Görünən — 2 amansız rəqib. Əslində isə bu belə deyil. Arqumentlər çoxdur. Microsoft Apple-in əsas sərmayədarı kimi çıxış edir və yaxud adət üzrə Microsoft-un Apple platforması üçün düzəltdiyi proqramlar öz şəxsi Windows platforması üçün yaradılan analoqlarından ən azından bir addım irəlidə olur və bu kimi onlarla digər arqumetlər…
Bu günlərdə CBS kanalının “Titanlar” verilişinin baş qəhramanı əfsanəvi Stive Jobs oldu. Maraqlı həyat tarixçəsi var. Aşağıdakı videoda verilişi tam izləyə bilərsiniz. Amma ondan əvvəl isə Bill Gates-in ən son müsahibəsinə baxın — canlı titanlar nə düşünüb, nə danışırlar.
Titanlar. Stive Jobs.
Desertə — rusların iPhone absurdu. Mütləq baxın.
Mövzuya dair forumda müzakirələr ↓
Titanlar. Microsoft və Apple
Mənasız SMS xidmətlərdən bezən müsəlman bacı qardaşlara müjdəmiz var! Nəhayət ki, dəyərli xidmətlərdən faydalanıb, Ramazan dualarını da SMS vasitəsilə hər gün mobil telefonunuza ala biləcəksiniz. Bunun üçün 2 şərt var — biri Azercell abonenti olmalısınız, digəri isə 9033 nömrəsinə SMS-lə RAMAZAN sözünü göndərməlisiniz. SMS-i göndərdikdən sonra xəbərdarlıq mesajı alacaqsınız — “Siz xidmətə müvəffəqiyyətlə qoşuldunuz”. Ramazan ayı başladığı ilk gündən Siz mobil telefonunuza hər səhər saat 05:00-da günün Ramazan duasını alacaqsınız. Xidmət Ramazan ayı müddətində aktiv olacaq.
Eyni üsulla NAMAZ sözünü də yazıb 9033-ə göndərməklə, Siz hər gün günün Namaz təqvimini telefonunuza alıb, iftar və imsak vaxtlarından agah olacaqsınız. Müsəlman bacı qardaşların xahişini nəzərə alaraq bu xidmət daimi xarakter daşıyır, yəni tək Ramazan ayında aktiv olmayacaq — xidmətdən bütün aylarda faydalana bilərsiniz! Namaz təqvimi hər gün saat tezdən 06:00-da abonentlərə çatdırılır.
Əfsuslar olsun, amma bu xidmətlər resurslar tələb etdiyindən, xidmətləri pulsuz etmək mümkün deyil, xidmətlər pulludur. Operatorla danışıb xidmətlər üçün ən minimum tarif aldıq — 1 AZN. Bu bir manata siz bir ay boyunca hər gün (!) SMS alacaqsınız (Ramazan duası, Namaz təqvimi). Bir SMS-im qiyməti cəmi 3 qəpiyə düşür!
Əlavə məlumat üçün sayta daxil olun — www.smsim.az, mobil telefonlardan — m.smsim.az
Allah Namaz və oruclarınızı qəbul etsin!
Mac OS X Lion. Apple bu əməliyyat sistemini nə qədər pafosla “dünyanın ən yaxşı əməliyyat sistemi” kimi təqdim etdisə, faktiki sistem bir o qədər də çiy alındı. Şəxsən mənim qarşıma hələ bu qədər çiy və həddən artıq primitiv bir sistem çıxmamışdı. Yadımdadır, Microsoft-un cavanlıq səhvi Windows Me deyilən bir qeyri stabil sistem də var idi, o da çiy idi, amma Lion onun rekordunu konkret qıra bildi! Stabillik cəhənnəm, guya kişinin uşaqları yenilik ediblər — əvvəlki əməliyyat sisteminə xas və “by default” aktiv olmayan trackpad üçün xüsusiyyətləri indi default aktiv edib, yerlərini dəyişib yeni funksiya adı ilə camaata sırıyırlar. Özü də yer dəyişməni o qədər məntiqsiz ediblər ki, bütün İnternet artıq bu “yenilikdən” gileylənir. Təsəvvür edin — skrolu aşağı edirsən, səhifə yuxarı qalxır. =) Apple mühəndislərinin fikrincə, guya bu funksiya vasitəsilə səhifə barmaqların inersiyasından əks istiqamətdə hərəkət edir, realda isə bu istifadəçinin əsəbi ilə oynamaqdan başqa bir şey deyil.
Lionun çiy olması tək bununla bitmir, çoxsaylı baqlar, çatışmamazlıqlar, iki dəqiqədən bir tutulmalar insanı məyus edir. Axı biz Apple-dan hər zaman ən azından ideala yaxın bir məhsul gözləmişik və almışıq da. Çox güman ki, bu məhsulun hazırlanmasında məlum səbəblərdən Stiv özü iştirak edə bilməyib — etsəydi, əminəm ki, bu biabırçılığı bazara çıxarmağa qoymazdı.
Lion-un müstəqil bir əməliyyat sistemi olmamasına dair digər sübut — final relizi heç bir halda sıfırdan MAC-a qurmaq olmaz. Mütləq gərək əvvəlki ƏS Snow Panther olmalıdır, özü də 10.6.8-ci versiyada (!). Digər hallarda bu qəti şəkildə mümkün deyil — İnternetdə “clear install” məsələsinə dair müxtəlif üsulları tapıb təcrübədən keçirdim, alınmadı. Final reliz faktiki Snow Panther üçün interfeys tuninqidir, çox yox. Ən gülməlisi isə Apple-in App Store-da sistemə dair neqativ rəylərin qəbul etməyib pozmasıdır. Əhsən, Apple, 30$ al ki, yeni sistem verəcəm, əvəzində Windows sayağı Theme pack ver bizə. =)
Windows demişkən, deyəsən Apple Mac-ı kütləviləşdirmək üçün onu Windows-a bənzətmək qərarı verib. Lion-da Windows-laşma ilk olaraq yeni login səhifəsindən hiss edilir. Daha sonra Start menunun yeni alternativi Lauchpad, hələ monoxrom interfeysi demirəm.
Ümumiyyətlə Mac sistemini Windows-a tay tutanları heç vaxt anlamamışam. Mac Windowsa nisbətdə Unix üçün primitiv bir üzlükdür, bunu unutmaq olmaz. Bizə isə Windows 8-i gözləmək qalır, deyəsən Apple artıq büdrədi.
PS. İndi geriyə, Snow Panther-ə qayıtma yollarını axtarıram. =)
Mövzuya dair forumda müzakirələr ↓
Mac OS X Lion. Deyəsən Apple-in sonu çatıb
Dubai dedikdə orta-statistik Azərbaycanlının ağlına həmən ucu-bucağı olmayan ticarət mərkəzləri gəlir. Doğrudan, Dubai-a gedib o əfsanəvi ticarət mərkəzlərini gəzməmək günah olardı.
Dubai ticarət mərkəzləri özü-özlüyündə böyük və tükənməz bir dünyadır — bütöv günlərimi sərf etdim, amma nə Dubai City Mall-ın, nə Dubai City Center-in, nə də ki, Dubai Festival Center-in sonuna gedib çıxa bilmədim. Özü də hər birində dəfələrlə oldum. Miqyası təsəvvür edin — bizim görməmişcəsinə ağzı sulu və harda gəldi reklam etdiyimiz Park Bulvar adi Dubai City Mall-ın yanından ən azından 1000 dəfə kiçikdir. Deyərdim Mall-ın elə bir seksiyası Park Bulvar boydadır. =)
Şəkildə — Ticarət mərkəzlərinin nisbətən kiçiklərindən sayılan Festival Center-in 100-lərlə olan xollarlarından biri.
Dubai Ticarət Mərkəzləri tək miqyası ilə seçilmir — onlar insan qabiliyyətinin böyük əsərləridir — hər birinin özünə məxsus memarlığı, daxili tərtibatı, təmizliyi, səliqəliyi göz oxşayır. Bütün dünya brendləri bu kimi mərkəzlərdə özlərinə yer etməyə çalışır. Burada siz Ferraridən tutmuş Bvlgari-yə kimi dünya brendlərini görə bilərsiniz.
Şəkildə — Dubai Ticarət Mərkəzləri o qədər böyükdür ki, hər seksiyanın sonunda bir böyük incəsənət əsəri olur. Bu fontan kimi.
Şəkildə — və hətta içində yırtıcı akulalar üzən nəhəng akvariumlar…
Gold. Dubai-a gələn Azərbaycanlının işlətdiyi ilk söz. Elə yəqin ona görədir ki, nəhəng qızıl mərkəzlərində analoqu olmayan sayda müşahidə kameralarına rast gəlinir. =)
Onu da qeyd edim ki, Dubai-da satılan qızıl-brilyant həqiqətən göz oxşayır. Onları gördükdən sonra bizim Mərkəzi Univermaqda “brilyant” adıyla satılan daşların adi şüşə olmasına əmin olursan. Nə yazıqlar ki, bizdə zinət əşyaları belə saxtadır…
Şəkildə — Adətən təhlükəsizlik səbəbindən müşahidə kameralarının şəklini çəkməyə icazə vermirlər, amma bu dəfə çəkə bildim. Bax və təəccüblən! Şəkildə hələ mən bütün kameraları qeyd etməmişəm. =)
Ümumiyyətlə, Ticarət Mərkəzlərində fotoaparata gəzən şəxsə biraz şübhəli baxırlar, səbəb — şəkilləri çəkib, sonra malların plaqiat edilməsindən çəkinirlər. Plaqiatdan söz düşmüşkən:
Şəkildə — Bəs sizin Bakıda Dubai binalarından bəsitcəsinə plaqiat edilimş 5 ulduzlu eviniz varmı?! =)
Bir şeyə də fikir verdim, Dubai-da normal səviyyəli adam özünə sığışdırıb gedib McDonalds və digər fastfood kafelərdə yemək yeməz, oralar qara millətin məskənidir. Bizdə isə bunun tam əski müşahidə edilir.
Şəkildə — Korobka-korobka “Niaqrası” var ərəblərin. =)
Bu günlük də bu qədər. Davamını gözləyin. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Dubai. Azərbaycan gəncinin qeydləri…
Çoxdandır texnoloji yeniliklər barəsində bir şey yazmıram. Başlayaq. EvoMouse. Kompüter mouse-larının təkamülü. Amma əfsusar olsun ki, Cellulon şirkətinin istehsalı olan bu inqilabi yenilik hələ satışa buraxılmayıb. Hər-halda İnternetdə nə qədər axtarsam da, satışda olmasına, qiymətinə dair bir şey tapa bilmədim. 20-30 dollar arası olsaydı, alıb bir test edərdik.
********************************************************
Artıq texnoloji aləmin yeni liderinə çevrilən Samsung isə fantastik sayıla biləcək monitorlar seriyasını təqdim etdi. USB3 dəstəkli, avtomatik sönüb-yanan və çoxsaylı yenilikləri özündə cəmləşdirən bu ultra-nazik monitorlar həmçinin 3D texnologiyasını da dəstəkləyir. Əhsən Samsung. Mənim daha çox 9-cu versiya monitorlar xoşuma gəldi. Çox gözəl görüşü var.
********************************************************
iPad-da 3D ekran?! Bu mümkündür! Düzdür, hələlək proqram təminatı səviyyəsində. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər
Hyundai-Kia konserninin fenomenal inkişafına heyranam. Ümumiyyətlə, son 10 ildə bütün Koreya şirkətləri öz seqmentlərində inkişaf tempinə görə rəqib tanımırlar. Demək olar ki, hər səviyyədə təmsil olunmağa can atan Hyundai-Kia birliyi artıq dünyanın 4-cü ən böyük avto-nəhəngidir. Dayanmadan öz üzərilərində iş aparırlar — 10 il bundan öncə bu istehsalçının avtomobilləri “oğru dizayna” əsaslanırdısa, indi modellər öz orijinallığı ilə seçilir. Dizayn cəhətdən son dövrlər KİA məni daha çox cəlb edir. Son modelləri olan Optima 2011 elə nəyə desən dəyər.
Götürək digər Koreya təmsilçisi — Samsung-u. Aşağı büdcəyə hesablanan texnika istehsalçısı bu gün ən yaxın rəqiblərini belə gəlirlərinə görə azından 3-4 dəfə üstələyir. Bir vaxtlar SONY-nin uğurlarına hədəflənən Samsung, indi özü dünya lideridir — hətta keçmiş hədəfi belə istehsal etdiyi məhsullarında onun patentləşdirilmiş texnologiyalarından istifadə edir. Bu yaxınlarda öyrəndim ki, Daewoo şirkətinin məlum müflisməşindən sonra, Samsung ona məxsus bütün strateji sənayeni ələ keçirib. İndi Samsung dedikdə tək məişət texnikası nəzərdə tutulmur, Samsung indi avtomobildən tutmuş müxtəlif növ silahlar, hərbi gəmilərədək istehsal edir! Əhsən bunda deyiblər.
Bu fenomenal inkişafın bir neçə motivasiyası var. Birincisi bu ölkə hal-hazırda faktiki iki yerə bölünüb — Cənub kapitalizmi hər bir şeydə Şimal “sosializminə” ondan daha üstün olmasını isbat etmək istəyir. İkincisi koreya xalqı tarixi və daha uğurlu düşmənləri tərəfindən əhatə olunub — Çin və Yaponiya. Bu da öz növbəsində dayanmadan inkişaf etmək və onlardan geri qalmamaq üçün daha bir səbəbdir. Üçüncüsi isə Koreya hal-hazırda inkişaf dövrünün keçid mərhələsin keçir, tam inkişafa çatdıqda iqtisadiyyatda sərinləmə hiss olunacaq, necə bu Yaponiya iqtisadiyyatında özünü bildirməkdədir. İqtisadiyyatlarını dünya səviyyəsində pik həddə çatdıran yaponlar son bir neçə ildə sanki soyuyublar. Və ən nəhayət — qeyd olunun bu üç prinsipin də düzgün işləməsi üçün düzgün strateji siyasi və iqtisadi addımların atılmasıdır. Əsl analoqu olmayanlar bu saat koreyalılardır, qoy bizim optimistlər inciməsin. 😉
Mövzuya dair forumda müzakirələr ↓
Kia Candeza — Yeni əfsanə
Bu il üçün gözlədiyim ən böyük texnoloji yenilik əlbətdə ki, Apple iPad2 idi. Planşetlər şahı yeniləndi. Yeniliklər çox olmasa da, kiçik görünən əlavələr bu qadjeti daha da qiymətsiz edir.
Yeni iPad2 texniki göstəriciləri aşağıdakı kimidir:
Processor: Apple A5, 2 nüvəli 1 GHz;
Displey: 9.7 düymlüq ekran, 1024×768;
Əməliyyat sistemi: iOS 4.3;
Fleş-yaddaş: 16, 32 və ya 64 GB;
Kamera: 2 ədəd — əsas — HD kamera (720p), digər sadə VGA kamera;
Əlaqə: Wi-Fi, Bluetooth, 3G;
Çıxışlar: Apple Dock, HDMI, CCK
Ölçüləri: 242x186x8,8 mm;
Çəkisi: 601 qram (yalnız Wi-Fi-lı model) və 613 qram (Wi-Fi və 3G-li model).
iPad2 daha nazik, daha praktik (Smart Cover-i elə nəyə desən dəyər) və daha tez işləyən (istehsalçının etirafına görə düz 9 dəfə birinci iPad-dan tez işləyir) bir qadjetdir. Daha bir yenilik — qadjetin Stand-by rejimində düz 1 ay (!) işləyə bilməsidir. Super!
Qiymətləri də kifayyət qədər konservativdir:
Wi-Fi — 499$ (16GB) — 599$ (32GB) — 699$ (64GB)
Wi-Fi + 3G — 629$ (16GB) — 729$ (32GB) — 829$ (64 GB)
Mənə görə ən optimalı 32 GB-lik Wi-Fi + 3G modelidir, onun qiyməti da bizim analoqu olmayan acgözlüyimizi nəzərə alsaq, Bakıda çox güman ki, 1200-1400 manat arası olacaq. iPad 11 martdan (nə qədər banal olsa da) etibarən satışda olacaq.
Mövzuya dair forumda müzakirələr ↓
Texnoloji yeniliklər
Nifrət etdiyim və ən təkəbbürlü diktatorların birincisi Qəddafi (və ya Qəzzafi) getmək bilmir ki, bilmir. Bu azmış kimi, artıq ölkəsinə xarici qüvvələr də müdaxilə edir, Liviya az qala Əfqanıstanı xatırladır. Bütün bunlar Qərb dövlətlərinin əvvəlcədən mükəmməl şəkildə hazırladıqları plandan başqa bir şey deyil. Azadlıq ideyası gözəl ideyadır. Bu utopiya qoxulu ideya yeridilir ac və yalavac, özbaşınalıqdan cana doymuş kütlənin beyninə və kütlə də zombiləşmiş formada hərəkətə keçir. Hər kəs azadlıq istəyir. Tarix boyu belə olub, olur və olacaq. Son inqilablar — Misir və Tunis hadisələri “happy end”-lə bitdisə, Liviya hadisələri sonluğun gözlənilməz faciəvi olmasına işarədir.
Bu günlərdə hörmət etdiyim politoloqlardan biri, yerlimiz Heydər Camalın siyasi fahişə Jirinovski ilə polemikasına baxdım. Polemika zamanı Heydər bəy çox ağla batan faktlar səsləndirir. Sizləri də bu verlişə baxmağa dəvət edirəm.
Camal bəyin sözlərindən belə aydın olur ki, Qəddafi faktiki ABŞ-ın peşkasıdır və hal-hazırda elə qərbin Liviyanı növbəti Əfqanıstan, İraqa çevirmə planında iştirak edir. İnandırıcıdır. Digər tərəfdən ola bilər ki, Qəddafi indiyə kimi ABŞ-ın köləsi olub, ölkə neftini onlara içirdib, amma vaxt keçdikcə, pul artdıqca sahiblərinə daş atmağa başlayıb. Belə olan halda Qəddafi qurbandır, neft naminə qurbanlıq verilən qoyun. ABŞ isə digər dövlətlərin işlərinə qarışmıram deyib, artıq Liviyaya qoşun yeritməkdədir.
Bizimkilər isə 7 səhifəlik xüsusi zövqsüzlüklə tərtib olunmuş və şablon informasiyadan ibarət bir sayt yaradıb TV-ni zəbt ediblər. Axır bir həftədə hansı kanalı açdım — sumqait.com (domen seçərkən şəhərin adını belə düz yaza bilməyiblər) saytının təbliğat-təşviqat kampaniya gedir. Texniki cəhətdən sayt uzaq 98-99-cu illərdə ilişib qalıb, bunu sayt yaradıcılarının vicdanına buraxıram, bəs saytın kontenti? Qeyd etdiyim kimi sayt şablon və olduqca maraqsız tərzdə yazılmış bir neçə məqalə-faktdan ibarətdir. Görəsən bunlar ermənilərin hazırladığı baku.am saytını görüblər? Fikir verin, ermənilər necə səlist şəkildə olmayan faktları gerçək kimi təqdim edirlər. Bizimkilər isə olan hadisələri belə mifə çevirməkdə səlistlik göstərirlər. Əhsən.
Çünki belə olmasaydı, kişi fahişəsi və öz erməni sevgisi haqda yeri gəldi-gəlmədi bəyan edən Bedros Kirkorovun oğlu Filip Kirkorovun Azərbaycana gəlişinə etiraz bildirən daha çox olardı. Erməni olduğuna görə fəxr etdiyini dəfələrlə bildirən, hətta bu adda albom da buraxan İrina Alleqrovanı isə Bakıya gətirənlərin milliyətinə mənim böyük şübhəm var. Axı nə qədər olar?!
Mövzuya dair forumda müzakirələr ↓
Son olaylar. Nələr baş verir?!
28 Fevralda Azərbaycan BlackBerry istifadəçilərini xoş xəbər gözləyirdi — əməliyyat sisteminin yeni versiyası (BlackBerry OS6) bizim region üçün də aktiv edildi. Bunun haqqında artıq Twitterdə çoxsaylı qeydlər etmişəm. Yeni əməliyyat sistemi fərqli tərtibata, daha stabil və daha tez işləyən brauzer və bir çox faydalı yeniliklərə malikdir. Yeni sistemin Azərbaycan üçün ən böyük əhəmiyyəti isə BB telefonlarının bizim sevimli “Ə” hərfimizi tam dəstəkləməsidir!
Bəyəndiyim ən yaxşı yenilikləri qeyd edirəm:
Ümumi görünüş:
**************************************
“Ə” hərfi ilə artıq problem yoxdur:
**************************************
Hotkeys funksiyasının super realizasiyası:
**************************************
Tam yenilənmiş brauzer. Bütün yeni texnologiyaların dəstəyi:
**************************************
Yenilənmiş mail klient:
Yadımda qalan bunlar idi. 😉 Keçək əsas mətləbə. Bir çox qardaşlar zəng edib sistemi necə yeniləyin yollarını soruşurlar. Hər birinə telefonla başa salmaq məcburiyyətindəyəm, ona görə prosesi birdəfəlik bura yazmaq qərarı verdim.
Onu da nəzərə alın ki, sistem yenilənərkən köhnə OS-dən qalma bir çox əlavə proqramlar işləməyəcək, həmçinin yenilənmə zamanı da telefonun özü də deaktiv olur.
Uğurlar. 😉
Mövzuya dair forumda müzakirələr ↓
BB OS 6
Dostlar, bir neçə gündür music-azerbaijan.com-un drop olmasını gözlədikdən sonra, nəhayət bu domeni ala bildim. Əvvəlki yazılarımda qeyd etmişdim, bu domen vasitəsilə İnşallah Azərbaycan xalq mahnılarının online arxivini yaratmaq fikrim var. Bütün musiqilərə online olaraq Soundcloud-a vasitəsiylə qulaq asmaq və həmçinin bir-başa saytdan yükləmə imkanı olacaq. Saytın dizayn tərtibatı isə olduqca sadə və insanları yormayan tərzdə tərtib ediləcək. Dil variantları 4 dildə olması planlaşdırılır (daha sonra bunu artıra bilərik) — Azərbaycan, Rus, İngilis, Erməni dilləri.
İndi bu layihədə iştirak etmək istəyən bütün vətənpərvər Azərbaycan övladlarını əməkdaşlığa çağırıram. Sizdən hələlik tələb olunan — xalq mahnılarını keyfiyyətli formatda (ən azından 128 kbps) hər hansı bir yükləmə saytına yükləyib, müvafiq linklərlə rəylərdə bölüşün. Xahiş edirəm, soundCloud olmasın. Rapidshare və ya Deposit Files ola bilər. Kömək etməkdə hələ də tərəddüd edənlərə yüklədiyim bir neçə musiqinin sehirli aləminə valeh olmağa dəvət edirəm. Məgər bu gözəllikləri dünyaya çatdırmalı deyilik? Elədə isə kömək edin.
Dalgalar — Azerbaijan music
Bulbuller oxuyur — Azerbaijan Music
Apardi seller Sarani — Azerbaijan music
Gelmedin (instrumental) — Azerbaijan Music
Sari gelin — Azerbaijan music
Fayl keyfiyyəti ilə yanaşı xahiş edirəm musiqinin səslənmə və ifa keyfiyyətinə də fikir verin. Layihəni İnşallah sağlıq olsun, Aprel-May ayı üçün buraxmaq fikrimiz var.
Mövzuya dair forumda müzakirələr ↓
Online Azərbaycan xalq mahnıları toplusu layihəsi
Rubrika: Düşmənlər
Rubrika: Sözsüz
Rubrika: Tarixi sual