Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

5-ci nəsil. Grandeur!

Bu gün yolum Hyundai Servisə düşmüşdü. Təsadüfən yeni Grandeuru gördüm — Möhtəşəm. Həm xarici görünüşdən — eksteryerdən, həm də daxildən — interyerdən super! Hələ də təəssürat altındayam. Yeni arzum peyda oldu. =)
Reklam çarxına da söz ola bilməz:

Qısa variant:

Mövzuya dair forumda müzakirələr ↓
Hyundai yeni Grandeur-u təqdim etdi!

Tərifli SOCAR benzini və ya növbəti reallıq…

Bütün Respublika üzrə SOCAR yanacaq doldurma stansiyaları işə düşər-düşməz avtomobil sahibləri çox sevindi. Hər kəs kimi mən də elə bildim ki, keyfiyyətli benzin standartları nəhayət ki, bizim üçün də əl çatası olacaq. Stansiyaların açılışının ilk günlərindən avtomobilə yalnız SOCAR brendi altında benzini vurmağa başladım. Dəqiq — Aİ 93. Gözəl. Maşında hiss olunacaq dərəcədə sürət artımı, rahatlıq hiss olunmağa başladı. Artıq 3-cü ay idi ki, SOCAR benzinindən istifadə edirdim. Və… Başladı. İlk öncə avtomobildə öz-özünə əsmələr peyda oldu. Daha sonra bu əsmələr daha da inkişaf edərək “parking”-də durduğum zaman da özünü bildirməyə başladı. Getdikcə əsmə problemi daha da artdı. Servisə müraciət etməli oldum. Benzinin zibil olmasını deyib, maşının “sveçalarını” dəyişdilər. Amma mən yenə də SOCAR benzininə sadiq idim. “Sveçaların” yenisi ilə dəyişilməsinə baxmayaraq, maşın yenə əsirdi. Servisdə bu dəfə benzinin “karburator”-u sıradan çıxardığını dedilər. Kömək etmədi. Səbəbini yaxın dostlardan öyrənməyə çalışdım — hər kəsin sualı bu oldu — benzini SOCAR-dan vurursan? Dedim hə, dedilər səbəb elə budur. Sən demə mən fil qulağında yatmışam — artıq hər kəs SOCAR benzinin necə “keyfiyyətli” olmasını hiss edib. Özü də maraqlısı odur ki, hər kəsdə bu simptomlar ilk olaraq maşında əsmə ilə başlayıb, “sveça” və “karbüratorun” dəyişdirilməsi ilə bitir. Daha doğrusu adət üzrə əksəriyyət “karburatorun” dəyişilməsinə kimi SOCAR-dan istifadə edir, ondan sonra isə o tip benzinə yaxın durmurlar. Dursaydılar, kim bilir “keyfiyyətli” benzin daha hansı fəsadlara gətirib çıxarardı.

Uzun sözün qısası, benzini dəyişdim. İndi hiss olunacaq qədər irəlləyiş var. Onu da qeyd edim ki, əvvəllər SOCAR yanacaq doldurma stansiyalarında maşın əlindən tərpənməli deyildisə, indi maşın sayı əllə sayılasıdır. SOCAR bir anda yerli müştərisinin ümidlərini, ona olan etimadı puç etdi. Axı niyə? Məgər əsl keyfiyyətli benzin təqdim etmək bu qədər çətindir?!
Mövzuya dair forumda müzakirələr ↓
SOCAR yoxsa AZPETROL?!

Təhlükəsizlik kəməri. "Zapodlo" yoxsa zərurət?!

Biz Azərbaycanlılar fərqliyik. Bu fəqliyimiz bizim “analoqu olmayan” mentalitetdə, dünya görüşümüz və hadisələrə unikal baxışlarımızda öz əksini tapır. Maraqlı xüsusiyyətlərimiz çoxdur. Məsələn, bütün dünya car çəkib təhlükəsizlik kəmərindən istifadəni məsləhət gördüyü halda, Azərbaycanlı sürücülər bunu qətiyyətlə etmirlər — çünki bu “zapodlo”-dur. “Əşi, filankəs görər, sonra bəs deməz ki, o nədi 10 manat cəriməyə görə özünü bürümüsən… Ayıbdır. Adımız var, sanımız var. Kəmər bizlik deyil.”
Belə bir hadisə real həyatda da baş verib. Deyilənə görə bir qaqaşı rəşadətli yol polislərimiz saxlayıb, onun kəmər vurduğunu görəndə deyiblər — ayə yekə kişisən, 10 manat cərimə ödəyəcəksən deyə bu nədi dolamısan özünə. Bəlkə elə ona görə də bərk gedən qaqaşlar, ümumiyyətlə sürücülərin əksəriyyəti (deyərdim 99%-i) avtomobil sürərkən heç bir halda kəmər vurmurlar. Kimisi bunu kəmərə öyrəşmədiyinə görə etdiyini deyir, kimisi guya kəməri taxarkən ürəyi sıxıldığını bəhanə gətirir, amma əsl səbəb — sosial qınaqdır, kiminsə bunu söz etməsindən qorxmaqdır. Bir şey unudulur — bu təhlükəsizlik kəməri məhz TƏHLÜKƏSİZLİK kəməridir, cərimə verməmək üçün vasitə deyil. Bu ilk öncə sürücünün, sərnişinlərin həyatını gözlənilməz hadisədən qorumaq üçün nəzərdə tutulub, polislərin yanından rahat ötüb-keçmək üçün deyil. Axı həyat bizə bir dəfə verilir, onunla niyə kiminsə sözünə görə risk edək? Axı səhər bir hadisə olsa, bu sizə olacaq, kəmər taxmağı söz edən Gülməmmədə deyil…
Təhlükəsizlik kəmərindən istifadə edilməməsinin digər səbəbi də post-sovet ölkələrinə xas — ifrat pofiqizmdir. İnsanların öz həyatlarına, təhlükəsizliklərinə biganəliyi.
Təhlükəsizlik kəmərlərinizi mütləq taxın. Həyatınıza qarşı biganə olmayın.
Sonda çox təsir edici bir video çarxa baxmağa dəvət edirəm. Siz yalnız özünüz üçün yaşamırsınız, bunu unutmayın!
Allah bizi qorusun!
Çarxa mütləq səslə baxın. Onda daha təsir edici olur.

Mövzuya dair forumda müzakirələr ↓
Təhlükəsizlik kəməri sizin üçün nədir?

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom