Bu gündən etibarən universitetlərdə “semestrbaşına” start verilib. Korrupsiya ilə mübarizədən daha da qəzəblənən vicdansız müəllimciklər əgər əvvəllər bir fən üçün 50-60 AZN alırdılarsa, indi stavkanı qaldırıb ediblər 100 AZN (!). Analoqu olmayan inflyasiya deyəsən bunlara yaman təsir edib. Özü də azğınlaşmış və müəllim sözünə ləkəciklər oxuyanı oxumayandan da ayırd etmirlər — hər kəsdən eyni məbləğ tələb olunur — fənni bildin və ya bilmədin, xeyri yoxdur.
İTV-ni də nə vaxt açıram, təhsil və orada olan problemlərlə bağlı mənasız şablon diskusiyalar aparılır. Hər kəs problemə dırnaqarası yanaşaraq monoloq oxuyur, hələ bir fərəh dolu baxışlarla ekrana da baxmağı unutmurlar, sanki nəsə böyük bir cəsurluq etdilər. Problem isə dərindir, dərinləşir. Universitetlərdə (məktəblər haqda susuram) demək olar ki, bütün müəllim heyyətinin əli rüşvətə bulaşıb, onların da yarıdan çoxu hətta mənəviyyatını itirib, həyatın mənasını yalnız tələbədən alınan haram rüşvətdə görürlər.
Ex… Təhsil sistemini köklü şəkildə dəyişmək lazımdır ki, cavan kadrlar da gəlib hal-hazırki çirkabın bir üzvünə çevrilməsinlər.
Nəsə. Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Universitetlərdə rüşvət pik həddinə çatdı!
Cine-Alliance-dan Hollywood səviyyəli və ən əsası çox patriotik bir film-ithaf. Mütləq izləyin!
Əsasən də buna analoqu olmayan super-buper tollerant kosmopolitizmdən əziyyət çəkənlərin baxması məsləhətdir.
Mövzuya dair forumda müzakirələr ↓
Şəhiddik zirvəsi
Azərbaycanın ən qızmar bölgəsində yerləşməsinə baxmayaraq, İmişli rayonu daim öz yaşıllıqları seçilib. Bütün rayon boyu əkilən çox saylı ağaclar küçələrə az da olsa gözəllik verirdi, baxımsızlıq eybini örtürdü. İndi isə rayon bundan da məhrum olub — küçələr boyu bütün çinar, söyüd və digər ağaclar “darama” adı altında kəsilib-doğranıb. Nəticədə rayon küçələri kölgə üzünə həsrət qalan Nigeriyanın ən baxımsız bölgələrini xatırladır. Qarşıdan isə yay gəlir…
Mövzuya dair forumda müzakirələr ↓
Ağac soyqırımı
Çoxdandır texnoloji yeniliklər barəsində bir şey yazmıram. Başlayaq. EvoMouse. Kompüter mouse-larının təkamülü. Amma əfsusar olsun ki, Cellulon şirkətinin istehsalı olan bu inqilabi yenilik hələ satışa buraxılmayıb. Hər-halda İnternetdə nə qədər axtarsam da, satışda olmasına, qiymətinə dair bir şey tapa bilmədim. 20-30 dollar arası olsaydı, alıb bir test edərdik.
********************************************************
Artıq texnoloji aləmin yeni liderinə çevrilən Samsung isə fantastik sayıla biləcək monitorlar seriyasını təqdim etdi. USB3 dəstəkli, avtomatik sönüb-yanan və çoxsaylı yenilikləri özündə cəmləşdirən bu ultra-nazik monitorlar həmçinin 3D texnologiyasını da dəstəkləyir. Əhsən Samsung. Mənim daha çox 9-cu versiya monitorlar xoşuma gəldi. Çox gözəl görüşü var.
********************************************************
iPad-da 3D ekran?! Bu mümkündür! Düzdür, hələlək proqram təminatı səviyyəsində. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər
Bu kiçik bir müsahibəyə mütləq baxın və gedib AZTV-yə şükür edin. 😀 И смех, и грех. İnsanlar necə də qaraya inadkarlıqla ağ deyə bilirlər. Əhsən.
Mövzuya dair forumda müzakirələr ↓
Youtube
Sözsüz. Yalnız video görüntülər.
Mirşahinin “Hesabatı”. Hakimiyyət üçün söz azadlığı istəyirik!
Mələklər prezident olsaydı, necə olardı? Maraqlı sualdır, gəlin cavabına baxaq.
Çexiya prezidentinin qələm sevdası. 😀
Mövzuya dair forumda müzakirələr ↓
Mirşahin yenidən daş atdı
Hyundai-Kia konserninin fenomenal inkişafına heyranam. Ümumiyyətlə, son 10 ildə bütün Koreya şirkətləri öz seqmentlərində inkişaf tempinə görə rəqib tanımırlar. Demək olar ki, hər səviyyədə təmsil olunmağa can atan Hyundai-Kia birliyi artıq dünyanın 4-cü ən böyük avto-nəhəngidir. Dayanmadan öz üzərilərində iş aparırlar — 10 il bundan öncə bu istehsalçının avtomobilləri “oğru dizayna” əsaslanırdısa, indi modellər öz orijinallığı ilə seçilir. Dizayn cəhətdən son dövrlər KİA məni daha çox cəlb edir. Son modelləri olan Optima 2011 elə nəyə desən dəyər.
Götürək digər Koreya təmsilçisi — Samsung-u. Aşağı büdcəyə hesablanan texnika istehsalçısı bu gün ən yaxın rəqiblərini belə gəlirlərinə görə azından 3-4 dəfə üstələyir. Bir vaxtlar SONY-nin uğurlarına hədəflənən Samsung, indi özü dünya lideridir — hətta keçmiş hədəfi belə istehsal etdiyi məhsullarında onun patentləşdirilmiş texnologiyalarından istifadə edir. Bu yaxınlarda öyrəndim ki, Daewoo şirkətinin məlum müflisməşindən sonra, Samsung ona məxsus bütün strateji sənayeni ələ keçirib. İndi Samsung dedikdə tək məişət texnikası nəzərdə tutulmur, Samsung indi avtomobildən tutmuş müxtəlif növ silahlar, hərbi gəmilərədək istehsal edir! Əhsən bunda deyiblər.
Bu fenomenal inkişafın bir neçə motivasiyası var. Birincisi bu ölkə hal-hazırda faktiki iki yerə bölünüb — Cənub kapitalizmi hər bir şeydə Şimal “sosializminə” ondan daha üstün olmasını isbat etmək istəyir. İkincisi koreya xalqı tarixi və daha uğurlu düşmənləri tərəfindən əhatə olunub — Çin və Yaponiya. Bu da öz növbəsində dayanmadan inkişaf etmək və onlardan geri qalmamaq üçün daha bir səbəbdir. Üçüncüsi isə Koreya hal-hazırda inkişaf dövrünün keçid mərhələsin keçir, tam inkişafa çatdıqda iqtisadiyyatda sərinləmə hiss olunacaq, necə bu Yaponiya iqtisadiyyatında özünü bildirməkdədir. İqtisadiyyatlarını dünya səviyyəsində pik həddə çatdıran yaponlar son bir neçə ildə sanki soyuyublar. Və ən nəhayət — qeyd olunun bu üç prinsipin də düzgün işləməsi üçün düzgün strateji siyasi və iqtisadi addımların atılmasıdır. Əsl analoqu olmayanlar bu saat koreyalılardır, qoy bizim optimistlər inciməsin. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Kia Candeza — Yeni əfsanə
Dünən Minsk metrosunda partlayış baş verdi. Özü də Lukaşenkonun düz rezidensiyasının yanında. Adət üzrə hər şeyi yıxdılar terroristlərin, qərbin üstünə. Maraqlıdır, həqiqətən bu olayda terroristlər və “onları maliyyələşdirən” qərbin əli var?! Fikrimcə yox. Dünənki olay açıq-aydın iyrənc siyasi qambit nümunəsi idi — insanlar qurban verildi, nəticədə rejim daha da bərkidi və siyasi bonus qazandı. Bu hadisə lap 11 sentyabr olaylarını xatırlatdı. O vaxt 11 sentyabr hadisəsi Corc Buşa su və hava kimi lazım idisə, bu partlayış da Avropanın son diktatoru üçün həyati məna kəsb edir.
Məqsəd — “ərəb” ssenarisindən qorxuya düşən rejim cəmiyyətə çatdırmaq istəyir ki, bəs Lukaşenko getdi — Belorus qarışacaq. Bundan əlavə bonuslar da əldə edildi — indi müxalifətçiləri terrorda günahlandırıb daha asan zindanlara atmaq olacaq və yaxud polis rejiminin daha da ifratlaşmasına bahanə var. Nəsə. Günahsız insan həyatından öz çirkin siyasi oyunları üçün istifadə edənlərə ar olsun!
Video görüntülərə görə Aslana təşəkkürlər.
Mövzuya dair forumda müzakirələr ↓
Minskdə metro partladıldı
Son vaxtlar bloqa vaxt ayırmağa vaxtım olmur. İşlər, problemlər, qayğılar. Amma vaxt tapıb yenidən bloqu aktivləşdirəcəm. Söz. =)
Ölkəmizdəki son olaylar ölkənin dəyişikliklər astanasında olduğuna dəlalət edir. Rəsmi TV-nin son olayların miqyasını nə qədər azaltmasına baxmayaraq, əlahəzrət fakt fakt olaraq qalır — xalq arasında siyasi oyanış prosesi başlanıb. Özü də bu proses demək olar ki, əhalinin bütün təbəqələrini əhatə edir. Bu prosesdə maraqlı olan hər iki tərəfin bir-birinə qarşı kompromissiz mövqeyi yox, bəzi insanların çıxıb TV ekranlarında qarşı tərəfə iradlar bildirib, sonra gəlib İnternetdə bu sözlərdən imtina etməsidir. Adama deyərlər, a bala əgər gəlib sonradan poxunu geri yeyəcəkdinsə, axı niyə çıxırdın o TV-yə? Ümumiyyətlə bu tip şərəfsiz insanlar çıxıb TV-də böyük dəyərlərdən danışmaqla elə həmin dəyərlərə qarşı ən böyük hörmətsizlik edirlər. İnsanın əqidəsi bir olar. Dedin — sözünün arxasında dur, dura bilmirsən, onda kişilik etmə, sənə yaraşmaz. Yeni balıqlar nəsli…
Nəsə. Allah bizi belələrindən qorusun.
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!
Liviyada baş verən olaylara dair artıq kifayət qədər fikirlərimlə bölüşmüşəm. Bəs məşhur siyasi analitiklər bu olaylar barədə nə fikirləşirlər?!
Rusiyanın ТВ Центр telekanalının baş verən olaylarla bağlı maraqlı süjeti. Hadisələrin əsl mahiyyətinə varmamaqla obyektiv yanaşma nümunəsi.
**********************************************************
Vladimir Jirinovskinin NATO-nun Liviyadakı əməliyyatları öz üzərinə götürməsinə dair yayılan xəbərlərə münasibəti. Kişi düz deyir…
**********************************************************
Bu çarxda isə obyektivliyinə hər zaman hörmət etdiyim məşhur jurnalist-analitik Maksim Şevçenko hadisələrə dair fikirləri ilə bölüşür. Müsahibə bir müddət öncə götürüldüyündən (hələ koalisiya qüvvələri Liviyaya soxulmamışdılar) bəzi mülahizələr aktuallığını itirib, amma ümumi ideya və anlatım çox maraqlıdır. Neoquldarlıq ideyasına da toxunulur, mütləq baxın!
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual