Bu yaxınlarda Amerikanın Aerokosmik Təhqiqatlar bürosu NASA infrabənövşəyi şüaların köməyi ilə göydə “Tanrının gözü” adlandırılan bir obyektin şəklini çəkib. Şəkli kosmosda təhqiqatlar aparan “Şpitzer” (Spitzer Space Telescope) teleskopu çəkib. Şəkillərin birində həqiqətən mistik bir obyekt təsvir olunub. Bizə özü yaşıl, bəbəkləri isə qırmızı rəngdə olan bir “göz” baxır.
Əslində “Tanrının gözü” uzaq 1824-ci ildə alman astronomu Karl Harding tərəfindən kəşf olunmuşdu. Hətta 2003-ci ildə məşhur Hubble teleskopu da onu qeydə almışdı. Çəkilmiş şəkillərin 3D versiyasını almaq üçün əldə olunmuş məlumatı Arizonada yerləşən digər teleskopa (the National Science Foundation’s telescope at Kitt Peak National Optical Astronomy Observatory) yerləşdiriblər. Amma realistik 3D görüntü üçün dəqiqlik çatmadı. O səbəbdən “Tanrının gözü”-nün təsvirinin yaradılması və öyrənilməsi bu günə kimi davam edir.
2003-ci ildə çəkilmiş şəkil
Onu da qeyd edim ki, “Tanrının gözü” spiral formasındadır (kosmos formalarından biri) və spiralın düz mərkəzi Yer kürəsinə baxır. Məhz ona görə bu obyektə “Tanrının gözü” adı verilib, sanki Tanrı Yer kürəsini müşahidə edir. Spiral dumanlığının dəqiq adı NGC 7293-dir.
Real görüntü (ən son çəkilmiş 3D şəkil)
Bu spiral dumanlığı Yer kürəsindən 650 işıq ili uzaqda yerləşməsinə baxmayaraq, bəzi günlər onu yer kürəsindən adi teleskoplardan rahat müşahidə etmək olar. Spiral dumanlığının mənşəlini öyrənən alimlər belə qərara gəliblər ki, bu dumanlıq artıq “ölən” bir ulduzun qalıqlarıdır. Artıq enerjisi tükənən ulduz ömrünün axırına yaxın şişməyə başlayır və nəhayət partlayır. Müşahidə edilən “Tanrının gözü”-də məhz o partlayışın effektidir.
Düz 4,6 milyard il sonra bizim Günəş-də “Tanrının gözü”-nə çevriləcək. Bəli, bu dünya da hər şey fanidir… Hətta Günəşin də sonu var. Bizimkilər hələ indi çörəyin qiymətin qaldırır. Nə deyim? Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Elmi möcüzələr. «Tanrının gözü» Yerə baxır?!
Gələcəyin texnikası necə olacaq? Maraqlıdı. Gələcəkdən xəbər tutmaq üçün mütləq konseptlərə nəzər yetirməyimiz lazımdır. Bu dəfə qarşılaşdığım maraqlı konsept və eksperimentlərlə bölüşürəm.
Bu günlərdə Thanva Tivawong adlı bir dizayner çox sadə, amma neçə illərdən bəri eyni formada görməyə alışdığımız işıqforların (svetofor) yeni dizaynını açıqlayıb. İdeya çox sadə olduğu kimi inqilabidir — işıqforu işıq diodlarından ibarət panel əvəzləyir. Paneldəki şəkil qum saatı formasında olacaq. Qum saatı həm rənglərin (qırmızı, sarı, yaşıl) dəyişməsini xəbər verəcək, həm də ki, digər rəngə keçidin vaxtını hesablayacaq. Fikrimcə Bakının bahalı fransız işıqforlarından bu qat-qat yaxşı və ucuz başa gələr. Bəyənilsin.
Digər maraqlı konsept — Android platformalı və yalnız Super Amoled displeydən ibarət bir telefondur. Bu tip telefonları Samsung çoxdandır ki, anons edib. Amma işgüzar koreyalılar daha irəli gedib konseptə daha bir maraqlı funksiya əlavə ediblər. Deməli batareykalarda enerji tükəndikdə telefon avtomatik olaraq rəngli rejimdən monoxrom rejimə keçid edir. Bu da koreyalıların sözünə görə enerji sərfiyyatını düz 3 dəfə azaldır. Başları Maşallah yaman işləyir. =)
Cib telefonu eşitmişdik, amma cib kinoteatrı?! Bəli. Bu da icad olundu. Özü də 3D formatının dəstəyi ilə. i3DG adlı bu aksessuar iPhone üçün nəzərdə tutulur. Cihaz mürəkkəb mexanizmə malikdir və 3D effektin alınması üçün çoxsaylı güzgülərdən ibarətdir. Maraqlı aksessuardı. Bir çatışmamazlığı var — o da yaradıcıların kütləvi istehsala başlamaq üçün kifayət qədər vəsaitlərinin olmamasıdır. Oğullar var, şərait yoxdu. Video-ya mütləq baxın, atalar məsəlinin şahidi olun.
Yenə Samsung, yenə onun super displeyləri. Bunlara sadəcə baxıb əhsən demək qalır.
Bu isə mırt bir eksperiment — Androd, Windows Phone 7 platformalı telefonlar və yenə də iPhone. Hansı tez bişəcək?! 😉 İzləyək.
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər
Artıq növbəti bir ay da ötdü. Milli saytlarımızda olan dəyişikliklər barəsində yazmaq vaxtıdır, amma bu ay yeniliklər sarıdan çox zəif oldu. Səbəbini bilmirəm. Yəqin yenə də günahkar seçkilərdir — bu ay demək olar ki, bütün proqressiv gənclik Müntəzirin İTV-dən rip etdiyi deputatlığa namizədlərin traqikomik çıxışlarına baxmaqla məşğul idi.
Bəlkə ona görə də, ayın ən populyar saytları bloqlar oldu. İndi bloq yazıb, bloqer olmaq çox dəbdədir. Elə ona görə də bu dəfəki yazımı da bloqlara həsr edəcəm. Öncə qeyd etdiyim Müntəzirin bloqu haqda ötən yazılarımda fikirlərimi bildirmişəm. Amma son vaxtlar onun bloqunda nisbi sakitlikdir. Yəqin Həbib seçki sonrası yuxuya gedib.
Bu günlərdə maraqlı bir bloqa rast gəlmişəm — babayevz.com. Rüfət adlı bir gəncin bloqudur. Müəllif rus dilində yazır. Kifayət qədər aktual mövzulara toxunur. Savadlıdır. Amma bir qüsurunu qeyd etmək istəyirəm — fikirlərini söyüşlə ifadə edir. Niyəsini bilmirəm, amma yazı tərzini rusiyanın məhşur bloqer və dizayneri Artemiy Lebedevə oxşadıram.
Artıq bir aya yaxındır ki, daha bir maraqlı bloqu izləyirəm — parketinq.com. Aktiv gənclərimizdən olan İlqar Mirzənin şəxsi-tənqidi bloqudur. Aktual mövzulara toxunur, marketinq, dizayn prizmasından onları xırdalayır. Açığı İlqarın marketinq nəzəriyəsinə bu səviyyədə bələd olmasını bilmirdim (mən onu domen alverçisi Rəşad Əliyevin dostu və proqramçı kimi tanıyırdım). Bloqun çatışmamazlıqlarından — İlqarın tükənməyən və axır vaxtlar xroniki xəstəliyə çevrilən mobil operatorların “vıveskalarına” xüsusi məhəbbətini qeyd etmək istəyirəm. Hə, bir də ki, əsas çatışmamazlığı bloqun ayda cəmi bir dəfə yenilənməsidir.
Digər maraqlı bloq weboxu.com ünvanında yerləşir. Bu sadəcə bloq yox, bloq dərgisidir. Yəni istənilən şəxs bloqda iştirak edib, öz xəbərini yerləşdirə bilər. Bu tip bloqlardan rus dilində fəaliyyət göstərən qwe.az dərgisini də qeyd edə bilərəm. Weboxu-da yalnız texnikaya və texnologiyaya aid yazılar yer alır. Dərginin ən böyük çatışmamazlığı — Azərbaycan İnternetinə aid olan xəbərlərdən administrasiyanın yalnız öz “kruqlarına” yaxın olan layihələri işıqlandırmasıdır.
Daha bir bloq, Fox.AZ forumunun keçmiş fəalı, daha sonra Dalğa təşkilatının keçmiş sədri olmuş və hal-hazırda Türkiyədə yaşayan “radikal” müxalifətçi Vəfa Cəfərovanın bloqudur. Tanıdığımız mülayim xasiyyətli Vəfanı artıq tanımaq olmur — o öz “radikallığında” İsa bəyi də, Əli bəyi də çoxdan geridə qoyub. Nəsə, əgər könlünüz ekstrim-radikallığa meyl etsə Vəfa xanımın bloqu sizləri gözləyir. Bloqun əsas çatışmamazlığı — qeyd etdiyim kimi, ifrat radikallıq və təhqirlərə yol verilməsidir.
Qütbün digər tərəfini Rauf Ray adlı gənc “İrəli”-çi təmsil edir. Bloqunun əsas çatışmamazlığı — başqadan ayağa copy-paste-lərin olmasıdır.
Və sonda… Fikrimcə ən yaxşı bloq — forumdur. Məhz forum vasitəsiylə insanlar fikirləri ilə daha sərbəst şəkildə bölüşür, yeni dostlar qazanır. Odur ki, hər birinizi bizim foruma dəvət edirəm — forum.fox.az.
Qurban bayramı. Bu gün özünü vətən üçün qurban edən şəhidlərimizi yada salmamaq günah olardı. Allah hər birinə rəhmət etsin. Sözüm sonuncu qəhraman şəhidlərimiz Mübariz və Fərid haqqındadır.
Televiziyadan yalan eşitməyə adət etmişik. Elə ona görə də, gəzən söz-söhbətlərə aydınlıq gətirmək üçün Mübariz və Fəridlə bir yerdə döyüş yolu keçmiş qardaşlarla şəhidlərimiz barəsində ətraflı söhbətimiz oldu. Çox şeyi açıb yaza bilmirəm, amma onların qəhramanlığına heç kimin zərrə qədər də şübhəsi olmamalıdır. Bu iki oğul həqiqətən böyük şücayət göstərən əsgərlərimizdi.
Amma… Əfsuslar olsun ki, nadanlarımız barmaqla sayılası deyil — bir çox forum və bloqlarda kompüter qarşısında oturan soxulcanlar, özünü şir təsəvvür edib (realda heç tualet əskisi də deyillər) onların etdiyi qəhrəmanlığa kölgə salıb, başları çıxdı-çıxmadı ağızlarına gələni yazırlar… amma bir şeyi unudurlar — erməninin pisi-yaxşısı olmur. Müharibə bitdikdən sonra, bəlkə də barışıq mümkündür, amma nə qədər ki, Şuşada zövqsüz erməni bayrağı dalğalanır, bizlərə insan-sevərlik, kosmopolitlik yaraşmaz. Bəsdi bambılılıq etdiniz. Nəsə. Əşi, onsuz da bu millət satqınlığa ta Babəkin dövründən meyllidir. Nə etmək olar?!
Proqressiv gənclik Mübariz və Fərid kimi oğullarla fəxr edir! Allah rəhmət eləsin!
ANS-in Mübarizə həsr etdiyi veriliş — Ölümdən 24 saat əvvəl.
Mövzuya dair forumda müzakirələr ↓
Azərbaycanın Milli Qəhrəmanları!
Bu gün müqəddəs Qurban bayramıdır. Qurban bayramı şablon SMS-lərin gördərib-alınması, pulla qurbanlığa şərik olmaq kimi adətlərdən deyil, səhər-tezdən məsçiddə camaatla bayram namazı qılıb, Allahın böyüklüyünün bir daha anılmasından, qurban kəsib, yeddi kasıb qapıya paylanmasından, yaxınları yad etməkdən, zikrlər və “qurban” olmaq fenomeni haqda heç olmasa bir neçə dəqiqə fikirləşməkdən ibarətdir. Hələ mənim bildiyim bunlardır… Bəs bunlara riayət edirik?
Sizə deyirəm, amma özüm bu il edə bilmədim. Növbəti velo-gəzintimdə yaman yıxılmışam. Bu dəfə deyəsən qabırğalarımı əzdim, güclə tərpənirəm. Travmatologiyada dedilər ki, qabırğa üstü gəmirçəklər sınıb, “koroçe” vəziyyət yaxşı deyil. Allah kərimdir, İnşallah bu da keçər.
Qurban demişkən, yaxşı ki, bu bayramda qurbanlıq kimi qoyun təyin olunub (bu təyin, o təyindən deyil ha. 😉 (c) seçki 2010). Bəs qoyunun yerinə vəhşi ispan inəyi olsaydı, onda necə olardı? Onda vay bizim məzlum xalqın başına, heç olmaya bayramlarda nəfəsin dərib istirahət edir, onu da vəhşi inəklər gözündən gətirərdi…
Yəqin elə bu “haqsızlığa” görə bu gün Meksikada növbəti ispan inəyi dünya ictimayətinə çılğın etirazını bildirib, insanları qatıb qabağına. Dünya birliyi bu haqsızlığa hələ də dözür. 😀 (c) İTV
Havalar da ki, məşhur fırıldaqçı baxıcı Zirəddinin proqnozlarına rəğmən soyumaq bilmir ki, bilmir. Noyabr ayında belə isti havanın olması heç yadıma gəmir. Bezdiricidi. Nəsə. Gedim biraz uzanım, qabırğalarım “zokkuldayır”. =)
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
Qarşıdan böyük bayramlarımız gəlir, istirahət etmək vaxtıdır. Gəlin gözəl və kreativ reklam çarxlarından həzz alaq.
Virgin Airlines. Öz kreativliyi ilə seçilən avia şirkət. Bu dəfəki reklam imic xarakterlidir.
Subaru. Bundan öncə post etdiyim hardasa BMW-nin reklamına bənzəyir.
Yenə də Sony. Ev kinoteatrı.
Bu çarx bir çox ölkələrdə qadağan edilib. Səbəb — “qəddarlıq” səhnələrinin həddən artıq çox olmasıdır.
Qəddarlıq demişkən — bu çarx məzəli və biraz da idiotikdir. Reklamın ana xətti — evdə hər zaman sakitçilikdir…
Call of Duty. Kompüter oyununa həsr olunmuş meqa-çarx. Reklamın şüarı — hər birimiz (ofisdə tutduğumuz vəzifədən asılı olmayaraq) bir əsgərik.
HTC Evo. Çeynəlmiş “domino” üslubuna yeni yanaşma.
Huggies. Sexy balaca. =)
Və nəhayət, texnologiya titanı — Intel.
Mövzuya dair forumda müzakirələr ↓
İstirahət edək. Ən möhtəşəm reklam çarxları
Flaşmob — son vaxtlar gənclərimiz (əsasən də küyə gedənlər) arasında çox populyarlaşan bir ifadədir. Bəs bu flashmob ümumiyyətlə nədir? Bu kimi tədbirlər nə məna daşıyır?!
Flaşmob bir qrup şəxslər tərəfindən əvvəlcədən hazırlanmış teatral səhnəciklərin müxtəlif məkanlarda (istər küçə olsun, istərsə də qapalı bir yer) təsadüfi insanlar qarşısında oynanılmasına deyilir. Məsələn, min bir əziyyətlə ailəsinə çörək pulu qazanan Əhməd kişi evə qayıdarkən görür ki, qəfil kimsə yolun ortasında huşunu itirdi… Həyatı onsuz da başdan-ayağa böyük bir stress olan Əhməd kişi bambılizmin son həddindən əziyyət çəkən cavana köməyə qaçır, bu zaman kənarda durub müşahidə edən digər şəxslər də yerə uzanırlar… Əhməd kişi şokdadı… Sən demə bu səhnəcikdir… Sən demə bu fərqli olmaq deməkdir… Sən demə bu flaşmobdur. Əhsən.
Flaşmobun atası amerikalı sosioloq-yazıçı Howard Rheingold hesab olunur. Məhz onun 2002-ci ildə işıq üzü görən kitabında (Ağıllı kütlə: Sosial inqilablar) ilk dəfə Flaşmob-un mahiyyəti kütləyə çatdırıldı. İlk olaraq flaşmob-lar cəmiyyətə sosial zəmində təsir etmək üçün bir vasitə kimi düşünülürdü. İlk aksiya Nyu-Yorkda 2003-ci ildə planlaşdırılsa da, polis “qanunsuz aksiyanın” qarşısını alır, amma çox keçmir ki, aksiya başqa bir məkanda baş tutur və flaşmob ideyası virus kimi bütün yer kürəsinə yayılır.
Post-sovet məkanında, əsasən də Rusiya, Ukrayna və Belorusda flaşmobdan siyasi etirazlar üçün istifadə olunur. Məsələn, Belorusiyada etiraz aksiyaları qadağa edildiyindən proqressiv gənclər müxtəlif siyasi flaşmoblardan istifadə edir — seçki komisiyasının önündə seçki nəticələrinin ictimai şəkildə cırılması səhnəsi və yaxud Lukaşenkonun çıxışının küçələrdəki ekranlar vasitəsi ilə yayımı zamanı bir qrup gəncin ekranlara arxalarını çevirməsini misal gətirmək olar.
Azərbaycanda da flaşmoblar yayılmağa başlayıb. Amma bizdə hər şeydə olduğu kimi burada da özünə məxsusluq var — bizim flaşmober-lər yalnız onun bunun zir-zibilini təkrar etməklə məşğuldular. Maykl Ceksona, Halloween-ə həsr olunmuş flaşmoblar bu silsilədəndir.
Azərbaycanın xalq artisti, mərhum Mikayıl Ceksonun xatirəsinə həsr olunmuş milli flaşmob.
Onu da qeyd edim ki, Azərbaycan flaşmober-lərinin əksəriyyəti tələbələrdir.
Azərbaycan xalqının sevimli milli bayramı — Halloween-ə həsr olunmuş növbəti flaşmob.
Gəlin bizim flashmober-lərin son işlərini analiz edək (yuxarıda təqdim olunmuş video vasitəsiylə). Göründüyü kimi, milli flaşmober-lər dədə-baba bayramları olan Halloween-ə həsr edilmiş bu aksiyaya əməlli-başlı hazırlıq görülüblər. Özü də professional qrimlər, maskalar vasitəsi ilə. Çox güman ki, onları hansısa “pul yumaq” üçün nəzərdə tutulan qeyri-hökumət təşkilatı maliyyələşdirir. Xeyli adam da toplaya biliblər — bu isə bizim gəncliyin nə qədər deqradasiyaya uğradığının göstəricisidir…
Məndə bir sual yaranır — görəsən Xocalı soyqırımına aid bir flaşmob keçirilsə bu qədər canfəşanlıq edən olar? Əlbət ki, yox. Kölə millət üçün hər zaman digərlərinin malı, ənənələri, bayramları daha əziz olur. Birdə ki, oğlanların 90% ora “qız tutmaq” üçün gedir… nə flaşmob?! 😀
Nəsə. Atalar yaxşı deyib, utanmasan, oynamağa nə var ki?! Allah ağıl versin.
Fikirlər mənim şəxsi subyektiv fikrimdir. Ürəyinizə çox almayın. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Flaşmob
Bü gün nəhayət ki, vaxt tapıb Park Bulvarda yerləşən Park Cinema-ya baş çəkdim. Açığı baxılası fərli film də yox idi. Müqayisə üçün bir 3D animasiya seçdik (Союз зверей 3D), o da ki, sən demə mənasızlıqda bəlkə də bu ilin nömrə biridir. Nəsə. Beləliklə, kinoteatr “Azərbaycan”-la Park Cinema-nı müqayisə etmək üçün kifayət qədər informasiya topladım və Sizlərlə bölüşürəm.
Başlayaq. İlk öncə hər kəsi əvəzolunmaz kassalar qarşılayır. Park Cinema-da kassalar daha müasir və deyərdim interaktivdir. Bəs qiymətlər?! Bu yaxınlara kimi monopolist kinoteatr kimi fəaliyyət göstərən kinoteatr “Azərbaycan” Park Cinema-nın açılışından sonra analoqu olmayan qiymətlərində tutarlı korrektələr etdi. Qiymətlər 2 dəfə endirildi, amma nə faydası — kütlə daha cazibəli və müasir görünən Park Cinema-nı seçir. Burda deyiblər — kimin əvvəli, kimin axırı.
Gəlin qiymətlərə nəzər salaq — Park Cinema-da bir seansın qiyməti (bir nəfər üçün) — 6 manat təşkil edir. Kinoteatr “Azərbaycan”-da da bu qiymət artıq 6 manatdır. Burada bərabərlik hökm sürur.
Bildiyimiz kimi, 3D filmlərə baxmaq üçün eynəklərdən istifadə olunur. Eynəklərin keyfiyyətinə görə kinoteatr “Azərbaycan” irəlidədir. Rus demişkən, более того, hər ikisini istifadə edəndən sonra, məndə belə təsəvvür yarandı ki, “Azərbaycan”-da istifadə olunan eynəklər daha yüksək səviyyəlidir (Dolby Stereo dəstəkli və sair). Park Cinema-dakı eynəklər xarici görkəmindən belə ucuz mal təsiri bağışlayır. Eynəyin çatışmamazlıqlarından onun ağırlığını (qulaqları yara edir), keyfiyyətsizliyini (ekranlar əcaib cızıqlı, dumanlı və ləkəlidir), həmçinin 3D effektin çatdırılmasında zəifliyini qeyd edə bilərəm. “Azərbaycan”-dakılar istifadədə daha rahat və keyfiyyətlidır, həmçinin 3D effektləri daha canlı çatdırır.
Eynəklərin keyfiyyətsizliyinin digər təsdiqi — “Azərbaycan”-da baxdığım filmlərdən sonra gözlərim heç ağrımadı, amma Park Cinema-da baxdığım filmdən sonra hələ də özünə gəlmir.
Zalın tərtibatı, müasirliyi və quruluşunda Park Cinema şəksiz liderdir. Zallar ideal təmizlik təəsuratı yaradır. Filmlər daha böyük səhnədə göstərilir.
Bir kinoman kimi mən filmlərə baxmaq üçün yenə də “Azərbaycan”-ı seçəcəm. Niyə?! Ola bilsin bu konservativliyimdən irəli gəlir, amma kinoteatr “Azərbaycan” sırf filmlərə baxmaq üçün gözəl məkandır. Park Cinema isə gününü şoppinqdə keçirib, müasir və baxımlı kafelərdə istirahət edib və sonra vaxtını öldürmək xatirinə filmə baxanlar üçün ideal seçimdir. Əslində oradakı kinoteatr elə bunun üçün də nəzərdə tutulur. Kütlə (əsasən də küyə gedənlər — типа, это круто) Park Cinema-nı sevəcək, buna əminəm.
Lap yadımdan çıxmışdı — Park Cinema-da pop-korndan əcaib ətir gəlir, duzu azdı. 🙂 Coca-Cola isə “Azərbaycan”-dan fərqli olaraq xüsusi kağız stəkanlara süzülmür, birbaşa elə butulkada verilir. Bu da yaxşı hal deyil.
Nəticə:
Azərbaycan — sırf filmlərə baxmaq üçün gözəl məkan.
Park Cinema — şoppinq, gözəl kafelərdə istirahət və yalnız sonda kinoteatr.
Hər ikisinin ən böyük çatışmamazlıqları — Azərbaycan dilinə bir dövlət dili kimi əhəmiyyət verilməməsidir. Bu özünü hər şeydə göstərir — adi bilətlərdən tutmuş filmlərə kimi. Yəni öz dilimizdə adicə biletləri çap etmək belə qəbahətdir?!
Mövzuya dair forumda müzakirələr ↓
“Park Cinema” (+3D) açıldı və ucuz qiymətlərlə təəccübləndirdi!
Türkiyə – Ermənistan sərhədlərinə dair öncə qısaca yazmışdım. Amma rastlaşdığım növbəti xəbər məni bir daha bu mövzuya qayıtmağıma vadar etdi. Deməli Ermənistanın Armtoday xəbər agentliyi belə bir başlıqla xəbər yayıb — Türkiyədən Ermənistana 9 kiloqram qızıl keçirmək cəhdinin qarşısı alınıb. Ən maraqlısı isə bu olay Yerevan-İstanbul (!) marşrutu ilə hərəkət edən avtobusda baş verib.
Bax belə. Əgər sərhədlər bağlıdırsa, əgər heç bir gediş-gəliş yoxdursa, əgər Türkiyə höküməti bizi buna inandırmağa çalışırsa… onda necə ola bilər ki, Ermənistandan Türkiyəyə birbaşa (Gürcüstandan deyil!) sərnişin avtobus reysləri işləsin?! Maraqlıdır. Yaxud elə həmin Armtoday dərgisində ermənilər İstanbul – Yerevan aviareysinin bahalığından gileylənirlər. Sual olunur, əgər sərhədlər bağlıdırsa, onda ermənilər heç bir maneə olmadan necə təyyarəyə və ya avtobusa oturub birbaşa İstanbula (və yaxud əks istiqamətdə) gedə bilərlər?!
Nəsə, mən bu işdən bir şey anlamadım. Əgər sərhədlər açılıbsa, onda bu türk abilərin qurduğu “Türkiyə-Ermənistan sərhədləri” adlı bu gülünc teatr nəyə gərəkdir? Kimi aldadırlar? Azərbaycan xalqını? Onsuz da aldatdınız, aldatmadınız, ay türk abilər, səsimiz çıxan deyil…
Bəlkə Sizin bildiyiniz gizli mətləblər var? Bölüşün.
Mövzuya dair forumda müzakirələr ↓
Türkiyə – Ermənistan sərhədləri. Mif və reallıqlar
Artıq kompüter oyunlarını oynamaq monitorun qarşısında oturub, coystiklə hərəkətlərdən ibarət olmayacaq. İndi gamer-lər monitor önündə aktiv hərəkətlər edib, müxtəlif tapşırıqları yerinə yetirməlidirlər… 7-ci nəsil oyun konsolları möcüzələr yaratmaqda davam edir, oyunlarda hər şey sanki canlı olaraq baş verir.
İlk inqilabı bu yolda Nintendo Wii etdi. Amma daha güclü rəqiblər (Sony və Microsoft) rəqiblər birazda irəli getmək fikrindədilər.
Sony isə Playstation3 üçün Sony Move-u təqdim etdi. Videoya tamaşa edin:
Amma Microsoft-un cavabı daha möhtəşəm oldu. Sony Move və Wii-də hərəkət üçün idarə etmə pultu lazım olursa, xBox 360-da sadəcə əliniz kifayət edər. 😉 Texnologiyanın adı xBox 360 Kinect adlanır və tezliklə satışda olacaq. Super! Artıq keçmiş sovet ölkələri üçün də lokalizasiya işlərinə başlanıb, deməli bizə də gəlib çıxacaq.
Microsoft xBox 360 Kinetic real həyatda:
Rəqabət gözəl xüsusiyyətdir. Tərəqqinin əsas təməli.
Mövzuya dair forumda müzakirələr ↓
Oyun konsolları. xBox 360, PlayStation 3, Wii
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual