Fransada baş verənlərə görə radikal islamçılara çox da şey eləməyin. Əminəm ki, o yetimlərin dünənki hadisələrə heç bir aidiyyəti yoxdur. Bu gün Kerri ilə Lavrov (ABŞ vs. RF) görüşür. Dünənkilər 100% bu ikisindən birinin işidir.
Şəxsən mənim fikrimcə, bu rus xüsusi orqanlarının həyata keçirdiyi əməliyyatdır. Heç bir burnu fırtıqlı islamçı Fransa paytaxtında belə planlaşdırılmış terroru həyata keçirə bilməz.
Bu hadisələr istənilən halda ruslara sərf edir:
1. Misir üzərində rus sərnişin təyyarəsinin partladılmasına görə Amerikaya cavab oldu (ölü sayı təxmini eynidir);
2. “Stabil Rusiya” fonunda Avropada ksenofobiya, irqçilik artacaq, ara qarışacaq;
3. Rusiya Avropanı Amerika ilə üzbəüz qoyur – Avropa məcburən İŞİD-ə qarşı real hərbi əməliyyatlar aparacaq;
4. Bunun nəticəsi olaraq Avropa məcburən Suriyada Rusiya ilə hərbi əməkdaşlığa cəlb olunacaq;
5. Putin dəmir qanadlı bir sülh quşu (özü-özünə ad qoyub) kimi bütün dünyanı terrora qarşı birləşməyə çağıracaq (artıq bunu etdi);
6. və nəhayət “stabilliyin qarantı” Putinin Rusiyada reytinqi 89%-dan da qalxıb 95% (bəlkə də 99%) olacaq.
Ara yerdə yenə qara camaat qırıldı. Allah ölənlərə rəhmət, yaxınlarına səbir, siyasətçilərə də insaf versin.
Türkiyənin son dövrlər güc mərkəzinə çevrilməsi Qərb dövlətlərini narahat etməyə bilməzdi. Düzünü desəm, mən çoxdan onlardan Türkiyəyə qarşı təxribat axınını gözləyirdim, budur, nahayət iyrənc qərb siyasəti öz simasını göstərməyə başladı. Qurbağa yeyən fransızların qondarma soyqırım layihəsindən sonra indi də Hollandiya parlamentindən təmsil olunan bir necə ultramillətçi Türkiyənin NATO sıralarından xaric edilməsinə dair imza toplama kampaniyasına başladılar. Səbəb – guya Türkiyə öz partnerları olan Fransa və İsrailə qarşı özünü adekvat aparmır. Yəqin bunlar qırmızı zanbaqlar küçələrinin birində hallanıblar, yoxsa bu lap “qara məni basınca, qoy qaranı mən basım” prinsipi oldu…
Bura İsrail Knessetinin “soyqırımı” tanımaq cəhdini də gəlsək əmin ola bilərik ki, bütün bu təpkilər bir mərkəzdən idarə olunur. Qərb siyasətinin mərkəzin isə harada yerləşməsi hər kəsə məlumdur.
“Türkiyəni sığışdırma” mərkəzin ABŞ olmasına dair daha bir dəlil ABŞ Konqresmenlərinin Türkiyəyə strateji silah satışının qadağa edilməsinə dair çağırış etməsidir. Burada da səbəb eynidir – guya Türkiyə Fransanı, İsraili, həmçinin “ağlar” Ermənistanı incidir! Bütün bunlara baxmayaraq, hələ də bəzi dairələr “vurma” mərkəzinin ABŞ-da olmamasını israr edirlər. Bu da digər məlum gözdən pərdə asma prinsipinə bənzəyir – filankəs özü yaxşıdır, ətrafı isə pis…
Tanrı Türkü qorusun!
Yazı həmçinin yayımlanır:
FOXnews.az — Bütün dünya türkə qarşı
Forum — Bütün dünya türkə qarşı!
Qərb dövlətlərinin demokratiya pərdəsi arxasında çıxardıqları oyunları sadalamaqla bitməz. Bu ölkələrin içərisində öz həyasızlıq və yersiz ambisiyaları ilə özünəməxsus yer tutan iyrənc Fransız “demokratiyasının” bəzi pərdə arxası təfərrüatları açılmaqdadır. Sən demə sinəsinə döyüb, özünü demokratiya carçı elan edən Fransanın son 20 ildə bütün prezidentlərini şimali Afrika diktatorları maliyyələşdirib. Qəddafinin oğlunun Sarkoziyə milyonlar yatırdıqları haqda müsahibəni artıq post etmişdim. İndi də məlum olur ki, bəs başı-batmış Sarkozidən əvvəl ölkəni idarə etmiş Jak Şirak bu il elə fransızlar tərəfindən devrilmiş Kot-d`İvuar diktatoru Qbaqbonun layihəsiymiş. Hər halda Qbaqbonun Şiraka pul yatırımlarına dair danılmaz faktlar ortaya çıxıb. Özü də maliyələşdirilmə məcburi şəkildə aparılıb — “ya diktator qalaraq ölkəni idarə edib, məni maliyyələşdirəcəksən, ya da səni devirəcik”. Sitatın sonu…
PS. İyulun sonu, Avqustun əvvəli bloqun bir yaşı tamam oldu. Lap yadımdan çıxıb. Bir tuş! =)
Bu gündən qısa, amma mütamadi yazılara start verirəm, İnşallah.
Mövzuya dair forumda müzakirələr ↓
Qərb “demokratiyasının” iç üzü
Tək qütblü dünya öz acı fəsadlarını göstərməkdədir. Dünya birliyi tərəfindən qəbul edilmiş müstəqil dövlətlərin əsas postulatların biri bu günlərdə havaya sovuruldu — müstəqil dövlətlərin öz suverenliklərini separatizmdən təmizləmə hüququ darmadağın edildi. Faktiki qərb dövlətləri hayasızcasına BMT-dən növbəti dəfə öz çirkin planları üçün istifadə etdilər — Liviyanı 2 yerə parçaladılar. Məqsəd — neftdir. Eyni ssenari Sudanda da tətbiq edilmişdi, neftlə dolu cənubu şimala qarşı qızışdırıb, ölkəni iki yerə böldülər. İndi də Liviya. Bundan sonra Liviya xalqına yalnız baş sağlığı vermək qalır.
Ən maraq doğuran fakt isə bu olaylarda öndə gedən Amerikanın əl-altısı Fransa prezidenti Nikolya Sarkozinin olmasıdır. Bu insan siyasi nailiyyətlərindən daha çox qeyri ciddi, şou-biznes sayağı hoqqaları ilə gündəmdə qalır. Ya arvadı lütlənib jurnal səhifələrinə çıxır, ya dəvət etdiyi prezidenti aşaqlayaraq saqqız çiynəyir. Bu günlərdə Qəddafinin oğlu Sarkozini gözəl xarakterizə etdi — kloun. Bu sözdən bir sutka keçməmiş Fransa və ABŞ (Böyük Britaniya ilə əlbətki) BMT-yə öz çirkin planlarını qəbul etdirib Liviyaya soxuldular. Bir tərəfdən kloun Qəddafi, digər tərəfdən kloun Sarkozi — lap klounlar savaşıdır.
Qəddafinin oğlunun eksklüziv müsahibəsinə aşağıda baxın:
Gözümüzün önündə dəhşətli proseslər baş verir. Bütün bunlar son yazılarımda qeyd etdiyim qlobal neoquldarlıq siyasətinin davamıdır. Heç kim də bu olaylara sevinməsin. Bu presedent ona əsas verir ki, səhər biz öz torpaqlarımızı düşməndən azad etdikdə, Fransa gəlib erməni xalqını xilas etmək adıyla Qarabağa soxulsun. Çünki artıq buna BMT tərəfindən qanuni müstəvidə qəbul edilmiş qətnamə var.
Hələ görəcəklərimiz qabağdadır. Allah bizi qorusun.
Mövzuya dair forumda müzakirələr ↓
2011 – İnqilablar ili?!
Başlayaq. Son vaxtlar “Yeni Müsavat” dərgisinin baş redaktor Rauf Arifoğlunun seçki-öncəsi təbliğat ruporuna çevrilməsini heç də müsbət qarşılamıram. Demək olar ki, 5 xəbərdən biri cəsur və cürətli Arifoğlunun seçki öncəsi növbəti-və-növbəti qəhrəmanlığından dəm vurur. Adamda belə təsəvvür yaranır ki, bu seçkidə müxalifət düşərgəsindən bir namizəd var, o da cənab baş redaktordu. Əslində burada pis heç bir şey yoxdur, amma…
Amma müxalifət liderləri bir yana, Onlarla layiqli oğullar süni şəkildə yaradılan təxribatlar nəticəsində seçkidən kənarda qaldığı bir vaxtda, müxalifətin ən vacib və xalq tərəfindən izlənilən bir nəşri tam olaraq bir insana xidmət etməsi… siyasi eqoistlik və görməmişlikdən xəbər verir. Onlarla insanlara təyziqlər olduğu halda, nədənsə “Yeni Müsavat” bunun haqqında bir kəlmə belə yazmır, amma Rauf bəyin seçicilərlə keçirəcəyi “besedkada” bir postovoyun görünməsindən düz 3 məqalə tirajlayır. Bəs hanı o vəd verdiyiniz sosial bərabərlik?! Hörmətli Rauf Arifoğlu bunun yoxluğunda indiki iqtidarı ittiham edir, sosial haqsızlıqlardan gileylənir. Sual olunur, o zaman fərqiniz nədədir? İqtidarın imkanı var, televiziya və digər medianı zəbt edir, Rauf Arifoğlunun da imkanı var, “Yeni Müsavatı” zəbt edir. Səhər Arifoğlu iqtidarda olsa, əminəm ki, AZTV ekranlarından düşməyəcək.
Gözümüz aydın. Fransada iblis peyda olub. Fransa paytaxtı Parisin cənub-qərbində yerləşən La-Veryer şəhərciyində 11 nəfər birdən özünü pəncərədən atıb. Özünü atanlar arasında 7 böyük, 3 uşaq və bir bəbəşin olması xəbər verilir. Ölüm-itim olmasa da, bir neçəsi ömürlük əlil olub.
Fransa polisi bu olayın səbəbi ilə maraqlananda ortaya maraqlı fakt çıxıb — sən demə zərər çəkənlər gecə saat 3-də bir yerə yığışır “spiritik seans” keçirirlərmiş. Bilməyənlər üçün qeyd edim ki, “spiritik seans” iblis və şeytan (Allah onlara lənət etsin) vasitəsiylə ölülərin ruhlarını çağırma ritualına deyilir. Ritualın qızğın çağıymış ki, bu vaxt otağa yarı-çılpaq qara dərili birisi daxil olub. Ritualda iştirak edənlər panikaya düşüb, elə biliblər ki, bəs bu iblisin özüdür, özlərini pəncərədən veriblər aşağı. =)) Əhsən.
Google-un Amerika Kəşfiyyatı üçün işlədiyi heç kimə sirr deyil. Bir vaxtlar Chrome gizlicə istifadəçinin İnternetdə bütün aktivliyini qeydə alıb, xüsusi ünvana göndərirdisə, müxtəlif təzyiqlər nəticəsində Google guya bundan əl çəkdi, əvəzində Google History söhbətini yaratdı. Amma qozbeli deyir heç qəbr də düzəltməz. Google-un növbəti nailiyyəti Android (mobil telefonlar üçün nəzərdə tutulan əməliyyat sistemidir) istifadəçilərin xəbəri olmadan müxtəlif məlumatları Google-a ötürür. Ötürülən məlumatlar arasında İnternetdə aktivlikdən tutmuş, Sizin kontaktlarınız, telefonunuzun imei kodu, SMS-ləriniz, telefondakı fayllar (şəkil, video və s.) və hətta koordinatlarınızı (əgər telefon GPS-i dəstəklərsə) kimi var.
Onu da qeyd edim ki, bir çox Avropa dövlətlərində yerləşən transmilli şirkətlərdə Google proqramlarından istifadə etmək qadağan edilib.
Google istifadəçilərinə xəbərdarlıq — ehtiyatlı olun dostlar, böyük qardaş sizi izləyir. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual