Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Bizə kim lazımdı? İran yoxsa İsrail?! Düşüncələrim…

Son bir neçə ildə çox aktuallaşan bir mövzu var — İran və İsrail arasında olan konflikt. Bəs Azərbaycan bu konflikt olduğu halda kimin tərəfin saxlamalıdır?! Gəlin bütün emosiyalarımızı kənara qoyub hər şeyi bir-bir təhlil edək.
İran. Azərbaycanın yaxın və tarixi qonşusu. Din qardaşlarımız. Əslində bu konfliktdə biz alternativsiz İranın tərəfin saxlamalı idik… amma… Bu amma olmasa.
Amma isə ondan ibərtdir ki, İran bizi müstəqil olaraq görmür. İran hələdə Azərbaycanı özünün müvəqqəti ayrı düşmüş bir parçası hesab edir və buna dair mütamadi təpkilərlə çıxış edir.
İran daim Azərbaycan hava və su sərhədlərin pozur,  ölkəmizlə hədə-qorxu dilə ilə çıxış edir, konfliktdə olduğumuz ermənilərə dəstək olur… və digər İrana baş ucalığı gətirməyən insidentlər… Yadımdadı, mən tələbə olarkən İran Azərbaycanın su sərhədlərinə məhəl qoymadan hansısa yatağı ələ keçirməyə cəhd etmişdi, elə buna görədə türk Şahinləri (F-15 təyarələri ilə) Bakıda qol gücü göstərdilər, İran geri çəkildi. Hələ fars şovinizminin Cənubi Azərbaycanda türkçülüyi əzməsindən danışmıram.
Iran vs. Israel
İsrail. Dini və insani emosiyalardan çıxış etsək — İslamın nömrə bir düşməni, insan hüquqlarını boşuna verən bir dövlət. Daima İslamı alçaldıb, öz vəhşi siyasətlərin yeridən bir dövlət. Amma… Budada bir amma var. Dini kənara qoyub soyuqqanlı təhlilə keçsək görərik ki, İsrail birinci Qarabağ müharibəsində Azərbaycana çox böyük dəstək olub (qardaş Türkiyədəndə çox). Bu kömək istər silah-sürsatla, istərsə maliyyə vasitələri ilə edilib. Kütlənin inadla dəstəklədiyi müsəlmançılıqdan çıxış etsək isə — Fələstinin rəhmətlik başçısı Yasir Ərafatın “Qarabağ xalqının (ermənilər nəzərdə tutulur) Azərbaycanla mübarizəsi, haqq mübarizəsidir (fələstinlilərin İsraillə mübarizəsinin eynisidir)” deməsini yada salsaq, onda İsrail heçdə bizim düşmən deyil. Hərçənd heç İranın da ənənəvi İslam dövlətləri tərəfindən dəstəklənmədiyinin şahidiyik.
Bəs bütün bunları nəzərə alsaq, onda bizim dostumuz kimdi? Fikrimcə heç kim. Hər iki dövlət hansısa bir müddətdə Azərbaycana kömək edibsə, bunu öz siyasi maraqları səbəbindən edib.
Bəs münaqişə olsa? Bu münaqişənin 2 nəticəsi ola bilər:

  1. İran müharibədən qalib çıxıb, nüvə silahına sahib oldu. İlk öncə sırf Azərbaycançılıq faktorundan çıxış etsək — onda Cənubi Azərbaycanın yaxın perspektivdə azadlığına bir quş. Yagin ki, İran həmən öz qalan düşmənlərini hədələməyə başlayacaq. Hesab etsək ki, İran öz düşmənlərindən biri kimi də bizi görür (cənub bölgələrimizə İranın qanunsuz yayımladığı Səhər telekanalına baxmaq yetərki, buna əmin olasız), onda Azərbaycanın vəziyyəti ürəkaçan olmayacaq. Fikrimcə, İsraili məğlub edəndən sonra dahada təkəbbürləşən şovinist İran mütləq Azərbaycana hücum edəcək, hərçənd farslar buranı (Azərbaycanı) özlərinin qanuni torpaqları hesab edir, bu qaçılmazdır. Bütün bunları nəzərə alsaq, İranın bu müharibədə qalibiyyəti bizə heç sərf etmir.
  2. İsrail İranı darmadağın edib, qalib gəldi. Bu halda da bizi yaxşı perspektivlər gözləmir. Bəziləri deyəcək, niyə ki? İran dağılsa, Cənubi Azərbaycan müstəqil olacaq və ya bizimlə birləşəcək… Birincisi Sem dayı və kampaniya imkan verməz ki, regionda ikinci qüdrətli türk dövləti yaransın. Buna heç bir qərb dövləti (Rusiyadan tutmuş, karlik Andoraya kimi) razı olmaz. İkincisi, İranın dağılması Azərbaycanın lap göbəyində İraqdan da dəhşətli bir destabil ölkənin yaranması deməkdir. Üçüncüsü, İsrailin İranı məhv etməsi öz-özlüyündə böyük mənəvi qalibiyyat olacaq, onu dahada qəddarlaşdıracaq, İsrailin İslama, qardaş Türkiyəyə təpkiləri dahada sərtləşəcək. Dördüncüsü, bütün şərq (müsəlmanlar) qərbin de-fakto quluna çevriləcək… Bütün bunları da nəzərə alsaq, heç İsrailində qalibiyyəti bizə yaxın perspektivdə yaxşı heçnə vəd etmir.

Gördüyümüz kimi hər iki variant Azərbaycana sərf etmir. Ümumiyyətlə müharibə başladıqda regionda qatma-qarışıqlıq olacağı 100%-di. Bu isə onsuz müharibə şəraitində yaşayan Azərbaycan üçün istənilən halda sərf etmir.
Nə deyim, Allah köməyimiz olsun.
Mövzuya dair forumda müzakirələr ↓
Bizə kim lazımdı? İran yoxsa İsrail?! Düşüncələrim…

  • 21 August, 2010

Rəy əlavə edin

Emil

Fikrimcə necə də olsa İran bizə daha yaxındır. 5 min ildir qonşu, hətta ondan da yaxınıq. Onun ən azı mənəvi cəhətdən yanında olmalıyıq.
İsrail isə heç vaxt dostumuz ola bilməz. Qarabağa hansı yardımından danışırsız? Knessetdə erməni soyqırımının müzakirəsi də mi bizim lehimizədir?
Ümüdvaram, hər hansı müharibə olmaz tezliklə. Bu bizə daha çox sərf edir.

29 August, 2010

Tural Ağayev

Bu müharibdə qalib gəlməsini sitəyirəm
30% – iran
70% – israil
100% – hər ikisinin məğlub olması.
Bir şey iyaddan çıxartmayaq iran fars sionist rejimin tabeliyindədir. Əgər müharibdən məğulub çıxıb demokratikliyə doğru getsə və prezidenti cənubi Azərbaycanlı olsa bu heç də uduzlumuş yox bizim üçün çox yaxşı bir hal olardı.
İranın udmağı bizə heç nə yaxşı vəd etmir. Yaddan çıxartmayaq ki farslarla ermənilərin kökləri eynidir və bu hal-hazırda da iranın ermənilərə daha çox dəstək olur. Amerika (qərb)və Türkiyə kimi dövlətlər olmasaydı, Azərbaycan artı Türkmənçay və Gülstan müqalilələrindən sonra daha 5-6 dəfə Rusiya və İran arasında bölüşdürüləcəkdi. Qorxu və dəstək böyük şeydi

19 September, 2010

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom