Bu günlərdə Arana növbəti səfərim oldu. İmkan edib bir-iki şəkil çəkdim. Bölüşürəm.
Şəkillər İmişli, Sabirabad və Saatlı rayonlarında çəkilib. Yazı həmçinin yayımlanır:
FOXnews.az — Aran şəkillərdə
Forum — Aran şəkillərdə
Azərbaycanın ən qızmar bölgəsində yerləşməsinə baxmayaraq, İmişli rayonu daim öz yaşıllıqları seçilib. Bütün rayon boyu əkilən çox saylı ağaclar küçələrə az da olsa gözəllik verirdi, baxımsızlıq eybini örtürdü. İndi isə rayon bundan da məhrum olub — küçələr boyu bütün çinar, söyüd və digər ağaclar “darama” adı altında kəsilib-doğranıb. Nəticədə rayon küçələri kölgə üzünə həsrət qalan Nigeriyanın ən baxımsız bölgələrini xatırladır. Qarşıdan isə yay gəlir…