Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Gələcəyin əsgəri — Raytheon Sarcos XOS 2

3-cü ölkələr köhnədən qalma silah-sürsatın davasını etdiyi bir vaxtda dünyanın yeganə super-dövlətinə çevrilən ABŞ fantastik filmlərdə gördüyümüz silahları gerçəyə çevirir.
Bu günlərdə ABŞ-ın silah sənayesində düz 88 ildir ki, özünü sınayan Raytheon şirkəti illərdir üzərində işlədiyi Sarcos XOS 2 ekzoskelet modelini təqdim etdi. Skelet, özüdə də nə skelet. Başdan ayağa qidravlika ilə təchiz edilən bu skelet adi insanın görə bilməyəcəyi işlərin öhdəsindən asanlıqla gəlir. Skeleti geyindin — oldun Supermen. Yaradıcılar etiraf edirlər ki, bəs onların əsas “muzası” Iron Man filmindəki super kostyum olub.
Biz də — sadə insanlar, adətimiz üzrə texnoloji yenilikləri qəbul edib, sevinirik. Amma bu “skeletin” gələcək əsgərlərinin əsas atributu olacağını və o zaman müharibələrin daha da qəddarlaşacağını nəzərə alsaq, onda sevinməyə tələsməyək. Əsasən bu kiçik dövlətlərə aiddi. Axı bütün eksperimentlər bizim üstümüzdə keçirilir.
Deyirəm, bu tip yenilikləri görəndə, bir daha əmin oluram ki, Azərbaycan kimi kiçik dövlətlərin super-güclərin yaratdıqlarına həsədlə baxmaqdan başqa çarəsi yoxdu.

Günün mövzusu. 100% F.A


Bu gün tam başqa bir mövzu haqda yazmaq fikrim var idi. Amma Faiq Ağayevlə bağlı baş verən hadisələrdən sonra digər mövzular mənasızlaşdı. Bu gün ölkənin ən önəmli mövzusu — Faiqin bıçaqlanması xəbəridir. Xəbər saytlarında aktivlik də bunu sübut edir.
Kimisi bu baş verən olaydan kədərləndi, kimisi Klinikanın önündə durub qoruq çəkdi, kimisi əksinə sevindi, kimisi isə ümumiyyətlə bu olaydan iqtidarı növbəti dəfə iynələmək üçün istifadə etdi.  Faiq haqda gedən söz-söhbətlər, dedi-qodular şəxsən mənim üçün heç bir məna kəsb etmir. Məna kəsb edən onun bir insan kimi formalaşması, öz üzərində daima işləməsi və hər zaman liderliyə can atmasıdır. Bu keyfiyyətlər isə hər adama nəsib olmur. Məhz Faiqin bu keyfiyyətlərinə görə mən ona hörmət edirəm. Mübariz insandır.
100% F.A. Estradamızın ən kreativ ulduzu.
Sağal. Mahnılarını dinləməsəmdə, bir insan övladı kimi səni gözləyirik.
Mövzuya dair forumda müzakirələr ↓
Xalq artisti Faiq Ağayev bıçaqlandı!

Bakıya yağış yağdı. Sözsüz

Yeni rubrikaya başlayıram. Euronews-dan onsuz da hər kəs “No Comment” söhbətini plaqiat edib, mənimsəyir. Biz kimdən əskikik?! 😉
Yağışlı Bakı küçələri. No Comment və ya Sözsüz.

Şəkillərə böyük həcmdə baxmaq üçün üzərində tıklayın.













Sentyabrın növbəti maraqlı texnoloji yenilikləri

Sentyabr ayı Maşallah texnoloji yeniliklərlə çox oldu. Onlardan ən maraqlıları ilə (fikrimcə) sizlərlə bölüşürəm. Mənə görə bu dəfə ən dəyərli yenilik Plantronics şirkətindən gəldi. DYP-nin gözünün dağına çevriləcək bu kiçik qadjet bizi bir çox cərimələrdən qoruyacaq.
Söhbət bluetooth qarnituradan gedir. Amma bu öyrəşdiyimiz qarnituralar kimi qulağa yox, bir başa avtomobilin günəşdən qoruyucılarına taxılır. Əslində bu ən optimal variantdır. Çünki qulağa taxılan bu şua mənbəyi beynə heçdə yaxşı təsir etmir — şəxsən məndə həmən baş ağrıları başlayır.

Yeni Plantrocis K100-ün isə üstünlü tək bununla bitmir. Qadjet danışıq zamanı avtomatik olaraq kənar səsləri təmizləyir. Bu o deməkdir ki, məsələn maşında getdikdə xəttin digər tərəfindəki insan maşının motorunun deyil, sizin səsinizi eşidəcək. Qadjet vasitəsilə radio sevərlər FM kanallara da qulaq asa bilərlər. Qadjetin çəkisi 90 qram, qiyməti isə 80 USD-dir (64 AZN). Hələlik Azərbaycanda satışda yoxdur, amma net vasitəsilə bu saytdan sifariş verə bilərsiz.

Digər maraqlı yenilik — İntel-dən yeni Classmate PC netbuk-transformerdir. Çox ucuz qiymətə satılacaq bu netbuklar əsasən məktəblilər üçün nəzərdə tutulur. Transformer həmçinin xüsusi qoruyucu qata da malikdir ki, bu da onun təsadüfən (ya bilə-bilə) yerə düşməsindən zədələnməni sıfıra endirir. Hələ bu azmış kimi onun touch-pad displeyi 100 ml suyun tökülməsinə və hətta meyvə şirələrinə qarşı davamlıdır! Görünür İnteldəkilər uşaqların bütün şıltaqlıqlarını nəzərə alıblar. Azərbaycanda bu yeniliyin nə vaxt satışa buraxılacağı məlum deyil. Heyf, maraqlı gadjet idi. Yenə də sağ olsun eBay.




Əgər yenilik uğurlu alınsa İntel netbookların biznes versiyasınıda buraxılacaq.

Növbəti yenilik günəş enerjisilə qidalanan çimərlik zontlarıdı (çətirlər). Bu çətirlərin 2 məqsədi var — həm istirahət edənləri qızmar günəşdən qorumaq, həm onların qadjetlərini elektriklə təmin etmək. Məncə gələcəkdə bu tip zontlar çox yayılacaq. Əsasəndə bahalı istirahət mərkəzlərində. Necə bir vaxtlar Wi-Fi nəsə qeyri adi bir şey sayılırdı, indi isə adiləşib, bu zontlar da eyni taleyi yaşayacaqlar.

Və fikrimcə maraqlı olan sonuncu yenilik əslində texnika deyil, aksessuardı. Apple Air noutboklarının üçün xüsusi keys. Özüdə taxtadan. Məncə çox orijinal ideyadı. Bakıda hələlik satışda yoxdu və yəqin ki, qiymətinə görə heç olmayacaq da. Bu taxta gözəlin qiyməti 260 (!) Avrodu.


Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər

Son olaylar. Nələr baş verir?! Fikirlərim

Ölkədə və dünyada baş verən olaylarla bağlı fikirlərimlə bölüşürəm. Hara baxırsan — Usoyanı güllələdilər xəbəri. Erməni soyadlı, əslən kürd, amma Gürcüstanda doğulan Usoyanı güllələmə xəbəri bir yana, mənə maraqlı gələn onun dövlət səviyyəsində qorunmasıdır. Deyilənə görə FSB (Rusiyanın Federal Təhlükəsizlik Şurası) agentləri ilə mafiozi qaquliklər birləşib elə bir yerdəcə onu qoruyurlar. Yəqin Usoyan Rusiya siyasətinə də xidmət etməyi unutmur. Yəqin…
Amerikalı alimlər maraqlı kəşfə imza atıblar. Daha doğrusu qoca Enşteynin vaxtilə dediklərini təstiqləyiblər. Belə ki, onlar super müasir və dəqiq saatların vasitəsilə təyin ediblər ki, insan yerdən nə qədər uzaq düşərsə, o qədər tez qocalır. Məsələn 50-ci mərtəbədə yaşan insan 1-ci mərtəbədə yaşan insana nisbətdə daha tez qocalır. Bununla Enşteynin teoriyası təstiqlənir. Qoca hələ o vaxtlar öz teoriyasında deyirdi ki, yerin qravitasiyasından (cazibə qüvvəsindən) uzaqlaşdıqca, zaman daha tez keçir.
Deyilənə görə ABU-da vəziyyət hələdə gərgin olaraq qalır. Millətin sənədlərini vermirlər ki, gedib başqa Universitetlərdə təhsillərini davam etdirsinlər. Belə çıxır ki, ABU olub suveren bir ərazi, artıq orada Təhsil Nazirliyinin qərarları keçərli deyil…
Pamella da day soyunmağın daşını atdı. Rumıniyada olan məşhur Playboy “gözəlçəsi” (onda gözəllik varsa, onda əsl gözəllər nədi bəs?) bir də jurnallar üçün çılpaq şəkil çəkdirməyəcəyini bildirib. Səbib kimi isə digər uşaqların onun balalarına lağ etməsini göstərib. Deyirəm biqeyrətin qeyrətə gəlməsi qorxulu şeydi, Allah özü axrını xeyir eləsin.
Qız qalasını da bağladılar. Səbəb — qalanın millətin intihar yerinə çevrilməsidir. Yəqin ifrat romantizmdən əziyyət çəkənlər ora üz tuturlar. Şahidlərin sözlərinə görə özlərinə qəsd edənlərin sayı dəhşətli dərəcədə artıb. Özüdə qaladan yerə düşən insan qarpız kimi parça-parça olur.  Yeri gəlmişkən, özünə qəsd etmək İslamda yasaqlanır və ən böyük günahlardan hesab edilir.

Hava da bu arada yaman soyuyacaq. Təki qəlblərimiz isti olsun. İnşallah.

Son bir neçə gündə baxdığım filmlər (№1). Resenziya

Yazmağa o qədər şey var ki, amma yazmıram. Nəsə tənbəlləşmişəm bu arada. Ona görə son bir neçə gündə baxdığım filmlərə dair fikirlərimlə bölüşəcəm. Onuda qeyd edim ki, baxdığım filmlər adət üzrə rus dilində olduğu üçün (azərbaycan dilli filmləri hardan tapaq?!), filmlərin adları da rus dilində olacaq.
Repo Man
Başlayaq Потрошители (Repo man) filmindən. Fantastika janrından bir filmdi.
Filmdə söhbət yaxın gələcəkdən və sırf bir şirkətin fəaliyyətindən bəhs edir. Şirkət — özüdə nə şirkət. Bu şirkət süni orqanların yaradılmasında monopolistdi. İndi insanlar bir şey olan kimi həmən yeni orqanlar alır, özlərini “update” edirlər. Amma burada da bir amma var… orqanlar od qiymətinədi. Ona görə kütlə kreditə girmək məcburiyyətində olur.
Bəs krediti vaxtında ödəyə bilmədikdə nə olur? O zaman “dayday” peyda olur və vəhşicəsinə orqanı bədəndən çıxarıb aparır. Kimisinin ürəyini, kimisinin gözünü, kimisinin qara ciyərini. Ümumiyyətlə bu filmə ürəyi zəif olanlar baxmasınlar. Dəhşətli və insan faciyəsi dolu səhnələr var.
Filmin sonluğu ümumiyyətlə əladı. Deyərdim axır vaxtlar baxdığım filmlərin içində ən gözəl sonluq.
Filmə qiymətim — 10 ballıq şkala ilə 10 bal.

Zero 2
İkinci film — ZERO 2.
Qansterlərin həyatından bəhs edir və tamamilə “Криминальное Чтиво” (Pulp Fiction) stilində çəkilib, onu təkrarlayır. Orijinal kimi (Pulp Fiction) bu film də özündə bir neçə hekayəni birləşdirir. Tamaşaçını bir an da olsa belə darıxmağa qoymur. Hadisələr ildırım sürətilə inkişaf edir.
Məni təəccübləndirən isə filmi Latviyalıların çəkməsi oldu. Halal olsun onlara, kiçik çatışmamazlıqlar olsa da, Hollivud səviyyəli bir filmdi. Lap yadımdan çıxmışdı… film yalnız böyüklər üçündü — çoxsaylı söyüşlər və açıq səhnələrlə doludu.
Filmə qiymətim — 10 ballıq şkala ilə 8 bal.

Wolfman
Üçüncü film — Человек-волк (Wolfman 2010)
Tipik vampirizm stilində çəkilmiş bir filmdi. Filmin ana xətti detektiv janrına əsasən cərəyan edir. Qısa olaraq — Bir aktyorun qardaşı müəmmalı şəkildə yox olur. Sonra meyiti atası meşədə tapır. Parçalanmış vəziyyətdə… Aktyor qardaşının qatilinin motivasiyasını axtarmağa başlayır… amma bu zaman bir əcaib məxluq onu da dişləyir. İndi o da hər ayın bütövləşdiyi vaxt vəhşiyə çevrilir. Çevrilməsi bir yana, zalım qarşısına çıxanı qanına qəltan edir… Və sonda anlayır ki, onu bu vəhşiyə döndərən sən demə doğma atasıdı.
Filmin ssenarisi standart olsada, aktyorların mükəmməl oyunu hər şeyi xilas edir.
Filmə qiymətim — 10 ballıq şkala ilə 8 bal.

Killer
Növbəti film — Убийца внутри меня (The killer inside me).
Retro stildə çəkilmiş kriminal detektiv. Aktyorların gözəl oyunu və insanı dəhşətə gətirən soyuqqanlı ölüm səhnələri.
Film bir cavan polisin həyatından bəhs edir. Şerifin müavini işləyən bu polis ətrafından öz sakitliyi, dürüstlüyü ilə fərqlənir. Hər kəs ona inanır, ona etibar edir. Amma… Amma atalar yaxşı deyib — həyatda 2 şeydən qorx — suyun sakit axanından, insanın yerə baxanından.
Bir sözlə bu sakit oğlan sən demə soyuqqanlı qatil imiş.
Filmdə çoxlu açıq-saçıq səhnələr var. Ona görə baxmaq üçün yaş həddi “18+”-du. Həmçinin ürəyi zəif olanlar da bu filmə baxmasınlar. Artıq dediyim kimi, filmdə dəhşətli ölüm səhnələri var.
Filmə qiymətim — 10 ballıq şkala ilə 9 bal.


Hələlik sonuncu film — CARGO (2009).
Fantastika janrında çəkilmiş bir filmdi. Elə ona görədə baxdım. Çox şey gözləyirdim. Netdə filmə dair fikirlərə baxdım — hamı tərifləyir. Amma mənə görə film — 0.
Film uzaq gələcəkdən söhbət edir. Guya Yer partlayıb, yaşayış yoxdu. İnsanlar süni peyklərdə yaşayırlar və yeni yaşayış üçün yararlı bir planetə can atırlar. Ora düşmək isə çox bahadır. O səbəbdən insanlar pul toplamaq üçün bütün yollara əl atırlar. Baş qəhraman da pul xatirinə bir yük daşıyan kosmik gəmiyə işə düzəlir. Sən demə bu gəmi yük yox, insanları daşıyır — yuxuda öz dünyalarını, həyatlarını yaşayan insanları. Eynən Matrix filmindəki kimi. Və o hər kəsin can atdığı planet də bir uydurma imiş.
Nəsə. İdeya gözəl olsada, filmin realizasiyası heçnədi.
Filmə qiymətim — 10 ballıq şkala ilə 0 bal. Vaxt itkisi.

Mövzuya dair forumda müzakirələr ↓
Ən son izlədiyiniz film

Düşmənlərimiz. Siyasi aktyor — Jirinovskiy

Gəlin düşmənlərimizi tanıyaq. Bu silsilədən olan birinci yazım əslən yəhudi olan, amma özünün neonasizm şüarları ilə ad çıxaran, böyük siyasətçilər tərəfindən ciddi bir insan kimi qəbul edilməyən, amma kütləni öz populist çıxışları ilə əla ala bilən siyasi aktyor, Rusiyanın Liberal-Demokrat partiyasının sədri, Dövlət Dumasının (Parlamentin) sədr müavini Vladimir Jirinovskiyə həsr edilir.
Qalmaqallarla özünə reputasiya qazanan, məşhurlaşan Vladimir Volfoviç Eydelşteyn. Bəli, Jirinovskinin əsl soyadı Eydelşteyndir. Jirinovski soyadını 1964-ci ildə dəyişib. Atası əslən yəhudi, anası rusdur. Ən maraqlısı isə onun hər zaman yəhudilərə qarşı çıxmasıdır, onların bütün dünyanın problemlərinin səbəbi kimi göstərməsidir… “Mini” Hitler. =)
Eydelşteynin türk sevgisi isə bam-başqadır. Universiteti bitirdikdən sonra 1969-cu ildə Türkiyədə praktika keçib. Elə o vaxtlar türk arkadaşlar deyəsən Vladimirə nəsə edib — o vaxtdan bəri onun seksual oriyentasiyasında böyük suallar yaranıb. Dəfələrlə həmcinslərilə intim səhnələrdə tutulan Jirinovskiy siyasətdə də öz oriyentasiyasını tez-tez dəyişir. SSRİ vaxtı demokratları dəstəkləyən Jirinovski, nədənsə SSRİ dağılan zaman sovetlərin (QKÇP) tərəfinə keçir. Amma fahişə xasiyyəti ona bu dəfə də kömək edir — demokrat Yeltsinin qənədləri altında sığınacaq tapır. Elə o vaxtdan da Jirinovskiy Kremlin tulası rolunu oynayır. Ağalarının sifarişinə uyğun istənilən insanı sığışdırıb — qaralayır.

Ermənilərə xüsusi sevgisi ilə seçilir. Jirinovskiyin ermənilərə olan məhəbbətinin 2 səbəbi ola bilər:

  1. Bu onun rus “şovinizmi” ideologiyasından irəli gəlir.
  2. Sadəcə Kremldən belə tapşırıblar.


Jirinovskiy rus siyasətində ən uzun ömürlü şəxlərdəndir. O yeganə insandır ki, bütün prezident (1991, 1996, 2000, 2008) seçkilərində iştirak edir.
Jironovskiy özünə görə ağıllı insandır. O demaqoqizm ilə qazandığı populyarlığından kommersiya məqsədilə də istifadə edir. 1994-cü ildən onun adıyla spirtli içkilər, dondurmalar istehsal edilir.
Jirinovskiy düşmən hesab etdiyi türklərin dilində də gözəl danışır.

Onu da qeyd edim ki, Jirinovskiyin Azərbaycana girişi rəsmi surətdə yasaqlanır.
Şəxsən mən Jirinovskini əla PR mütəxəssis hesab edirəm. O mühit və kütlənin istəyin həmən dəyərləndirir, bu istəklərə adaptasiya olur, nəticədə heçnə verməsə də, onların istədiyini söyləyir. Bununla da siyasi dividend qazanır.
Jirikin son “layihəsi” — Kremlin tənbehinə dücar olan Lujkova harda və necə gəldi ilişməsidir. Deyirəm hər bir halda bu onun sonuncu “layihəsi” olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Düşmənlərimiz. Siyasi aktyor — Jirinovskiy

ANS-in dəyərsiz "Dəyərlər"-i. Resenziya

ANS Liderin çörəyini aldıqdan sonra, indi də deyəsən ATV-nin bazarına göz dikib. Bu yaxınlara işıq üzü görən “Dəyərlər” adlı proqram bunu deməyə əsas verir.
Xalqın problemlərini işıqlandırmağa çalışan və bu sıradan yeganə obyektiv (digərlərinə nisbətdə) proqram olan “İç xəbər” və günün kriminal xronikasından sonra efirə çıxan yeni verlişlərinin adı — Dəyərlərdir. Proqram qərəzsiz və vicdanlı bir kanal üçün nə qədər banal olsada bütünlüklə “şadlıq evləri” və “quş qonduların” reklamına həsr olunur. Başa düşürəm, pul lazımdı, buda reklamın bir növüdür. Amma verlişi heç olmaya səviyyəli şəkildə hazırlamaq olardı.
ANS
Aparıcı xanım da verlişin formatına heç uyğun gəlmir — nə xarici görünüşü, nədə aparıcılıq qabiliyyəti. Şadlıq evlərini əsən səslə elə-bil hansısa robot təsvir edib tərifləyir. Bəzən də elə gəlir ki, xanım qız verliş aparmağa yox, “moda” göstərməyə çıxıb.
Bu günlərdə lap az qala ölmüşəm gülməkdən… Tural şadlıq evinin reklamı gedirdi. Sonda xanım qız belə deyir “Hələ bizim veb saytımızda var! 3 dablyu, nöqtə turalrestorankafe nöqtə kom!” =)) Belə alınır — www.turalrestorankafe.com. Əhsən. Deyirəm Azərbaycanın tanınmış domen alverçisi Rəşad Əliyev nə əcəb bu domeni göz altı etməyib?
Nəsə. “Qərəzsiz” axır vaxtlar nəsə yaman axsayır. Allah özü axrını xeyir eləsin.
Mövzuya dair forumda müzakirələr ↓
ANS-in dəyərsiz «Dəyərlər»-i. Resenziya

Gələcək Microsoft-la gələcək?! Windows Phone 7

Microsoft-un işləri axır vaxtlar heçdə yaxşı getmir. Bir vaxtlar hər kəs Microsoft-a çatmağa can atırdısa, indi Microsoft-un özü can atanlardandı. Əsasən şirkətə həmlələr bildiyimiz Google və Apple-dan gəlir.
Amma Microsoft da asan təslim olmaq fikrində deyil. Mükəmməl və heçdə MAC OS-dən geri qalmayan, hətta deyərdim onu üstələyən Windows 7-i buraxdıqdan sonra, Microsoft yenidən öz yırtıcı nəzərini artıq uduzduğu smartfonlar və mobil aparatlar üçün əməliyyət sistemləri bazarına yönəldib. Artıq il yarımdır anons edilən və məhz mobil aparatlar üçün nəzərdə tutulan Windows Phone 7 əməliyyat sismi üzərində işlər bitməkdir. Deyəsən bu dəfə Microsoft əbəs yerə vaxtını itirməyib. Bizi həqiqətən fantastik bir şey gözləyir. Bunu deməyə bu günlərdə Engadget dərgisinin əldə etdiyi konfidensial video kadrlar əsas verir.
Kadrlarla sizlərlə bölüşürəm.


Mövzuya dair forumda müzakirələr ↓
Gələcək Microsoft-la gələcək?! Windows Phone 7

Данный пост удален в соответсвии жалобой.

 
Данный пост удален в соответсвии с жалобой РОСКОМНАДЗОРА.

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom