Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

Windows Phone 7 efirdə!

Çoxdandır ki, anons edilən Windows Phone 7-i nəhayət ki, bu gün rəsmi olaraq anons edildi. Mobil telefon istehsalçıları da həmən öz modellərini göstərdilər.
İlk olaraq səs LG-dən gəldi. LG Optimus 7 adlı yeni qadjet “touch-screen” ekranlı (resolution 800×480 px), 5 megapikselli HD çəkilişi aparmağı bacaran kameraya malik, 16GB daxili yaddaşlı və Wi-Fi dəstəkli bir mobil telefondur.

Daha sonra xəbər LG-nin yerlisi Samsungdan çıxdı — Samsung Omnia 7 (GT-I8700). Çox gözəl xarici görünüşü var.
Samsung-un özüdə Super AMOLED tipli ekranı olacaq. Amma ekranda LG-dən güclü olsa da, yaddaş sarıdan uduzur — 8 GB. Digər xüsusiyyətləri LG ilə demək olar ki, eynidir.


Ən sonda isə HTC söz aldı. Microsoft-un HTC-nin səhmlərinin bir qisminin sahibi olması özünü göstərdi — Samsung və LG hərəyə bir telefon təqdim etdilərsə, HTC düz 5 telefon təqdim etdi. Özü də yeni seriya altında. Telefonların xarakteristikaları rəqiblərə oxşardır — bütün telefonlar 5 meqa-piksellik kamera (Bircə HTC 7 Mozart modeli 8 meqa-piksellik kamera ilə) və 1 GHz-lik Qualcomm prosessoru ilə təchiz olunur.

Hər model bir seqment üçün nəzərdə tutulub.
HTC 7 Trophy — ən sadə model. Standart funksiyalar ilə.


HTC 7 Mozart — əsas üstünlüyü kameradır. Özü də ksenon işıqla.


HTC 7 Surround — slayder tipli bu telefon gözəl akustik xüsusiyyətlərə malikdir.

HTC HD 7 — əsasən video-ya baxmaq üçün nəzərdə tutulur. Hələ açılan ayaqcıqları da var — olur kiçik televizor. =)


HTC 7 Pro — QWERTY klaviaturalı telefondur. İş adamları üçün nəzərdə tutulur. Mini laptop.

Mövzuya dair forumda müzakirələr ↓
Gələcək Microsoft-la gələcək?! Windows Phone 7

Son bir həftədə baxdığım filmlər (№2). Resenziya

Ənənəvi rubrikanı davam edirəm. Zövqlər fərqlidir və hansı filmə baxmağa dəyər və ya dəyməz, hər kəs özü qərar versin. Qalan yazılar mənim öz şəxsi fikrilərimdir.

Без улик (Sans laisser de traces)
Fransuz filmidi. Psixoloji triller janrında çəkilib. Ssenari biraz çiy olsa da, aktyorların gözəl və təbii oyunu öz sözünü deyir. Filmdən ayrılmaq olmur, bir anda baxılır.
Filmin baş qəhramanı bir vaxtlar başqasının uğurlu formulunu oğurlayıb özünü zəngin birinə çevilən perspektivli bir biznesmendir. Özü də 3 həftədən sonra o böyük bir trans-milli şirkətin direktoru olacaq. Amma… onu vicdan əzabı boğur və dostunun təkidi ilə uğurlu formulun əsl yiyəsi ilə görüşüb ürəyini açır, yeni işinə görə xeyir dua almaq istəyir. Hər şey gözlənilən kimi alınmır — bir vaxt aldadılan insan onları çox aqressiv qarşılayır və nəticədə cinayət törədilir.
Bütün filmi danışmayacam. Özünüz baxsanız daha məsləhətdir. Gözəl filmdi.
Qiymətim 10 ballıq şkala ilə 9 bal olacaq. 1 xalı kəsməyimin səbəbi sonluğun biraz qarışıq, anlaşılan olmaması idi. Eləbil nəsə çatmır — bu da ssenaridəki boşluqlardan irəli gəlir.

Рыцарь дня (Knight and Day)

Komediya janrında çəkilmiş filmdir. Triller elementləri də var. Həmişəki kimi Tom “supermen” rolundadı. Qarşısına çıxanı məhv edir. Ssenari adi və bezdirici olsa da, aktyorların gözəl oyunu sayəsində film baxımlı və rəngarəng alınıb.
Filmin qısa ssenarisi — guya “super batareyka” yaradılıb. Kiçik və tükənməyən bir batareyka bütün şəhəri enerji ilə təchiz edə bilər. Pis daydaylar da Tomdan o batareykanı almaq istəyirlər, amma nə faydası — Tom qabağına çıxan oğul gəzir. =) Deyirəm bu Tomdan 5-6-ı bizdə də olsaydı, göndərərdik Qarabağa, yarım saata torpaqlarımızı geri alıb gələrdi.
Filmə qiymətim 10 ballıq şkala ilə 6 bal.

Луна 2112 (Moon)
Fantastika janrında çəkilmiş bir filmdir. Deyərdim janrın klassikasıdır. Fantastikanı sevən birisi kimi, mənim həddən artıq xoşuma gəldi.
Filmdə demək olar ki, yalnız bir aktyor çəkilib və bütün film onun qısa həyatından bəhs edir. Qısaca danışım — Deməli 2112-ci ildi. Ayda yeni enerji mənbəyi tapılıb. Bu enerjini tapıb yerə göndərmək üçün bütün Ay boyunca xüsusi bir nəfərlik stansiyalar qurulub. Stansiyalarda insanlar tək-tək işləyirlər, 3 illik kontraktla. Bizim qəhraman da yerə qayıdacağı günü sayır, elə o an yaxınlaşanda bədbəxt bir hadisə baş verir — qəhramanımız qalır Ayın çöllüyündə. Amma sonradan məlum olur ki, bazada hər şey qaydasındadı və Sem (qəhramanın adıdır) iş başındadı… Nəsə, çox başınızı ağrıtmayım, məlum olur ki, yeni Sem köhnə Semin klonudur, amma köhnə Semin özü də daha köhnə Semin klonudur. Hələ Ayın şaxtasında anabioz yuxusuna getmiş minlərlə Semlər var. “Onları” evdə gözləyən arvad-uşaq da çoxdan ölüblər.
Çox maraqlı, mənalı və düşündürən bir filmdir. Məsləhətdi. 10 ballıq şkala ilə qiymətim 10+.

PS. Fantastika janrını sevməyənlər baxmasınlar, film adi gələ bilər.

Робин Гуд (Robin Hood)

Qladiator filminin rejissoru Ridley Scott-dan, bu filmdə də baş qəhraman rolunu oynayan Russell Crowe-dan çox şey gözləyirdim. Ən azından “Qladiator” səviyyəsində bir şey. Filmə baxdım. Heç nə. Tanıdığımız Robin Qudun balladasına aid olmayan hansısa bir qəhraman əfsanəsi. Əfsanəni özü də tarixi bir olay kimi qələmə verməyə çalışırlar. Robin Qud bu filmdə meşə quldurundan çevrilib olur cəsarətli və əsilzadə bir rıttsar (Azərbaycanca tərcüməsin əfsuslar olsun bilmirəm, yəqin ki, zadəgan). Filmə baxarkən bəzən elə gəlir ki, Robin Qud insan deyil — ya Supermenin əmisi oğludur, ya da ki, Batmanın ulu babası, bir sözlə bu Robin ölməzdir.
Hm… Ən hörmət etdiyim aktyorlardan biri Rasl Krou deyəsən qocalıb, onda “Qladiator”-dakı mükəmməl oyunu bu dəfə görmədim.
Bu filmdə də “Qladiator”-da olduğu kimi zəif xasiyyətli Kral var — İoan. Amma “Qladiator”-da imperator rolunu istedadlı Joaquin Phoenix oynayırdısa, burada bu rolu 2-ci səviyyəli bir aktyora tapşırıblar. Nəticədə aktyor rolu tamamilə batırır. Hələ onun gülünc qılınc oynatmasını demirəm. Ümumiyyətlə, filmdə çoxsaylı səhvlər gözdən yayınmır. Məsələn, fransızlar gəmilərdən sahilə enərkən, Kral onlara hücum edir — qılıncını insanlara vurmamış onlar yıxılırlar, birinin də guya belinə vurur — qan çıxmır, eləbil plasmas toxunur belinə. Çox gülünc görünür. =) Bu səviyyədə olan film üçün belə “nedoçetlar” yaraşmaz.
Tarixi filmlərdə day gözümüzü “mazol” edən Cate Blanchett də burdadır. Yaxşı oynayır, söz yox, amma tək Keytin oyunu ilə filmi xilas etmək olmaz.
Poni atları çapan uşaqları isə hansı “izvraşenets” fikirləşib, bilmirəm. Heç yeri yox idi. Nəsə. Qoca Ridli istəyirdi ən azından “Qladiator” səviyyəsində bir tarixi sənət əsəri yaratsın, amma rusların gözəl sözü var — Хотели как лучше, а получилось как всегда. Filmi bəyənmədim. Səviyyə baxımından bayaqdan sitat gətirdiyim “Qladiator”-un yaxınana belə düşmür. “Qladiator”, “Troy” kimi filmlər kinomotoqrafiyada inqilab edənlərdi, amma “Robin Hood” filmi sadəcə sıradan bir film olacaq.
10 ballıq şkala ilə qiymətim 4. Vaxtımı boş yerə sərf elədim. Tfu.

Остров проклятых (Shutter Island)
Əvvəlcə baxmağa tərəddüd edirdim. Filmin başlanğıcı maraqlı olmasa da, Leonardo Dikaprio-nun gözəl oyununu görəndə axıra kimi baxmağa qərarı verdim. Film psixoloji triller janrında çəkilib. Ürəyi zəif, hər şeyi özünə dərd edənlər baxmasınlar.
Filmdə söhbət 20-30-cu illərdən gedir. Dənizlə əhatə olunan adada yerləşən və ruhi xəstə canilər üçün nəzərdə tutulan bir türmədə bir cani yoxa çıxır. Cani sanki buxarlanıb — əl izləri belə yoxdur. İşi araşdırmaq üçün kontinentdən bir marşal (detektiv) dəvət edilir. Yanında da köməkçisi… Hadisələr bir göz qırpımında inkişaf edir. Nəticədə məlum olur ki, sözü gedən bu marşalın özü türmənin ən qorxulu canisidir… Gözəl filmdir. Aktyorların gözəl oyununu bir daha qeyd etmək istəyirəm.
10 ballıq şkala ilə qiymətim 10 bal.

22 пули: Бессмертный (L’immortel)
Kriminal dram janrında çəkilmiş bir filmdir. Özü də Jan Reno baş qəhraman kimi. Film heç xoşuma gəlmədi. Bu iki səbəbdən ola bilər — ya filmdə “Xaç Atası” trilogiyasına uğursuz plaqiat cəhdi var idi, ya da ki, film başdan-ayağa Renonun anormal ölməzliyi, onun tükənməyən gücü kimi boş-boş kadrlarla dolu idi. Mənasız triller sevənlər üçün bu film tapıntı olacaq.
10 ballıq şkala ilə qiymətim 4 bal. Mənə görə vaxt itkisi.
Mövzuya dair forumda müzakirələr ↓
Ən son izlədiyiniz film

Xəzər TV və ya təhrif edilmiş Azərbaycan türkcəsi

Etiraf etmək lazımdır ki, Xəzər TV efirə çıxar-çıxmaz Azərbaycan TV məkanında kiçik də olsa bir inqlab etdi. İndi aparıcılar efirdə jonqlorluq edir, xəbərlərin fonunda ən son xit mahnılara qulaq asa bilirik və nəhayət — sındırlmış, məhv edilmiş Azərbaycan dilinin şahidi oluruq.
Bir Azərbaycan vətəndaşı kimi çox narahatam — sözüm Xəzər TV-nin sonuncu “nailiyyəti” haqqındadır. Azərbaycan dili. Doğma dilimizin tarix boyu başına nələr gəlib, bir Allah bilir. Məzlum dilimiz indi də Xəzər TV tərəfindən təhrifə məruz qalır. Sözləri heç bir fonetik, qrammatik və s. qaydalara uyğun olmayan, Azərbaycan ədəbi dili bir yana, regionlarımız üçün də yad və naməlum ləhcə ilə verliş aparan bu aparıcılar görəsən hansı prinsip və bacarığa görə efirə buraxılır?! Ümumiyyətlə məndə bəzən elə təsəvvür yaranır ki, onlar öz qüsurlu ləhçələri ilə fəxr edirlər (yəqin qeyri-adi ləhçə ilə danışmaq Xəzər TV-də nüfuz sayılır), yeri gəldi gəlmədi onu işlədirlər. Amma bir şeyi unudurlar — bu ölkədə barmaqla sayılası televiziya kanalları var və onlar müvafiq olaraq əhali arasında maarifləndirici rol oynayırlar. Deməli ləhçə məsələsində daha məsuliyyətli və ehtiyyatlı olmalıdırlar.

Xəzər TV indi dil problemini görməz olub, öz ampluasında efirə çıxmaqda davam edir. Bəs aidiyyatı orqanlar niyə bu problemə reaksiya vermir?! Əgər ölkədə 50-60 kanal yayımlansaydı, onları anlamaq olardı, amma 6 kanaldan biri bu cür qüsurlu ləhçə ilə efirə proqramlar buraxırsa… Nəsə. Allah köməyimiz olsun!
Mövzuya dair forumda müzakirələr ↓
Xəzər TV və ya tərif edilmiş Azərbaycan türkcəsi

Azərbaycan. Son olaylar. Fikirlərim

Son bir həftə ərzində baş verən olaylara dair qisa fikirlərimlə bölüşürəm. Azərbaycan Beynəlxalq Universitetinin sorağı pik həddə çatdı — univeri bağladılar. Amma niyə bağlandı və indiyə kimi necə fəaliyyət göstərirdi sualını cavablayan olmadı. Minlərlə tələbə çölə atılır. Əsasəndə rüşvətlə ora düzələnlər. Əslində günah hər iki tərəfdədi — rüşvəti verəndə və alanda. Amma nədənsə univerin bağlanması ilə yalnız “verənlər” ziyan çəkir. Bəs alanlar? Eşitdiyimə görə bu işlə artıq hüquq mühavizə orqanları məşğul olurlar. Nəticəsini gözləyək. Allah cavanlara kömək olsun.
Prestij
Bağlanma demişkən, dedilər Delta telekom (Azərbaycanda İnternet qoşulmaları provayderlərə paylayan monopolist) İnternetə bağlanma (qoşulma) qiymətlərini endirdi. Sevindik. Amma sevincimiz çox çəkmədi. Elə o gündən İnternet bağlantılar çox bərdab günə düşüb. Provayderlərə zəng isə faydasızdır — hər biri günahın Delta telekomda olduğunu bildirir. Nəticədə qiymətlərin enməsini nəsə heç hiss etmədik, amma keyfiyyətin enməsinin lazımınca şahidi olduq.

Tikinti materiallarının qiymətləri
isə əksinə qalxıb. Niyə? Niyəsin heç kim bilmir. Amma bu onsuzda od qiymətinə olan evlərin dahada bahalaşmasına yol açacaq. Gənclərimiz deyəsən evsiz qaldı.

Medvedev Bakıya gəldi
. Özüdə milliardlarla dollarlıq silah satmaq (APA) təklifi ilə… Deyəsən ruslar lap yaxşı biznes qurublar, ermənini özləri silahlandırıb, bizidə silahlanmağa məcbur edirlər. Amma ermənilərdən fərqli olaraq, bizə hər şey pulla başa gəlir. Əhsən. Əsl yeni nəsil biznes budu elə.
2 gün bundan öncə möhtəşəm bayrağımızın möhtəşəm açılışı oldu. Bu gün küləkli hava olduğundan getdim şəkilin çəkməyə (küləkli havada bayraq gözəl görünür), amma bayrağı görmədim. Bayraq qeyb olub. Ola bilsin küləklə əlaqəlidi. ANS-dən elə bu saat öyrəndim — Lənkəranda camaata silahlı basqın olub. Deyəsən vəziyyət gərginləşir — keçən səfər Tərtər, bu gün Lənkaran. Bir arada Bakının tozlu küləyi zəhləmizi tökməkdə davam edir. Seyrə davam. (c) Bakcell.

iPhone4-də antena və ya süni yaradımış qara PR

Apple`in artıq canlı əfsanəyə çevrilmiş sub-brendi iPhone4 çıxar-çıxmaz qara PR-la üzləşdi. Deyilənə görə yeni telefonlarda antenanın şəbəkəni yaxşı görmə problemi var. Amma məncə bu Apple tərəfində yaxşı düşünülmüş gedişdir. Niyə?! Gəlin birlikdə niyələri sadalayaq.

  1. Əgər həqiqətəndə bu tip problem olsaydı, Stiv Cobs konfrans çağırmazdı (adətən bunu yeni texnoloji nailiyyətləri təqdim edəndə edir), sadəcə rəsmi saytda bu problemin mövcudluğu barədə yazılardı və onun həll edilmə yolları göstərilərdi. Konfrans çağırmaqla Apple guya təstiq etdi ki, onlar müştərilərə necə dəyər verir, hər bir mobil telefonda mövcud olan problemə belə həmən reaksiya verirlər.
  2. iPhone4 üçün antena problemi satışa təsir edəcək problem deyil — irəliyə gedən 100 minlərlə sifarişlər var.

Bəs nəticədə Apple nə əldə etdi? Nəticədə Apple guya super “customer-care” mövcudluğunu göstərdi və növbəti dəfə rəqiblərini qaralamaq üçün şans əldə etdi. Necə Stiv hər yeni Apple laptoplarının təqdimatında Sony Vaio`nu alçaldır, bu dəfə Apple əlinin altına Samsung, Blackberry, HTC və Nokia düşdü.
Aşağıdakı videolara tamaşa edin:
Apple iPhone4

Samsug Omnia II

Nokia N97

HTC Droid Eris

Blackberry Bold 9700

Onuda qeyd edim ki, sırağagün iPhone4-ü şəxsən test etmişəm.  Azərbaycan mobil şəbəkəsində (Azercell şəbəkəsində test edilib) antena ilə heç bir problem yoxdur.
Problem — microsimcard söhbətindədi, onuda məcbur olub adi simkartı qayçı ilə kəsib doğramaq lazımdı (ölkəmizdə heç bir operator hələlik microsimcard`ların dəstəkləmir), birdə qiyməti — 1600 manat (hardasa 1920 USD).
Mövzuya dair forumda müzakirələr ↓
iPhone4-də antena və ya süni yaradımış qara PR

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom