəhmət söhbətin kənara qoyub, məsələyə proqram təminatı tərəfdən baxdıqda, məhz Matt Mullenweg-in haqlı olduğunu görərik. Niyə? Çünki heç bir şablon CMS-siz fəaliyyət göstərə bilməz. Ümumiyyətlə şablon şablon olaraq qalır, o yalnız CMS-in ümumi kodlarının özündə cəmləşdirir və bütün funksiyaları yenədə CMS təşkil edir. Və nəzərə alsaq ki WordPress GPL lisenziyası əsasında yayılır (bu lisenziya proqramların azad yayılmasını nəzərdə tutmaqla yanaşı koda dəyişikliyi əngəlləyir), onda yazıq Matt-ın haqlı olduğunu görərik.
Bu əslində çox sevindirici bir xəbərdir — özgənin zəhmətinə bir quş qoyub özününki kimi təqdim etmək və ən əsası pulsuz olanı pulla satmaq artıq adət halını alıb.
Mövzuya dair forumda müzakirələr ↓
WordPress-in başı dərddə?