Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Qarabağ. Dalan yoxsa həll yolu?!

Son günlər başım biraz qarışıq idi. Nəhayət kompüterə əlim çatdı. Təki başımız İnşallah xeyir işlərə qarışsın. Söz verdiyim kimi, ATƏT-in son sammiti və Qarabağ problemi ilə bağlı fikirlərimlə qısa olaraq bölüşürəm.
Artıq bir çoxlarımızın xəbər tutduğu kimi, ATƏT-in bu günlərdə Qazaxıstan paytaxtı Astanada növbəti sammiti keçirildi. Bu sammitə böyük ümidlər olsa da, Rusiyanın potronajı altında hərəkət edən Ermənistanın və yekun bəyannamə zamanı elə Rusiyanın özünün də cığallıq etməsi bütün bu ümidləri puç etdi. Rusiya bir daha təsdiq etdi ki, o bizə sərf edən istənilən addımın atılmasına heç vaxt imkan verməyəcək. Bununla Rusiyanın xarici siyasətində korektələr edilməsinə dair səslənən fikir və mülahizələr havaya sovruldu. Biz bir daha Rusiyanın əsl simasını gördük.

Bəs belə olan halda nə etməliyik? Öz subyektiv fikirlərimlə bölüşəcəm:
Fikrimcə, ilk öncə proseslər ölkənin daxilindən başlamalıdır. Bütün post-sovet ölkələrinin bəlası — korrupsiya ilə mübarizə yeni, aktual fazaya keçməlidir. Bir sıra orqanların fəaliyyəti xalq üçün şəffaflaşdırılmalıdır, hakimiyyət və xalq arasında bağlılıq daha da gücləndirilməlidir. Müxalif yönümlü söz sahiblərinə də yer verilməlidir ki, onlar da öz sözlərini deyə bilsinlər. Çünki onlara söz vermədikdə, arzuolunmaz aqressiya yaranır və bu da kütləyə təsirsiz ötüşmür. Qanunun aliliyini təmin etmək üçün, əlbət ki, müharibə dövrünü yaşayan bir ölkə üçün mütləq diktatın da olması labüddür.
Daha sonra türk silahlı qüvvələrinin Azərbaycana keçidini təmin etməliyik. Ən azından 3 alay. Bəli, bizim ordumuz kifayyət qədər qüdrətlidir, amma müharibə olduğu halda, şimal və cənub bölgələrimizdəki aktivləşəcək bir neçə separatist fikir daşıyıcılarının neytrallaşdırmasını, həmçinin fürsətdən istifadə edən Rusiya və İranın Azərbaycana soxulmasının qarşısını yalnız Türk ordusunn “xofu” ala bilər. Bütün bunları nəzərə alaraq bu alayların birini cənub bölgələrimizdə, birini şimal zonada, digərini isə birbaşa ermənilərlə təmas xəttində yerləşdirmək olar. Türk ordusu bizə yalnız aqressor və separatçıları saxlamaq üçün lazımdır. Öz ordumuz isə asanlıqla Qarabağı ermənilərdən təmizləyə bilər. Lap Zəngəzuru və Ermənistanın indiki bölgələrinin bir neçəsini də ələ keçirmək olar — bufer zonası yaradıb, indiki erməni siyasətini elə özlərinə qarşı tətbiq etmək mümkündür.
Bütün bunları reallaşdırmağa bizim cəmi 5-7 ilimiz var. Çünki 2016-cı və 2018-ci illərdə Rusiyada müvafiq olaraq Beynəlxalq Olimpiya oyunları və Futbol üzrə Dünya Çempionatı keçiriləcək. Belə olan halda Rusiya Ermənistana görə milliardlarla sərmayəni boşuna verib müharibəyə qoşulmağa risk etməz. Yəqin o vaxta kimi İran problemi də həll olunar. Düzünü zaman göstərəcək.
Bu qədər. Bu mənim subyektiv fikirlərim idi. Razı deyilsinizsə, xahiş edirəm əsaslandırın. Yoxsa yazı yazmaq xatirinə yazılan rəylər pozulacaq.
Mövzuya dair forumda müzakirələr ↓
Qarabağ. Dalan yoxsa həll yolu?!

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom