Son günlər başım biraz qarışıq idi. Nəhayət kompüterə əlim çatdı. Təki başımız İnşallah xeyir işlərə qarışsın. Söz verdiyim kimi, ATƏT-in son sammiti və Qarabağ problemi ilə bağlı fikirlərimlə qısa olaraq bölüşürəm.
Artıq bir çoxlarımızın xəbər tutduğu kimi, ATƏT-in bu günlərdə Qazaxıstan paytaxtı Astanada növbəti sammiti keçirildi. Bu sammitə böyük ümidlər olsa da, Rusiyanın potronajı altında hərəkət edən Ermənistanın və yekun bəyannamə zamanı elə Rusiyanın özünün də cığallıq etməsi bütün bu ümidləri puç etdi. Rusiya bir daha təsdiq etdi ki, o bizə sərf edən istənilən addımın atılmasına heç vaxt imkan verməyəcək. Bununla Rusiyanın xarici siyasətində korektələr edilməsinə dair səslənən fikir və mülahizələr havaya sovruldu. Biz bir daha Rusiyanın əsl simasını gördük.
Bəs belə olan halda nə etməliyik? Öz subyektiv fikirlərimlə bölüşəcəm:
Fikrimcə, ilk öncə proseslər ölkənin daxilindən başlamalıdır. Bütün post-sovet ölkələrinin bəlası — korrupsiya ilə mübarizə yeni, aktual fazaya keçməlidir. Bir sıra orqanların fəaliyyəti xalq üçün şəffaflaşdırılmalıdır, hakimiyyət və xalq arasında bağlılıq daha da gücləndirilməlidir. Müxalif yönümlü söz sahiblərinə də yer verilməlidir ki, onlar da öz sözlərini deyə bilsinlər. Çünki onlara söz vermədikdə, arzuolunmaz aqressiya yaranır və bu da kütləyə təsirsiz ötüşmür. Qanunun aliliyini təmin etmək üçün, əlbət ki, müharibə dövrünü yaşayan bir ölkə üçün mütləq diktatın da olması labüddür.
Daha sonra türk silahlı qüvvələrinin Azərbaycana keçidini təmin etməliyik. Ən azından 3 alay. Bəli, bizim ordumuz kifayyət qədər qüdrətlidir, amma müharibə olduğu halda, şimal və cənub bölgələrimizdəki aktivləşəcək bir neçə separatist fikir daşıyıcılarının neytrallaşdırmasını, həmçinin fürsətdən istifadə edən Rusiya və İranın Azərbaycana soxulmasının qarşısını yalnız Türk ordusunn “xofu” ala bilər. Bütün bunları nəzərə alaraq bu alayların birini cənub bölgələrimizdə, birini şimal zonada, digərini isə birbaşa ermənilərlə təmas xəttində yerləşdirmək olar. Türk ordusu bizə yalnız aqressor və separatçıları saxlamaq üçün lazımdır. Öz ordumuz isə asanlıqla Qarabağı ermənilərdən təmizləyə bilər. Lap Zəngəzuru və Ermənistanın indiki bölgələrinin bir neçəsini də ələ keçirmək olar — bufer zonası yaradıb, indiki erməni siyasətini elə özlərinə qarşı tətbiq etmək mümkündür.
Bütün bunları reallaşdırmağa bizim cəmi 5-7 ilimiz var. Çünki 2016-cı və 2018-ci illərdə Rusiyada müvafiq olaraq Beynəlxalq Olimpiya oyunları və Futbol üzrə Dünya Çempionatı keçiriləcək. Belə olan halda Rusiya Ermənistana görə milliardlarla sərmayəni boşuna verib müharibəyə qoşulmağa risk etməz. Yəqin o vaxta kimi İran problemi də həll olunar. Düzünü zaman göstərəcək.
Bu qədər. Bu mənim subyektiv fikirlərim idi. Razı deyilsinizsə, xahiş edirəm əsaslandırın. Yoxsa yazı yazmaq xatirinə yazılan rəylər pozulacaq.
Mövzuya dair forumda müzakirələr ↓
Qarabağ. Dalan yoxsa həll yolu?!
2018 və 2022-ci illərdə keçiriləcək futbol üzrə “Dünya Çempionatı”-nın keçiriləcəyi yerlər artıq məlumdur. Bunlar Rusiya və Qatardır. Onlarla daha layiqli namizədlərin olduğu halda FİFA-nın tədbirə heç də ciddi yanaşmayan Rusiyanı qalib kimi seçməsi mənim üçün müammalı olaraq qaldı. Axı ruslar digərlərindən fərqli olaraq heç bir qeyri-adi təkliflə çıxış etmədilər… Yəqin bu ABŞ-ın Rusiyaya “perezaqruzka” məsələsinə görə hədiyyəsidir. Ya da rüşvətin canı sağ olsun (onsuz FIFA rüşvətxor orqan kimi çoxdan ad çıxarıb). Hər şey ola bilər.
Rusiya bu qalibiyyətə layiq deyil! ATƏT-in son sammitində baş verən hadisələr də bunun sübutudur. Sammit demişkən, sabah İnşallah buna dair fikirlərimlə bölüşəcəm.
Nəsə. Gəlin qaliblərin video-prezentasiyalarını izləyək.
Rusiya 2018.
Qatar 2022.
Rusiyadan fərqli olaraq Qatar bu işə ciddi və məsuliyyətlə yanaşıb. Stadionları standart şablon yox, çox kreativ tərtib olunacaq.
Mövzuya dair forumda müzakirələr ↓
Futbol üzrə dünya çempionatı 2018/2022. Qaliblər
Türkiyə – Ermənistan sərhədlərinə dair öncə qısaca yazmışdım. Amma rastlaşdığım növbəti xəbər məni bir daha bu mövzuya qayıtmağıma vadar etdi. Deməli Ermənistanın Armtoday xəbər agentliyi belə bir başlıqla xəbər yayıb — Türkiyədən Ermənistana 9 kiloqram qızıl keçirmək cəhdinin qarşısı alınıb. Ən maraqlısı isə bu olay Yerevan-İstanbul (!) marşrutu ilə hərəkət edən avtobusda baş verib.
Bax belə. Əgər sərhədlər bağlıdırsa, əgər heç bir gediş-gəliş yoxdursa, əgər Türkiyə höküməti bizi buna inandırmağa çalışırsa… onda necə ola bilər ki, Ermənistandan Türkiyəyə birbaşa (Gürcüstandan deyil!) sərnişin avtobus reysləri işləsin?! Maraqlıdır. Yaxud elə həmin Armtoday dərgisində ermənilər İstanbul – Yerevan aviareysinin bahalığından gileylənirlər. Sual olunur, əgər sərhədlər bağlıdırsa, onda ermənilər heç bir maneə olmadan necə təyyarəyə və ya avtobusa oturub birbaşa İstanbula (və yaxud əks istiqamətdə) gedə bilərlər?!
Nəsə, mən bu işdən bir şey anlamadım. Əgər sərhədlər açılıbsa, onda bu türk abilərin qurduğu “Türkiyə-Ermənistan sərhədləri” adlı bu gülünc teatr nəyə gərəkdir? Kimi aldadırlar? Azərbaycan xalqını? Onsuz da aldatdınız, aldatmadınız, ay türk abilər, səsimiz çıxan deyil…
Bəlkə Sizin bildiyiniz gizli mətləblər var? Bölüşün.
Mövzuya dair forumda müzakirələr ↓
Türkiyə – Ermənistan sərhədləri. Mif və reallıqlar
Havaların soyumasına baxmayaraq, Rusiyanın siyasi gedişləri yaponları yandırıb-yaxır. Belə ki, prezident Medvedevin Kuril adalarına baş çəkməsi “uzkoqlazıy”-ları yaman əsəbləşdirib, hətta səfirlərini belə geri çağırıblar.
Xatırladım ki, bu adaları Yaponiya özününki hesab edir və bu adalara dair hər hansı bir addımı həssaslıqla izləyir. Rus şovinizmi bizlərə yaxşı məlumdur — cənab Medvedevin özünə məxsus “цинизм”-i isə hədd bilmir — o bu adaları məhz Yapon avtomobilində gəzib dolaşıb. Yazıq yaponların isə rus ayısına qarşı çıxaracağı tutarlı bir şey yoxdur. Uzaq başı texnikalarının Rusiyada satışına embarqo qoyacaqlar, amma bundan da yalnız özləri uduzacaq.
Bu arada Almaniyada “cəhənnəmin qapıları” açıldı. Mötəbər The Daily Mail dərgisinin xəbər verdiyinə görə Almaniyanın kiçik və sakit şəhərlərindən olan Schmalkalden-də şeytanın rezidensiyası açılıb — gecə saatlarına yer öz-özünə çökməsi nəticəsində 20 metr dərinlikdə bir quyu yaranıb. Özü də elə-belə quyu yox, düz 40 metr enində. Xatırladım ki, bu 2010-cu ildə yaranan bu quyu sayca şeytanın 2-ci rezidensiyasıdır. Bundan öncə buna bənzər quyu Qvatemalada yaranmışdı (ABS News).
Və sonda. Yenidən Türkiyə Ermənistan sərhədlərinin “açılması” söz-söhbəti aktuallaşıb. Sual olunur, sərhədlər guya bağlı idi ki, açıla da?! Əfsuslar olsun, amma qardaş Türkiyə və düşmən Ermənistan arasında gündəlik təyarə reysləri fəaliyyət göstərir, xüsusi postlar vasitəsi ilə İqdırdan mal mübadiləsi gedir, hələ mən Gürcüstanı ötüb keçən türk TİR-lərini demirəm. Yoxsa Ermənistanda fəaliyyət göstərən türk iş adamları görünməz olub? Görəsən bu “sərhəd açılması” məsələsi ilə kimləri aldatmaq istəyirlər? Əslində mən Türkiyənin bu addımını qınamıram, hərçənd buna səbəb məhz Azərbaycandır və onun atdığı addımlardır. Rusların gözəl sözü var — что посеешь, то и пожнешь.
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
Rusiya başbilənləri deyəsən bu vaxtda kimi özək siyasətçilər sayılanların bərk kreslolarını tərpətməyə başlayıblar. Belə olmasaydı, bir vaxt öncə ən yaxın müttəfiqləri olan Lukaşenko haqqında, indi isə Moskva meri, kepkalar şahzadəsi Yuriy Lujkov haqqında federal kanallarda kompromativ verlişlər yayımlamazdılar.
Hə, bu dəfə “tandemin” (Putin-Medvedev birliyini adətən belə adlandırırlar) qurbanı Lujkovdu. Əsas da Lujkovun xanımı, Rusiyanın ən varlı qadını olan Yelena Baturina haqqında. Federal kanal olan və bir vaxt müstəqil olan (hal-hazırda bir başa Kremlin kurasiyasındadır) NTV-də yayımlanan bu film əsasən kompromatlardan ibarətdir. Məsələn, sual olunur, niyə Moskva Avqust ayında tüstüdən can verəndə Lujkov dağlar ətəyində istirahət edirdi və gələn kimi əhaliyə kömək əvəzinə şəhər büdcəsindən Mokvada yerləşən bütün arıların (!) evakuasiyası üçün 256 milyon rubl (hardasa 10-12 milyon dollar) vəsait ayırdı. Hansı ki, əlillərin evakuasiyası üçün böyük qalmaqaldan sora (deyirdi şəhər büdcəsində vəsait yoxdu) 105 milyon rublu (3,5 milyon dollar) böyük minnətlə verdi… və daha nələr. Filmdə yerlimiz Telman İsmayılovda gözə dəyir.
Mənə maraqlı gələn isə odur ki, Lujkov əslində Putinin ən yaxın silahdaşlarından sayılır. Bəs onda Medvedev hansı ürəklə ona qarşı belə “kompromat” sifariş edib?! Yoxsa Medvedev yavaş-yavaş Putinin adamlarını sıradan çıxarmaq taktikasına keçib? Hər şey ola bilər. Ola bilsin elə burada Putinin də əli var — bəlkə Lujkov nədəsə “çaşıb”, indi cəzasın alır?! Siyasət çirkindi…
Bir sözlə, min eşitməkdənsə, görmək daha yaxşıdı. Baxmayanlarda baxsın:
Mövzuya dair forumda müzakirələr ↓
Lujkov. Səbəb kepkadadı… (Video)
Mən hələ indiyə kimi anlaya bilmirəm — digər xalqlar türkü niyə belə sevmirlər?! Bunların başına haranın daşın salmışıq ki, elə bizi vurmağa fürsət gəzirlər?!
Belə olmasaydı, ən sevdiyim və hörmət etdiyim (artıq keçmiş zamanda) aktyorlardan biri Jerar Depardye Ermənistanda keçirilən kiçik bir festivala gəlib, özünün erməni olduğunu deməzdi… Bəli… Sentyabrın 4-ü erməni prezident Saakisyanla görüşən Depardye, özünün böyük erməni sevgisindən dəm vurub. Sitat — Mən Fransada hər bir erməni “soyqırımının” qurbanlarının (!) nəticələri ilə sıx əlaqə saxlayıram. Ermənistanda da olarkən özümü erməni hiss edirəm… Elə ona görədə bu “gözəl” və “tarixi” məmləkəti yenidən ziyarət etmək qərarı verdim. Sitatın sonu (c) Etibar Hüseynov.
Məndə həmən sual oyandı — soyqırım qurbanının nəticəsi necə ola bilər ki?! Rus demişkən, vrode kak axı o ölməli idi, müvafiq olaraqda nəsil verməməliydi? Nəsə, erməni Jerarın özünü yandırması bir yana… Sözü gedən “Karot” festivalında ermənilərə “sevgisi” ilə tanınan Rusiya estradasının ulduzu Filip Kirkorovun atası da işirak edib. Bolqar Bedros Kirkorov erməni torpağına düşər-düşməz, ermənilərə kompliment yağdırmağa başlayıb. Deyirəm, görəsən bu yaxınlarda Telman İsmayılovun ad günündə iştirak edən bu qoca fahişə Azərbaycan “sevgisini” niyə belə tez unutdu?! O hələ oğlunun da böyük erməni sevgisindən dəm vurub. Mətbuat-konfransında etdiyi çıxış isə ümumiyyətlə bütün kartları açıb-töküb — Biz “şirin dilimizə” salıb bu sadəlöhv türklərdən “öz tarixi” torpaqlarımızı almalıyıq. Onlara yalnız şirin dillə qalib gəlmək olar. Elə bilirsiz mənim oğlum Filip türk bayrağı önündə türk mahnısını elə belə oxuyurdu?!
Hə… Əslində bu etiraf edilən “şirin dil” sapı (baltası) özümüzdən olan bir sıra “demokratiya” carçılarımızı çoxdan yolundan çıxarıb. Deməli namərdlərin növbəti strategiyaları rəsmi şəkildə açıqlandı — şirin dil…
Nə deyim, Vallah. Görünür daşımız yaman ağırdı. Tanrı türkü qorusun!
Mövzuya dair forumda müzakirələr ↓
Türkə nifrət yoxsa erməni sevgisi?!
Xəbər verildiyi kimi bir neçə gün öncə möhtəşəm bayrağımız üçün möhtəşəm meydanın açılışı oldu… amma bayraq cırıldı… özüdə 2-ci dəfə… Sən demə içimizdən olan baltalara elə bu lazım idi…
Əslində bu olay vətən sevgisi olan hər bir vətən oğlu (qızı) üçün ürək ağrısıyla qarşılanmalı idi… Amma görünür vətən xainsiz deyil. Babəkin vaxtından deyəsən xainlik qanımızdadır… Bayrağımızın cırıq və tərif edilmiş halda görüntüləri tələm tələsik video və fotolara çəkib Youtube-a yerləşdirildi. Kimisi bundan siyasi dividend qazanmaq üçün, kimisi guya həmən canlı xəbər çatdırdığı üçün, kimisi sadəcə “dostlar”ı önündə lovğalanmaq üçün, kimisi isə qarşısına tula kimi atılmış pulları “otrabotka” etmək üçün istifadə etdi… Amma bir şeyi unutdular. Cırılan bayraq onların bayrağı idi. Cırılan bayraq bizim vətənimizin bayrağı idi. Bu bayraq nə hakimiyyətin, nə siyasi partiyanın, nədə ki hansısa fərdin şəxsi bayrağıdır, bu bütün Azərbaycanın, sənin, mənim bayrağımdır… Başınıza dəysin Sizin bu cılız siyasi oyunlarınız, başınıza dəysin Sizin operativliyiniz, başınıza dəysin Sizin təkəbbürünüz, başınıza dəysin Sizin “otrabotkanız”…
Ar olsun vətəndən, onun müqəddəs dəyərlərindən öz şəxsi maraqları üçün istifadə edənlərə!
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual