Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

NASA Qara Çuxurun (черная дыра) real şəklini çəkdi

ABŞ Aerokosmik Agentliyi NASA keçirdiyi çoxsaylı eksperiment və tədqiqatların nəticəsində bəşəriyyətin ən böyük sirrlərindən olan Qara Çuxurun (mən də deyirəm bu Qaraçuxur qəsəbəsinin adı haradan götürülüb, kiminsə gözəl ironik yumor hissi var :lol:) kompüter modelini yüksək dəqiqliklə yarada bilib.

Ən son və dəqiq hesablamalar nəticəsində yaranan bu model Qara Çuxurun (qəsəbə yox ha) nə qədər qorxulu olduğunu təsdiqləyir. Əvvəlcə gəlin görək Qara Çuxura dair Wikipedia nə deyir:

Qara çuxur (sözü ilk dəfə 1968 ildə Amerika astronomu Con Uiller tətbiq etmişdir) ümumi nisbilik nəzəriyyəsinə görə hər hansı cisim güclü sıxılarkən yaranan obyekt. Bu zaman cazibə sahəsi o qədər güclü olur ki, işığı, ümumiyyətlə şüalanmanı və ya hissəcikləri buraxmır. Cisim bütün istiqamətlərdə qravitasiya radiusundan kiçik ölçüyədək sıxıldıqda qara çuxur yaranır. Qara çuxurun (hansı cisimdən yaranmasından asılı olmayaraq) xarici qravitasiya sahəsi kütlə, hərəkət miqdarı momenti və elektrik yükü ilə təyin edilir. Qara çuxurun ətrafında – güclü qravitasiya sahəsində fəzanın həndəsəsi qeyri-Evklid həndəsəsidir, zaman isə belə cazibə sahəsi olmayan yerə nisbətən yavaşıyır. Qara çuxur hərəkət miqdarı anına malikdirsə, onun yaxınlığındakı bütün cisimlər qara çuxur ətrafına fırlanma hərəkətinə cəlb edilmiş olur. Maddə və şüa qara çuxura ancaq daxil ola bilər, oradan isə çıxa bilməz. Kənar müşahidəçi qara çuxura düşən maddədə nə baş verdiyini heç vaxt bilmir.

Hə, biraz qəliz oldu. Deməli alimlər demək istəyirlər ki, “Qara Çuxur” qravitasiya, zaman və materiyanın olmadığı bir məkandır. Absulut sıfır. Ən qorxulusu isə ətrafdakı istənilən materiyanı (Ulduzlar, planetlər, meteoritlər və s.) və hətta ən kiçik hissəcikləri — protonları belə özünə çəkib məhv etməsidir. Bir vaxtlar hesab olunurdu ki, əgər materiya işıq sürəti ilə hərəkət eləsə, Qara Çuxurun cazibə qüvvəsinə qalib gələ bilər. Amma son müşahidələr onu göstərir ki, bu vahiməli Çuxurdan işıq sürəti ilə hərəkət edən fotonlar belə xilas ola bilmirlər.
Qara Çuxurun yüksək keyfiyyətli şəklinə NASA-nın saytında baxmaq olar. Buda link — http://apod.nasa.gov/apod/image/1012/bhlens_riazuelo_big.jpg

NASA-da səhifə — http://apod.nasa.gov/apod/ap101207.html

Allah bizi mərdimazardan qorusun.
Mövzuya dair forumda müzakirələr ↓
Kosmik möcüzələr. Astronomiya

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom