Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Analoqu olmayan siyasi polemika

Azərbaycan siyasi arenasında bu saat analoqu olmayan bir polemikanın şahidiyik. Polemikanın tərəfləri — Ana Vətən Partiyasının sədri Fəzail bəy Ağamalı və Azərbaycanın ilk prezidentinin sözcüsü rolunu yerinə yetirən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadədir. Hər ikisinin şəxsiyyəti, siyasi fəaliyyət və baxışlarını kənara qoyub, bu qalmaqallı polemikaya nəzər yetirək. Qalmaqal isə Eks-prezidentlərin və onların ailə üzvlərinin statusunu müəyyən edəcək qanun layihəsinin Milli Məclisdə müzakirələri ilə bağlı məlumatlar yayılandan sonra baş verib. Belə ki, ilk zərbəni yetirən Fəzail bəy, daha sonra Araz bəydən cavab zərbəsi alıb.

 Xronologiya:
1. Fəzail bəy qanunun eks-prezident Ayaz Mütəllibova şamil olunmasına qarşı çıxıb. Sitat — Hamıya bəllidir ki, indiki Azərbaycan dövləti Azərbaycan Sovet Sosialist Respublikasının varisi deyil və onun nə atributlarını, nə idarəetmə sistemini, nə də digər sahələrini özündə ehtiva edir. Ona görə bu qanun Ayaz Mütəllibova şamil oluna bilməz.
2. Buna cavab olaraq Araz bəy Əlizadə daha kəskin olub. Sitat — Qanun qəbul olunandan sonra məsləhət görərdim ki, Fəzail Ağamalı gedib su içsin. Milli Məclisin tualetlərində su yaxşı və keyfiyyətlidir. İnanmıram ki, kimsə Fəzail Ağamalının dediklərinə ciddi yanaşsın. Onun sözlərində hər hansı məntiq axtaran varsa, ona yazığım gəlir. Heç bir şüurlu adam Fəzail Ağamalının sözlərində məntiq tapmaz. Fəzail Ağamalının sərgilədiyi mövqe ondan ibarətdir ki, o, Roma papasından daha çox katolik olmaq istəyir.
3. Daha sonra estafeti yenidən Fəzail bəy götürüb. Sitat — Mən həm millət vəkili, həm də vətəndaş kimi istənilən məsələ barədə söz demək hüququna malikəm. Millət vəkili kimi mən hansısa məsələ barədə mətbuatda, tədbirlərdə sərbəst fikir söyləyə bilərəm. Mən hansısa məsələyə münasibət bildirərkən, fikir söyləyərkən təhqiramiz ifadələr işlətmirəm. Amma Araz Əlizadə mənim fikirlərimə münasibət bildirərkən tərbiyəsinə uyğun ifadələr işlətməkdən çəkinməyib. Bu ifadələr onun tərbiyəsinin göstəricisidir. Görünür, onun mayalanması tualetdən başlayıb və bu ifadə onun təhtəlşüurunda yer alıb. Ona görə də yeri gəldi-gəlmədi bu ifadəni işlədir.
4. Araz bəyin əks zərbəsini Səməd Vurğunun şeri ilə başlayıb. Sitat — Mayan turş ayrandır, zatın qırıqdır. İlandan, əqrəbdən yar ola bilməz. Bu, mənim ona cavabımdır. Ondan fərqli olaraq hər kəlməmin mənasını və qiymətini dərk edirəm. O, müsahibəmdə bir tərbiyəsiz söz tapsa və məni məhkəməyə verməsə, ata-anasından bixəbərdir.
Sözsüz. =)
Mövzuya dair forumda müzakirələr ↓
Analoqu olmayan siyasi polemika

Reqionlarımızda "Pulsuz ev" sindromu…

Bu günlərdə aprel-may aylarında Kür-Arazın tüğyan etdiyi bölgələrdə oldum. Hökumət ziyan çəkmiş evlərlə yanaşı, rayonlarda olan bütün kərpic tikililər (yaşayış evləri) əvəzinə qoşa daşdan pulsuz olaraq gözəl evlər tikir.
Diqqət yetirdinizsə, qeyd etdim — pulsuz! Həqiqətən FHN nəzarəti altında bu evlər qeyri şərtsiz və Azərbaycan sayağı “hörmətdən” uzaq, tam PULSUZ olaraq tikilir. Elə problemdə bundan başlayır. Kütlənin acgözlüyü işə düşür. İndi rayonlarda millət təcili olaraq kərpicdən necə gəldi evlər tikir ki, FHN gəlib yenisini daşdan tiksin. =)
Pulsuz ev!
Rayonlardakı bəzi “hörmətli” insanlarda bu acgözlükdən yan keçməyiblər — pulsuz evdən kim imtina edər ki?! Belə ki, rayonlardan birinin sayılan-seçilən baş həkimlərindən biri xəbəri eşidib-eşitməz təcili olaraq həyətindəki uçmuş kərpic tövləni ev formasına salıb, orada yaşamağa başlayıb, bəs gəlin baxın (FHN-ə müraciyyətdə), mənimdə evim uçub. Müfəttişlər bu hörmətli adamın sözlərinə inanıb, üçmuş tövlənin əvəzinə ona 4 otaqlı “2 daş” ev tikib, təhvil vermək istəyirlərmiş ki, Bakıdan tikililəri yoxlamaq üçün komissiya göndərilib. Gələn komissiya “hörmətli” həkimin iftirasının üstünü həmən açıb. Suala — həyətindəki ona məxsus və 2-3 il bundan öncə tikilmiş 2 mərtəbəli dəb-dəbəli evi qoyub niyə tövlədə yaşayırdız sualına, həkim tutarlı cavab tapa bilməyib. O səbəbdən həkimin hökümətdən pulsuz qoparacağı 4 otaqlı ev xülya olaraq qalıb — ev verilib ekskavatorların altına, özüdə məhkəməyə. =)
Eşitdiyimə görə 80-dən çox evi bu aqibət gözləyir.  Əhsən bizim xalq.
Mövzuya dair forumda müzakirələr ↓
Reqionlarımızda «Pulsuz ev» sindromu…

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

Shukurzade & Company

City Brand

FOX.AZ

Euronet Telecom

SMSim.az

Azercell Game Center

Islamic Network

Maps Project

Imishli.com

İzləmə sistemləri

RSS və ya Atom