Texnologiya tarixinin ən gözəl oyunlarından biri, virtual döyüşlərin miqyasına görə “analoqu olmayan” Total Wars döyüş strategiyalı kompüter oyununun yeni versiyası anons edildi — Total Wars: Shogun 2. Bilməyənlər üçün qeyd edim ki, Total Wars kompüter oyunları silsiləsi tarixi döyüş və olayları səhnələşdirir, oyunçuya onların bir başa iştirakçısı olmağa imkan verir.
Oyunun bundan öncəki versiyalarında Roma, Osmanlı, Bizans, İngilis və Fransız İmpreyalarını idarə edib, orta əsrlərdə baş verən olay və hadisələrin iştirakçısı olub, xaçpərəstlərin və monqolların yürüşlərinə sinə gəlib, Ərəb xilafəti və İslamın yaranışının şahidi ola bilərsiniz. Oyunun əsas üstünlüyü isə qeyd etdiyim kimi, onun miqyasıdır — bir neçə minlik qoşunu canlı olaraq idarə edib, döyüşdə taktiki gedişlər etməlisiniz. Burada hansısa bir döyüşçünün xüsusiyyəti böyük rol oynamır (əgər o general deyilsə), əsas rolu oynayan realda olduğu kimi, idarə edicinin döyüşçüləri hansı pozisiyada yerləşdirməsidir. Oyunda həddən artıq özəlliklər var. Bir-bir hamısını qeyd etməyəcəm, amma bütün bunları nəzərə aldıqda Age of Empires və Civilization silsiləsindən olan bütün oyunlar Total Wars-ın yanından uşaq oynundan başqa bir şey deyil. Əlbət ki, Total Wars adi strategiyaya baxanda çox qəliz bir oyundur.
Bu dəfəki versiyada oyunun yaradıcıları — Creative Assembly, bizi Yaponayada baş verən olayların iştirakçısı edəcək. Təqdim edilən çarxlardan da göründüyü kimi oyunun görkəmi, renderinqi və gameplay-ı super olacaq.
PS. Oyun oynayarkən, reallığı unutmayın. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Əfsanəvi Total Wars yenilənir!
Bu gün 20 Yanvar, şəhidlərimizin günüdür. Sözlər çox deyilib, sözlər tükənib. Allah şəhidlərimizə rəhmət etsin.
Azərbaycan İnternetində kiçik aksiya keçirilir. Bütün saytlarda, sosial şəbəkələrdə hər kəsdən avatarların 20 yanvar mövzusuna aid bir şeyə dəyişilməsinə rica olunur. Gözəl təşəbbüsdür. Bu hardasa kiçik də olsa, etiraz növüdür. Bu aksiyaya məndə qoşuluram. Avatarlarınızı dəyişin! Aşağıdakı avatarlardan da istifadə edə bilərsiniz.
Mövzuya dair forumda müzakirələr ↓
Bu gün 20 Yanvar günüdür. Avatarlarınızı dəyişin!
Çoxdan idi bloqda bir şey yazmırdım. Səbəbi havadır. İsti və eyni tipli dəyişməz hava bütün əsəblərimə işləyirdi. Amma bu gün gecikmiş də olsa, qış özünü göstərməyə başladı. Düzdür, qar yağmaq istədi — alınmadı, amma yenə də nəsə havada dəyişiklik hiss etdik. Sizi bilmirəm, amma hava mənim əhval-ruhiyyəmə əməlli başlı təsir edirmiş. Soyuqların gəlişi ilə pozitiv enerji yığıb, yenidən bloqu aktivləşdirəcəm. İnşallah 1-2 günə qar da yağsa, olacaq “fullun fullu”. Ayağımızın altındaki qarın xışıltısı üçün yaman darıxmışam.
Hava bu gün yaxşı olsa da, Euronews telekanalının xəbəri məni birazca məyus etdi. Əfsanəvi Steve Jobs Apple-dan müddətsiz xəstəlik məzuniyyəti götürərək gedib. Səbəb — Stivin kəskin xərçəng xəstəliyindən əziyyət çəkməsidir. Hətta bir neçə il öncəki Stivlə indiki Stiv arasında fərqi də göstərdilər — canlı əfsanə gözlə seziləcək dərəcədə əldən düşüb. Bununla da hesab edirəm ki, Apple tədricən zəifləyəcək. Əlbət ki, Apple korporasiyası bunu inkar edəcək, hətta əsaslar da gətirəcək ki, gəlirləri artıb və daha nələr… amma Microsoft-un timsalında baş verən hadisələr göstərir ki, şirkətin banisi, ona can yandıran lider getdikdən sonra şirkətin işləri elə də yaxşı getmir. Bill Gates Microsoft-dan getdikdən sonra şirkət bütün sferalarda öz pozisiyasın itirməkdədir. Eyni hadisə bir dəfə Apple-ın başına gəlib, Steve-in bu sayca ikinci gedişidir. Birinci gedişdən də sonra özünə arxalanan Apple çökməyə başladı və məhv Steve-in qayıdışından sonra şirkətə yeni nəfəs gəldi və yeni zirvələri fəth etdi. İndi Steve yenə gedir. Görünür bu dəfə o həmişəlik gedir. Əlvida Steve. Sən bizi tanımasan da, biz sənin işgüzarlığına, zəhmətə olan sevginə hər zaman yaxşı mənada həsəd aparmışıq. Allah köməyin olsun.
Deyirəm, bu Tunis hadisələrindən yazmayan adam qalmayıb. Artıq bütün sözlər deyilib, yazmağa bir şey yoxdur. Bəli, razıyam, diktator layiqli şəkildə ölkədən qovuldu. Bəli, razıyam, bunu xalq etdi. Amma kütlənin hərəkətə keçməsi üçün düşünülmüş şəkildə ssenari lazımdır. Çünki 20 ilin diktatorunun 3 gün ərzində ölkəni tərk etməyə məcbur edilməsi çox asan baş verdi. Maraqlıdır, ABŞ-ın bu hadisələrdə nə kimi aidiyyatı var? Yoxsa ABŞ narıncı inqilab idxalçıları “stavkanı” ediblər ərəb mənşəlli Afrika dövlətlərinə? Mütləq burada qərb dövlətlərinin əli olmalıdır. Niyə belə fikirləşirəm?! Bunun üçün elə eyni materikdə yerləşən digər ərəb dövləti Sudanın başına gətirilən hadisələrdir. Bu barədə növbəti yazılarımın birində yazacam, indi isə söz verdiyim pozitiv — şəhərin mərkəzində, Space telekanalının düz yanında (səhv etmirəmsə tədris müəssisəsinin adı “İncəsənət kolleci”-dir) “analoqu olmayan” lövhəcik. Şəkildə abırlı düşüb, amma realda 2-ci sinif şagirdinin əl işindən başqa bir şey deyil.
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
2011-ci il qədəmlərini yeni basmışdı ki, Blackberry Azərbaycan üçün yeni il hədiyyəsi etdi. Belə ki, dünəndən etibarən Blackberry-nin App World qlobal proqram (mağaza) sistemi Azərbaycan üçün də aktiv edilib. İndi biz də dünyanın qabaqcıl ölkələri kimi bu xidmətdən faydalana biləcəyik. Xatırladım ki, buna kimi Blackberry App World-dən istifadə etdikdə xəbərdarlıq çıxırdı — applikeyşn sizin ölkə üçün aktiv deyil, daha sonra proqram deaktivasiya edilirdi.
Dünən adət üzrə proqramı yenidən yoxladım və xoş təsadüf… Baxıramki proqram məni block etmədi, daxil oldum… Həmən N sayda maraqlı proqramlar yüklədim.
Açığı hələlik o qədər də çox proqram yoxdur, amma axtarsanız maraqlı və faydalı bir şey taparsız. Əsasən pulsuz olan aplikeyşnları yüklədim. Pullular isə bahadı. Məsələn, iPhone-da aid application store-da bir çox proqramlar pulsuz olsa da, Blackberry App World-da eynisinə 9.99$ -40# kimi pul istəyirlər.
Keçim mətləbə — bu funksiyadan faydalanmaq üçün smartfonunuzu kompa biləşik kabelə qoşursunuz. Daha sonra daxil olursuz bura — http://appworld.blackberry.com/webstore. Qeydiyyatdan keçirsiz, daha sonra əgər smartfonunuzda Blakcberry App World proqramı yoxdursa, sistem onu özü avtomatik yükləyəcək. Yüklədikdən sonra smartfon restart olunur (avtomotik), sonra isə istədiyiniz proqramı seçin və telefonunuza App World vasitəsilə yükləyin. Bunu həm telefonda ola Blackberry App World proqramı ilə edə bilərsiz, həm də ki, yuxarıda göstərdiyim link vasitəsi ilə. Çox rahatdır. Əla realizasiya olunub.
Həmçinin gələcəkdən əlavə etdiyiniz proqramları rahat idarə etmək üçün Blackberry Desktop Software proqramını da məsləhət görürəm — http://us.blackberry.com/apps-software/desktop.
Kolay gəlsin!
Mövzuya dair forumda müzakirələr ↓
BB OS 6
Düşmənə qarşı hər bir vasitə — yaxşıdır. Bunu əsas götürərək əcnəbi ölkələrin birində yaşayan qardaşlarımız maraqlı üsulla ermənilərin növbəti mənasız piketlərinə etirazlarını bildiriblər.
Mövzuya dair forumda müzakirələr ↓
Növbəti Erməni təbliğatı (Video)
Gələn ildən Bakı məktəblərində şagirdlərin hamısı vahid məktəbli forması geyinmək məcburiyyətində olacaqlar. Əslində burada etiraz ediləsi bir şey yoxdur. Etiraz ediləsi 7-11-ci siniflərdə oxuyan xanım qızlar üçün tərtib olunmuş yubkaların həddən artıq qısa olmasıdır. Mini yubkalar artıq məktəb səviyyəsində təbliğ edilir. Bu zəhrimar mentalitetimizi qoyduq kənara, bəs kimi təbliğatlar bütöv bir cəmiyyətdə iyrənciliklərə, onun mənən məhv edilməsinə, tənəzzülünə yol açmazmı?!
Mövzuya dair forumda müzakirələr ↓
İndən belə 7-11-ci sinifdə oxuyan qızlar rəsmi olaraq mini yubka geyinməlidirlər?!
Nə vaxtdır ki, sevimli Astronomiyaya dair xəbərlərlə bölüşmürdim. BBC xəbər verir ki, bu günlərdə Amerikanın Sietl şəhərində keçirilən elmi yığıncaqda Kainatın ən böyük xəritəsi təqdim olunub. Xəritədə 500 milyon (!) ulduz və eyni sayda da Qallaktika yer alıb. Bu xəritəni camaat arasında daha populyar olan piksellərlə götürdükdə 1 terapiksel (milyon megapiksel) həcmdə xəritə alınır. Dəhşət. Bizim də Elmlər Akademiyasında oturanlar ATV-də gedən bozbaş proqramları müzakirə etməklə məşğuldurlar.
Bloq. Bloqda dəyişikliklər etdim, amma bu keçid dövrü üçün edilən dəyişikliklərdir. Tezliklə bloqun final dəyişikliyinə başlayacam. Amma işlər həddən artıq çoxdur. Maşallah olsun. Gecə saat 3-4-də yatıb, saat 9-da durmaq məcburiyyətindəyəm. Ona görə son vaxtlar çox yorğunam. Bloqda da yazılara ara vermişəm.
Bloqda hər gün yeni yazı görməyə alışan dostlar isə gündə zəng edib nə baş verdiyini öyrənirlər. Deyirəm yaxşı ki, bu İnternet var, yoxsa dost-tanışlar bizdən necə xəbər tutardılar?! 😆 Ümumiyyətlə, İnternetin insanların (içi mən olmaqla) həyatının ayrılmaz hissəsinə çevrilməsi danılmaz faktdır. Bir gün İnternetsiz qalanda, eləbil həyatımda boşluq əmələ gəlir. İnternetoqolik olub getmişik. Bu yaxşıdı, ya yox, zaman göstərəcək, amma hələlik bütün olaylara rəğmən işlərimizlə məşğuluq.
Digər məsələ ki, Azərbaycan İnternetində önəmli bir şey baş vermir. Hər kəs biri-birindən oğurlayır, hər kəs biri-birini təkrarlamağa çalışır. İdeyalar tükənib. Kimisi dizaynda outlet fikirləşir, kimi növbəti kafe-restoran “Lounge” açır, kimisi isə bloqunun adını dəyişib edir — Hər şeydən birazca… Sonuncu iradın şahidi təsadüfən oldum — Google-da bir.az-a dair axtarış vermişdim, görəm digər bloqların yarıdan çoxu olub “hər şeydən biraz”. Pay atonan. Ay səni, ay bizim millət, sən nə olarmışsan. o:
Dünən maşınımı evakuator aparmışdı. Açığı gəlib maşını yerində görmədikdə, evakuatorların aparması versiyalardan biri idi. Axı onları məlum hadisədən sonra şəhərdə görmək mümkün deyildi. Nəsə. Maşını axtarmağa, yolda duran şahidlərdən soruşmağa başladım. Nəticəsiz. Xoşbəxtlikdən yaxında bir YPX təmsilçisini gördüm, yaxınlaşdım. “Xoş” xəbəri mənə çatdırdı — rəsmi “oğrular” yenidən aktivləşiblər. Nə qədər gülünc olsa da, amma bu aktivləşmə şəhərin əsasən yol hərəkətinin qismət intensiv olan yerlərində müşahidə olunur. Amma mərkəzdə, hərəkətin intensiv və tıxaclı olan hissəsində millət maşını 3-cü sırada belə saxlayır, gözün üstə qaşın var deyən yoxdur. Azərbaycan paradokslar ölkəsidir. Bu da növbəti paradoks.
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
Görünür MySpace-in uğurlu rebrendinqi Facebook-un yaradıcısı və onun 26% səhmlərinin sahibi, yəhudi əsilli Mark Zuckerberg-ə rahat yatmağa imkan vermir. Belə olmasaydı, KİV vasitəsilə insanların hisslərinə təsir etmək üçün (ay camaat, baxın FB-u bağlasaq, görün sizin həyatınız necə dəyişəcək) şayiə buraxmazdı. İndiyə kimi Facebook-dan qeydiyyatdan keçməyən də, gedib qeydiyyatdan keçəcək ki, əşi görüm bu nə olan şeydir e, bu qədər hay-küy qoparıb.
Əslində Zuckerberg istəsədə şirkəti bağlamaq iqtidarında deyil. Çünki Facebook artıq böyük korporasiyadır və onun səhmləri ondan da böyük korporasiyalara (məsələn, Microsoft) məxsusdur. Məsələnin digər tərəfi — Facebookun hal-hazırki kapitalizasiyası 50 milyard dollar təşkil edir. Bu qədər kapitalı olan şirkətin öz-özünə qapadılması dünya iqtisadiyyatında nonsensdir. Maliyə sistemi isə elə qurulub ki, 50 milyard kapitalizasiya 50 milyard pul köpüyü (ifadə sabun köpüyündən götürülüb) deməkdir. Yəni Facebook-un real dəyəri daha azdır və bu 50 milyard birjalarda pay satışını artırmaq üçün süni olaraq şişirdilib. Şablon sistem belədir — məsələn, sizin 500 dollar pulunuz varsa, siz onu 500*100 düsturu ilə şişirdə bilərsiniz, nəticədə kapitalizasiya olacaq 50000$. Eynilə də Facebook (və digər korporasiyalar) fəaliyyət göstərir. 50 milyard köpüyü partladanda isə gərək bu 50 milyard nəğd pulu (!) səhmdarlara paylayasan. Amma nəzərə alsaq ki, Facebook köpükdür və real olaraq 50 millyardı yoxdu (50.000.000.000/100=500.000.000 real pulu var), o zaman səhmdarlara paylayası bir şey olmayacaq və Amerika iqisadiyyatında nəhəng bankrotlaşdırma prosedurunun şahidi olacağıq. ABŞ höküməti isə indiki həssas iqtisadi vəziyyətdə buna heç bir halda imkan verməz.
Deməli Facebook-un Mark Zuckerberg tərəfindən qapadılması səfeh bir fərziyədir.
Yuxarıda yazdığım birinci variant idi. İkinci variantda ondan ibarət ola bilər ki — bu şayəni Facebook-un rəqibləri ortaya atıb. Bu Google da ola bilər. Bildiyimiz kimi, Facebook öz şəxsi mail xidmətini buraxmaq istəyir, bu isə Google-un Gmaili üçün ölümcül zərbə ola bilər. Google bu şayəni buraxır, nəticədə Facebook-un stabil tərəfdaş və güvənilən sayt imicinə böyük zərbə dəyir. Axı kim səhər bağlanacaq saytda özünə mailbox açar?!
Mövzuya dair forumda müzakirələr ↓
Sosial şəbəkələr və biz
ABŞ Ermənistana təpkilər etməkdə davam edir. Bir tərəfdən erməni mafiozi Pzo-nun saxlanılması, bir tərəfdən Wikileaks vasitəsi ilə Ermənistana dair məxfi sənədlərin üzə çıxması, bir tərəfdən erməni lobbisinin alçaldılması… İndi də Amerikanın böyüklər üçün nəzərdə tutulan məşhur cizgi serialının qəhramanları erməniləri insan caniləri qismində göstərərək məzə tuturlar. Söhbət “American Dad” (Amerika sayağı ata) serialından gedir.
Xatırladım ki, “American Dad” serialının baş qəhramanı CIA-da (ЦРУ) çalışır və bütün serial onun həyatında baş verən traqi-komik hadisələrə həsr olunur.
Onu da qeyd edim ki, bu çarxı ilk əvvəl Youtube-a yerləşdirdim, amma oradan saytın administrasiyası tərəfindən pozuldu. Çarx eyni aqibətlə Vimeo.com-da da rastlaşdı. Məcbur olub Rutube-a yerləşdirmişəm.
Ermənilərlə Amerika sayağı mırtlaşma:
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual