Nəhayət ki, tilsimi qırıb bu dəfəki Dubai qeydlərimin sonuncusunu yazdım. Başlayaq.
Dubai-ı deyəsən çox təriflədim — oraların gerçək analoqu olmayan inkişafına rəğmən, ölkə bir şərq olkəsi olaraq mövcudiyyatını davam etdirir. Burada addımbaşı şərq və totalitar ölkələrə xas itaət obyektlərinə rast gəlinir — Dubai rəhbərlərinin şəkilləri (heykəllər deyəsən qadağandır). Dubai-lıların üç ümummilli liderləri var — hər biri də Al Nahyan və Al Maktoum sülaləsinin üzvləridir — əsas lider Əmirliklərinin təməlini qoymuş şeyx Zayed bin Sultan Al Nahyan hesab olunur. Amma o vəfat etdiyindən şəhərdə onun şəkillərinə az rast gəlinir. Adət üzrə onun adını böyük prospekt və baxımlı məhəllələr daşıyır. Şəkilləri ilə bütün şəhəri bəzəyənlər isə hal-hazırda Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Khalifa bin Zayed bin Sultan Al Nahyan və bütöv Dubai şeyxi Mohammed bin Rashid Al Maktoum-dır.
Şəkillərə böyük həcmdə baxmaq üçün mouse-la üstündə tıklayın.
Şəkildə — Şəhər boyu Dubai-ın ümummilli liderlərinin portretlərinə rast gəlmək olar. Solda BƏƏ prezidenti, sağda isə Dubai şeyxi Mohammed Al Maktoum-dur.
Ötən yazılarımda qeyd etmişdim – Dubai parokslar şəhəridir — tükənməz var dövlət, hakimiyyət, böyük imkanlar və səviyyəsizlik burada qonşudur.
Şəkildə – Şeyxin oğlunun “obyekti” önündə elə oğlundan bir sadəlik nümunəsi. Əlində brilliant qaşlı telefona fikir verin. =)
Yeni Dubai adlanan rayondan fərqli olaraq, şəhərin tarixi mərkəzi — Deira daha çox filmlərdə qarşılaşdığımız şərq şəhərlərini xatırladır. Bu kimi rayonlar əsasən axşamlar insanlarla qaynayır — səbəb gündüzlər havanın hərarətinin 45 dərəcədən aşağı olmamasıdır. Dəhşət isti olur. Dubai istisini gördükdən sonra, Bakı istisi insana sərin meh kimi gəlir. =)
Şəkildə — Dubai — əsl nağılvari şərq şəhəri.
Şəkildə — Sən demə Dubai-da badımcanlar da fərqlidir. Bəs sizin yumru badımcanınız varmı?!
Dubai haqda bu qədər. İnşallah növbəti səfərlərimi qələmə almaq ümidi ilə sizlərdən hələlik ayrılıram.
Fürsətdən istifadə edərək, Aslan qardaşıma və onun ailəsinə səfər zamanı göstərdiyi qonaqpərvərliyə görə dərin təşəkkürlərimi çatdırıram.
Mövzuya dair forumda müzakirələr ↓
Dubai. Azərbaycan gəncinin qeydləri…
Dubai müxtəlif xalqları, ənənələri özündə birləşdirən böyük meqapolisdir. Müxtəliflik, rəngarənglik hər şeydə hiss olunur — insanların görünüşü, davarınışından tutmuş şəhərin memarlıq üslubuna kimi.
Şəkillərə böyük həcmdə baxmaq üçün mouse-la üstündə tıklayın.
Şəkillərdə — şəhərdə eyni üslubda tikilmiş məsçidlərə rast gəlmədim, hər biri görünüşcə müxtəlif idi.
Müxtəlif demişkən — burada bizimkilər də özlərinə yer ediblər. Hər zaman olduğu kimi də əsasən restoran və alış-veriş (hər iki mənada) sektorunda.
Şəkildə — Azərbaycanlılara məxsus “Baku Caspian” restoranıdır.
Şəkildə — Anardan saat biznesi. =)
Ümumiyyətlə, bizimkilər Dubai-da yaşayan əhalidə elə təəsurat yaradıblar ki, onlar bizi rus hesab edir. Dəyəndə ki, biz türkük, təəccüblənirlər.
Şəkildə — Ərəblər “Azəri” dilini öyrənməyə can atırlar. Dilimizə “Azəri” dilinin yad olduğu kimi, dərsliyin üstündə əsk olunan rus qızın da yadlığı qeyd etmək istərdim.
Bizimkilər alış-verişlə məşğul olduğu zaman, bədnam qonşularımız ermənilər burada təbliğatla məşğuldurlar. Dubai-a Yerevandan ayda cəmi 2 dəfə təyyarə uçmasına baxmayaraq (müqaisə üçün Bakıdan hər gün ən azı 2 təyarə uçur), adi suvenir mağazasıda erməni təbliğatına rast gəlmək olur. Ermənilərin Dubai-da hələ bir kilsələri də var, daha birini (!) də yenicə tikməyə başlayıblar.
Şəkildə — Ermənistanı təbliğ edən suvenirləri bütün aidiyyəti mağazalardan əldə etmək olar. Azərbaycana aid nə qədər bir şey gəzsəm də tapmadım. Elə ona görə bizlərdən söz düşəndə ərəblərin yadına ya “gold” düşəcək, ya da “yeah, girls, girls”… Əfsuslar.
Bədnam qonşular demişkən. Ruslar da burada böyük bizneslə təmsil olunurlar.
Şəkildə — Rusiyanın mobil operatoru Beeline da Dubai-da fəaliyyət göstərir.
Şəkildə — Ortastatistik ərəb mağazasında məşhur rus yazıçısı Maksim Qorkiydən sitat. =)
Bu günlük də bu qədər. Davamı üçün bloqu izləyin. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Dubai. Azərbaycan gəncinin qeydləri…
Əslindən bu yazını Bakıya dönərkən Dubai beynəlxalq hava limanında yazmağa başladım. Hər tərəfim azərbaycanlı idi, bu azmış kimi informativ tabloda dönəcəyim doğma şəhərin adı da — Haydar Aliyev kimi göstərilmişdi. Sanki Bakıdaydım. =)
Dubai-a daxil olar-olmaz diqqətimi ilk çəkən məqam — hər tərəfin ideal təmiz olması idi. Bunu hər yerdə müşahidə etmək olur — böyük quruculuq işlərinə baxmayaraq, yollarda toz, palçıq, adət etdiyimiz analoqu olmayan çuxurlara rast gəlmək mümkün deyil. Bütün yollar, körpülər, binalar yaşından və görünüşündən asılı olmayaraq təmiz və baxımlı saxlanılır. Burada həmçinin, siz balkonlardan asılmış pal-paltar, peyk antenalarını görməzsiniz. Hər-halda mən orada olduğum müddətdə bir dəfə də olsun belə bir halın şahidi olmadım.
Şəkillərə böyük həcmdə baxmaq üçün mouse-la üstündə tıklayın.
Şəkildə — Adi yaşayış binası. Nə asılmış pal-paltar var, nə də ki peyk antenaları.
Şəkildə — Bütün yollar boyu kanalizasiya sistemi qurulub, hərçənd Dubai-da ildə 1-2 dəfə yağış ya yağa, ya da yağmaya. Bizimkilər üçün böyük örnək.
Dubai-da digər diqqətimi çəkən məqam — insanların qanunlara olan hörmətidir. Bu əsasən də gündəlik həyatda hiss olunur. Məsələn, heç bir piyada müəyyən edilməmiş yerdən keçməz (əlbətdə ki, əgər o Azərbaycandan gəlmə deyilsə), taksi sürücüsü isə müəyyən edilmiş yerdən kənar öz taksisini saxlamaz və ya heç kəs maşınıyla yol boyu çəkilmiş xətləri tapdalayıb qırmızı işıqdan keçməz. Özü də bu hal yalnız yerli (burada onlara lokal deyilir) əhaliyə aid deyil, qayda-qanunu gəlmələr də gözləyir. Yollarda 2-3 dəfə qayda pozuntusunun şahidi olduq, təsəvvür edin, ikisində sürücü azərbaycanlı çıxdı. =) Ümumiyyətlə, burada qayda pozanlara qarşı sosial qınaq var, onlar qanacaqsız, mədəniyyətsiz kimi qəbul edilir. Əfsuslar olsun, amma bizdə bunun tam əksidir — qayda pozmaq “bomba oğlan”-lıq sayılır. Günah bizim özünü ifadə etmə və cılızlıq kompleksimizdədir.
Dubai-da sərnişin daşıma sistemi də mükəmməl təşkil olunub. Avtobusun sərnişinin istəyi ilə harda gəldi saxlaması fantastik olay kimi görünür. Burada avtobusların dayanması üçün xüsusi ayrılmış dayanacaqlar var və bu dayancaqların sayəsində sərnişin götürən avtobuslar heç bir halda yol ilə hərəkət edən digər avtomobillərin gedişatına maneə olmur. Bizdə 3 sıra dayanıb bütün yolu tutan avtobus sürücülərinin (onlara sürücü demək olarsa) gözlərindən iraq…
Şəkildə — Əksər avtobus dayanacaqları kondisionerlə təhciz olunub.
Şəkildə — Taksilər bizdə biznes klas avtomobillər hesab edilən Toyota Camry və Hyundai Sonatadır.
Şəkildə — Azərbaycan taksi sürücülərinin arzusu — Dubai-da taksiyə minmək üçün bəzən növbəyə durmalı olursan.
Dubai metrosu baxımlı və müasirdir. 2 il ərzində ərəblər 30-dan (!) çox stansiya tikib, təhvil veriblər. Bax buna deyərəm analoqu olmayan inkişaf! Görəsən Tağı müəllimin bundan xəbəri var?! =)
Şəkillərdə — Dubai metrostansiyaları bir-birinə bənzəyir, amma buna baxmayaraq çox proqressiv və müasir görünüşləri var.
Şəkillərdə — həqiqi “analoqu olmayan” quruculuq işləri gecələr də davam edir.
Bu günlük bu qədər, davamı (davamları) mütləq olacaq. Bloqu izləyin. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Dubai. Azərbaycan gəncinin qeydləri…
Dünən Minsk metrosunda partlayış baş verdi. Özü də Lukaşenkonun düz rezidensiyasının yanında. Adət üzrə hər şeyi yıxdılar terroristlərin, qərbin üstünə. Maraqlıdır, həqiqətən bu olayda terroristlər və “onları maliyyələşdirən” qərbin əli var?! Fikrimcə yox. Dünənki olay açıq-aydın iyrənc siyasi qambit nümunəsi idi — insanlar qurban verildi, nəticədə rejim daha da bərkidi və siyasi bonus qazandı. Bu hadisə lap 11 sentyabr olaylarını xatırlatdı. O vaxt 11 sentyabr hadisəsi Corc Buşa su və hava kimi lazım idisə, bu partlayış da Avropanın son diktatoru üçün həyati məna kəsb edir.
Məqsəd — “ərəb” ssenarisindən qorxuya düşən rejim cəmiyyətə çatdırmaq istəyir ki, bəs Lukaşenko getdi — Belorus qarışacaq. Bundan əlavə bonuslar da əldə edildi — indi müxalifətçiləri terrorda günahlandırıb daha asan zindanlara atmaq olacaq və yaxud polis rejiminin daha da ifratlaşmasına bahanə var. Nəsə. Günahsız insan həyatından öz çirkin siyasi oyunları üçün istifadə edənlərə ar olsun!
Video görüntülərə görə Aslana təşəkkürlər.
Mövzuya dair forumda müzakirələr ↓
Minskdə metro partladıldı
Misirdə möhtəşəm xalq inqilabının, Mübarəkin insanlığa yaraşmayan qəddarlığının və şərəfsizliyinin görüntüləri fonunda ümumiyyətlə son 3-4 ay ərzində baş verən olaylara fikrimi bildirmək istəyirəm. Axı nə oldu ki, dünya birdən-birə qarışdı?! 30-40 il qəddarlıq və özbaşnalığa dözmüş xalq necə oldu ki, birdən-birə küçələrə çıxdı?! Bəli, sosial ayrıseçkilik, rüşvətxorluq və diktaturanın hökm sürməsindən xalq artıq cana doymuşdu — bununla tam razıyam. Amma xalqın, kütlənin küçələrə axışması və özünü düşünülmüş şəkildə aparıb, ağıllı kütlə kimi göstərməsi (məsələn, dünən Misir inqilabçıları küçələri təmizləyirdilər ki, özlərini idarə olunan kütlə kimi göstərsinlər — bu isə amerika sayağı klassik bir PR addımdır) onu deməyə əsas verir ki, kütləni idarə edənlər heç də Misirdə yerləşmirlər.
4-5 ay bundan öncə Wikileaks-ı ortaya atan ABŞ administrasiyası əslində yeni dəyişikliklər barədə hər kəsə işarə verdi, bunun haqda yazmışdım. Daha sonra Sudanı 2 yerə böldülər (buna hələ qayıdacam). Sonra Tunis, indi isə Misir. Tunis hadisələrində də bir başa qərbin əli var idi, onlar bir tərəfdən xalqı, digər tərəfdən isə Ben Alini dəstəkləyirdilər, hətta Fransız nazir ölkədə ixtişaşların baş verdiyi vaxt ona tərif yağdırmaqdan belə çəkinmirdi. Buna deyirlər — tutar qatıq, tutmaz ayran. Hər iki tərəfə dəstək verib, hansısa güzəştlər əldə etmək — biri qalib olduqda ondan bu güzəştləri tələb etmək. Qərb siyasəti çox mürəkkəbdir. Eyni olayları indi biz Misirdə də müşahidə edirik — Mübərək yüzlərlə cavanı qanına qəltan edib, hər zaman digər dövlətin işlərinə qarışmamaq prinsipini əlində bayraq edən Obama isə işə qarışaraq ikili söhbət aparır — həm Hüsnünü dəstəkləyir, həm də islahatlar (oxu ABŞ üçün güzəştlər) istəyir. Çox güman ki, inadkar eşşəyi xatırladan Mübarək tezliklə rədd olacaq, amma bu olayların heç də sonu deyil. Tezliklə bu tip ixtişaşlar digər dövlətlərə və regionlara keçəcək. Fikrimcə ABŞ administrasiyasının bu hər tərəfli düşünülmüş qlobal planı hələlik ərəb dövlətlərini əhatə edəcək. Sudan, Tunis, Misir. Növbədə Livan və ya İordaniya ola bilər.
Söz verdiyim kimi Sudan məsələsinə qayıdıram. Bu ən böyük (Afrikadakı ərazisinə görə) ərəb dövlətini qərb süni şəkildə dağıtdı. Bir kadr post edirəm — baxın, görün insanları bir-birlərinə lənət olmuş qərb missionerləri necə düşmən edirlər.
PS. Nursultan hələ indi 20-ci ilə kimi özünü prezident kimi təstiqlətdirir. Bədbəxt insan. :s:
PS2. Bu gün həmvətənimiz Mübarəkin gülləsinə tuş gəlib. Allah rəhmət eləsin!
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual