Qarşıdan böyük bayramlarımız gəlir, istirahət etmək vaxtıdır. Gəlin gözəl və kreativ reklam çarxlarından həzz alaq.
Virgin Airlines. Öz kreativliyi ilə seçilən avia şirkət. Bu dəfəki reklam imic xarakterlidir.
Subaru. Bundan öncə post etdiyim hardasa BMW-nin reklamına bənzəyir.
Yenə də Sony. Ev kinoteatrı.
Bu çarx bir çox ölkələrdə qadağan edilib. Səbəb — “qəddarlıq” səhnələrinin həddən artıq çox olmasıdır.
Qəddarlıq demişkən — bu çarx məzəli və biraz da idiotikdir. Reklamın ana xətti — evdə hər zaman sakitçilikdir…
Call of Duty. Kompüter oyununa həsr olunmuş meqa-çarx. Reklamın şüarı — hər birimiz (ofisdə tutduğumuz vəzifədən asılı olmayaraq) bir əsgərik.
HTC Evo. Çeynəlmiş “domino” üslubuna yeni yanaşma.
Mövzüdan kənar rəylər pozuldu. Xahiş edirəm offtop etməyəsiniz.
PS. Vahid bəy, qızı başa düşdük, bəs kreativlik hansı səviyyədədir?!
16 November, 2010
vahid ismailoglu
salam pervin.
qiz o qeder gozel oldu ki, kreativliyi qeyd elemek yaddan cixdi. 😉 absurd ideyani ozunde dashidigina gore kreativlikde de o rolike tay beraber yoxdu.
Onda çox hörmətli Vahid bəyin sözündən belə çıxır ki, qeyri-adi insanlar olan seksual azlıqlar — qeylər, lezbiyanlar, transsvestitlərdə ifrat kreativlikdən əziyyət çəkirlər? =)
16 November, 2010
vahid ismailoglu
yox, men o mena da demedim. insan heyatindaki qeyri adilik bashqa, video rolikdeki qeyri-adilik tam bashqa. heyatdaki qeyri-adilik birmenali qarshilanmirsa, video roliklerdeki qeyri-adilik daha yaradici olur.
Vahid bəy, axı qeyd etdiyin çarx ümumi ideyaya görə digərlərindən kreativliyi ilə heç də fərqlənmir, deyərdim geri qalır. Deməli səbəb başqadı. Səbəb — qadın gözəlliyidir. Əbəs yerə deyilmir ki, qadın böyük qüvvədir. Çarxdakı bircə qadın gözəlliyi digərlərinin kreativliyini ideyaları ilə birgə kölgədə qoydu. Əhsən. =)
16 November, 2010
vahid ismailoglu
ola bilsin qadin gozelliyininde burada hansisa rolu var. 😉
16 November, 2010
Samir Lee
Bagiwlayin sohbetiniza gariwiram. Agar kreativlik qadin gozalliyi ila olculursa onda birinci videonun ragibi yoxdu. ))