Nehayyet ki, vaxt tapib telefon üçün WordPress App-ını yükledim. İnden bele qısa “bloqerski” yazılar yazacam, cünki komp qarşısında iş ucbatından yazmağa vaxt qalmır.
App-da bütün funksiyalar eladı, amma bir meyyus edici çatışmamazlıq var, o da Azerbaycan herflerinin tam desteklenmemesidir.
Kimi görürem suallayır – bloqun daşını niye atdın? Cavablayıram – biraz başım qarışıqdır, çatdırmıram. Gәrәk bağışlayasınız.
Bu il üçün gözlədiyim ən böyük texnoloji yenilik əlbətdə ki, Apple iPad2 idi. Planşetlər şahı yeniləndi. Yeniliklər çox olmasa da, kiçik görünən əlavələr bu qadjeti daha da qiymətsiz edir.
Yeni iPad2 texniki göstəriciləri aşağıdakı kimidir:
Processor: Apple A5, 2 nüvəli 1 GHz;
Displey: 9.7 düymlüq ekran, 1024×768;
Əməliyyat sistemi: iOS 4.3;
Fleş-yaddaş: 16, 32 və ya 64 GB;
Kamera: 2 ədəd — əsas — HD kamera (720p), digər sadə VGA kamera;
Əlaqə: Wi-Fi, Bluetooth, 3G;
Çıxışlar: Apple Dock, HDMI, CCK
Ölçüləri: 242x186x8,8 mm;
Çəkisi: 601 qram (yalnız Wi-Fi-lı model) və 613 qram (Wi-Fi və 3G-li model).
iPad2 daha nazik, daha praktik (Smart Cover-i elə nəyə desən dəyər) və daha tez işləyən (istehsalçının etirafına görə düz 9 dəfə birinci iPad-dan tez işləyir) bir qadjetdir. Daha bir yenilik — qadjetin Stand-by rejimində düz 1 ay (!) işləyə bilməsidir. Super!
Mənə görə ən optimalı 32 GB-lik Wi-Fi + 3G modelidir, onun qiyməti da bizim analoqu olmayan acgözlüyimizi nəzərə alsaq, Bakıda çox güman ki, 1200-1400 manat arası olacaq. iPad 11 martdan (nə qədər banal olsa da) etibarən satışda olacaq.
Hüsnünün inadkarlığı hərkəsi əldən saldı. Həftə sonudur, istirahət vaxtıdır. Ən yaxşı (yeni) Youtube çarxları ilə bölüşürəm.
Bu oyun çarxını (Guitar Hero 5) son ayların ən mırt çarxı kimi seçirəm. Düzdür biraz 18+ mövzuludu, amma ölmüşəm gülməkdən, mütləq baxın.
***
AXE çarxları hər zaman kreativliyi ilə seçilir. Bu dəfə də növbəti əsər yaradıblar.
***
Məhşur VolksWagen “juk” qayıdır. Əla çarx.
***
Apple yenə irəlidədir. Möhtəşəm çarx.
***
və sonda… Ruslardan gözəl və düşündürücü bir çarx… Siqaret çəkmək barəsində.
Gələcəyin texnikası necə olacaq? Maraqlıdı. Gələcəkdən xəbər tutmaq üçün mütləq konseptlərə nəzər yetirməyimiz lazımdır. Bu dəfə qarşılaşdığım maraqlı konsept və eksperimentlərlə bölüşürəm.
Bu günlərdə Thanva Tivawong adlı bir dizayner çox sadə, amma neçə illərdən bəri eyni formada görməyə alışdığımız işıqforların (svetofor) yeni dizaynını açıqlayıb. İdeya çox sadə olduğu kimi inqilabidir — işıqforu işıq diodlarından ibarət panel əvəzləyir. Paneldəki şəkil qum saatı formasında olacaq. Qum saatı həm rənglərin (qırmızı, sarı, yaşıl) dəyişməsini xəbər verəcək, həm də ki, digər rəngə keçidin vaxtını hesablayacaq. Fikrimcə Bakının bahalı fransız işıqforlarından bu qat-qat yaxşı və ucuz başa gələr. Bəyənilsin.
Digər maraqlı konsept — Android platformalı və yalnız Super Amoled displeydən ibarət bir telefondur. Bu tip telefonları Samsung çoxdandır ki, anons edib. Amma işgüzar koreyalılar daha irəli gedib konseptə daha bir maraqlı funksiya əlavə ediblər. Deməli batareykalarda enerji tükəndikdə telefon avtomatik olaraq rəngli rejimdən monoxrom rejimə keçid edir. Bu da koreyalıların sözünə görə enerji sərfiyyatını düz 3 dəfə azaldır. Başları Maşallah yaman işləyir. =)
Cib telefonu eşitmişdik, amma cib kinoteatrı?! Bəli. Bu da icad olundu. Özü də 3D formatının dəstəyi ilə. i3DG adlı bu aksessuar iPhone üçün nəzərdə tutulur. Cihaz mürəkkəb mexanizmə malikdir və 3D effektin alınması üçün çoxsaylı güzgülərdən ibarətdir. Maraqlı aksessuardı. Bir çatışmamazlığı var — o da yaradıcıların kütləvi istehsala başlamaq üçün kifayət qədər vəsaitlərinin olmamasıdır. Oğullar var, şərait yoxdu. Video-ya mütləq baxın, atalar məsəlinin şahidi olun.
Yenə Samsung, yenə onun super displeyləri. Bunlara sadəcə baxıb əhsən demək qalır.
Bu isə mırt bir eksperiment — Androd, Windows Phone 7 platformalı telefonlar və yenə də iPhone. Hansı tez bişəcək?! 😉 İzləyək.
Samsung bazara iPhone-a “rəqib” buraxandan sonra, bütün vasitələrlə onun PR kampaniyasına başlayıb. Söhbət Android 2.2 platformalı Galaxy S modelindən gedir.
Fikrimcə, bu PR kampaniyanın xeyri yoxdu. Hər parametrinə görə iPhone-dan bir addım öndə olan bu telefon əslində sıravi alıcılar üçün Samsung-un “ştamp” etdiyi sıradan növbəti bir telefon olacaq. Səbəblərdə bir neçədir — birincisi, kifayət qədər baha olması — 600 AZN (rəsmi distrubutor İnteqralda qiymət — 599 manatdı), ikincisi, Android telefonların kütlə tərəfindən hələdə istiqanlı qarşılanmaması öz sözünü deyəcək.
Yeni PR kampaniya isə Samsung-un Galaxy S-lə bağlı ambisiyalı olduğunu göstərir — 27 yaşlı Böyük Britaniya sakini Melissa Thompson Galaxy S telefonunda mesaj yazmaq üzrə dünya rekordunu vurub. «the razor-toothed piranhas of the genera Serrasalmus and Pygocentrus are the most ferocious freshwater fish in the world. In reality they seldom attack a human» cümləsini 25, 94 saniyəyə yazan Melissa bundan öncəki 35, 54 saniyyə ilə rekordsmen Franklin Page-i qabaqlayıb. Samsung-da onuda qeyd etməyi unutmurlar ki, bu rekord məhz Galaxy S-də istifadə olunan Swype mətn yığma sisteminin köməkliyi ilə vurulub.
Xatırladım ki, Swype mətn yığım sistemi xüsusi lüğətə malikdir və sensor ekranlarda barmaqların hərəkətin izləyib mətnləri avtomatik yazmaqda kömək edir.
Swype sisteminin iş prinsipi aşağıdakı video-da göstərilir:
Start veriləcək yeni layihəmizlə bağlı şirkətimiz gənclər arasında kiçik araşdırma apardı. Sorğunun nəticələri çox maraqlı olduğundan sizinlə bölüşürəm.
Belə ki, “Bu yay nə etməyi planlaşdırırsınız?” sualına aşağıdakı kimi cavablar oldu:
48% — Dəniz sahilində istirahət etmək;
14% — iPhone almaq;
12% — Röya və Zamiqin konsertlərinin heç olmaya birində iştirak etmək;
08% — Yeni işə düzəlmək;
08% — Türkiyəyə getmək;
06% — Azercell-də işə düzəlmək (!) (Qeyd, deyəsən Azercelldə vakansiya bolluğudu);
04% — Fikirləşməmişəm.
Onuda qeyd edim ki, sorğuda 16-30 yaşadək 160 respondent iştirak edib.
“Sizi həyatda hal-hazırda daha çox nə maraqlandırır?” sualına isə aşağıdakı cavalar oldu:
32% — İstirahət;
24% — Odnoklassniki.ru;
13% — Yeni işə düzəlmək;
12% — Sevgilim;
08% — iPhone;
05% — Avtomobillər;
03% — Playstation;
03% — Fikirləşməmişəm.
Bu sorğuda 14-30 yaşadək 140 respondent iştirak edib.
“Ən böyük arzunuz nədir?” sualına isə aşağıdakı cavalar oldu:
26% — Avtomobil sahibi olmaq;
21% — iPhone4;
19% — Ailə qurmaq;
17% — Ev sahibi olmaq;
07% — Dünyanı gəzib-dolaşmaq;
05% — Vəzifə sahibi olmaq;
02% — Velosiped sahibi olmaq;
01% — Ölkəmizin Qarabağa sahib çıxması;
01% — Müğənni olmaq;
01% — Fikirləşməmişəm.
Bu sorğuda 14-30 yaşadək 220 respondent iştirak edib.
Bir başa layihəyə aid olan sualımıza “Siz mobil əyləncə xidmətlərindən istifadə edirsiniz?” isə aşağıdakı kimi cavablar oldu:
56% — Hərdən, artıq kontur olanda;
31% — Mütamadi olaraq;
08% — Puluma qıymıram;
05% — Mobil əyləncə nədir?!
Bu sorğuda 12-30 yaşadək 400 respondent iştirak edib.
Sorğudanda göründüyü kimi, hal-hazırda Azərbaycan gəncliyini maraqlandıran Top3-lüyə — Röya və Zamiq, iPhone və Odnoklassniki.ru saytı daxildi.
Ən kədərləndirici fakt isə Qarabağ problemi ilə gənclərin cəmi 1%-i maraqlanmasıdır. Mövzuya dair forumda müzakirələr ↓ Azərbaycan gəncini bu yay nə maraqlandırır?!