Deyəsən, son 2-3 gündə ANS-in “Xəbərçi” verilişi ilə Dilarənin “Çal-çağır”-ı yerlərini dəyişik salıblar. ANS-i nə vaxt açıram — Oksana Rəsulovanın 1-ci əri belə getdi, Oksana Rəsulovanın 2-ci əri helə etdi … Bəli, bu kimi primitiv mənəviyyatsızlıq.
Maraqlıdır, dəqiq, vicdanlı və qərəzsiz kəlmələrinə analoqu olmayan tərzdə iddialı bir kanal nədən ortastatistik bir rəqqasənin şəxsi həyatını psevdopatriotluqla başını aldatdığı xalq qarşısında qabardıb, günün əsas xəbərləri sırasında verir?! Ölkədə baş verən minlərlə olaylar diqqətsiz qaldığı halda, bu mənasızlığa bu kimi diqqətin səbəbi görəsən nədir belə?!
Bu olayın 3 səbəbi ola bilər:
1. Oksana Rəsulova ilə ANS-in arasında konkret şəxsi qərəzlilik var;
2. Bu həmçinin ölkədə gərginləşməkdə olan ictimai-siyasi abu havanı səngitmək, kütlənin diqqətini sönməkdə olan şou-biznesə yönəltmək üçün addım ola bilər;
3. Bu elə Oksana Rəsulova tərəfindən sifariş edilmiş PR kampaniya da ola bilər. Unutmaq lazım deyil ki, qara PR-ın özü ən böyük təbliğatdır. Bütün şou əhli ilk olaraq kütlənin diqqətini qazanmaq üçün bu kimi iyrənc qalmaqallara əl atır.
Amma istənilən halda yüksək dəyərləri əlində bayraq edən bir kanala bu kimi ucuz intriqaları heç yaraşdırmadım. Nəsə. Düzünü zaman göstərəcək. Allah köməyimiz olsun! Mövzuya dair forumda müzakirələr ↓ Dəqiq, vicdanlı və qərəzsiz Oksana Rəsulovaya qarşı
Parlament seçkiləri Mirşahinin gözü ilə — Dövləti seçim. Deyirəm, Yasamal seçki dairəsindən qalib deputat, “Sitatın sonu” layihəsinin əvəzolunmaz aparıcısı Etibar Hüseynov bunun yanında yalan oldu.
Çox yazmaqda məna görmürəm. Birdəfəlik baxmaq daha yaxşıdır.
Seçkilər Mirşahin bəyin prizmasından… :s:
Video-ları sevərək RİP etdiyi üçün Müntəzirə minnətdarlığımızı bildirməyi unutmuruq. Mövzuya dair forumda müzakirələr ↓ ANS vs. Eynulla Fətullayev
ANS Liderin çörəyini aldıqdan sonra, indi də deyəsən ATV-nin bazarına göz dikib. Bu yaxınlara işıq üzü görən “Dəyərlər” adlı proqram bunu deməyə əsas verir.
Xalqın problemlərini işıqlandırmağa çalışan və bu sıradan yeganə obyektiv (digərlərinə nisbətdə) proqram olan “İç xəbər” və günün kriminal xronikasından sonra efirə çıxan yeni verlişlərinin adı — Dəyərlərdir. Proqram qərəzsiz və vicdanlı bir kanal üçün nə qədər banal olsada bütünlüklə “şadlıq evləri” və “quş qonduların” reklamına həsr olunur. Başa düşürəm, pul lazımdı, buda reklamın bir növüdür. Amma verlişi heç olmaya səviyyəli şəkildə hazırlamaq olardı.
Aparıcı xanım da verlişin formatına heç uyğun gəlmir — nə xarici görünüşü, nədə aparıcılıq qabiliyyəti. Şadlıq evlərini əsən səslə elə-bil hansısa robot təsvir edib tərifləyir. Bəzən də elə gəlir ki, xanım qız verliş aparmağa yox, “moda” göstərməyə çıxıb.
Bu günlərdə lap az qala ölmüşəm gülməkdən… Tural şadlıq evinin reklamı gedirdi. Sonda xanım qız belə deyir “Hələ bizim veb saytımızda var! 3 dablyu, nöqtə turalrestorankafe nöqtə kom!” =)) Belə alınır — www.turalrestorankafe.com. Əhsən. Deyirəm Azərbaycanın tanınmış domen alverçisi Rəşad Əliyev nə əcəb bu domeni göz altı etməyib?
Nəsə. “Qərəzsiz” axır vaxtlar nəsə yaman axsayır. Allah özü axrını xeyir eləsin. Mövzuya dair forumda müzakirələr ↓ ANS-in dəyərsiz «Dəyərlər»-i. Resenziya
Lider telekanalı reytinq pozisiyasından geri çəkilməkdə davam edir. Demək olar ki, bütün göstəricilərə görə rəqiblərinə uduzan telekanalın tamaşaçıları artıq əllə sayılasıdır. Elə bu səbəbdəndə, o artıq “rupor” rolunu oynamır.
Bir tərəfdəndə bu ANS… ANS-in Lider-də Etibar Hüseynovun apardığı “Sitatın sonu” verlişinin formatında yeni bir verlişi efirə buraxması şəxsən mənim üçün gözlənilən oldu. “Rupor” artıq Lider yox, ANS-dir.
Söhbət “Bədbaxt adam — Eynulla Fətullayev”-dən gedir. Hörmətli Mirşahinin Etibar Hüseynovun ayaqqabılarını geyinib onun yerişini yeriməsi çox gülünc görünürdü.
Məqsəd Eynullanı qaralamaq olsada, hörmətli Mirşahin açıq-aydın xalqın gözü qarşısında özünü alçaltdı. Axı nəyə görə? Məncə istənilən halda buna dəyməzdi.
Çünki elə filmdə adı çəkilən Anar müəllimində qeyd etdiyi kimi, jurnalist fəaliyyətinə görə onsuzda azadlıqdan məhrum olan bir kimsəni ayaqlamazlar. Qoy çıxsın azadlığa, onda bu meydan, buda şeytan.
Bəli, Eynullanın səhvləri var, özüdə böyük səhvləri… Amma bu verlişlə Mirşahin millətin təfəkkürünə, xüsusəndə gənclərə əks təsir etdi. İndi Eynulla onlar üçün azadlıq rəmzi, haqq sözüdü…
Yoxsa hörmətli Mirşahin Etibar Hüseynovun çörəyinə bais olmaq fikrindədi?!
Filmi izləməyənlər Youtube vasitəsilə izləyə bilərlər: