Pərvin Şükürzadənin bloqu
Pərvin Şükürzadənin bloqu

"OK" jurnalı. Mədəni dilənçilik?! Fikirlərim

“Salam, məndən jurnal alarsınız? “OK” jurnalıdı. Alın da, xahiş edirəm. Çoxlu maraqlı yazılar var. Peşman olmazsınız. Verim? İstəyirsiniz baxın. Qiyməti də ucuzdur. Alın da…” Yəqin Siz də yanacaq doldurma məntəqələrimizdə bu tip müasir dilənçilik növünün şahidi olmusunuz.
Əlində 10-15 jurnal tutub, yanacaq doldurmaq üçün məntəqəyə gələn maşınların üstünə şığıyan bu yazıq qızları anlayıram — çox güman ki, onlar hər satdıqları jurnaldan müəyyən faiz alırlar. Jurnala söz yox, xarici görünüşü gözəl tərtib olunur, ola bilsin içində hələ maraqlı məqalələr, yazılar da olsun, lakin satışa bu cür yanaşma şəxsən məndə bu jurnala həmən antipatiya yaradır — “yəqin bu bir səviyyəsiz şeydir ki, zorla satmaq, camaata sırımaq istəyirlər”.

Onu da qeyd edim ki, jurnalın redaksiyası bu işə hiss olunacaq qədər professionalcasına yanaşır — qırmızı geyimli (insanı cəlb etmək üçün) gülərüz qızlar maşınlara yaxınlaşır və kişi psixikasına təsir edə biləcək qədər “yalvarmağa” başlayırlar. Buna deyirlər hipnozun, insanın öz şəxsi istəyinə rəğmən ələ almağın, təsir etmənin bir növü. Tələlərinə düşən də olur, sadəcə uzaqlara göndərən də. Amma ümumi götürdükdə — dünya şöhrətli “OK” jurnalına bu yolla satış artırmaq baş ucalığı gətirmir.

Fikrimcə “OK Azərbaycan”-ı bu tip satışa əl atmağa “yerli şou-biznes” xəbərlərini özündə əks etdirən dərclərin çoxluğu vadar edir. O zaman sual olunur — məgər rəqabət zorla jurnal sırımaq satmaq deməkdir?!
Mövzuya dair forumda müzakirələr ↓
«OK» jurnalı. Mədəni dilənçilik?!

Mövzular

Resenziyalarım

Siyasi mülahizələrim

Gündəm

Səyahət qeydlərim

Olaylar

Marketing, PR

Sorğular

Elm

Rubrika: Düşmənlər

Rubrika: Sözsüz

Rubrika: Tarixi sual

Telekanalizasiya

İnternet

Azərbaycan İnterneti

Testlərim

Texnoloji aləm

Mobil dünya

Avto-dünya

Təqvim üzrə keçid

Bloq üzrə axtarış

Layihələr

STUDIO.AZ

EURONET

FOX.AZ

Islamic Network

İzləmə sistemləri

RSS və ya Atom