Hüsnünün inadkarlığı hərkəsi əldən saldı. Həftə sonudur, istirahət vaxtıdır. Ən yaxşı (yeni) Youtube çarxları ilə bölüşürəm.
Bu oyun çarxını (Guitar Hero 5) son ayların ən mırt çarxı kimi seçirəm. Düzdür biraz 18+ mövzuludu, amma ölmüşəm gülməkdən, mütləq baxın.
***
AXE çarxları hər zaman kreativliyi ilə seçilir. Bu dəfə də növbəti əsər yaradıblar.
***
Məhşur VolksWagen “juk” qayıdır. Əla çarx.
***
Apple yenə irəlidədir. Möhtəşəm çarx.
***
və sonda… Ruslardan gözəl və düşündürücü bir çarx… Siqaret çəkmək barəsində.
2010 bitdi. Hamı bu il haqda öz subyekt fikirləri ilə bölüşdü. Kimisi 2010-u söydü, kimisi təriflədi. Mənə görə 2010 ümumidə tanıtım ili oldu, insanları daha da yaxşı tanıdım, öyrəndim. İstirahət günləridir. Bu günlərdə yazmaq istəmirdim, amma Maşallah bloqun daimi oxucuları artıq zəng edib, SMS təbriklərində belə bloqu atmamağımı arzu edirlər. Bloq isə böyüyür. Gün ərzində istifadəçi sayı artıq 350 unikal İP-ni keçib. Bu hardasa 400-420 istifadəçi deməkdir. Oxucuların 96% Azərbaycandan girir. Azərbaycan reallıqlarını nəzərə alsaq, sırf bir insanın fikirlərindən ibarət və cəmi 5 ay fəaliyyət göstərən bir sayt üçün gözəl göstəricidir. Maşallah olsun. Nəsə. Bəsdi təriflədim, tərifləmək onsuz da mənə düşmür, odur ki, gəlin istirahət edək. 2010-cu ilin ən gözəl Youtube çarxlarını birgə seyr edək. Birinci yeri bir Conter-Strike həvəskarı kimi əlbətki aşağıdakı çarxa verirəm. Super.
***************************************** Bəs su damlasının bir neçə saniyəlik həyatının necə keçməsinin şahidi olmaq istəyirsiniz? Onda bu çarxa baxın:
***************************************** Dünya pikseldə. Gözəl 3D işi.
***************************************** Bu isə yuxarıdakı videonun daha real variantı. Uruqvaylı 3D mütəxəssisin yaradıcılığı.
***************************************** Lego və kinomatoqrafiyanın ən qanlı filmi. 😆
***************************************** 2010-cu ilin ən kreativ klipi:
***************************************** Doğrudan da analoqu olmayan avtomobil yarışları:
***************************************** Uşaqlığımızın ayrılmaz hissəsi — roqatka. Müasir roqatkalar necə olur? Gəlin baxaq. Mırt video. =)
***************************************** Və sonda… İnsan hər şeyə qadirdir (yaxşı mənada). Gəlin enerjimizi xeyirli və faydalı işlərə sərf edək, onun-bunun qeybətini qırıb, ayağının altını qazıb, işlərinə ziyan vurmayaq. Axı həyat gözəldir.
Biz Azərbaycanlılar fərqliyik. Bu fəqliyimiz bizim “analoqu olmayan” mentalitetdə, dünya görüşümüz və hadisələrə unikal baxışlarımızda öz əksini tapır. Maraqlı xüsusiyyətlərimiz çoxdur. Məsələn, bütün dünya car çəkib təhlükəsizlik kəmərindən istifadəni məsləhət gördüyü halda, Azərbaycanlı sürücülər bunu qətiyyətlə etmirlər — çünki bu “zapodlo”-dur. “Əşi, filankəs görər, sonra bəs deməz ki, o nədi 10 manat cəriməyə görə özünü bürümüsən… Ayıbdır. Adımız var, sanımız var. Kəmər bizlik deyil.”
Belə bir hadisə real həyatda da baş verib. Deyilənə görə bir qaqaşı rəşadətli yol polislərimiz saxlayıb, onun kəmər vurduğunu görəndə deyiblər — ayə yekə kişisən, 10 manat cərimə ödəyəcəksən deyə bu nədi dolamısan özünə. Bəlkə elə ona görə də bərk gedən qaqaşlar, ümumiyyətlə sürücülərin əksəriyyəti (deyərdim 99%-i) avtomobil sürərkən heç bir halda kəmər vurmurlar. Kimisi bunu kəmərə öyrəşmədiyinə görə etdiyini deyir, kimisi guya kəməri taxarkən ürəyi sıxıldığını bəhanə gətirir, amma əsl səbəb — sosial qınaqdır, kiminsə bunu söz etməsindən qorxmaqdır. Bir şey unudulur — bu təhlükəsizlik kəməri məhz TƏHLÜKƏSİZLİK kəməridir, cərimə verməmək üçün vasitə deyil. Bu ilk öncə sürücünün, sərnişinlərin həyatını gözlənilməz hadisədən qorumaq üçün nəzərdə tutulub, polislərin yanından rahat ötüb-keçmək üçün deyil. Axı həyat bizə bir dəfə verilir, onunla niyə kiminsə sözünə görə risk edək? Axı səhər bir hadisə olsa, bu sizə olacaq, kəmər taxmağı söz edən Gülməmmədə deyil…
Təhlükəsizlik kəmərindən istifadə edilməməsinin digər səbəbi də post-sovet ölkələrinə xas — ifrat pofiqizmdir. İnsanların öz həyatlarına, təhlükəsizliklərinə biganəliyi.
Təhlükəsizlik kəmərlərinizi mütləq taxın. Həyatınıza qarşı biganə olmayın.
Sonda çox təsir edici bir video çarxa baxmağa dəvət edirəm. Siz yalnız özünüz üçün yaşamırsınız, bunu unutmayın!
Allah bizi qorusun! Çarxa mütləq səslə baxın. Onda daha təsir edici olur.